1941-45-ci
illər Böyük Vətən Müharibəsində Sovet İttifaqı qəhrəmanı
adını alan İlk Azərbaycanlı İ.Məmmədovun Xatirə Ev Muzeyi
1985-ci ildə Gəncə şəhər Mədəniyyət İdarəsinin təşəbbüsü ilə
ictimai əsaslarla yaradılmış və Azərbaycan Respublikasının
Nazirlər Sovetinin 17 sentyabr 1990-ci il 376 nömrəli əmri
ilə dövlət muzeyi kimi fəaliyyət göstərir.
Muzey 3
mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşir.
Muzey IV
qrupa daxil edilmişdir.
Muzeydə
265 eksponat vardır. Qəhrəmanın şəxsi əşyaları, məktubları,
kitabları və şəkilləri muzey fondunun əsasını təşkil
edir.