Qobustanda çox nadir
tarixi və memarlıq abidələrinə rast gəlmək mümkündür. Diri Baba
türbəsi, Şərar nekropolu, Qədirtəpə kurqanı, Cavanşir qalası, Pir
Xanəgahı, mağaralar, məscidlər, qədim yaşayış yerləri, köhnə
qəbirstanlıqlar və başqaları bunlara misal ola bilər.
Diri
Baba türbəsiDiri Baba türbəsi - Qobustan şəhərinin şərqində,
Bakı-Şamaxı ticarət yolunun üzərində, Ceyrankeçməz çayının mənbəyi
və Ala daş dağının ətəyində yerləşir Diri Baba türbəsi. Türbə
ikimərtəbəlidir. Ağ əhəng daşından tikilmişdir. Yerdən təxminən
10-12 metr hündürlükdədir. 1402-ci ildə inşa olunmuşdur.
XVI-XVII əsrdən günümüzə kimi bir çox səyyah, şərqşünas, alim və
ziyalılar – A.Oleari, B. Dorin, İ.Bartolemey, Pazuxin qardaşları,
O.Deminski, E.Çələbi, V.Sisoyev, Y. Poxomov, S.Aşurbəyli,
Q.Hüseynzadə, H.Ciddi, S.Kərimzadə, Ə.Salamzadə, Z. Bünyadov və
başqaları bu möhtəşəm, indinin özündə də sal daş qayaya söykənib
əzəmətli duruşu ilə insanları heyrətləndirən, tarixlər şahidi türbə
haqqında tədqiqatlar aparmış və ya müxtəlif fikir mülahizələr
söyləmişlər.
Diri Baba Türbəsi bu gün
də öz möhtəşəmliyi, əzəməti ilə yerli və xarici turistlərin marağına
səbəb olur.
Başıbağlı
qalasıBaşıbağlı qalası – Bu abidə Dağ Kolanı kəndi ərazisində,
keçmiş ticarət yolunun yaxınlığında hündür bir təpədə yerləşir.
Həmin təpə qala divarları ilə əhatə olunmuşdur. Qalanın qalıqları
indi də mövcuddur. Arxeoloqlar vaxtı ilə bu ərazidə tədqiqatlar
aparmış, müxtəlif əşya – maddi mədəniyyət nümunələri əldə etmişlər.
Həmin nümunələr əsasında belə qərara gəlmişlər ki, gözətçi məntəqəsi
olmuş bu istehkam, təxminən III-VII əsrlərdə mövcud olmuşdur.
Gavur qalası – Cəyirli
kəndinin cənubunda, Bakı-Şamaxı şosse yolundan 500-600 metr şimalda,
kiçik dağın yamacında yerləşir. Qalanın dairəvi şəkildə olan özülü
bilinir, aydın olur ki, qala vaxtilə yerli, yonulmamış iri qaya
daşlardan inşa edilmişdir. Abidə bir növ gözətçi məntəqəsini
xatırladır.
Şəhidlər
günbəziŞəhidlər günbəzi – Nabur kəndi ərazisində olan abidələlərdən
biridir. Abidə kəndin şimal tərəfdən girəcəyində yerləşir. Abidə VII
əsrə aid edilir.
Qobustan mağaraları – Qobustan şəhərinin cənubunda, sal qayada üç
mağara vardır. Mağaralara qayanın təxminən, adam boyundan xeyli
hündür olan “qapılarından” girmək mümkündür.
Qoşa mağara: - Qayanın şərqində yerləşir. Iki böyük zaldan
ibarətdir.
Qaranlıq mağara: - İki böyük “zal”, “eyvan”, “pəncərə”dən ibarətdir.
Otaqlarda şam və ya digər məişət əşyaları qoyulan yerlər aydın
görünür.
Peyğəmbər mağarası: - Ortada böyk zal, sol tərəfdə kiçik otaq, çay
tərəfdə görünən “pəncərə”dən ibarətdir.
|