E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 
 


Həzi Aslanov metrostansiyası — Bakı MetropolitenininQırmızı xəttin bu günə qədər istifadəyə verilmiş sonuncu stansiyasıdır. Stansiya Azərbaycan xalqının şanlı oğlu, iki dəfə Sovet İttifaqı qəhrəmanı Həzi Aslanovun adını daşıyır. Stansiya iki dəfə açılış tarixi yaşaması ilə də tarixə düşüb. 2002-ci il dekabrın 10-da ilk sərnişinlərini qəbul edən stansiyanın rəsmi açılış mərasimi 2003-cü ilin iyul ayının 7-də keçirildi. İnşaatı 1980-ci illərdə başlanmış, lakin 1990-cı illərin böhranlı illərində dondurulmuş stansiya tikintisi Avropa Birliyinin ayırdığı 4,5 milyon avro hesabına tamamlandığından rəsmi açılış mərasiminə bu qurumun da səlahiyyətli nümayəndələri dəvət edilmişdilər. Tikintinin qalan məbləğini isə Azərbaycan dövləti öz üzərinə götürərək, inşaat işlərinə 5,5 milyon manat ayırdı.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadənin başçılıq etdiyi açılış mərasimində Avropa Birliyinin xarici işlər üzrə dövlət katibinin müavini xanım Marqarita Boniver, Avropa Komissiyası Baş İdarəsi rəisinin müavini Mişel Leyq iştirak etdilər.



<< Geri