E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 

 

İRƏVAN ŞƏHƏRİNDƏ MÜSƏLMAN

DİNİ-TARİXİ ABİDƏLƏRİ

        Hər hansı xalqın müəyyən ərazidə varlığım təsdiqləyən əlamətlərdən biri onlara məxsus dinitarixi tikililərin mövcud olmasıdır. Keçmiş İrəvan xanlığı, indiki Ermənistan ərazisində islam dini VII əsrdən etibarən yayıldıgı üçün həmin ərazidə yüzlərlə məscid və digər dini ibadət yerləri mövcud olmuşdur. İrəvan xanlığınm, o cümlədən də İrəvan şəhərinin ərazisində mövcud olmuş məscidlərin hər biri memarlıq nümunəsi idi.

Şah İsmayılın əmri ilə 1510-cu ildə onun sərkərdəsi Rəvanqulu xan İrəvan qalasını tikdirərkən həm də orada məscid inşa etdirmişdi. Şah İsmayıl məscidi adlandırılan həmin məscid sonradan zəlzələ nəticəsində dağılaraq yer üzündən silinmişdir.

1583-cü ildə Osmanlı sərkərdəsi Fərhad paşanın komandanlığında Osmanlı ordusu İrəvanı ələ keçirdikdən sonra ovalşəkilli iç və bayır qala divarlannı inşa etdirməklə yanaşı, yeni məscid də tikdirmişdi.

Məşhur fransız səyyahı Jan Şarden 1673-cü ildə İrəvanda olmuş və şəhər bazan ilə üzbəüz kərpicdən tikilən və həmin vaxt uçulub-dağılmış vəziyyətdə olan məscid haqqında məlumat vermişdir. O, bu məscidin onun əsasını qoyan şəxsin şərəfmə Div Sultan (1515-ci ildən İrəvan bəylərbəyi olan Div Sultan Rumlu nəzərdə tutulur) məscidi adlandınldığını yazır.

“İrəvan əyalətinin müfəssəl dəftəri”ndə verilən məlumata görə, XVIII əsrin 30-cu illərində İrəvan bəylərbəyi İbrahim paşa İrəvan qalasında sultan I Mahmudun (1730-1756) şərəfınə came inşa etdirmişdir.

1833-cü ildə fransız Fredrik Dyubua de Monpere Qafqaza və Krıma etdiyi səyahətinin nəticəsi olaraq 1839-1843-cü illərdə Parisdə çap etdirdiyi “Qafqaz ətrafma səyahət” 6 cildlik əsərində İrəvan qalasını və Göy məscidi ətraflı təsvir etmişdir. Onun Sərdar məscidinin əsas girişi tərəfdən çəkdiyi rəsm və Göy məscidin rəsmi hər iki məscidin möhtəşəmliyini və memarlıq nöqteyi-nəzərindən mükəmməl sənət əsəri olduqlannı əyani nümayiş etdirir. Həmin rəsmlər müəllifın adıçəkilən əsərinə əlavə olaraq 1840-cı ildə çap edilən atlasın üçüncü hissəsində yer almışdır. Erkül Nikole Dyubua de Monperenin çəkdiyi rəsmlərin qravürlanm hazırlamışdır.

Sərdar məscidi. Ayrı-ayrı dövrlərdə səyyahlann əsərlərində, tədqiqatçıların araşdırmalannda İrəvan qalasmdakı Sərdar sarayının yaxınlığında yerləşən “Sərdar”, “Abbas Mirzə”, “Şah Abbas” kimi məscidlərin adları çəkilir. Ayn-ayn adlar altında təqdim edilməsinə baxmayaraq, əslində söhbət son dövr tədqiqat əsərlərində və rəsmi sənədlərdə adı Sərdar məscidi kimi qeyd olunan dövrün nadir memarlıq abidəsindən gedir. Yəni bir məscid müxtəlif dövrlərdə müxtəlif cür adlandmlmışdır. İrəvan qalasınm çar Rusiyası işğalı dövrünə aid bəzi sənədlərdə bu məscidin adı Abbas Mirzə məscidi kimi hallandırılır. Göriinür, həmin məscid XIX əsrin əwəlində vəliəhd Abbas Mirzə tərəfındən yenidən qurulduğu üçün məhz onun adı ilə adlandırılmışdır. Alman tədqiqatçısı Avqust Haksthauzen 1843-cü ilin avqust ayında İrəvan şəhərində olmuş və Qalada olan ıkı məsciddən birinin (Rəcəb paşa məscidinin) rus-yunan kilsəsinə, digərinin - Sərdar məscidinin ısə silah anbanna çevrildiyini qeyd etmişdir.

Tanmmış rus arxeoloqu qrafinya Praskofya Uvarova 1880-ci ildə İrəvan şəhərində olmuş, əsrlər boyu yaradılan tarixi-memarlıq abidələrinin dağıdılmasım ürək ağrısı ilə təsvir etmişdir. Erməni miiəllifi Yervand Şahəzizin 1931-ci ildə İrəvanda çap edilən “Qədim İrəvan’' əsərındə P.Uvarovadan sitat gətirərək, onun Xan saraymm yaxınlığmda yerləşən Sərdar məscidini Vereşşaginin fırçasından çıxan tabloya bənzətdiyini yazır. P.Uvarovaya istinadən Y.Şahəziz yazır ki, Sərdar məscidinin əsas günbəzi, xarici divarları, sütunlan, iç divarları, çoxsaylı digəı günbəzləri rəngli kaşılarla və gözəl təsvirlərlə bəzədilmişdir. P.Uvarova Sərdar məscidinin tünd mavi rəngli günbəzinin açıq səma ilə bütöv bir ahəng təşkil etdiyini, onun portalındakı tünd mavi lövhə üzənndə ərəb əlifbası ilə ağ rənglə mətn həkk olunduğunu, divar sütunları üzərındə ucalan mmarələrının üzərinin kvadratşəkilli tünd mavi və açıq mavi kaşılarla bəzədildiyini qeyd etmişdir.

Daha sonra P.Uvarovanm dili ilə Y.Şahəziz yazır ki, Sərdar məscidinin önündə Şərq ənənəsinə uyğun, hər iki tərəfındə hücrələrinin izləri hələ də qalan geniş həyətdə daha bır kıçık yay məscıdı yerləşir. Hansı ki, adətən bu tip yay məscidləri Şərqdə əsas tikilının qarşısında, uzü şımala doğru tikilir. Bundan əlavə, P.Uvarova həmin həyətin ortasında müsəlmanların yuyunması üçün tıkılən hovuzdan 1870-ci ilədək istifadə edildiyini qeyd etmişdir.''

İmperator Arxeoloji Komissiyasmın qərarına əsasən 1911-ci ildə prolessor Nikolay Man İrəvan xan sarayına baxış keçinniş və saray kompleksinə daxil olan Abbas Mirzə məscidinin də vəziyyətini təsvir etmişdir. N.Marr İmperator Arxeoloji Komissiyasının 17 may 1912-ci il tarixlı ıclasında etdıyı məruzəsində yazırdı: “Məscid indi də yaxşı vəziyyətdədir, lakin onun qomnması uçun heç bır tədbır | görülmür və hər şey Sərdar sarayının vəziyyətinə düşməsinə xidmət edir. Bununla belə, o, yerlı müsəlman mədəniyyətinin qiymətli irsidir: günbəzin içərisində çevrəsi boyunca ərəb hərfləri ilə kitabə mövcuddur; mehrab üzərindəki naxışlar xalçaya bənzəyir və yüksək dərəcədə uslubludur. Günbəzi çat vermişdir və onu çoxdan təmir etmək olardı.

Azərbaycan arxeoloqu və epiqrafçısı İsa Əzimbəyov 1928-ci ildə İrəvanda ekspedisiyada olmuşdur. Ekspedisiyanın nəticəbrinə dair İ.Əzimbəyovun Tiflis, İrəvan və Naxçıvanm müsəlman g kitabələrinə dair məqabsində göstərilir ki, Qalamn içərisində, Sərdar sarayının yaxınlığında yerləşən Şah Abbasın adına inşa edilən məscid (Sərdar məscidi) yanuçuq vəziyyətdədir və onun həyətində bir neçə erməni qaçqın ailəsi məskunlaşmışdır. O, həmin məscıdm boyuk həyətınm „ olduğunu, həyətin ortasında hovuz inşa edildiyini yazır.

1864-cü ildə İrəvan qalasından rus qoşunlarının hərbi-istehkam məqsədilə istifadəsinə son qoyulduqdan sonra qaladakı tarixi-memarlıq abidələri, o cümlədən Sərdar, yaxud Abbas Mirzə məscidi ciddi dağmtılara məruz qalmışdır. XX əsrin əwəllərində Sərdar məscidində Tiirkiyədən gələn erməni qaçqınları məskunlaşdırılmışdı. Sovet Ermənistanı dövründə isə Sərdar məscidi hissəhissə sökülərək onun yerində yaşayış evləri tikilmişdir.

Rəcəb paşa məscidi. 1724-cü ildə Osmanlı qoşunları yenidən İrəvanı ələ keçirdikdən sonra türk sərkərdəsi Rəcəb paşa şəhərin inkişafı üçün bir sıra tədbirlər həyata keçirmişdi. Onun tapşırığı ilə 1725-ci ildə Qalanm içərisində yeni bir məscid inşa edilmişdi ki, həmin məscid onu inşa etdirənin şərəfinə Rəcəb paşa məscidi adlandırılırdı. Bu məscid düzgiin paralelepiped formasında və sferik günbəzli idi, həmçinin Şərq üslubunda həndəsi omamentlərlə bəzədilmişdi. İrəvan qalasının 1827-ci il oktyabnn 1-də ms qoşunları tərəfındən işğalından bir gün sonra Rəcəb Paşa məscidinin günbəzindəki ay-ulduzu çıxarıb, yerində xaç və kilsə zəngi asaraq onu rus pravoslav kilsəsinə çevirmişdilər. 1839-cu ildə onun xarici qumluşunda dəyişiklik edilmiş, fasadına silindrik sütunlar əlavə edilmiş, damına örtük vumlmuş, xristian kilsəsi formasına salınmışdı. Rəssam Frans Rubonun İrəvan qalasının alınmasına həsr etdiyi rəsmdə öndə Rəcəb paşa məscidi və onun minarəsi, arxa planda isə Xan sarayınm yaxınlığında Sərdar məscidinin təsviri verilmişdir. 1930-cu illərdə aparılan Allahsızlar” kampaniyası çərçivəsində Rus pravoslav kilsəsi də yer üzündən silinmişdir.

İrəvan şəhərinin Rusiya işgalından sonra kameral təsvir keçirən İvan Şopenin verdiyi məlumata görə, şəhərdə 8 məscid mövcud olmuşdur ki, yuxarıda qeyd edildiyi kimi, onlardan 2-si Qalada, 6-sı isə şəhərdə yerləşmişdir. Şopen qaladakı məscidlərdən birinin silah anbarma, digərinin isə mağazaya çevrildiyini yazır. Sərdar məscidinin silah anbarına çevrildiyini yuxanda qeyd etmişdik. Magazaya çevrilən ikinci məscid isə görünür, Sərdar məscidinin yaxınlığında yerləşən yay məscidi olmuşdur. İ.Şopen qalan 6 məscidin adlarını belə sadalayır: Zal xan, Novmzəli bəy, Sərtib xan, Hüseynəli xan, Hacı İmamverdi və Hacı Cəfər bəy məscidləri. Bunlardan əlavə, İ.Şopen şəhərdə yarıdağılmış vəziyyətdə bir neçə məscidin də olduğunu bildirir.

1906-1911-ci illərdə İrəvan şəhərinin texniki B.Mehrabov şəhərin planını və orada olan memarlıq abıdələnnm sıyahısını tərtib etmişdir. Mehrabov şəhərdə 8 məscid qeydə almışdır. Həmin məscidlər belə adlanırdı: Təpəbaşı, Şəhər (Zal xan), Sərtib xan, Göy məscid (Hüseynəli xan), Hacı Novmzəli bəy, Qala məscidi (Sərdar, yaxud Abbas Mirzə), Dəmirbulaq və Hacı Cəfər bəy məscidi.

XIX əsrin sonu, XX əsrin əwəllərində İrəvan şəhərində mövcud olmuş məscidlərdən Göy məscid, Hacı Hüseyn və Şəhər (Zal xan) məscidləri Könhə şəhər (Şəhri) massivində, Təpəbaşı məscidi eyniadlı massivdə, Hacı Novruzəli bəy, Hacı Cəfər bəy və Dəmirbulaq məscidləri isə Dəmirbulaq massivində yerləşmişdir.

1918-1920-ci illərdə tarixi Azərbaycan ərazisində qurulan erməni daşnak hökuməti zamanı və Sovet Ermənistanının ilk illərində Sərdar, Təpəbaşı, Sərtib xan, Hacı Novruzəli bəy məscidlərində Türkiyədən qaçıb gələn erməni qaçqınları məskunlaşdırılmışdılar.

1924-cü ildə İrəvan şəhərinin baş planmın təsdiq edilməsindən sonra ilk növbədə şəhərin mərkəzində yerləşən azərbaycanlılara məxsus tarixi-memarlıq abidələrinin, o cümlədən məscidlərin sökülməsinə və onların yerində yaşayış kvartallarının, meydanlann və parkların salınmasına başlanıldı.

Göy nıəscid. İsa Əzimbəyov yuxarıda adıçəkilən məqaləsində Göy məsciddə gördüklərini ətraflı təsvir etmişdir. O, məscidin iki ayrı korpusdan - qış və yay korpuslarından ibarət olduğunu, qış korpusunun kompleksin cənubunda, yay korpusunun isə şimalda inşa edildiyini, onlann isə mədrəsə ilə əhatə olunduğunu yazır. İ.Əzimbəyov məscidin çox böyük həyətinin olduğunu, orada çinar və qovaq ağaclarının ucaldığını qeyd edir.

Azərbaycan Respublikası Dövlət Arxivində saxlanılan 1949-cu ilə aid bir arxiv sənədində Ermənistan SSR ərazisində qeydə alınan azərbaycanlılara məxsus 15 memarlıq abidəsi haqqmda məlumatlar öz əksini tapmışdır. Həmin siyahıda nə zaman inşa edildiyi, nə məqsədlə istifadə edildiyi göstərilməklə, İrəvan şəhərində 4 məscidin mövcudluğu qeyd edilmişdir. Həmin sənəddə Zal xan məscidinin 1649-1685-ci illərdə, Göy məscidin 1776-cı ildə, Sərdar məscidinin 1807-1817-ci illərdə, Hacı Cəfər bəy məscidinin isə XVIII əsrdə inşa edildiyi göstərilmişdir.

İrəvan şəhərini təsvir edən bütün səyyahların və tədqiqatçıların əsərlərində həm ölçülərinin miqyasma, həm də gözəlliyinə görə şəhərin ən möhtəşəm memarlıq abidəsi kimi Göy məscidin adı birinci çəkilir. Şərq memarlığmın nadir nümunələrindən hesab edilən Göy məscidin inşasına 1760-cı ildə başlanılmış, Hüseynəli xanın hakimiyyəti dövründə 1765-ci ildə başa çatdırılmışdı.

Məscidin adı onun günbəzinin göy rəngli kaşı ilə üzlənməsi ilə bağlı idi. Məscidin həyətində fontanlı daş hovuz tikilmiş, ətrafına sıx kölgəli ağaclar əkilmişdi.

Təkcə Göy məsciddə deyil, İrəvandakı bütün məscidlərdə ibadət üçün aynca qadın və kişi zalları olmuşdur ki, onlar da bir-biri ilə ya dəhliz, ya da pərdə ilə ayrılırdı. İbadət zallarınm tavanı və divaıiarı adətən gül rəsmləri ilə bəzədilirdi. Məscidlərin divarlardan və sütunlardan kişmir parçadan güllər düzəldilib asılırdı.

Erməni tarixçisi Tadevos Hakopyan “İrəvanm tarixi (1500—1800) əsərində Eçmiodzin kilsəsinin yepiskopu Hovhanes Şahxatunyansa istinadən yazır: Məscidin minarəsinin və günbəzinin bir hissəsi mavi saxsılarla üzlənmişdir. Əsas tikililər məscidin ərazisinin cənub və şimal tərəflərində idi. Yan tərəflərdə isə yardımçı tikililər və hücrələr yerləşirdi. Məscidin həyətində ətrafına sal daşlar döşənmiş və ağaclar əkilmiş bir balaca hovuz inşa edilmişdi. Məscidin iiç qapısı olmuşdur. İki kiçik qapı şimal və şərq istiqamətinə, böyük giriş qapısı isə cənuba baxırdı. Məscid binası cənub səmtində yerləşirdi. Bina bir-biri ilə bağlı iiç zaldan ibarət idi. Məscidin günbəzi digər iki kiçik zaldan hündiir olan böyük zalın üzərində idi. Sadə görkəmli zalların yalnız həyətə baxan pəncərələri şəbəkə üslubunda işlənilmiş və rəngli şüşələrlə bəzədilmişdi. Həyətin şimal hissəsində kiçik bir ibadətxana da var idi. Məscidin minarəsi çox gözəl idi və İrəvanın tikililəri arasında ən hündür olduğundan şəhərin hər yerindən görünürdü. Azançı onun başına çıxaraq hər gün müsəlmanları ibadətə çağırırdı. Məscidin cənub portalınm üzərindəki kitabədə Hüseynəli xanın adı və tikilmə tarixi həkk olunmuşdu.

1893-1894-cü illərdə və 1898-ci ildə İrəvanda səfərdə olmuş Henri Linç səfərləri haqqında 1901-ci ildə Londonda çap etdirdiyi kitabında şəhərin tatar (azərbaycanlı) məhəlləsindəki Göy caminin, Hacı Nəsrullah (bu məscidin adı digər mənbələrdə Hacı Novruzəli bəy məscidi kimi çəkilir) bəy məscidinin və Şəhər camisinin adlarını çəkir. Göy məscid haqqında ətraflı məlumat verən Linç, onun minarələrinin, həyətindəki hovuzun və fasadınm fotoşəkillərini kitaba daxil etmişdir.

1936-cı ildən Göy məscidin binasında İrəvan Şəhər Tarix Muzeyi yerləşdirilmişdi. İkinci Dünya müharibəsi başladıqdan sonra Göy məsciddən bir müddət eyni zamanda hərbi sursat anbarı kimi istifadə edilmişdi. Müharibədən sonra Göy məsciddə həmçinin Təbiət muzeyi və 1952-ci ildən etibarən isə məscidin kiçik ibadət zalında astronomiya həvəskarları üçiin Planetariya fəaliyyət göstərmişdir. 1991-ci ildə Ermənistan müstəqilliyini əldə etdikdən və müsəlman ölkələri ilə diplomatik münasibətlər qurulduqdan sonra Göy məscidin yenidən məscid kimi fəaliyyət göstənnəsi zərurəti meydanaçıxmışdı.Əwəlcə 1991-ci ildəTəbiətmuzeyi, 1994-cü ildə isə Tarix muzeyi məscid kompleksindən çıxarıldı. 1995-ci ildə İranla Ermənistan arasında imzalanan müqaviləyə əsasən, İran hökuməti Göy məscidin yenidən qurulması xərclərini öz üzərinə götürdü. Rekonstruksiya işləri İranın “Bünyad-e Müstəzəfan və Canbazan” (“Müharibə veteranlan və şəhidlər”) xeyriyyə fonduna həvalə edildi. Məsciddə tamamlama işləri 2006-cı ildə başa çatdınlmışdır. Rekonstruksiya işləri məscid kompleksinin yalnız cənub-qərb və şimal hissəsində aparılmışdır. Göy məscidin 24 metrlik minarəsi, 28 köşkü (hücrə), kitabxanası, böyük zalı, günbəzi və həyəti rekonstruksiya edilmişdir. Hazırda Ennənistan rəsmiləri Göy məscidi xaricdən gələn qonaqlara “Fars məscidi” kimi təqdim edirlər.

Zal xan məscidi. İrəvanın Qala ilə Təpəbaşı massivləri arasında yerləşən Köhnə şəhər adlanan hissəsindəki məscidlərdən biri Şəhər və yaxud Zal xan məscidi adlanırdı. Şəhər məscidi həcmcə Göy məsciddən nisbətən kiçik olsa da, çox gözəl olmuşdur. H.Linçin verdiyi məlumata görə, Şəhər camisinin üzərində ərəb əlifbası ilə türk dilində məscidin hicri tarixi ilə 1098-ci ildə tikildiyi - yəni miladi təqvimi ilə 1687-ci ildə inşa edildiyi yazılmışdır. Belə anlaşılır ki, Şəhər məscidi 1679-cu il zəlzələsindən sonra inşa edilmişdir. Həmin dövrdə İrəvan bəylərbəyiliyinin hakimi olan Zal xan şəhərdəki tikililərin bərpası iiçün xeyli əmək sərf etmişdi. Onun dövründə inşa edilən məscidlərdən biıini əhali Zal xan məscidi, yaxud Şəhər məscidi adlandınnışdır. Xarici görünüşünə görə Göy məscidə bənzəyən Zal xan məscidinin də dincəlmək üçün həyəti, sərin bağçası olmuşdur. Tədqiqatçılarm verdikləri məlumata görə, Zal xan, yaxud Şəhər məscidi İrəvan şəhərinin mərkəzindəki hazırda Respublika meydanı adlanan ərazidə olmuşdur. 1928-ci ildə Şəhər məscidinin böyük zalı sökülərək onun yerində “Yerevan” hoteli inşa edilmişdir. 1999-cu ildə rekonstruksiya edildikdən sonra həmin hotel hazırda “Golden Tulip Hotel Yerevan” adlanır.

Azərbaycan Respublikası Dövlət Arxivində saxlanılan 1949-cu ilə aid bir arxiv sənədində Zal xan məscidinin sərgi zalı kimi istifadə edildiyi göstərilmişdir.

İkimərtəbəli binası və çoxlu hücrələri olan Zal xan məscidinin mədrəsəsinin təyinatı İkinci Dürıya müharibəsindən sonra dəyişdirilmişdir. Hazırda həmin binada Rəssamlar evinin sərgi salonu yerləşir.

Təpəbaşı məscidi. Təpəbaşı yaşayış massivində yerləşən məscidin minarəsi 1960-cı illərdə uçmuşdur. Divarlarınm qalınlığı təqribən 1,5 metr olan məscidin içərisindəki imamın otağında hazırda bir erməni ailəsi yaşayır. Məscidin ətrafında bir çayxana da var idi ki, müsəlmanlar yıgışıb çay içərdilər. İndi həmin çayxana da yoxdur. Məscidin həyətində və ətrafında ermənilər gecəqondular inşa etmişlər. Bəzi məlumatlara görə, həmin məscidi İrəvan şəhər idarəsinin (upravasınm) üzvü, xan nəslindən olan Abbasqulu xan İrəvanski tikdirmişdir. Onun evi də həmin məhəllədə olmuşdur. Hazırda dağıdılmış vəziyyətdə olan Abbasqulu xanın evini hələ də ermənilər “Xanın evi” adlandırırlar.

Dəmirbulaq məscidi. Vaxtilə sırf azərbaycanlıların yaşadığı Dəmirbulaq massivində XX əsrin əvvəlində üç məscid qeydə alınmışdır. Həmin məscidlər bunlardır: Hacı Novruzəli bəy, Hacı Cəfər bəy və Dəmirbulaq məscidi. Dəmirbulaq məscidi Gedər çayının üzərindəki körpünün yaxınlığında yerləşdiyi üçün onu Körpüqulağı məscidi də adlandırmışlar. Bunlardan ikisi - Hacı Novruzəli bəy və Körpüqulağı məscidləri 1930-cu illərdə İrəvan şəhərinin baş planınm qurbanı olmuşlar. İrəvan şəhərində 1988-ci ilədək fəaliyyət göstərən yeganə məscid Hacı Cəfər bəyin tikdirdiyi Çətirli məscid və yaxud yerləşdiyi ərazinin adına uyğun olaraq adlandırılan Dəmirbulaq məscidi olmuşdur. Üzərindəki kitabədə məscidin lıicri təqvimi ilə 1327-ci ildə - yəni miladi təqvimi ilə 1909-cu ildə inşa edildiyi göstərilmişdi. Məscidin minarəsi yox idi. Əvəzində məscid binasının damında açıq havada 1,5-2 metr hündürlüyündə kvadrat şəkilli meydança inşa edilmiş, onun üzərində dəmir barmaqlıqlaıia əhatələnmiş məhəccər quraşdırılmışdı. Dörd yam açıq olan məhəccərin üstü dəmir təbəqə ilə örtüldüyündən bu məscid Çətirli məscid adlanırdı. Arxitektura baxımından belə məscidloı adətən “Güldəstə” məscidləri tipinə aid edilir. Sonralar yerləşdiyi məkanın adına uyğun olaraq, həmin məscid rəsmi sənədlərdə Dəmirbulaq məscidi adlandırılmışdır.

1988-ci ilin fevrahnda Dağlıq Qarabağda erməni separatizminin baş qaldırmasından sonra İrəvanda fasiləsiz mitinqlər keçirilirdi. Fevralın 23-də erməni quldurları İrəvan şəhərindəki Dəmirbulaq məscidini və M.F.Axundov adına 9 JVe-li azərbaycanlı orta məktəbin binasını yandırmışdılar. Sonradan xarici jurnalistlərə ermənilərin azərbaycanlılara qarşı xoşməramlı münasibət göstərdiklərini nümayiş etdirmək ınəqsədilə Dəmirbulaq məscidinin yanmış divarlarım rəngləmişdilər ki, yanğınm izləri ört-basdır edilmiş olsun.

ABŞ tədqiqatçısı Robert Kullen İrəvana etdiyi səfər haqqında “The New Yorker” qəzetində 15 aprel I991-ci il tarixli yazısında İrəvanda fəaliyyət göstərən və Qnuni küçəsindəki Dəmirbulaq məscidinin azərbaycanlılarm şəhərdən qovulması zamanı qonşuluqda yaşayan ermənilər tərəfındən buldozerlə yerlə bir etdiklərini yazmışdır.

Tomas de Vaal 2000-ci ildə İrəvanda səfərdə olarkən Robert Kullenin məqaləsində təsvir etdiyi yerə getmişdir. Tomas de Vaal yazır ki, ermənilər İrəvandakı ibadətə açıq olan yeganə azərbaycanlı məscidini sökmək üçün mitinqlərin birində şayiə yaymışlar ki, guya azərbaycanlılar Bakıda ennəni kilsəsini sökmiişlər. Bakıda söküldüyü söylənilən erməni kilsəsinin əvəzini çıxmaq üçün mitinq iştirakçılarını qızışdıraraq Dəmirbulaq məscidini sökməyə göndərmişlər. Üç gün ərzində erməni vandalları Allahın ibadət yerini yerlə yeksan etmişdilər. Halbuki, Bakıdakı erməni kilsəsi dövlət tərəfmdən qorunur.

İrəvan şəhərini 1988-ci ildə tərk edən sakinlərin ifadələrinə görə, hazırda Nar-Dos küçəsindəki fransız məktəbinin yaxınlığında köklü irəvanlıların “Həzrət Abbas ocağı” adlandırdıqları pir mövcud olmuşdur. Çəpərə alınmış həmin ocağın içində qara daş var idi. Nəinki azərbaycanlılar, hətta işi müşkülə düşən ermənilər belə, həmin ocağa gələr, niyyət tutar, nəzir-niyazlarını ocağın içinə qoyub gedərdilər. Nar-Dos məktəbi inşa edilərkən şəhər rəhbərliyi həmin ocağı sökmək qəranna gəlir. Ekskavatorla söküntü aparan sürücünün başına qəfıldən daş düşüb ölməsindən sonra sökmə işləri dayandırılmış və onun ətrafına sonradan çəpər çəkilmişdi. Həmin ocaqdan da indi əsər əlamət yoxdur.

İrəvan şəhərində azərbaycanlılara məxsus tarixi-memarlıq abidələrindən biri də əvvəllər Əzizbəyov meydanı, hazırda Saxarov meydanı adlandırılan meydanm arxasındakı Tumanyan küçəsində yerləşən mədrəsədir. Görünür, vaxtilə həmin yerdə mövcud olmuş məscid sökülsə də, onun mədrəsəsindən bu gün də yaşayış evi kimi istifadə edilir. Lakin nədənsə, həmin mədrəsə İrəvan şəhərinin tarixi-memarlıq abidələrinin siyahısına daxil edilməmişdir.

Ermənilərin İrəvan şəhərindəki azərbaycanlılara məxsus tarixi-memarlıq abidələrinə düşmən münasibət göstərməsini 1988-ci ildə Dağlıq Qarabağda erməni separatizminin baş qaldırmasından sonra, yəni həmin ilin sentyabrm 29-da İrəvana səfər edən Rusiya hüquq müdafıəçiləri Viktor Sokiro və Lidiya Tkaçenko öz hesabatlarmda ətraflı bəhs etmişlər. V.Sokiro Göy məscidin mədrəsəsində fəaliyyət göstərən İrəvan tarix muzeyində onun əməkdaşı Qarik adlı şəxslə rastlaşır. Müəllif həmin görüşü belə təsvir edir: “Mənim üçün bu görüş ona görə yaddaqalan olmuşdu ki, mən görüş zamanı ermənilərin nəinki azərbaycanlılara, hətta müsəlmanlara, həm də onların abidələrinə olan açıq dözümsüzlüyünü aşkar etdim. Mədrəsə və məscid çox gözəl idi. Əvvəlcə yoldan keçən birisi “müsəlmanlara” məxsus abidələrin şəklini çəkdiyim üçün tənbeh etdi. Sonra isə Qarikin “Bütün bu məscidləri sökmək olardı, heyif ki, indi olmaz, qalmaqala səbəb olar” - sözləri məni “mat qoydu”. Biz nə qədər çalışsaq da izah edək ki, bu, bəlkə də İrəvan xanlığından qalan misilsiz yadigarm bir parçasıdır, Qarikin heç eyninə də deyildi... Bax, bunlan görərək biz “mədəni soyqınmın” təhliikəsini hiss etdik. Gürcülərdə müsəlman abidələrinə belə bir dözümsüzlüyü biz gönnədik, heç azərbaycanlılarm da kilsələrə qarşı nifrətləri yoxdur...”

1902-ci ildə İrəvan qubemiyasının statistika komitəsinin İrəvandakı “Edelson” mətbəəsində “İrəvan qubemiyasmın 1902-ci il iiçün yaddaş kitabçası” çap edilmişdir. Həmin kitabında göstərilir ki, İrəvan quberniyasında 310 məscid mövcuddur ki, onlardan 7-si İrəvan şəhərindədir.

Ermənistan hökuməti 2007-ci ildə ölkə ərazisində dini və milli azlıqlara məxsus olan və Ermənistan hökuməti tərəfindən qorunan məbədlərin və tarixi abidələrin siyahısım Avropa Şurasına təqdim etmişdir. Həmin siyahıya Mesrop Maştos küçəsi-12 ünvanında yerləşən Göy məscidin və Xorhrdarani küçəsi-40 ünvanında yerləşən məscidlərin adları daxil edilmişdir. Qeyd edilən siyahıda Göy məscid İran məscidi kimi təqdim edilmiş, Abbas Mirzə məscidinin isə qəfəsinin (skeletinin) qomnduğu qeyd edilmişdir. Həmin ərazidə “Qlendale Hills” tikinti şirkəti 14 mərtəbəli 18 bloklu yaşayış kompleksi inşa etmişdir.

XIX əsr Avropa və ms səyyahlanmn və tədqiqatçılanmn möhtəşəm və nadir memarlıq nümunəsi adlandırdıqları İrəvan qalasındakı Sərdar məscid-kompleksindən bir ovuc xarabalıgın qalması belə, “mədəni” erməniləri çox narahat edirdi. 2014-cü ilin payızında erməni vandalları bir gecənin içində Sərdar məscidinin qalıqlanm da yox etmişlər. Biitün bunlar həmin ərazinin əzəli sakinləri olan azərbaycanlıların mədəni irsinə olan düşmən münasibətinin əyani təzahürü, erməni vandalizminin bariz nümunəsidir.

Ermənistan hökumətinin 2015-ci il dekabrm 10-da keçirilən iclasında Mesrop Maştos-12 ünvanmda yerləşən Göy məscid haqqında Mədəniyyət Nazirliyinin təqdim etdiyi layihə müzakirə edilmişdir. Qərara alınmışdır ki, Göy məscid və onun yerləşdiyi ərazi istifadə hüququ ilə təmənnasız olaraq 99 illiyinə İran İslam Respublikasının Ermənistandakı səfırliyinə mədəniyyət mərkəzi kimi təhvil verilsin.

Yuxarıda sadalanan faktlar siibut edir ki, təkcə İrəvan şəhərində deyil, bütövlükdə Ermənistan cd adlanan və özünü dünyanın sivil ölkəsi kimi beynəlxalq aləmə təqdim etməyə çalışan bir dövlətin ərazisində azərbaycanlılara məxsus dini-tarixi tikililərə, onların maddi irsinə qarşı, sözün həqiqi mənasında, vandalizm aktları həyata keçirilməsi bu gün də davam etdirilir.


<< Geri