2006-cı il
5-11 mart tarixlərində Qobustan Dövlət Bədii-Tarixi Qoruğunun YUNESKO-nun
Ümumdünya İrs Siyahısına daxil edilməsi ilə bağlı Heydər Əliyev Fondunun dəstəyi
ilə iki Norveç ekspertinin Azərbaycana səfəri təşkil edilmişdir. Səfərin
nəticəsində ekspertlər tərəfindən YUNESKO-nun tələblərinə uyğun olan Tədbirlər
Planını hazırlanmışdır.
YUNESKO-nun
Ümumdünya İrs Komitəsinin 2007-ci ildə Yeni Zelandiyada keçirilmiş 31-ci
sessiyasında qəbul edilmiş qərara əsasən Qobustan Dövlət Tarixi Bədii Qoruğu
Ümumdünya İrs Siyahısına daxil edilmişdir.