İşğalı -1993, 29 oktyabr
Erməni təcavüzü nəticəsində:
44 nəfər itkin və ya girov düşmüş
Hazırda Zəngilan rayonunun məcburi köçkünləri Bakıda və respublikamızın 43 rayonunda müvəqqəti məskunlaşmışdır. Zəngilan rayonunda erməni təcavüzü nəticəsində Milli Ordunun 33 nəfər döyüşçüsü qəhrəmancasına həlak olmuş, 7 nəfər polis işçisi itkin düşmüşdür. Zəngilan
238 nəfər şəhid vermiş, 12800 uşaq zərər çəkmiş, 395 uşaq yetim qalmışdır. 44 nəfərin aqibəti bəlli deyil, 127 nəfər isə müharibə əlilidir.
Zəngilan rayonu 1993-cü il oktyabr ayının 29-da erməni işğalçıları tərəfindən
işğal olunmuşdur.
İyulun 6-dan düşmən rayon mərkəzini atəşə tutmuş, bütün yayı Zəngilanın kəndləri
və rayon mərkəzi düşmən atəşinə məruz qalmışdı. Bir müddət fasilə verdikdən
sonra oktyabrın 20-də ermənilərin döyüş təyyarələri rayon mərkəzini bombalamışdı.
Beləlikə də, 1992-ci ilin sonuna Zəngilanın 13 yaşayış məntəqəsi, bir çox
strateji yüksəklikləri düşmən əlinə keçmişdi. Oktyabrın sonuna yaxın rayon tam
mühasirə vəziyyətinə düşmüşdü. Oktyabrın 25-26-da Sığırt və Bartaz yüksəklikləri
işğal olunmuş, bununlada Zəngilanın mühasirəsi başa çatmışdı.
Zəngilanlılar 67 gün tam mühasirə şəraitində ermənilərlə vuruşaub, 238 nəfər şəhid və itkin verərək Araz çayının kənarına toplaşmışdı. Gur sulu Araz
çayını isə keçmək mümkün deyildir. Xalqımızın xilaskarı, ulu öndərimiz H. Əliyev
bu dəfə də xalqın köməyinə gəlmişdi. O, İran höküməti ilə danışıqlar aparmış və
Araz çayı üzərindəki bənddə suyu bağlatdırmışdı. Yalnız bundan sonra əhali çayı
keçib xilas olmuşdu. Buna görə də, zəngilanlılar Heydər Əliyevə daim
minnətdardırlar.
Zəngilanda nəyimiz qaldı? Zəngilan boyda vətən;
Dünyada II , Avropada I Nadir çinar meşələri; Torpaq üzərində olan bütün
var-dövlət;
445 iri və orta müəssisələr
46 məktəbəqədər uşaq müəssisələri
68 umumtəhsil məktəbləri
1 Texniki orta ixtisas və peşə məktəbi
6 xəstəxana və tibb müəssisələri
141 mədəniyyət ocaqları... |