Azərbaycan faşizm üzərində Qələbənin əldə edilməsinə çox böyük töhfələr verib.
Azərbaycandan 700 minə yaxın insan müharibədə iştirak edib, onlardan 300 mini
həlak olub. 123 nəfər ən yüksək ada – Sovet İttifaqı Qəhrəmanı adına layiq
görülüb. 30 nəfər «Şöhrət» ordeninin hər 3 dərəcəsi ilə, 170 min nəfər isə
müxtəlif orden və medallarla təltif olunub. Bu, Azərbaycan xalqının
qəhrəmanlığını təsdiq edən statistik göstəricilərdir.
Eyni zamanda, Azərbaycan alman faşizmi üzərində Qələbə-nin əldə edilməsində
həlledici rol oynayıb. Mən bunu tam məsuliyyətlə deyirəm. Çünki Azərbaycan nefti,
Azərbaycan neftçilərinin əməyi olmasaydı, müharibənin nəticələri tam fərqli ola
bilərdi. O vaxt – müharibə illərində Sovet İttifaqında 110 milyon ton neftin 75
milyon tonu Azərbaycan neftçiləri tərəfindən hasil edilmişdi. Təsadüfi deyil ki,
alman faşizmi Bakını zəbt etmək üçün çox böyük səylər göstərmişdi. Çünki Bakını
zəbt etsəydi, o zaman bütün Sovet İttifaqının əksər enerji resurslarına sahib
çıxmış olacaqdı və beləliklə, yanacaq qıtlığı ucbatından müharibənin nəticələri
tam başqa ola bilərdi.
Bakını sovet ordusu müdafiə etdi və bu, xalqımızı böyük bəlalardan xilas etdi.
300 min azərbaycanlı qəhrəmancasına həlak oldu. Əgər Hitlerin ordusu Bakını zəbt
etsə idi, xalqımıza qarşı soyqırımı törədilərdi. Çünki faşizm ideologiyası
irqçilik, ayrı-seçkilik, ksenofobiya, başqa millətlərə qarşı nifrət üzərində
qurulmuşdu. Bakının qəhrəmanlığı bu gün dünya üçün də artıq sirr deyil və biz
çalışmalıyıq ki, Azərbaycan xalqının, Azərbaycan zəhmətkeşlərinin qəhrəmanlığını
bütün dünyaya nümayiş etdirək.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bəşər tarixində müharibələr çox olmuşdur. Bu müharibələrin qanlı izləri, vurduğu
yaralar yer üzərində heç vaxt sağalmır. Tarixdə ən sarsıdıcı müharibələrdən biri
də II Dünya Müharibəsidir.
***
Tarix bu gün də , gələcəkdə də bilməlidir ki, II Dünya Müharibəsində, Böyük
Vətən Müharibəsində Azərbaycan Respublikasının fəaliyyəti, rolu cox böyük
olmuşdur.
***
XX əsrin ən dəhşətli səhifələri olan İkinci dünya müharibəsi və Böyük Vətən
müharibəsi bizim üçün çoxlu qurbanlarla başa çatdı. Amma eyni zamanda, bu
müharibə dünyada misli görünməmiş qələbə ilə başa çatdı və alman faşizminə qarşı
müharibəyə qalxmış xalqlar, ordular 1945-ci ildə tarixi bir qələbə çaldılar.
Zaman keçdikcə, illər öt-dükcə bu qələbənin mənası, mahiyyəti və tarixi
əhəmiyyəti daha da aydın olur, bütün dünya üçün daha da açılır.
***
Azərbaycan xalqı İkinci Dünya müharibəsində həm döyüş meydanlarında, həm də
arxa cəbhədə əsl şücaət və əzmkarlıq nümunələri göstərmişdir. Müharibə
başlanandan keçən qısa müddət ərzində Azərbaycan Respublikası ərazisində 87
qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi təşkil edilmişdir. 1941-1945-ci
illərdə respublikanın 600 mindən çox oğlan və qızları cəbhəyə getmişdir.
***
Bizim üçün
II
dünya müharibəsində, faşizmə qarşı
aparılan
böyük vətən müharibəsində iştirak etmiş hər bir şəxs yüksək hörmətə malikdir...
***
Veteranlar bizim qızıl fondumuzdur. Onlar hər cür qayğı və hörmətə layiqdirlər.
Azərbaycanın bütün ictimaiyyəti, bütün Azərbaycan xalqı bilməlidir ki, İkinci
Dünuya müharibəsinin veteranları bizim ən əziz, ən mötəbər insanlarımızdır.
Onlara qaygı göstərmək, hörmət etmək, bütün problemlərini həll etmək bizim
dövlətimizin və hər bir dövlət orqanının, hər bir Azərbaycan vətəndaşının
borcudur.
Heydər Əliyev,
Azərbaycan xalqının ümummilli lideri
İnsanları ən qorxunc iki talançıdan-müharibədən və
totalitar rejimdən xilas etmək lazımdır.
Uinston Çörçill
Böyük Britaniyanın 61-ci baş naziri
Kəssə hər kim tökülən qan izini, Qurtaran dahi odur
yer üzünü.
Hüseyn Cavid
azərbaycanlı şair, yazıçı və dramaturq
Hətta ağılsızlar arasında belə müharibə istəyən
olmamalıdır. Çünki dinclik olanda atalar
övladlarının çiynində aparılaraq dəfn edilirlər,
müharibə olduqda isə atalar övladları dəfn etməli
olurlar.
Herodot
qədim yunan tarixçisi.