E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 

 ZƏFƏR PARKI (BAKI)

Zəfər Parkı — Azərbaycanın Bakı şəhərinin Xətai rayonunda yerləşən park. Park 8 Noyabr prospektində, Dənizkənarı Milli Parkın önündə yerləşir. Azərbaycan Silahlı Qüvvələrinin İkinci Qarabağ müharibəsində qazandığı qələbəyə həsr olunub.

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev 2024-cü ildə noyabrın 8-də Bakıda Zəfər parkının açılışında iştirak ediblər.

 Zəfər parkı 10 hektara yaxın ərazini əhatə edir, Bakı şəhərinin Xətai rayonunda, 8 Noyabr prospekti tərəfdə, Dənizkənarı Milli Parkın önündə yerləşir

Parkın girişində Zəfər tağı yerləşir. Zəfər tağının olduğu yer, həmçinin, şəhərin mərkəzinə gedən iki yolun kəsişməsi yeridir. 44 günlük Vətən müharibəsinin rəmzi kimi, Zəfər tağının hündürlüyü 44 metr, eni 22 metr təşkil edir, 44 sütunu var. Tağlar Qələbəyə aparan rəmzi yolun başlanğıcını təsvir edir. Tağın üst hissəsindəki ağac elementi böyüyən Azərbaycan, pöhrələnmə, firavanlıq, yeni həyata və Qələbəyə aparan simvolik yol təsəvvürü yaratmaq üçündür.


<< Geri