E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 


AKADEMİK Z.M.BÜNYADOV ADINA
ŞƏRQŞÜNASLIQ İNSTİTUTU


Azərbaycan Milli Elmlər Akademiyasının strukturuna daxil olan elmi təşkilat.

Əsas fəaliyyət istiqamətləri:

  • Şərq ölkələrinin ictimai-siyasi, iqtisadi və mədəni inkişafı;

  • Şərq ölkələri ilə Azərbaycanın münasibətləri, Azərbaycanın və Azərbaycana aid orta əsrlər dövrü yazılı Şərq abidələrinin tədqiqi, islamın tarixi, müasir dövrdə dinin vəziyyəti, Azərbaycan-ərəb, Azərbaycan-fars, Azərbaycan-türk filoloji əlaqələri.

AMEA-nın Şərqşünaslıq İnstitutu [1958]-ci ildə Az.SSR Nazirlər Sovetinin qərarı ilə EA-nın digər institutlarında fəaliyyət göstərən müvafiq şöbə və qrupların əsasında yaranmışdır.

Əldə etdiyi elmi nəticələr:

  • Son beş ildə İnstitut əməkdaşlarının 50-dən çox elmi kitabı və 400-ə yaxın elmi məqaləsi çapdan çıxmışdır. Bu kitabların ən mühümləri aşağıdakılardır:

  • Şihabəd-din an-Hacabu. Cizneopisanie Dcalal ad-Dina Mankburnı. Ərəbcədən tərcümə, ön söz, qeydlər və şərhlər akad. Z.M.Bünyadovundur

  • Əbdi bəy Şirazi. Təkmilət-ül-əkbar. Fars dilindən tərcümə, müqəddimə və şərhlər Ə.Rəhimovundur

  • G.Baxşəliyeva. Əbül-Fərəc əl-İsfahaninin "Nəğmələr kitabı" və klassik Azərbaycan ədəbiyyatı

  • Orta əsrlər Şərqi. Akademik Z.M.Bünyadovun xatirəsinə həsr olunmuş məqalələr toplusu

  • Ş.Tağıyeva, Ə.Rəhimli, S.Bayramzadə Güney Azərbaycan

  • 1728-ci il Tiflis əyalətinin müfəssəl dəftəri. Giriş və tərcümənin müəllifi t.e.n. Ş.Mustafayev

  • V.Mustafayev. Cənubi Azərbaycanlıların milli şüuru

Tarixi
Şərqşünaslıq İnstitutunun mövcud olduğu illər ərzində Yaxın və Orta Şərq ölkələrinin tarixi, bu region xalqlarının ictimai-mədəni inkişafı və Azərbaycanla çoxəsrlik mədəni-tarixi əlaqələri institut əməkdaşları tərəfindən tədqiq edilmişdir. İndiyədək institut əməkdaşlarının 400-dən artıq elmi kitabı və bir neçə min elmi məqaləsi çap edilmişdir.


<< Geri