1750 |
‒ Görkəmli siyasi və dövlət xadimi Pənahəli xan Cavanşir
tərəfindən Şuşa şəhərinin əsası qoyulmuşdur. |
1756-1757 |
‒ Sıldırım dağ üzərində Şuşa qalası tikilib başa
çatdırılmışdır. |
1783/1784 |
‒ Şəhərin ətrafında daha möhkəm, uzunluğu 2,5 km olan
qala divarlarının tikintisi başlanmış və üç il ərzində
başa çatdırılmışdır. |
1795 |
‒ İyul ayında Ağa Məhəmməd şah Qacar Qarabağa – Şuşaya
birinci dəfə hücum etmişdir və Şuşa qalasını 33 gün
mühasirədə saxladıqdan sonra şəhərə daxil ola bilməyərək
geri dönmüşdür. |
1797 |
‒ Bu ilin baharında Ağa Məhəmməd şah Qacar Qarabağa –Şuşaya
ikinci dəfə hücum etmişdir. |
1807 |
‒ Şuşada ilk dövlət məktəbi təsis edilmişdir. |
1830 |
‒ 30 dekabrda Azərbaycanda dünyəvi təhsil verən ilk qəza
məktəbi – Şuşa Qəza Məktəbi fəaliyyətə başlamışdır. |
1840 |
‒ İnzibati-ərazi islahatı nəticəsində Qarabağ əyaləti
mərkəzi Şuşa şəhəri olmaqla Şuşa qəzası adlandırılmış və
Kaspi vilayətinin tərkibinə daxil edilmişdir. |
1843 |
‒ 21 mayda Şuşa şəhərinin gerbi təsdiq olunmuşdur.
Gerbin ikiyə bölünmüş qalxanvari lövhəsinin yarıdan
yuxarı hissəsində pələng və yerdən çıxıb püskürən alov
dilimləri təsvir olunmuş, gerbin yarıdan aşağı
hissəsindəki yaşıl sahədə isə yəhərli qızılı rəngli at
təsvir olunmuşdur ki, bu da həmin ərazidə yerli cins at
növlərinin olmasından və atçılığın inkişafından xəbər
verirdi. |
1846 |
‒ Kaspi vilayəti ləğv edildikdən sonra Şuşa qəzası yeni
yaradılan Şamaxı quberniyasının tərkibinə daxil
edilmişdir. |
1848 |
‒ Şuşada ilk teatr tamaşaları göstərilmişdir. |
1849 |
‒ Hacı Qulu Məhəmmədəli oğlunun sifarişi ilə milli
memarlıq üslubda ‒ üçmərtəbə, 46 otaq və 2 böyük zaldan
ibarət olan Hacı Quluların malikanəsi inşa edilmişdir; |
‒ Memar Kərbəlayı Səfixan Qarabaği tərəfindən inşa
edilmiş Mehmandarovların qonaq evində Xalça muzeyi
təşkil olunmuşdur;
|
‒ 23 apreldə Azərbaycanda ilk müsəlman şiə məktəbi olan
Şuşa Müsəlman Şiə məktəbi fəaliyyətə başlamışdır. |
1864 |
‒ Mirzə Rəhim Fənanın təşəbbüsi ilə “Məclisi-üns” ədəbi
məclisi yaradılmışdır. |
1867 |
‒ Yelizavetpol (Gəncə) quberniyası təşkil edilmiş və
Şuşa qəzası onun tərkibinə qatılmışdır. |
1872 |
‒ Mir Möhsün Nəvvabın təşəbbüsü ilə “Məclisi fəramuşun”
(“Unudulmuşların məclisi”) adlı ədəbi-bədii məclis
yaradılmışdır. |
1873 |
‒ Xurşidbanu Natəvan (III Qarabağ xanı Mehdiqulu Xan
Cavanşirin qızı) Şuşa şəhər əhalisinin suya olan
təlabatını ödəmək məqsədi ilə saxsı borularla
başlanğıcını şəhərdən yeddi kilometr aralıda yerləşən
Sarıbaba dağının ətəyindən götürən su kəməri
çəkdirmişdir (“Xan qızı bulağı”). |
1874 |
‒ Azərbaycanda, hətta bütün Zaqafqaziyada ilk olan Şuşa
şəhər məktəbi təsis edilmişdir. |
1874-1875 |
‒ Aşağı Gövhər ağa məscidi memar Kərbəlayı Səfixan
Qarabaği tərəfindən inşa edilmişdir. |
1875 |
‒ 27 martda Şuşa Xeyriyyə Cəmiyyəti yaradılmışdır; |
‒ 26 oktyabrda Şuşa Xeyriyyə Cəmiyyəti tərəfindən
azərbaycanlı qızların dünyəvi təhsil almasında mühüm rol
oynayan Şuşa Marinski Qız Məktəbi təsis edilmişdir. |
1878-1880 |
‒ Xan qızı Natəvan tərəfindən Merdinli məhəlləsində bir
gün kişilərə, bir gün qadınlara xidmət göstərən Şirin su
hamamı tikdirilmişdir (Layihənin memarı Kərbəlayı
Səfixan Qarabaği). |
1881 |
‒ 20 sentyabrda Şuşada 6 sinifli Realnı məktəbi-nin
əsası qoyulmuşdur. |
1883 |
‒ Memar Kərbəlayı Səfixan Qarabaği tərəfindən Şuşa
şəhərinin Saatlı tarixi məscid inşa edilmişdir; |
‒ Şuşa şəhərinin mərkəzi meydanında yerləşən Yuxarı
Gövhər ağa məscidi memar Kərbəlayı Səfixan Qarabaği
tərəfindən inşa edilmişdir; |
‒ Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsinin
müəllimi, görkəmli pedaqoq Səfərəli bəy Vəlibəyov
tərəfindən
“Səfərəli Bəyin Məktəbi” adlı anadilli məktəb açılmışdır. |
1893 |
‒ Camal bəy Fətəlibəyov tərəfindən üçüncü dərəcəli
xüsusi
oğlan məktəbi olan Şuşa Rus-Azərbaycan Məktəbi
açılmışdır;
|
‒ Mirzə Muxtar Məmmədov tərəfindən Rus-Azərbaycan
məktəbi olan “Mirzə Muxtar Məktəbi” açılmışdır. |
1894 |
‒ Şuşada qadın ibtidai məktəbinin əsası qoyulmuşdur. |
1897 |
‒ Fevralda Şuşa Xeyriyyə Cəmiyyəti tərəfindən ilk dəfə
olaraq
şəhər kitabxanası təşkil olunmuşdur. |
1896 |
‒ 6 oktyabrda Şuşa ziyalılarının təşəbbüsü ilə iki
sinifdən ibarət
Şuşa Nikolayevski Rus-tatar Məktəbi açılmışdır. |
1899 |
‒ Mustafa bəy Mehmandarov “Təzə məhəllə bulağı”nı
tikdirmişdir.
|
1901 |
‒ Yazıçı Əbdürrəhim bəy Haqverdiyevin rəhbərliyi ilə ilk
dəfə
“Xandəmirovun teatrı”nda “Şərq konserti” adlı musiqi
gecəsi
keçirilmişdir. |
1905-1907 |
‒ Şəhər ermənilər tərəfindən hücuma məruz qalmış və
yandırılmışdır.
|
1906 |
‒ Əhməd bəy Ağayevin təşəbbüsü ilə erməni daşnaklarına
qarşı
Qafqaz ümummüsəlman müdafiə komitəsi – “Difai” adlı
milli
partiya yaradılmışdır. |
1911-1914 |
‒ “Şuşinski listok” adlı liberal-burjua istiqamətli
ictimai-siyasi
və ədəbi qəzet çap olunmuşdur. |
1913-1914 |
‒ “Şuşinskaya jizn” adlı həftədə dörd dəfə çıxan dörd
səhifəlik
ictimai-siyasi və ədəbi qəzet çap olunmuşdur. |
1915 |
‒ Xurşud bəy Əzizbəyovun təşəbbüsü ilə “Rəşadiyyə”
məktəbi
fəaliyyətə başlamışdır. |
1918-1920 |
‒ Şuşa şəhərinin türk-müsəlman əhalisi ermənilər
tərəfindən
soyqırıma məruz qalmış və şəhərin xeyli hissəsi
ermənilər tərəfindən
yandırılmışdır. |
1919 |
‒ Yanvar ayının 15-də Azərbaycan Xalq Cümhuriyyəti
tərəfindən
Şuşa qəzasını da əhatə edən müvəqqəti Qarabağ
generalqubernatorluğu
yaradılmışdır. |
1922 |
‒ Şuşa Mədəni-maarif texnikumu və İncəsənət məktəbi
yaradılmışdır. |
1923 |
‒ Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 7 iyul tarixli
dekreti ilə Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılmış,
Şuşa
qəzasının bir hissəsi onun tərkibinə daxil edilmişdir. |
1930 |
‒ 8 avqust tarixində Şuşa rayonu yaradılmışdır.
|
‒ Şuşada ilk Musiqi texnikumu yaradılmış və ilk
direktoru
məşhur tarzən-pedaqoq Həmzə Əliyev olmuşdur. |
1932 |
‒ 10 oktyabrda Azərbaycan vokal sənətinin banisi
Bülbülün
təşəbbüsü ilə Xan qızı Natəvanın evində ilk uşaq musiqi
məktəbi‒ Şuşa Musiqi məktəbi fəaliyyətə başlamışdır; |
‒ Azərbaycan Həmkarlar İttifaqı Şurasının 1 saylı
istirahət evi
yaradılmışdır; |
‒ Hazırda Şuşa rayon İcra Hakimiyyətinin rəsmi orqanı
olan
“Şuşa” qəzeti müxtəlif adlarla çap olunmağa başlamışdır
(“Sosializm
maldarlığı”; “Kolxoz bayrağı”; “Şuşa kurortu”, “Şuşa”). |
1938 |
‒ Fevral ayında Şuşa Dövlət Kolxoz və Sovxoz Teatrı
yaradılmışdır. |
1943-1949 |
‒ Şuşa Dövlət Kolxoz və Sovxoz Teatrının əsasında Şuşa
Dövlət Musiqili Dram Teatrı yaradılmışdır və teatra
Üzeyir bəy
Hacıbəylinin adı verilmişdir. |
1948 |
‒ Şuşa musiqi texnikumu uşaq musiqi məktəbi kimi
fəaliyyət
göstərməyə başlamışdır. |
1957 |
‒ Şair, rəssam, astronom, ədəbiyyatşünas, nəqqaş,
tarixçi, xəttat
və musiqişünas Mir Möhsün Nəvvabın Tokay Məmmədov
tərəfindən hazırlanmış qəbirüstü abidəsi qoyulmuşdur. |
1959 |
‒ Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin Şuşa
şəhərində
uşaqlıq illərini keçirdiyi evdə ev-muzeyi yaradılmışdır. |
1961 |
‒ Respublika Kommunal Təsərrüfatı Nazirliyi işçilərinin
uşaqları
üçün şəhərin səfalı guşələrindən biri olan “Üç mıx”
adlanan
yerdə 100 nəfərlik pioner düşərgəsi istifadəyə
verilmişdir. |
1965 |
‒ Turşsuda 200 yerlik pansionat tikilmişdir. |
1967 |
‒ Vaqif küçəsində Molla Pənah Vaqifin büstünün açılışı
olmuşdur. |
1969 |
‒ Ən böyük tarixi eksponant olan Gövhər Ağa Məscidində
Şuşa
Tarix Muzeyi fəaliyyətə başlamışdır. |
1970 |
‒ “Oxu tar”, “Tər çiçəklər”, “Muğam” ansamblları
yaradılmışdır. |
1974 |
‒ Şuşa Rayon Partiya komitəsinin I katibi Qəşəm
Aslanovun və
bəstəkar Süleyman Ələsgərovun böyük səyi nəticəsində
musiqi
texnikumunun fəaliyyəti yenidən bərpa olunmuş və Mir
Möhsün Nəvvabın adını daşımağa başlamışdır. |
1976 |
‒ 4 noyabrda Azərbaycan KP MK-nin I katibi Heydər Əliyev
“Şuşa şəhərində kurort kompleksini daha da inkişaf
etdirmək
tədbirləri haqqında” qərar imzalamışdır. |
1977 |
‒ 10 avqustda Heydər Əliyevin göstərişi ilə Azərbaycan
SSR
Nazirlər Sovetinin 280 №-li qərarı ilə Şuşa şəhəri
Tarixi-
Memarlıq Qoruğu elan edilmişdir. |
1978 |
‒ Azərbaycan professional vokal sənətinin banisi
Bülbülün
anadan olduğu və uşaqlıq illərini keçirdiyi evində (iki
otaq, 369
eksponatdan ibarət) Bülbülün ev muzeyinin açılışı
olmuşdur. |
1979 |
‒ 12 yanvarda Heydər Əliyev Azərbaycan KP MK-nin I
katibi
kimi Dağlıq Qarabağa, o cümlədən Şuşaya səfərə
gəlmişdir. |
1980 |
‒ Şuşa Dövlət Memarlıq Qoruğu İdarəsi əməkdaşlarının
təşəbbüsü
və Şuşa şəhər əhalisinin köməyi ilə “Gəncə qapısı”nın
mühafizə zonasında xarakterinə görə Respublikamızda
birinci
olan “Açıq muzey” təşkil olunmuşdur. |
1982 |
‒ 14 yanvarda Azərbaycan KP MK-nin I katibi Heydər
Əliyevin iştirakı ilə məşhur Azərbaycan şairi və
ictimai-siyasi
xadimi Molla Pənah Vaqifin Şuşada yerləşən muzey-məqbərə
kompleksinin açılışı olmuşdur; |
‒ Azərbaycan KP MK-nin I katibi Heydər Əliyevin iştirakı
ilə
məşhur Azərbaycan şairəsi Xurşidbanu Natəvanın büstünün
açılışı olmuşdur; |
‒ 29 iyulda Azərbaycan KP MK-nin I katibi Heydər Əliyev
Şuşada Poeziya Evinin açılışında və “Vaqif poeziya
günləri”ndə iştirak etmişdir; |
‒ Mədəniyyət Nazirliyinin qərarı ilə uğurlu fəaliyyətinə
görə
“Muğam” ansamblına “Xalq ansamblı” adı verilmişdir. |
1983-1991 |
‒ Hər il may ayında şəhər ziyalılarının təşəbbüsü ilə
Şuşanın
dilbər guşələrindən biri olan Cıdır düzündə açıq havada
milli
mahnı bayramları keçirilmişdir. |
1983 |
‒ Bülbülün ev muzeyinin təmirdən sonra təntənəli açılışı
olmuşdur. |
1984 |
‒ 29 iyul Mehmandarovların yaşayış kompleksinə daxil
olan
məhəllə məscidi bərpadan sonra Dərman bitkiləri muzeyi
kimi
fəaliyyətə başlamışdır; |
‒ Şuşa Şəhər Uşaq Musiqi Məktəbi Şuşa Şəhər Uşaq
İncəsənət
Məktəbi adlandırılmış və həmin tarixdən Niyazinin adını
daşıyır; |
‒ Rövşən Bayramovun rəhbərliyi ilə Şuşa şəhər Rəsm
Qalareyası
(Tacir Abbasqulu ağa Zöhrabbəyova məxsus möhtəşəm üç
mərtəbə, on otaqdan ibarət olan malikanədə)
yaradılmışdır. |
1985 |
‒ Xurşidbanu Natəvan adına Respublika uşaq (vərəm)
sanatoriyası
yaradılmışdır. |
1987 |
‒ Xurşidbanu Natəvanın evində Nizami Gəncəvi adına Milli
Azərbaycan Ədəbiyyatı Muzeyinin Xurşidbanu Natəvan adına
Qarabağ filialı fəaliyyətə başlamışdır; |
‒ 19 mayda Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialı
Şuşa şəhərində, XVIII əsrin tarixi-memarlıq abidəsi
sayılan
Mehmandarovların malikanəsində fəaliyyətə başlamışdır. |
1988 |
‒ Şuşa şəhəri Azərbaycan Respublikasının Dövlət
Tarix-Memarlıq
Qoruğu elan edilmişdir. |
1989 |
‒ Cıdır düzündə “Xarı bülbül” Ümumittifaq muğam
festivalı
keçirilmişdir; |
‒ Şuşada televiziya ötürücü stansiyası fəaliyyətə
başlamışdır. |
1990 |
‒ Bülbülcan adına Uşaq musiqi məktəbi yaradılmışdır; |
‒ Ü.Hacıbəyli adına Azərbaycan Dövlət
Konservatoriyasının
Şuşa filialı açılmışdır; |
‒ Şair, rəssam, astronom, ədəbiyyatşünas, nəqqaş,
tarixçi, xəttat
və musiqişünas Mir Möhsün Nəvvabın ev-muzeyi açılmışdır; |
‒ Respublika Bəstəkarlar İttifaqının Şuşa təşkilatı
təsis edilmişdir. |
1992 |
‒ 8 mayda Şuşa şəhəri faciəli şəkildə erməni silahlı
qüvvələri
tərəfindən işğal edilmişdir; |
‒ 25 mayda Mədəniyyət Nazirliyi tərəfindən Şuşa Dövlət
Musiqili Dram Teatrının fəaliyyəti Bakıda bərpa
olunmuşdur. |
1993 |
‒ Üzeyir Hacıbəylinin, Xan qızı Natəvanın, Bülbülün
ermənilər
tərəfindən Şuşada güllələnmiş heykəlləri ulu öndər
Heydər
Əliyevin təşəbbüsü ilə, üçüncü tərəf vasitəsilə Bakıya
gətirilmiş
və Azərbaycan Milli İncəsənət Muzeyinin həyətində
yerləşdirilmişdir.
|
1998 |
‒ Bakı Beynəlxalq Əlaqələr Mərkəzinin “Azərbaycan
Dünyası”
qalareyasında rəssam İsa İbrahimovun “Mənim Şuşam” adlı
rəngkarlıq sərgisi açılmışdır. |
2000 |
‒ Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin
təşəbbüsü
ilə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında
Şuşanın
250 illiyinə həsr edilmiş elmi konfrans keçirilmişdir. |
2001 |
‒ Şuşa Dövlət Tarix-Memarlıq Qoruğu YUNESKO-nun Dünya
İrsinin İlkin siyahısına daxil edilmişdir; |
‒ “Azərbaycan Respublikası ərazisində dövlət
mühafizəsinə
götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin
əhəmiyyət
dərəcələrinə görə bölgüsünün təsdiq edilməsi haqqında”
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il
2 avqust
tarixli 132 nömrəli qərarı ilə Şuşa ərazisindəki
abidələr
siyahıya alınmış, dövlət mühafizəsinə götürülmüşdür; |
‒ Akademik Milli Dram Teatrında Şuşaya həsr olunmuş
“Şuşa-
250” mövzusunda elmi praktiki konfrans keçirilmişdir. |
2002 |
‒ Kino Evində Xalq şairi Cabir Novruzun “Şuşa yolu”
poeması
əsasında çəkilmiş eyniadlı televiziya filminin təqdimatı
keçirilmişdir. |
2006 |
‒ Azərbaycanın bir sıra mədəniyyət təşkilatı Bakı
İncəsənət
Mərkəzinin təşəbbüsü ilə “Şuşa uğrunda” Ümumazərbaycan
İctimai-Mədəni Hərəkatını təsis etmişdir. |
2007 |
‒ M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında
Çingiz
Qacarın “Qədim Şuşa” kitabının təqdimatı olmuşdur; |
‒ Azərbaycan Dövlət Musiqili Komediya Teatrında Şuşa
Mədəni-Maarif Texnikumunun 85 illik yubileyi qeyd
edilmişdir. |
2009 |
‒ M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında
Şuşanın
tarixi yerlərini əks etdirən “Şuşa Qarabağın tacıdır”
adlı
sərgi təşkil edilmişdir; |
‒ Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Xəzər Dəniz
Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə
Rusiyanın
Nijni Novqorod şəhərindəki “Krasnoye Sormovo”
gəmiqayırma
zavodunda inşa olunan “Şuşa” tankerinin suya salınması
mərasimində
iştirak etmişdir; |
‒ ABŞ-da Azərbaycanın qədim Şuşa şəhərinə həsr olunmuş
poçt markası buraxılmışdır. |
2010 |
‒ Şuşa şəhərinin 260 illik yubileyi qeyd olunmuşdur;
. |
‒ Qarabağ Fondunun dəstəyi ilə S.Bəhlulzadə adına Rəsm
Qalareyasında gənc rəssam Həlimə Ələsgərovanın
əsərlərindən
ibarət “Mənim Şuşam” adlı rəsm sərgisi açılmışdır |
2011 |
‒ Dağlıq Qarabağ Bölgəsi Azərbaycanlılarının İcması
İctimai
Birliyinin qərargahında Şuşanın erməni silahlı qüvvələri
tərəfindən işğalının 19-cu ildönümü ilə bağlı “Şuşa
Azərbaycanın
tarixi mədəniyyət mərkəzidir” mövzusunda elmi konfrans
keçirilmişdir;
|
‒ Qarabağın Azərbaycan İcmasının və “Regional hüquqi və
iqtisadi maarifləndirmə” İctimai Birliyinin Şuşa şəhəri
haqqında
hazırladığı “Dağıdılmış mədəniyyət beşiyi – Şuşa”
filminin
təqdimatı keçirilmişdir. Filmin baş məsləhətçisi siyasi
elmlər
üzrə fəlsəfə doktoru Qənirə Paşayeva, rejissoru Etibar
Məmmədov, ssenari müəllifi Büllur Cavadqızı, redaktoru
Kəmalə Paşayeva, elmi rəyçisi tarix elmləri doktoru Musa
Qasımovdur; |
‒ Şuşa YUNESKO-nun musiqi şəhəri nominasiyasına təqdim
edilmişdir. |
2012 |
‒ 9 apreldə Azərbaycan Respublikası Prezidenti İlham
Əliyev
“Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən
işğalının
iyirminci ildönümü haqqında” Sərəncam imzalamışdır; |
‒ Ankarada “Dağıdılmış mədəniyyət beşiyi – Şuşa”
filminin
(ideya müəllifi və baş məsləhətçisi siyasi elmlər üzrə
fəlsəfə
doktoru Qənirə Paşayeva) təqdimatı olmuşdur; |
‒ Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin
Azərbaycanlı
İcması İctimai Birliyində “Ruhum Qarabağlıdır” filminin
təqdimat mərasimi keçirilmişdir; |
‒ Dövlət İdarəçilik Akademiyasında Şuşanın işğalının
20-ci
ildönümünə həsr olunmuş “Şuşa: Azərbaycanın strateji
əhəmiyyətli
tarixi mədəniyyət mərkəzi” mövzusunda elmi-praktiki
konfrans keçirilmişdir; |
‒ M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında “20
il
Şuşasız” adlı kitab sərgisinin açılışı və Azərbaycan
Mədəniyyət
Nazirliyinin hazırladığı “Şuşa Azərbaycanın tarix və
mədəniyyət
incisidir” adlı kitab-kataloqunun təqdimat mərasimi
keçirilmişdir; |
‒ Yeni Azərbaycan Partiyası Gənclər Birliyində Şuşa
şəhərinin
işğalının 20-ci ildönümünə həsr olunmuş “Şuşa ‒
güllələnmiş
heykəllər və ruhlar şəhəri” adlı fotosərgi təşkil
edilmişdir; |
‒Azərbaycanın Macarıstandakı səfirliyinin təşəbbüsü ilə
Macarıstan
Poçtu qədim mədəniyyət mərkəzi olan Şuşa şəhərinin
erməni silahlı birləşmələri tərəfindən işğal edilməsinin
20 illiyi
ilə əlaqədar xatirə markası buraxmışdır; |
‒ Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət
Muzeyində
Şuşa şəhərinin işğalının 20 illiyi ilə əlaqədar “Şuşa
səsləyir...” adlı tədbir keçirilmişdir; |
‒ Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə
Dövlət Dəstəyi Şurasının təşəbbüsü ilə Şuşa şəhərinin
işğalının
20 illiyi ilə əlaqədar “Şuşaya azadlıq!” adlı beynəlxalq
kompaniyaya
start verilmişdir; |
‒ Şuşa şəhər uşaq musiqi məktəbinin 80 illik yubileyi
keçirilmişdir; |
‒ Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai
Birliyində ulu öndər Heydər Əliyevin 1982-ci ilin iyulun
29-da
Şuşada Molla Pənah Vaqifin poeziya günlərində
iştirakının 30-
cu ildönümünə həsr olunmuş dəyirmi masa keçirilmişdir. |
2013 |
‒ Aprelin 11-də “Avropa ətrafında Avropa” devizi altında
Parisdə
keçirilən Böyük Avropanın müəllif və incəsənət
filmlərinin
VIII festivalı çərçivəsində Avropa-Azərbaycan
Cəmiyyətinin
təşkilatçılığı ilə “Entrepot” kino zalında Böyük
Britaniya
kinematoqrafçıları Endryu Tompsonun və Lüsi Beleyin Şuşa
qaçqınlarının həyatından çəkdikləri “Həsrət” sənədli
filmi nümayiş
etdirilmişdir. |
2017 |
‒ Milli Kitabxanada Şuşa Şəhər kitabxanasının
yaranmasının
120 illiyinə həsr edilən “Şuşanın mədəni irsi unudulmur”
adlı
tədbir keçirilmişdir. |
2018 |
‒ Hollandiyanın Harlem şəhərindəki Montessori kollecində
şairə Xurşidbanu Natəvanın poemaları əsasında
səhnələşdirilmiş
“Xarı & Bülbül” teatr tamaşası təqdim edilmişdir. |
2019 |
‒ 8 mayda Azərbaycan Milli Kitabxanasında Şuşa şəhərinin
ermənilər tərəfindən işğalının 27-ci ildönümünə həsr
olunmuş
“Qarabağın tacı Şuşa” adlı geniş kitab sərgisi
açılmışdır; |
‒ “Azərkitab” kitab təbliğatı mərkəzində “Dünya
Azərbaycanlılarının
Həmrəyliyinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı
ilə Şuşanın işğalının 27-ci ildönümünə həsr edilən
“Zirvələrin
zümrüd tacının dumanlı taleyi...” adlı tədbir
keçirilmişdir; |
‒ Şuşa Dövlət Musiqili Dram Teatrında gənclərin “Xarı
bülbül”
2-ci yaradıcılıq festivalı keçirilmişdir. |
2020 |
‒ Noyabr ayının 8-də Azərbaycan Respublikasının
Prezidenti,
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə
Azərbaycan
Silahlı Qüvvələri 44 günlük İkinci Qarabağ müharibəsi
zamanı
Şuşa şəhərini Ermənistan Silahlı Qüvvələrindən azad
etmişdir; |
‒ 8 noyabrda Azərbaycan Respublikasının Prezidenti,
Müzəffər
Ali Baş Komandan İlham Əliyev Şuşanın azad edilməsi ilə
əlaqədar Şəhidlər Xiyabanında Azərbaycan xalqına
müraciət
etmişdir; |
‒ Noyabrın 20-də Azərbaycan Respublikasının Milli
Məclisində
Vətən Müharibəsində qələbə münasibətilə Azərbaycan
Respublikasının orden və medallarının təsis edilməsi ilə
əlaqədar
“Azərbaycan Respublikasının orden və medallarının təsis
edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanun
layihəsi
müzakirə edilmişdir; |
‒ 26 noyabrda Azərbaycan Respublikası Prezidenti İlham
Əliyev
Azərbaycan Respublikasının “Şuşanın azad olunmasına görə”
medalının Əsasnaməsini Azərbaycan Respublikasının
2020-ci il
26 noyabr tarixli Vətən Müharibəsində qələbə
münasibətilə Azərbaycan
Respublikasının orden və medallarının təsis edilməsi ilə
əlaqədar “Azərbaycan Respublikasının orden və
medallarının təsis
edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik
edilməsi barədə” Qanunu ilə təsdiq etmişdir; |
‒ 29 dekabrda Azərbaycan Respublikası Prezidenti İlham
Əliyev “Azərbaycan Respublikasının Şuşa şəhərinin
işğaldan
azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında
iştirak
etmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi
qulluqçularının “Şuşanın azad olunmasına görə” medalı
ilə
təltif edilməsi haqqında” Sərəncam imzalamışdır; |
‒ 1 dekabrda Azərbaycan Milli Kitabxanası “Qarabağın
incisi
Şuşa” adlı Elektron məlumat bazasını virtual rejimdə
istifadəçilərə
təqdim etmişdir; |
‒ Heydər Əliyev Fondunun dəstəyi ilə “Mənim ürəyim Şuşa”
musiqi kompozisiyası hazırlanmışdır (sözləri Çexiyada
yaşayan
azərbaycanlı şairə Leyla Beqim, musiqisi Almaniyada
yaşayan
həmyerlimiz, skripkaçı Anar Bramodur); |
‒ Dövlət Tərcümə Mərkəzi tərəfindən Şuşa şəhərində
ermənilərin
törətdiyi vəhşiliklərdən bəhs edən “Şuşa həqiqətləri”
adlı
videoçarx hazırlanmışdır; |
‒ Oktyabrın 12-də Azərbaycan Dövlət Rəsm Qalareyasında
Şuşa qalasının 270 illiyinə həsr olunmuş rəssam Elturan
Avalovun əsərlərindən ibarət virtual sərgi açılmışdır. |
2021 |
‒ 14 yanvarda Azərbaycan Prezidenti, Ali Baş Komandan
İlham Əliyev Füzuli rayonunda Füzuli-Şuşa yolunun və
hava
limanının təməllərini qoyub, Şuşa şəhərində səfərdə
olmuşdur; |
‒ 16 martda Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla
Əliyeva Şuşa şəhərində səfərdə olublar; |
‒ 16 martda Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla
Əliyeva
Şuşada Cıdır düzündə bayram tonqalını alovlandırıblar; |
‒ 16 martda Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev Cıdır düzündən Azərbaycan xalqına müraciət
etmişdir; |
‒ 16 martda Azərbaycan Prezidenti İlham Əliyevin
təşəbbüsü
ilə Üzeyir Hacıbəyli, Xan qızı Natəvan, Bülbülün
güllələnmiş
heykəlləri Şuşaya gətirilmişdir; |
‒ 7 mayda “Şuşa şəhərinin Azərbaycanın mədəniyyət
paytaxtı
elan edilməsi haqqında” Azərbaycan Respublikası
Prezidenti
İlham Əliyev Sərəncam imzalamışdır; |
‒ 12 mayda Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla
Əliyeva
və Arzu Əliyeva 110/35/10 kilovoltluq “Şuşa”
yarımstaniyasının
açılışında iştirak ediblər; |
‒ 12 mayda Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla
Əliyeva
və Arzu Əliyeva Şuşada “Xarıbülbül” otelinin
yenidənqurmadan
sonra açılışında iştirak ediblər; |
‒ 12 mayda Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla
Əliyeva
və Arzu Əliyeva Şuşada “Xarıbülbül” otelinin nəznindəki
48
mənzilli korpusda və koteclərdə yaradılan şəraitlə tanış
olublar; |
‒ 12 mayda Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla
Əliyeva
və Arzu Əliyeva Şuşada yeni məscidin təməlini qoyublar; |
‒ 12 mayda Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla
Əliyeva
və Arzu Əliyeva Şuşada Xüsusi nümayəndəliyin inzibati
binası
ilə tanış olublar; |
‒ 12 mayda Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla
Əliyeva
və Arzu Əliyeva Xan qızı Natəvanın sarayının
qarşısındakı
əraziyə baxış keçiriblər; |
‒ 12 mayda Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla
Əliyeva
və Arzu Əliyeva “Xan qızı” bulağında olublar; |
‒ 12 mayda Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla
Əliyeva
və Arzu Əliyeva Şuşa Yaradıcılıq Mərkəzinin yerləşəcəyi
bina
ilə tanış olublar; |
‒ 12 mayda Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla
Əliyeva
və Arzu Əliyeva Şuşa Rəsm Qalareyasında görülən işlərlə
tanış
olublar; |
‒ 12 mayda Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla
Əliyeva
və Arzu Əliyeva Şuşada 1 saylı ümumtəhsil məktəbinin
təməlqoyma
tədbirində iştirak ediblər; |
‒ 12-13 mayda “Xarıbülbül” musiqi festivalı keçrilmişdir; |
‒ 12 mayda Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada
“Xarıbülbül”
festivalının açılışında iştirak ediblər; |
‒ 12 mayda “Xarıbülbül” musiqi festivalı çərçivəsində
möhtəşəm
atəşfəşanlıq olmuşdur; |
‒ 13 mayda Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla
Əliyeva
və Arzu Əliyeva Yuxarı Gövhər ağa məscidində olublar; |
‒ 13 mayda Cıdır düzündə “Xarıbülbül” musiqi festivalı
qalakonsertlə
başa çatmışdır; |
‒ 14 iyunda Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev Əhmədbəyli-Füzuli-Şuşa yolunda və ya Zəfər
yolunda
görülən işlərlə tanış olmuşdur; |
‒ 14 iyunda Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun Daşaltı
kəndinin ərazisindən keçən hissəsində inşa olunacaq
tunelin
təməlini qoymuşdur; |
‒ 15 iyunda Türkiyə Respublikasının Prezidenti Rəcəb
Tayyib
Ərdoğan və birinci xanım Əminə Ərdoğan Şuşaya səfər
ediblər; |
‒ 15 iyunda Azərbaycan Respublikasına rəsmi səfərə gələn
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib
Ərdoğanın
Şuşada rəsmi qarşılanma mərasimi olmuşdur; |
‒ 15 iyunda Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev, birinci xanım Mehriban Əliyeva və Türkiyə
Respublikasının
Prezidenti Rəcəb Tayyib Ərdoğan və birinci xanım
Əminə Ərdoğan Azərbaycanın tanınmış şəxsiyyətləri
Natəvan,
Bülbül və Üzeyir Hacıbəylinin heykəllərini ziyarət
ediblər; |
‒ 15 iyunda Azərbaycan-Türkiyə: dostluğun, qardaşlığın,
birliyin
təntənəsi: Azərbaycan Respublikası ilə Türkiyə
Respublikası
arasında müttəfiqlik münasibətləri haqqında “Şuşa
Bəyannaməsi”
imzalanmışdır; |
‒ 15 iyunda Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev, birinci xanım Mehriban Əliyeva və Türkiyə
Respublikasının
Prezidenti Rəcəb Tayyib Ərdoğan və birinci xanım
Əminə Ərdoğan “Xan qızı” bulağında olublar; |
‒ 15 iyunda Heydər Əliyev Fondunun təşkilatçılığı ilə
“Musiqi
irsi və Qarabağ atları Cıdır düzündə” adlı kompozisiya
təqdim
olunmuşdur; |
‒ 22 iyunda “Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin
yaradılması
haqqında” Azərbaycan Respublikası Prezidenti İlham
Əliyev
Fərman imzalamışdır; |
‒ 9 iyulda Azərbaycandakı diplomatik korpusun və
beynəlxalq
təşkilatların 100-dən çox nümayəndəsi Şuşa şəhərinə
səfər
etmişdir; |
‒ 30 iyulda Azərbaycan, Türkiyə və Pakistanın parlament
sədrləri Şuşaya səfər etmişdir; |
‒ 29 avqustda Azərbaycan Respublikasının Prezidenti
İlham
Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada yeni
yaşayış
massivinin təməlqoyma tədbirində iştirak ediblər; |
‒ 29 avqustda Azərbaycan Respublikasının Prezidenti
İlham
Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada “Otel və
Konfrans Mərkəzi”nin təməlqoyma tədbirində iştirak
ediblər; |
‒ 29 avqustda Azərbaycan Respublikasının Prezidenti
İlham
Əliyev və birinci xanım Mehriban Əliyeva Üzeyir
Hacıbəylinin
Şuşa şəhərindəki ev-muzeyində aparılacaq işlərlə tanış
olublar; |
‒ 29 avqustda Azərbaycan Respublikasının Prezidenti
İlham
Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa şəhərində
görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin
heykəlinin
açılışında iştirak ediblər; |
‒ 29 avqustda Azərbaycan Respublikasının Prezidenti
İlham
Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycan
musiqi
mədəniyyətinin inkişafında böyük xidmətlər göstərmiş,
professional
vokal məktəbinin təşəkkülü və təkamülündə mühüm rol
oynamış Xalq artisti Bülbülün Şuşa şəhərindəki
ev-muzeyinin
bərpa işlərindən sonra açılışı mərasimində iştirak
ediblər; |
‒ 29 avqustda Azərbaycan Respublikasının Prezidenti
İlham
Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycan
şairi və
ictimai-xadimi Molla Pənah Vaqifin muzey-məqbərə
kompleksinin
təmir-bərpa və yenidənqurma işlərindən sonra açılışı
mərasimində iştirak ediblər, görülən işlərlə tanış
olublar; |
‒ 29 avqustda Azərbaycan Respublikasının Prezidenti
İlham
Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa şəhərində
dahi
Azərbaycan şairi Molla Pənah Vaqifin büstünün açılışı
mərasimində
iştirak ediblər; |
‒ 29 avqustda Azərbaycan Respublikasının Prezidenti
İlham
Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Xüsusi
nümayəndəliyin yerləşəcəyi inzibati binada bərpa işləri
ilə tanış
olublar; |
‒ 29 avqustda Azərbaycan Respublikasının Prezidenti
İlham
Əliyev və birinci xanım Mehriban Əliyeva Azərbaycanın
mədəniyyət
paytaxtı Şuşa şəhərində yenidənqurma işləri yekunlaşan
“Qarabağ” hotelinin açılışında iştirak ediblər; |
‒ 29 avqustda Azərbaycan Respublikasının Prezidenti
İlham
Əliyev Əhmədbəyli-Füzuli-Şuşa Zəfər yolunda son
tamamlama
işləri ilə tanış olub; |
‒ 30 avqustda Şuşada böyük Azərbaycan şairi, dövlət
xadimi,
Qarabağ xanının vəziri Molla Pənah Vaqifin məqbərəsinin
önündə Vaqif Poeziya Günlərinin açılışı keçirildi; |
‒ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və
birinci xanım Mehriban Əliyeva Vaqif Poeziya Günlərinin
rəsmi açılışında iştirak ediblər; |
‒ 18-24 sentyabr tarixində Heydər Əliyev Fondu,
Azərbaycan
Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan
Bəstəkarlar
İttifaqının təşkilatçılığı ilə Üzeyir Hacıbəyli adına
XIII Beynəlxalq
Musiqi Festivalı baş tutub; |
‒ M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası “8
Noyabr
– Zəfər Günü” adlı metodik vəsaiti onlayn rejimdə
istifadəçilərə
təqdim etmişdir; |
‒ M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası Şuşanın
işğaldan azad olunması münasibətilə “Şuşa – Azərbaycanın
mədəniyyət
paytaxtı” adlı biblioqrafiyanı nəşr etdirmişdir. |
2022 |
‒ 5 yanvarda Azərbaycan Respublikası Prezidenti İlham
Əliyev “Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa
ili” elan edilməsi haqqında” sərəncam imzalamışdır; |
‒ 13 yanvarda Xətai Sənət Mərkəzində Yeni Azərbaycan
Partiyası (YAP) Xətai rayon təşkilatının və 2 nömrəli
UşaqGənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə
“Mədəniyyətimizin incisi Şuşa” adlı rəsm sərgisi
keçirilmişdir; |
‒ 15 yanvarda 2022-ci ilin “Şuşa ili” elan edilməsi ilə
əlaqədar Azərbaycan Milli Kitabxanası tərəfindən Şuşa
haqqında rəsmi sənədlər, Azərbaycanın görkəmli
şəxsiyyətlərinin fikirləri, şəhərin tarixi, mədəniyyəti,
coğrafiyası haqqında kitablar, eləcə də dövri mətbuat
səhifələrində dərc olunan məqalələr, fotoların nümayiş
olunduğu “Şuşa” adlı virtual sərgi hazırlanmışdır; |
‒ 1 fevralda Azərbaycan Respublikasının Milli Məclisi
Azərbaycan Respublikası Konstitusiyasının 95-ci
maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq
“Azərbaycan Respublikası ilə Türkiyə Respublikası
arasında müttəfiqlik münasibətləri haqqında” 2021-ci il
iyunun 15-də Şuşa şəhərində imzalanmış Şuşa Bəyannaməsi
təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu
təsdiq etmişdir; |
‒ 7 fevralda Azərbaycan Milli Kitabxanasında “Şuşa ili”nin
açılış mərasiminə həsr olunan “Şuşa-Azərbaycanın
mədəniyyət paytaxtı. Biblioqrafiya” və “Xan Şuşinski.
Biblioqrafiya” kitablarının təqdimat mərasimi
keçirilmişdir; |
‒ 12 fevralda Prezident İlham Əliyev “Azərbaycan
Respublikası ilə Türkiyə Respublikası arasında
müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsinin
təsdiq edilməsi barədə Azərbaycan Respublikasının
qanununu imzalamışdır; |
‒ 16 fevralda 21 ölkədən olan tanınmış səyyahlar Şuşa
şəhərinə səfər etmişdirlər; |
‒ 23 fevralda Moldova parlamentinin sədri İqor Qrosunun
rəhbərlik etdiyi nümayəndə heyəti Şuşa şəhərlərinə səfər
etmişdirlər; |
‒ 25 fevralda xarici jurnalistlərin Şuşa şəhərinə səfəri
təşkil edilmişdir; |
‒ 25 fevralda Azərbaycan Respublikasının Baş Naziri Əli
Əsədov “Şuşa İli” ilə bağlı Tədbirlər Planı”nın təsdiq
edilməsi
barədə” sərəncam imzalamışdır; |
‒ 25 fevralda Srebrenitsa faciəsi qurbanlarının təmsil
olunduğu QHT-lərin nümayəndələri işğaldan azad edilmiş
Şuşa şəhərinə səfər etmişdirlər; |
‒ 15 martda Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət
Nazirliyinin “Şuşa İli” münasibətilə həyata keçirdiyi
daha bir təşəbbüsün – “Şuşa söhbətləri” (Shusha talks)
layihəsinin təqdimatı
keçirilmişdir; |
‒ 18 martda Azərbaycan Respublikasının yüksək səviyyəli
dövlət
və hökumət rəsmiləri, BMT-nin ölkəmizdəki rezident
əlaqələndiricisi, BMT-nin Azərbaycandakı qurumlarının
rəhbər şəxsləri
iştirak ilə Azərbaycan-BMT tərəfdaşlığının 30 illiyinə
həsr
olunmuş toplantı keçirilmişdir; |
‒ 31 martda Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına
(TÜRKSOY) üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi
Şurasının Türkiyənin Bursa şəhərində keçirilən iclasında
Şuşa
şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət
paytaxtı”
seçilmişdir; |
‒ 13 apreldə Bakı Kitab Mərkəzində Azərbaycan
Respublikası
Təhsil Nazirliyinin dəstəyi ilə 2 nömrəli Uşaq-Gənclər
İnkişaf
Mərkəzi və Amerika Birləşmiş Ştatlarının Nyu-York
şəhərində
fəaliyyət göstərən “My Way” Uşaq-Gənclər Yaradıcılıq
Mərkəzinin birgə təşkilatçılığı ilə “Qədim Şuşa” adlı
rəsm sərgisi
keçirilib; |
‒ Mədəniyyət Nazirliyi qədim şəhərimizin zəngin mədəni
irsini
tanıtmaq məqsədilə “Şuşa mədəniyyətinin inciləri” adlı
layihəyə
start vermişdir. Layihə yeddi bölmədən: “Şuşanın
memarlıq
salnaməsi”, “Azərbaycan musiqisinin məbədi – Şuşa”,
“Muğam
ocağı – Şuşa”, “Qarabağ xalçaçılıq məktəbi – Şuşa”,
“Şuşanın
ədəbi həyatı”, “Şuşanın simaları”, “Şuşa milli geyim
üslubu”
ibarətdir. |
‒ 16 apreldə Gürcüstanın mədəniyyət xadimləri,
ekoloqlar,
türkoloqlar və blogerlərindən ibarət nümayəndə heyəti
Şuşa
şəhərinə səfər etmişdirlər; |
‒ 19 apreldə Mədəniyyət Nazirliyinin, Azərbaycan və
Özbəkistan Yazıçılar Birliyinin nümayəndələri, habelə
şairləri
iştirak ilə “Məclisi Fəramuşan” şairlər məclisinin rəsmi
açılışı
olmuşdur; |
‒ 20 apreldə “Şuşa İli” münasibətilə 270 yaşlı
şəhərimizin tariximədəni zənginliklərinin öyrənilməsi və
təbliği məqsədilə Mədəniyyət Nazirliyi yanında Mədəni
İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti,
Beynəlxalq Multikulturalizm Mərkəzinin və Mənəvi
Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə
Azərbaycan Milli İncəsənət Muzeyində “Şuşa – Azərbaycan
mədəniyyətinin paytaxtı” adlı kataloqun təqdimat
mərasimi keçirilmişdir; |
‒ 21 apreldə Azərbaycan Milli Kitabxanasının və “Aytam”
Uşaqların Mədəni Maarifləndirilməsi İctimai Birliyinin
birgə təşkilatçılığı ilə Milli Kitabxananın nəzdində
fəaliyyət göstərən “Açıq kitabxana”da “Doğma Şuşa” adlı
tədbir keçirilmişdir; |
‒ 22-23 apreldə Şuşa şəhərində Dünya Azərbaycanlılarının
V Qurultayı – Zəfər Qurultayı keçirilmişdir; |
‒ 22 apreldə Dünya Azərbaycanlılarının V Qurultayında
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev geniş
nitq söyləmişdir; |
‒ 23 apreldə Dünya Azərbaycanlılarının V Qurultayının
qətnaməsi qəbul olunmuşdur; |
‒ 28 apreldə latviyalı rəssam Dase Ştrausanın “Qarabağ
atları” adlı rəsm sərgisinin açılış mərasimi
keçirilmişdir; |
‒ 28 apreldə Rumıniya Parlamentinin Nümayəndələr
Palatasının Azərbaycanla dostluq qrupunun rəhbəri
Kristian İvanutsanın başçılıq etdiyi nümayəndə heyəti
Şuşa şəhərinə səfər etmişdilər; |
‒ 28 apreldə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi
və ADA Universitetinin təşkilatçılığı ilə dünyanın 20-dən
çox ölkəsindən 50-yə yaxın xarici beyin mərkəzlərinin
ekspertləri, tədqiqatçı alimlər və media
nümayəndələrinin iştirak ilə “Cənubi Qafqaz: İnkişaf və
Əməkdaşlıq” adlı beynəlxalq forum keçirilmişdir; |
‒ 28 apreldə “Şuşa ili” çərçivəsində Bakı Slavyan
Universitetində (BSU) Azərbaycan Rəssamlar İttifaqı ilə
birgə təşkil olunan Xalq rəssamı, professor Arif
Hüseynovun əsərlərindən ibarət “Şuşanın görkəmli musiqi
xadimləri” adlı sərginin ilk nümayişi olmuşdur; |
‒ 6 mayda M.F.Axundzadə adına Azərbaycan Milli
Kitabxanası tərəfindən Azərbaycanın mədəniyyət mərkəzi
olan Şuşa əhalisinin XIX əsr geyim mədəniyyəti, onun
təsnifatı, əyani-vizual görüntüləri və qısa tarixi öz
əksini tapan “Şuşa milli geyimləri” adlı virtual sərgi
hazırlanmışdır; |
‒ 7 mayda Tbilisidə Vaxtanq Salaridze adına konsert
zalında Azərbaycanın Gürcüstandakı səfirliyinin,
Azərbaycan Respublikasının Mədəniyyət və Təhsil
nazirliklərinin, Tbilisidəki Mirzə Fətəli Axundov adına
Azərbaycan Mədəniyyəti Muzeyinin və Azərbaycan Milli
Konservatoriyasının tərkibindəki İncəsənət
Gimnaziyasının birgə təşkilatçılığı ilə “Şuşa İli”nə
həsr olunmuş “Cənnətim Qarabağ” adlı musiqili gecə
keçirilmişdir; |
‒ 7-8 mayda Heydər Əliyev Fondu və Dövlət Turizm
Agentliyinin təşkilatçılığı ilə Azərbaycanın Mədəniyyət
Paytaxtında şəhərin qədimliyi, gözəlliyi, Azərbaycan
xalqının qonaqpərvərliyinin nümayiş olunduğu müxtəlif
ölkələrin kulinarlarının bir araya gəldiyi “Birinci
Beynəlxalq Kulinariya Festivalı” keçirilmişdir; ‒ 11
mayda Dendrologiya İnstitutunda Bakı Şəhər İcra
Hakimiyyəti və Azərbaycan Milli Elmlər Akademiyasının
birgə təşkilatçılığı ilə “Şuşa İli” çərçivəsində II
Xarıbülbül rəsm və əl işlərindən ibarət ümumrespublika
yaradıcılıq müsabiqəsi keçirilmişdir; |
‒ 11 mayda Baş prokuror Kamran Əliyevin müşayiətilə
Səudiyyə Ərəbistanı Krallığının Baş prokuroru Şeyx Səud
bin Abdullah Əl Müacibin başçılıq etdiyi nümayəndə
heyəti ölkəmizin mədəniyyət paytaxtına səfər etmişdirlər; |
‒ 12-14 may tarixlərində Heydər Əliyev Fondu, Mədəniyyət
Nazirliyi və Şuşa Şəhəri Dövlət Qoruğunun birgə
təşkilatçılığı ilə V “Xarıbülbül” Beynəlxalq Folklor
Festivalı keçirilmişdir; |
‒ 12 mayda Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev və birinci xanım Mehriban Əliyeva V “Xarıbülbül”
Beynəlxalq Folklor Festivalının açılışında iştirak
etmişdir; |
‒ 13 mayda Azərbaycan Respublikasının Prezidenti
“Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhəri haqqında”
Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi
barədə” Azərbaycan Respublikasının 527-VIQD nömrəli
Qanununu imzalamışdır; |
‒ 17 mayda Azərbaycan Musiqi Mədəniyyəti Dövlət
Muzeyində “Şuşa musiqiçiləri” adlı sərginin açılışı
keçirilmişdir; |
‒ 18 mayda İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament
Assambleyasının (İƏT PA) Üçüncü Ümumi Konfransında
iştirak edən Türkiyə, Pakistan, İran, Özbəkistan,
Qazaxıstan, Qırğızıstan və Tacikistan parlament
nümayəndə heyətləri Azərbaycanın mədəniyyət paytaxtına
səfər etmişdirlər; |
‒ 19-20 mayda Mədəniyyət Nazirliyi, Ekologiya və Təbii
Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə
“Münaqişədən sonrakı humanitar gündəliyin inkişafı:
mədəni mühitin canlandırılması yolu ilə davamlı inkişaf”
mövzusunda beynəlxalq konfrans keçirilmişdir; |
‒ 21 mayda Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev “Şuşa şəhərində Şuşa Real Məktəbinin binasının
layihələndirilməsi və bərpası ilə bağlı tədbirlər
haqqında” sərəncam imzalamışdır; |
‒ 21 mayda ölkəmizin Fransadakı səfirliyinin və
UNESCO üzrə Milli Komissiyasının birgə təşkilatçılığı
ilə “Şuşa İli” çərçivəsində Parisdəki Azərbaycan
Mədəniyyət Mərkəzində “Qarabağ” muğam klubunun konserti
olmuşdur; |
‒ 22 mayda Azərbaycanın Gürcüstandakı Səfirliyinin
təşkilatçılığı və SOCAR-ın Gürcüstan Nümayəndəliyinin
dəstəyi ilə ölkəmizə səfərə gələn Gürcüstanın din
xadimlərindən ibarət nümayəndə heyəti Şuşa şəhərinə
səfər etmişdirlər; |
– 22 mayda Azərbaycan, Türkiyə və Gürcüstan
parlamentlərinin xarici əlaqələr komitələrinin Şuşa
şəhərində VII üçtərəfli iclası keçirilmişdir; |
– 24 mayda Azərbaycanda rəsmi səfərdə olan Estoniya
Parlamentinin (Riiqikoqun) sədri Yüri Ratasın başçılıq
etdiyi parlament nümayəndə heyəti Şuşa şəhərinə səfər
etmişdirlər; |
– Mayda Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi
Agentliyinin maliyyə yardımı ilə “Azəri Yurdu” Gənclər
İctimai Birliyi tərəfindən icra olunan “İşğal
nəticəsində dağıdılan mədəniyyət ocağının tanıdılması”
layihəsi çərçivəsində Şuşa Dövlət Musiqili Dram
Teatrının fəaliyyətindən bəhs edən “Ən uzun qastrol”
adlı sənədli film hazırlanmışdır; |
– 27 mayda Türkiyənin “Baykar” şirkətinin texniki
direktoru Selçuk Bayraktarın da tərkibində olduğu
“TEKNOFEST Azərbaycan”ın Türkiyədən olan nümayəndə
heyəti Şuşada erməni vandalizminin izləri, eləcə də
aparılan tikinti-quruculuq işləri ilə tanış olublar; |
‒ 4 iyunda Azərbaycan Respublikasının Milli Məclisi,
Türkiyə Böyük Millət Məclisi, ADA Universiteti və
Beynəlxalq Balkan Universitetinin birgə təşkilatçılığı
ilə “7-ci Beynəlxalq Sosial Elmlər Konqresi”nin Şuşa
paneli keçirilmişdir; |
– 6 iyunda “TRT” İstanbul Radiosu, Xəzər Folklor Təhsil
və Araşdırma Mərkəzinin (Hazarfem dərnəyi)
təşkilatçılığı, İstanbulun Bakırköy Bələdiyyəsinin
dəstəyi ilə İstanbulda “Anadoludan Azərbaycana bir nəfəs
– 2022 Şuşa İli” adlı təntənəli konsert təşkil
edilmişdir; |
‒ 7 iyunda Azərbaycan Milli Kitabxanasında Şuşa
şəhərində XIX əsr tikmə nümunələri, onların təsnifatı,
əyani-vizual görüntüləri və qısa tarixi öz əksini
tapdığı “Şuşa əl işləri” adlı virtual sərgi onlayn
rejimdə istifadəçilərə təqdim olunmuşdur; |
‒ 11 iyunda Azərbaycan Milli Kitabxanasında Şuşa
şəhərinin sənətkarlarının hazırladığı zərgərlik
nümunələri, onların təsnifatı, haqqında məlumatlar,
əyani-vizual görüntüləri və qısa tarixi öz əksini
tapdığı “Şuşa zərgərlik məmulatları” adlı virtual sərgi
açılmışdır |
‒ 11 iyunda Paraqvay parlamentinin Xarici əlaqələr
komissiyasının sədri Valter Enrike Harms və Paraqvay
Senatındakı Paraqvay-Azərbaycan Dostluq Qrupunun sədri
Lukas Akino Xaradan ibarət nümayəndə heyəti Şuşa
şəhərinə səfər etmişdirlər; |
‒ 11 iyunda Slovakiya Milli Şurasının sədri Boris
Kolların rəhbərlik etdiyi parlament nümayəndə heyəti
Azərbaycanın mədəniyyət paytaxtına səfər etmişdirlər; |
‒ 11 iyunda Milli Məclisin Aqrar siyasət və Regional
məsələlər komitələrinin birgə iclası keçirilmişdir; |
‒ 13 iyunda Mədəniyyət Nazirliyi tərəfindən “Şuşa İli”
münasibətilə həyata keçirilən “Şuşa mədəniyyətinin
inciləri” layihəsinin “Şuşanın ədəbi həyatı” bölməsi
üzrə növbəti təqdimat “Məclisi-Üns” ədəbi məclisə həsr
olunmuşdur; |
‒ 13 iyunda Beynəlxalq İnkişafa Yardım Agentliyi (AlDA)
vasitəsilə Xarici İşlər Nazirliyi və ADA Universiteti
nəzdində fəaliyyət göstərən İnkişaf və Diplomatiya
İnstitutunun İxtisasartırma Proqramları tərəfindən birgə
təşkil olunan “Əcnəbi Diplomatlar üçün Xarici Siyasət
Proqramı‒ 2022” adlı beynəlxalq kursun iştirakçısı olan
14 xarici diplomat Şuşa şəhərinə səfər etmişdir; |
‒ 14 iyunda Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev “Azərbaycan – Türkiyə strateji müttəfiqlik
münasibətləri Qafqaz və region üçün sülh və sabitlik
mənbəyidir” mövzusunda beynəlxalq konfransın
iştirakçılarına təbrik məktubu ünvanlamışdır; |
‒ 15 iyunda Şuşa Bəyannaməsinin birinci ildönümü
münasibətilə Şuşa şəhərində “Azərbaycan-Türkiyə strateji
müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və
sabitlik mənbəyidir” mövzusunda beynəlxalq konfrans
keçirilmişdir; |
‒ 18 iyunda Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar
İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai
Sənət Mərkəzinin dəstəyi və “IWS Azerbaijan” (Beynəlxalq
Suluboya Cəmiyyətinin Azərbaycan nümayəndəliyi) və “IWS
Khatai Art Center”in (Xətai Sənət Mərkəzinin nəzdindəki
Akvarel qalereyası) təşkilatçılığı ilə Xətai Sənət
Mərkəzinin qarşısında “Şuşa İli”nə həsr olunmuş akvarel
performansı təşkil edilmişdir; |
‒ 20 iyunda Malayziyanın Selanqor ştatının Petaling Jaya
şəhərində Şuşanın 270 illiyinə dair Azərbaycanın
Malayziyadakı Səfirliyinin təşəbbüsü və dəstəyi,
həmçinin Petaling Jaya Şəhər Şurasının ev sahibliyi ilə
Malayziyada foto-sərgi təşkil olunmuşdur; |
‒ 22 iyunda mədəniyyət paytaxtımız və Bülbülün doğma
yurdu Şuşa şəhərində Azərbaycan vokal məktəbinin banisi,
SSRİ Xalq artisti Bülbülün anadan olmasının 125 illiyinə
həsr olunan Vokalçıların Bülbül adına VIII Beynəlxalq
müsabiqəsinin yekun qala-konserti və laureatların
mükafatlandırılması mərasimi keçirilmişdir; |
‒ 24 iyunda “Şuşa söhbətləri” (Shusha talks) layihəsi
çərçivəsində Beynəlxalq Muğam Mərkəzində layihə üzrə
“Musiqinin Şuşaya qayıdışı” mövzusuna həsr olunmuş
ikinci görüş təşkil olunmuşdur; |
‒ 24 iyunda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət
Universiteti (ADMİU) tərəfindən ölkə başçısı cənab İlham
Əliyevin müvafiq Sərəncamı əsasında elan olunmuş 2022-ci
il “Şuşa İli”nə həsr olunan “Mədəniyyət: Problemlər və
Perespektivlər” adlı doktorant və gənc tədqiqatçıların
XV Beynəlxalq elmi Konfransı keçirilmişdir; |
‒ 28 iyunda Mədəniyyət Nazirliyi tərəfindən “Şuşa İli”
münasibətilə həyata keçirilən “Şuşa mədəniyyətinin
inciləri” layihəsinin yeni təqdimatı “Şuşanın memarlıq
salnaməsi” bölməsindən Şuşa qalasına həsr olunmuşdur; |
‒ 28 iyunda Azərbaycanın Almaniyadakı səfirliyi
tərəfindən Berlində Azərbaycan Respublikasının
Almaniyadakı səfirliyinin tabeliyindəki Mədəniyyət
Mərkəzində “Şuşa İli” çərçivəsində muğam konserti və
sərgi, habelə ziyafət təşkil olunmuşdur; |
‒ 29 iyunda Parisdə Azərbaycan səfirliyinin mədəniyyət
mərkəzində “Şuşa İli” çərçivəsində “Erməni
separatistləri tərəfindən dağıdılmış Qarabağ xristian
kilsələri” adlı sənədli film nümayiş edilmişdir; |
‒ 29 iyunda M.F.Axundov adına Azərbaycan Milli
Kitabxanası tərəfindən Azərbaycanın mədəniyyət mərkəzi
olan Şuşa şəhəri əhalisinin XVIII-XIX əsrlərdə istifadə
etdiyi məişət əşyaları, onların təsnifatı, haqqında
məlumatlar, əyani-vizual görüntülər və qısa tarix öz
əksini tapan “Şuşa məişət əşyaları” adlı virtual sərgi
hazırlanmışdır; |
‒ 29 iyunda İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Turizm
Nazirləri Konfransının Azərbaycanda keçirilən XI
sessiyası (27-29 iyun) iştirakçıları Şuşa səfəri
etmişdirlər; |
‒ İyuldan Mədəniyyət Nazirliyi “Şuşa İli”nə töhfə olaraq
“Şuşa qalası” adlı yeni layihəyə start vermişdir. Layihə
çərçivəsində Şuşanın hər məhəlləsindən bəhs edən
videoçarxlar hazırlanacaqdır; |
‒ 2 iyulda Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin
“Dünyada sülhün və dayanıqlı inkişafın təşviqində milli
parlamentlərin rolunun gücləndirilməsi” mövzusuna həsr
olunan Bakı konfransının iştirakçıları işğaldan azad
olunmuş Şuşa şəhərinə səfər etmişdirlər; |
‒ 4 iyulda Qaçqınların və Məcburi Köçkünlərin İşləri
üzrə Dövlət Komitəsində Almaniyanın Qiesen
Universitetinin dosenti, türkoloq alim Mixael Reynhard
Hessin “Şuşanın irsi. Azərbaycan mədəniyyət paytaxtının
tarixi və inkişaf yolu” adlı kitabının təqdimatı
keçirilmişdir; |
‒ 6 iyulda professor Elmira Süleymanova öz nəslinin
ulularından qalmış, ona əziz olan 1930-cu illərdə Şuşada
toxunmuş “Ləmpə” adlı xalçasını Milli Xalça Muzeyinin
Şuşa filialına hədiyyə etmişdir; |
‒ 7-15 iyul tarixlərində Xarici İşlər Nazirliyi (XİN) və
ADA Universitetinin birgə təşkilatçılığı ilə
“Postmünaqişə mərhələsində Azərbaycanın sülh və
quruculuq səyləri” mövzusunda “Diplomatiya həftəsi”
keçirilmişdir; |
‒ 13 iyulda “Şuşa İli” çərçivəsində Mədəniyyət
Nazirliyinin dəstəyi ilə ölkəmizin Belçikadakı səfirliyi
tərəfindən Brüsselin BOZAR İncəsənət Sarayında ölməz
muğam ustadı Xan Şuşinskinin əziz xatirəsinə həsr
edilmiş “Azərbaycan muğamı” adlı konsert təşkil
olunmuşdur; |
‒ 14-15 iyulda Şuşada Heydər Əliyev Fondu, Mədəniyyət
Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin
təşkilatçılığı ilə “Vaqif Poeziya Günləri”
keçirilmişdir; |
‒ 14 iyulda “Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa
şəhəri haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının
2022-ci il 13 may tarixli 527-VIQD nömrəli Qanununun
tətbiqi və “Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa
şəhəri haqqında” Azərbaycan Respublikasının 2021-ci il
31 may tarixli 338-VIQ nömrəli Qanununun tətbiqi barədə”
Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 iyun
tarixli 1374 nömrəli Fərmanında dəyişiklik edilməsi
haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci
il 1 iyul tarixli №1733 Fərmanının icrasının təmin
edilməsi barədə Azərbaycan Respublikasının Baş Naziri
Əli Əsədov Azərbaycan Respublikası Nazirlər Kabinetinin
sərəncamını imzalamışdır; |
‒ M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının
Mədəniyyət Nazirliyi ilə birgə həyata keçirdiyi
“Azərbaycanı dünyaya tanıdaq” layihəsi çərçivəsində
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət
Komitəsinin dəstəyi ilə nəşr olunan doktor Mixail Hessin
“Şuşanın irsi” və Peter Tibor Veresin “Qafqaz
Albaniyası: Əsrlərin dərinliklərindən gələn bir ölkədir”
kitabları dünyanın bir çox ölkələrinin kitabxanalarına
göndərilmişdir; |
‒ Mədəniyyət Nazirliyi tərəfindən “Şuşa İli”
münasibətilə həyata keçirilən “Şuşa mədəniyyətinin
inciləri” layihəsindən “Şuşanın memarlıq salnaməsi”
bölməsi üzrə növbəti təqdimat qalaşəhərimizin Saatlı
məscidinə həsr olunmuşdur; |
‒ İyul ayında “Şuşa İli” çərçivəsində Mədəniyyət
Nazirliyinin təşkilatçılığı və Heydər Əliyev Fondunun
dəstəyi ilə yerli və əcnəbi rəssamlar üçün “ArtCamp
Shusha” adlı beynəlxalq layihə həyata keçirilmişdir; |
‒ 17-18 iyul tarixlərində Azərbaycan Respublikası
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
(İİTKM) ilə Azərbaycan Respublikası Medianın İnkişafı
Agentliyi (MEDİA) 22 iyul Milli Mətbuat günü ərəfəsində
biznes və iqtisadiyyat sahəsində ixtisaslaşan
jurnalistlər üçün yay məktəbi formatında təlim
keçirilmişdir; |
‒ 22 iyulda Medianın İnkişafı Agentliyinin
təşkilatçılığı ilə Şuşada Milli Mətbuat Günü
münasibətilə “Mediada qlobal trendlər, yeni çağırışlar”
mövzusunda Beynəlxalq Media Forumu keçirilmişdir; |
‒ 29 iyulda Qoşulmama Hərəkatı (QH) Gənclər Sammitinin
Şuşa sessiyası keçirilmişdir; |
‒ 1 avqustdan Azərbaycan Respublikasının Qeyri-Hökumət
Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Şuşa İli”nə
həsr olunmuş xüsusi müsabiqəsinin qalibi olan “Miras”
Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi
“Şuşanın tarixi-mədəni irsinin tədqiqi və təbliği”
layihəsinə başlamışdır; |
‒ 1 avqustdan “Cəmiyyətin və Medianın İnkişafı” İctimai
Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi
Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən
“Şuşanı tanıyaq, tanıdaq!” layihəsinə start verilmişdir; |
‒ 1-6 avqust tarixində Azərbaycan Respublikası Atçılıq
Federasiyasının təşkilatçılığı ilə Çövkən Milli Atüstü
oyunu üzrə “Şuşa Kuboku” turniri keçirilmişdir; |
‒ 2-8 avqustda Diasporla İş üzrə Dövlət Komitəsi və
Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə “Şuşa
İli” çərçivəsində Azərbaycan mədəniyyətinin incisi olan
Şuşada “Diaspor Gənclərinin III Yay Düşərgəsi” təşkil
edilmişdir; ‒ 6 avqustda Heydər Əliyev Fondunun dəstəyi,
Mədəniyyət Nazirliyi və Azərbaycan Televiziyasının
təşkilatçılığı ilə keçirilən VIII “Muğam” Televiziya
Müsabiqəsinin finalı və qalakonserti Şuşa şəhərində
keçirilmişdir; |
‒ 29 avqustda Mədəniyyət Nazirliyi tərəfindən “Şuşa İli”
münasibətilə həyata keçirilən “Şuşa mədəniyyətinin
inciləri” layihəsindən “Şuşanın memarlıq salnaməsi”
bölməsi üzrə növbəti təqdimat qala-şəhərimizin Mamayı
məscidinə həsr olunmuşdur; |
‒ 29-31 avqust tarixlərində Azərbaycan Respublikası
Gənclər Fondunun dəstəyi, “Zəfər” Şəhid Ailələrinə
Dəstək İctimai Birliyinin və “Böyük Qayıdış” Gənclər
Təşkilatının birgə təşkilatçılığı ilə “Şuşa İli”
çərçivəsində Qarabağın incisi, mədəniyyət beşiyimiz,
azad Şuşada şəhid və qazi övladları üçün “Xarıbülbül”
yay düşərgəsi keçirilmişdir; |
‒ 31 avqustda BMT-də akkreditə olunan xarici KİV
nümayəndələri işğaldan azad edilmiş Ağdam və Füzuli
rayonlarına və Şuşa şəhərinə səfər etmişdirlər; |
‒ 2 sentyabrda Azərbaycan Həmkarlar İttifaqları
Konfederasiyası (AHİK) və tabeliyində olan üzv
təşkilatlar tərəfindən Azərbaycanın mədəniyyət paytaxtı
Şuşa şəhərində “Vətəndaş cəmiyyətində həmkarlar
ittifaqlarının rolu” mövzusunda konfrans keçirilmişdir; |
‒ 7 sentyabrda “Şuşa şəhərində Sadıqcanın yaşadığı evin
layihələndirilməsi və bərpası ilə bağlı tədbirlər
haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncam
imzalamışdır; |
‒ 9 sentyabrda Azərbaycan Respublikasının Mədəniyyət
Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə
azad Şuşa şəhərində Xurşidbanu Natəvanın 190 illik
yubileyi münasibətilə tədbir keçirilmişdir. Burada bir
vaxtlar Xurşidbanu Natəvanın himayəsi ilə Şuşada
fəaliyyət göstərən “Məclisi-üns” ədəbi məclisinin
bərpasına həsr olunmuş tədbir, Xurşidbanu Natəvanın
əsərlərindən və haqqında yazılmış materiallardan ibarət
kitab sərgisi təşkil olunmuşdur. Tədbirin sonunda
sərgidə nümayiş olunan kitab kolleksiyası Azərbaycan
Respublikasının Mədəniyyət Nazirliyi və Milli Kitabxana
tərəfindən tezliklə Şuşada bərpa olunacaq şəhər
kitabxanasına hədiyyə olunmuşdur; |
‒ 15 sentyabda “Şuşa şəhəri ərazisində yerləşən tarix və
mədəniyyət abidələrinin monitorinqinin keçirilməsi
Qaydası”nın təsdiq edilməsi haqqında: Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərar imzalamışdır; |
‒ M.F. Axundov adına Azərbaycan Milli Kitabxanası
Şuşanın 270 illiyi münasibətilə “Şuşa – Tarixi
mənbələrdə” adlı biblioqrafiyanı nəşr etdirmişdir. |
‒ 6 dekabr Azərbaycan Respublikası Prezidenti İlham
Əliyev “Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının
mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər
haqqında” sərəncam imzalamışdır; |
2023 |
- Özbəkistandakı Heydər Əliyev adına
Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan
Respublikası Gənclər Fondunun dəstəyi ilə Dünya
Gənc Türk Yazarlar Birliyinin həyata keçirdiyi
“Türk dünyasından Şuşaya – Şuşadan türk
dünyasına” adlı layihə çərçivəsində eyni adlı
nəşrin təqdimat mərasimi keçirilib. |
- 30 yanvar "Azərbaycan Respublikasının
Şuşa şəhəri və Macarıstanın Vesprem şəhəri
arasında dostluq əlaqələrinin təsis edilməsi və
mədəniyyət, turizm, şəhərsalma, elm,
iqtisadiyyat və ictimai həyatın digər
sahələrində əməkdaşlığa dair Anlaşma
Memorandumu"nu Azərbaycan Prezidentinin Şuşa
rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov və
Vesprem şəhərinin meri Gyulya Porqa
imzalamışlar. |
|
‒ 7 fevral Azərbaycan Respublikası Prezidenti İlham
Əliyev “Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının
mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı
Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında” sərəncam imzalamışdır; |
-24 fevral Azərbaycan Respublikası
Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi
Aydın Kərimov Özbəkistanın İnvestisiyalar,
Sənaye və Ticarət Nazirliyi, Azərbaycanın
İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və
İnvestisiyaların Təşviqi Agentliyinin -
AZPROMO-nun təşkilatçılığı ilə 1-ci -Azərbaycan-
Özbəkistan Regionlararası Forumu çərçivəsində bu
ölkədə səfərdə olub. Səfər çərçivəsində tarixi
Şuşa və Xivə şəhərləri arasında qarşılıqlı
əməkdaşlığın daha da möhkəmlənməsi məqsədi ilə
ikitərəfli sənəd imzalanıb. |
- 17 mart Şuşa ilə Serbiyanın Novi Pazar
şəhərləri arasında mədəniyyət, turizm,
iqtisadiyyat və digər sahələri əhatə edən
qardaşlaşma haqqında anlaşma memorandumu
imzalandı. |
‒ 30 mart Azərbaycan Respublikası Prezidenti İlham
Əliyev ““Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin
yaradılması haqqında” Azərbaycan Respublikası
Prezidentinin 2021-ci il 22 iyun tarixli 1375
nömrəli Fərmanında dəyişiklik edilməsi barədə”
fərman imzalamışdır; |
- 5 aprel Heydər Əliyev Fondu və
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Şuşa
dörd fəsildə” (“Four seasons of Shusha”) adlı
beynəlxalq fotoqrafiya müsabiqəsi elan
olunmuşdur. |
- 5 aprel Azərbaycan Respublikasının
Şuşa şəhəri ilə Tacikistan Respublikasının
İsfara şəhəri arasında qardaşlaşma əlaqələrinin
qurulması haqqında sənəd imzalanıb. Protokolu
Azərbaycan Respublikası Prezidentinin Şuşa
rayonu üzrə xüsusi nümayəndəsi Aydın Kərimov və
Tacikistan Respublikasının İsfara şəhərinin
rəhbəri Baxovaddin Baxodurzoda imzalayıblar. |
- 8 may İlham Əliyev və birinci xanım
Mehriban Əliyeva Şuşaya səfər
ediblər.Dövlətimizin başçısı və birinci xanım
Əhmədbəyli-Füzuli-Şuşa magistral avtomobil
yolunun 66-81-ci kilometrliyində görülən işlərlə
tanış olublar. |
- 12 may “Şuşa-Türk dünyasının
mədəniyyət paytaxtı-2023”ün rəsmi açılış
mərasimi keçirilib. |
– 9-11 may Heydər Əliyev Fondu və
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə
Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində
“Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı
keçiriləcək. |
- 1 iyun Şuşada Elm və Təhsil
Nazirliyinin təşkilatçılığı ilətürkdilli
dövlətlərin uşaq rəqs qrupları arasında“Heydər
Əliyev – türk dünyası birliyinin böyük carçısı”
adlı beynəlxalq uşaq rəqs festivalı
keçirilmişdir. |
- 23 avqust Azərbaycan ilə Özbəkistan
prezidentləri və xanımları Şuşaya səfər ediblər.
Heydər Əliyev Fondu tərəfindən bərpa edilən
Yaradıcılıq Mərkəzində “Heydər Əliyev və
Qarabağ” sərgisinə baxmış, Şuşanın Baş planı ilə
tanış olmuşlar. |
- 28-30 avqust Mədəniyyət Nazirliyinin
təşkilatçılığı, Şuşa Şəhəri Dövlət Qoruğu
İdarəsinin dəstəyi ilə cari ilin
tarixlərində Azərbaycanın mədəniyyət paytaxtı
Şuşa şəhərində yaradıcı sahənin təmsilçiləri ilə
“Şuşa yaradıcılıq emalatxanası” adlı layihə
həyata keçirilib. |
- 13 sentyabr Özbəkistanda Şuşaya aid
poçt markası buraxılıb. |
- 13 sentyabr Özbəkistanda “Şuşa
günləri” tədbirləri keçirilib, Vikipediyada
Şuşaya dair özbək dilində bölmələr yaradılıb,
Qarabağa – Şuşaya Özbəkistan KİV
nümayəndələrinin media-turları təşkil edilib. |
- 8-11 oktyabr Azərbaycan Respublikası
Mədəniyyət Nazirliyi, Heydər Əliyev Mərkəzi,
Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY,
Azərbaycan Respublikası Kino Agentliyi və Bakı
Media Mərkəzinin təşkilatçılığı ilə Heydər
Əliyev Mərkəzində “Şuşa - Türk Dünyasının
Mədəniyyət Paytaxtı 2023” ili çərçivəsində
keçirilən III “Qorqud Ata” (“Dədə Qorqud”) Türk
Dünyası Film Festivalı keçirilmişdir. |
- 15 oktyabr Prezident İlham Əliyev Şuşa
rayonunun Malıbəyli kəndində səfərdə olub. . |
- 18 oktyabr Özbəkistandakı Heydər
Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin
təşəbbüsü və layihəsi ilə hazırlanan “Şuşa –
Türk dünyasının mədəniyyət paytaxtı” adlı 5
dilli (azərbaycan, özbək, türk, ingilis və rus)
ensiklopedik nəşr çapdan çıxıb. |
- 31 oktyabr - 4 noyabr Azərbaycan
xalqının Ümummilli lideri Heydər Əliyevin 100
illik yubileyi və Şuşa şəhərinin 2023-cü il üçün
“Türk dünyasının mədəniyyət paytaxtı” elan
edilməsi, Azərbaycan peşəkar milli teatrının
yaradılmasının 150 və TÜRKSOY-un 30 illik
yubileyləri münasibətilə Şuşada və Bakıda I
Beynəlxalq TÜRKSOY Teatr Festivalı
keçirilmişdir. |
- 7 noyabr Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev və birinci xanım
Mehriban Əliyeva Şuşada səfərdə olublar, səfər
zamanı “Yasəmən” otelinin açılışında iştirak
ediblər. |