E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 

QOBUSTAN MILLI TARIX-BƏDII QORUĞU MUZEYININ
YENI BINASININ TIKINTISI ILƏ BAĞLI TƏDBIRLƏR HAQQINDA
AZƏRBAYCAN RESPUBLIKASI PREZIDENTININ SƏRƏNCAMI


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş Qobustan Milli Tarix-Bədii Qoruğundakı unikal qayaüstü rəsmlərin geniş təbliğinin xüsusi əhəmiyyətini nəzərə alaraq qərara alıram:

1. Qobustan Milli Tarix-Bədii Qoruğu muzeyinin yeni binasının tikintisi üçün 2011-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə 2,0 (iki) milyon manat vəsait ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci bəndində nəzərdə tutulmuş vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada həyata keçirsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 mart 2011-ci il
Azərbaycan.- 2011.-5 mart.- S.  1.


<< Geri