“Qobustan”ın ilk sayı 1969-cu ildən
işıq üzü görməyə başlamışdır. Adı qayaüstü rəsmlərlə zəngin, Qavaldaşlı məşhur
Qobustanla bağlıdır. İndiyəcən 157 sayı çıxmışdır. 40 ildən artıq bu zaman
ərzində topluda Azərbaycan və dünya sənəti və sənətkarları haqqında xeyli
material çap olunmuş, uzun müddət oxucuların çox böyük rəğbətini qazanmışdır.
Müəlliflərin arasında Qara Qarayev, Mikayıl Abdullayev, Tofiq Quliyev və b. kimi
böyük sənət adamları da olmuşdur.
Toplunun yaranmasında, bir nəşr kimi
onun ilk baş redaktoru Xalq yazıçısı Anarın müstəsna rolu danılmazdır. O, 20 ilə
yaxın bir vaxt ərzində topluya rəhbərlik etmiş, indi də təsisçilərindən,
təəssübkeşlərindən biridir.
Anardan sonra 2004-cü ilə kimi
“Qobustan”ın baş redaktoru Xalq şairi Fikrət Qoca olmuşdur. 2004-cü ildən
2013-cü ilə qədər jurnalın redaktoru Ələkbər Salahzadə olmuşdur. 2013-cü ildən
jurnalın baş redaktoru Vaqif Əlixanlıdır.
Redaksiyanın ünvanı:
AZ 1000.
Bakı şəhəri, Xaqani küçəsi, 25.
Telefon: 493-68-01