İşğal tarixi – 1992, 8 may
Şəhid –
200
nəfər Əlil olmuş –
150 nəfər
Əsir və itkinlər
–
68 nəfər
552 körpə yetim qalmış 4 nəfərə Azərbaycan Respublikasının Milli qəhrəmanı adı verilmişdir.
Şuşa Ermənistan Silahlı Qüvvələri və Rusiyanın 366-cı alayı tərəfindən işğal edilmişdir. Şuşaya hücumdan bir neçə saat öncə Tehranda İran prezidentinin vasitəçiliyilə Ermənistan və Azərbaycan dövlət başçıları Qarabağ münaqişəsinin dinc yolla həllinə dair saziş imzalamışdı.
Şəhərin intensiv artilleriya zərbələrinə tutulması səhər saat 6-ya kimi davam edib. Bundan sonra düşmənin minə yaxın əsgəri üç tərəfdən Şuşaya hücum edərək Rusiyanın ermənilərə verdiyi 366-cı alayın 40 zirehli texnikasının dəstəyi ilə həyata keçirilib.
Erməni mənbələrinin məlumatına görə, şəhərin işğalı əməliyyatını keçmiş sovet polkovniki Arkadi Ter-Tatevosyan hazırlayıb. O, əvvəllər Dağlıq Qarabağda erməni qüvvələrinə komandanlıq edib.
Ermənilər Şuşadakı gözlənilməzlik və təşkilatsızlıq amilindən istifadə edərək çaxnaşma yaradıblar və müdafiənin təşkilinə mane olublar. Bununla belə, küçə döyüşləri xeyli davam edib. Lakin möhkəmlənməyən özünümüdafiə qüvvələri və nizami ordu şəhəri tərk edib. Rusiya xüsusi bölmələrinin, əsasən Laqodexidə (Gürcüstan) yerləşən xüsusi təyinatlı əsgərlərin ermənilərin tərəfində döyüşdüyünü sübut edən faktlar var. Şuşanın işğalı zamanı
195
nəfər şəhid, 150 nəfər əlil olmuş, 552 körpə yetim qalmış, 22 minə yaxın insan qaçqın düşmüş, 200 tarixi abidə, 2 sanatoriya, görkəmli sənət adamlarının ev muzeyləri, 70 yerlik turist bazası, 1200 yerlik internat və s. dağıdılmışdır.
İşğal nəticəsində Şuşaya vurulan ziyan:
İşğal zamanı Şuşanın füsunkar təbiətinə də ciddi ziyan
vurulub. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildiriblər ki, ümumi sahəsi
29356 hektar olan Şuşanın ərazisi müxtəlif müalicə əhəmiyyətli mineral sular,
dərman bitkiləri və çiçəklərlə zəngindir. Qafqazın ən iri mineral bulaqlarından
sayılan Turşsu və Şırlan məhz bu ərazidə yerləşir.
Şuşa rayonunda təsdiq edilmiş ehtiyatları 1143 min m3 olan və işğala qədər
istismara cəlb edilən Şuşa üzlük daşı yatağı, ehtiyatları 397 min m3 olan
kərpic-kirəmid istehsalına yararlı Keçəldağ gil yatağı, istismar ehtiyatları 50
min m3/ gün olan Şuşa yeraltı şirin su yatağı, müalicəvi əhəmiyyətə malik 60 min
m3/gün və 25 min m3/gün olan Şirlan və Turşsu mineral su yataqları var.
1988-ci ildə Şuşa və Əsgəran ərazisində nadir təbiət komplekslərini qorumaq üçün
təşkil edilən Daşaltı Dövlət Təbiət Yasaqlığı 450 hektar ərazini əhatə edirdi.
1992-ci ildən işğal altında qalan yasaqlıq hazırda tamamilə məhv edilib,
1500-2000 ədəd palıd ağacı doğranaraq aparılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “İşğal olunmuş Azərbaycan ərazilərində
ətraf mühitə və təbii sərvətlərə dağıdıcı təsiri müəyyənləşdirən (izləyən)
operativ mərkəz”i işğaldan sonrakı dövrlərdə rayon ərazilərində müxtəlif
vasitələrlə aparılmış videoçəkilişlərə baxaraq, təbii sərvətlərin ermənilər
tərəfindən dağıdılmasına dair faktlar aşkarlayıb. Həmin sübutlar aşağıdakılardır:
- Şuşa şəhərində yanacaq kimi Qarabağ meşələrinin nadir çoxillik ağaclarından
istifadə olunub.
- Şuşanın Topxana meşəsinin qoruq zonasında, meşənin lap hündür yerində meşə
sahəsi qırılaraq geniş düzənlik açılmış və orada inşaat işləri aparılıb.
- Şuşa şəhərindən cənubda, dəniz səviyyəsindən 1365 m hündürlükdə yerləşən Titon
yaşlı əhəng daşlarından ibarət uzunluğu 114 m olan “Xan Mağarası” amansızlıqla
məhv edilib.
- Şuşa şəhərinin yuxarı hissəsində Dörd yol adlanan yerdən yuxarı Laçın
küçəsinin solunda, Q.Əsgərov küçəsində, 200-ə yaxın müxətlif növ iri diametrli
çoxillik ağaclar kəsilib, ondan bir qədər irəlidə yolun sağında isə ağaclar
bütünlüklə qırılıb.
- Zarıslı kəndində bütün ağaclar, o cümlədən məktəb həyətində olan dekorativ və
meyvə ağacları tamamilə məhv edilib.
Şuşanın təbii sərvətləri və tarixi abidələri
Erməni millətçiləri
Şuşa əhalisinə mənəvi-psixoloji zərbə vurmaqla, insanlara güllə atmaqla
kifayətlənməyib, həm də dünya mədəniyyətinin inciləri, misilsiz sivilizasiya
nümunələri sayılan tarixi abidələrə və Azərbaycan xalqının dünya şöhrətli
korifey sənətkarlarının bu şəhərdəki heykəllərini də gülləboran ediblər.
Onlar Şuşada 7
məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd
təsərrüfatı texnikumlarını, 8 mədəniyyət evini, 14 klubu, 20 kitabxananı, 2
kinoteatrı, 3 muzeyi, Şərq musiqi alətləri fabrikini dağıdıblar. Ümumilikdə,
1992-ci il mayın 8-də Ermənistan silahlı qüvvələrinin Şuşanı işğal etməsi
nəticəsində Azərbaycanın 289 kvadrat kilometr ərazisi ermənilərin nəzarətinə
keçib. Şuşanın abidələri
Dini-tarixi abidələri
1. Hacı Yusifli məscidi (XVIII) 2. “Çöl Qala” məscidi (XVIII əsr) 3. Xoca Mərcanlı məscidi (XVIII əsr)
4. Quyuqluq məscidi (XVIII əsr) 5. Səyidli məscidi (XVIII əsr)
6. Məscid (XVIII əsr) 7. Mərdinli məscidi (XIX əsr) 8. Aşağı Gövhər Ağa məscidi (1874-1875) 9. Culfalar məscidi (XIX əsr)
10. Yuxarı Gövhər Ağa məscidi (XIX əsr) 11. Mamay məscidi (XIX əsr) 12. Köçərli məscidi (XIX əsr) 13. Malıbəyli məscidi 14. Alban kilsəsi
15. Qaybalı məscidi 16. Şirlan məscidi
Tarixi memarlıq abidələri
1. Qala divarı (uzunluğu 8 kilometr)
2. Qala divarı üzərində tikilmiş bürclər (17 ədəd) 3. Qədim üslubda salınmış 17 məhəllə 4. Molla Pənah Vaqifin poeziya evi
5. Xan qızı Xurşudbanu Natəvanın sarayı
6. Mir Möhsün Nəvvabın mülkü 7. Üzeyir Hacıbəyovun ev-muzeyi
8. Bülbülün ev-muzeyi 9. Xalça muzeyi
10. Tarix-diyarşünaslıq muzeyi 11. Qarabağ dövlət tarixi muzeyi
12. Molla Pənah Vaqifin məqbərəsi 13. Turşsu qalereyası
14. 4 karvansara 15. Şahlıq körpüsü
16. Rəsm qalereyası 17. Gəncə qapısı
18. Şor bulaq 19. Nəcəfqulu ağanın mülkü
20. Azərbaycanda ilk realnı məktəbin binası 21. Xan qızı Natəvanın bulaq kompleksi
22. Ağa-Əbdürrəhim ağanın evi 23. Zarıslıda Korun karvansarası
24. Təzə məhəllədə körpü 25. İbrahim xanın mülkü
26. Sadıqcanın qəsri 27. Uluq bəyin evi 28. Ağaböyük xanımın bürcü
29. Malıbəylidə “Qızlar məktəbi” 30. Xan qızı Natəvanın tikdirdiyi “Qaradam”
31. Ağabəyim ağanın qəsri 32. Qasım bəy Zakirin yaşadığı ev 33. Qasım bəy Zakirin qəbirüstü abidəsi 34. Küllü miqdarda gümüş və mis qablar 35. Bəhmən Mirzə Qacarın saray kompleksi
36. Bəhmən Mirzə Qacarın hərəmxanası 37. Bəhmən Mirzə Qacarın tikdirdiyi “Bab” hamamı
38. Qacarların məqbərə kompleksi 39. Leyli qayası
40. Məmməd Həsən ağanın imarəti 41. Qarabağ xanlığının divan kompleksi
42. Hacı Şükürün imarəti 43. Qədimovların mülkü
44. İbrahim Xəlil xanın 1801-ci ildə tikdirdiyi mədrəsə kompleksi
45. Qarabağ xanının vəziri Mirzə Camal bəy Cavanşirin və onun ailəsinin məqbərə
kompleksi 46. Qarabağ qazisinin mülkü 47. Daş kitabələr 48. Ovdan bulağı
49. Xurşudbanu Natəvanın tikdirdiyi həbsxana binası
50. Bayat qalası (1748-ci il) 51. Şahbulaq qalası
52. “Pənahabad” Şuşa qalası (1750-1757-ci illər) 53. İkimərtəbəli karvansara (1888-1889-cu illər)
54. “Dəlik-daş” pilləkən kompleksi 55. Səməd bəy Mehmandarovun Şuşadakı mülkü
Ziyarətgahlar
1. Həzrət Əli kahası (Nəzir kahası) 2. Həzrət Abbas şəfa ocağı 3. Saqqaxana və Pirgah pirləri
4. Seyid Mirfəsih türbəsi 5. Ağadədəli məhəlləsində Mir Mehdi ağanın ocağı
6. Çuxur məhəllədə iki minarəli şəfa ocağı
7. Qasım ağanın ocağı 8. Seyyidli məhəlləsində Seyid Xəlil Seyid Əli oğlunun ocağı
9. Heydər türbəsi
|