E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 

 

QƏRBİ AZƏRBAYCANLILAR

 

        Ermənistan azərbaycanlıları (irəvanlı, yeraz, "qərbi azərbaycanlı") — Ermənistanda əsrlər boyu yaşamış azərbaycanlılar.

Vaxtilə bir neçə yüz min nəfərdən ibarət olan Ermənistanın Azərbaycanlı icması (irəvanlı, yerevanlı, "qərbi azərbaycanlı") 1948–1991-ci illərdən bəri mövcud deyil. Həmin illər Ermənistan azərbaycanlıları Dağlıq Qarabağ münaqişəsi üzündən təzyiqə və təcavüzə məruz qalıb ölkəni tərk etməyə məcbur oldular. BMT-nin Qaçqınlar üzrə Ali Komissarı İdarəsinin məlumatına görə Ermənistanda hal-hazırda təxminən 30 nəfərdən bir neçə yüz nəfərə qədər azərbaycanlı yaşayır. Bunların çoxu əyalətdə yaşayan ermənilərlə ailə qurmuş azərbaycanlı qadınlar və həmçinin yaşlı və xəstə olduğuna görə Ermənistanı tərk edə bilməyən insanlardır. Bəyan edilir ki, onların əksəriyyəti ayrıseçkiliyə məruz qalmamaq üçün adlarını dəyişmiş və kimliyini gizli saxlamağa məcburdurlar.

1828-ci ildən başlayıb 1948–1989-cu illərdə başa çatan "Türksüz Ermənistan" sityasəti sayəsində indiki Ermənistan ərazisində 605-dən çox kənd azərbaycanlılarsız qaldı. 1,5 milyondan çox azərbaycanlı öz doğma ocağından qaçmalı oldu. 500 mindən çox günahsız və silahsız soydaşımız qətlə yetirildi. Xankəndindən Ağbabaya, Qazaxdan Göyçəyədək Azərbaycanın 40 min km² ərazisi erməni qəsbkarları tərəfindən zəbt edildi. Erməni tarixçisi Leonun yazdığına görə Batum müqaviləsinə əsasən Ermənistanın ərazisi 8400 km² olub ki, bu da ancaq Göyçə gölü ətrafında ermənilərin dəfn edilməsi üçün bir qəbirstanlıq kimi kifayət edirdi. Burada azərbaycanlılar yaşayan ərazi isə ən azı 20 min km² olmuşdur. 1916-cı ildə İrəvan quberniyasında azərbaycanlıların sayı 373582 nəfər idi. İndi həmin ərazidə bir nəfər də azərbaycanlı qalmayıb.
Erməni-amerikalı tarixçi Corc Burnutyanun tədqiqatına əsasən, "XIX əsrin birinci rübündə İrəvan xanlığı Şərqi Ermənistanın əksərini, təqribən 7 min kvadrat mil ərazi əhatə etmişdir. Bu ərazi böyük dərəcədə dağlı və quraq idi; 100 min nəfərdən ibarət olan əhalisinin 80%-inə yaxın müsəlmanlar (farslar, azərbaycanlılar, kürdlər), 20%-ini isə məsihilər (ermənilər) təşkil edirdilər".
1828-ci ildə İrəvan xanlığının Rusiyanın tərkibinə əlavə olunmasından dərhal sonra xeyli müsəlman (azərbaycanlı, kürd, ləzgi və müxtəlif köçəri tayfalar) bu ərazini tərk etdi. Onların əvəzinə İrandan çar hökuməti tərəfindən bu yerlərə on minlərlə erməni köçürüldü. Məsihilərdə (xristianlarda) dayaq görən rus hökuməti ermənilərin Türkiyə və İrandan Qafqaza köçməsini bilavasitə dəstəkləyirdi. Bu səbəbdən erməni mühacirəti XIX əsrin ərzində və XX əsrin əvvəlində burada kəsilmədən davam edirdi. Nəticədə artıq 1832-ci ildə keçmiş İrəvan xanlığının ərazisində həm yerli, həm mühacir ermənilərin ümumi sayı müsəlmanların sayını ötmüşdür. Brokhauz və Efronun ensiklopedik lüğətinə əsasən XX əsrin əvvəlində azərbaycanlıların (mənbədə "Azərbeycan tatarları" kimi göstərilmişdirlər) böyük qismi hələ də Rus Ermənistanında yaşayırdı. 300 minə yaxın sakindən ibarət olan azərbaycanlı icması İrəvan valiliyinin 37,5%-ini təşkil edirdi. Əksəriyyəti kəndlərdə yaşayıb əkinçilik, maldarlıq və xalçaçılıq ilə məşqul idi. Valiliyin 7 qəzasından 4-ündə, o cümlədən valilik mərkəzi İrəvanda azərbaycanlılar çoxluq təşkil edirdilər. Tarixçi Luici Villarinin məlumatına görə 1905-ci ildə (Erməni-müsəlman davasının astanasında) İrəvanda azərbaycanlılar iqdisadi baxımdan ermənilərdən daha dövlətli idilər.

Ermənistan azərbaycanlıları üçün XX əsr sıxışdırma, ayrıseçkilik və ölkənin demoqrafiyasını tamam dəyişdirən kütləvi və çox dəfə zorakı sürgünlər dövrü idi. Buna baxmayaraq Dağlıq Qarabağ münaqişəsinə qədər onlar Ermənistanın ən iri etnik azlığını təşkil etməyə davam edirdilər. 1905–1907-ci illərdə İrəvan valiliyi ermənilər və azərbaycanlılar arasında baş verən qanlı döyüşün arenası oldu. Döyüş çar hökuməti tərəfindən doğurulub, cəmiyyətin diqqətini Birinci rus inqilabından yayındırmaq üçün, tarixdə o vaxta qədər bir-biri ilə münaqişədə olmayan bu iki xalqın arasına fitnə vasitəsi ilə düşmançılıq salındı.

Azərbaycanın və Ermənistanın 1918-ci ildə müstəqillik elan etməsi vəziyyəti daha da gərginləşdirdi. Hər iki dövlət eyni əraziləri öz tərkibində görmək istəyirdi. Ermənistan öz iddialarını əsaslandırmaq üçün bu ərazilərdə müsəlmanların tam məhvinə yönədilmiş siyasətə girişdi. Qanlı və vəhşi talan azərbaycanların qismən qırılmasına, qismən Azərbaycana, Türkiyəyə və İrana qaçıb xilas olmağına səbəb oldu. Hətta Sovet İttifaqının formalaşmasıdan sonra çoxsu qayıtmadı; 1926-ci Ümumittifaq əhali qeydinə əsasən Ermənistanda yalnız 83.181 nəfər azərbaycanlı yaşayırdı.

1948–1950-ci illərdə SSRİ Nazirlər Şurasının "Ermənistan SSR-dən azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" qətnamə qəbul etmişdir. Ermənistanın ildən ilə böyüyən azərbaycanlı icmasının böyük qisminin guya könüllü surətdə mərkəzi Azərbaycana köçməsi əslində Orta Şərqdən və Avropadan "tarixi vətəninə qayıdan" ermənilər üçün yer boşaltmaq məqsədini güdürdü. O illərdə daha 100 min azərbaycanlı Ermənistanı tərk etdi.[mənbə göstərin]

1988–1991-ci illərdə Ermənistandan Azərbaycana son 200 min qaçqın qəbul olundu. Bunların əksəriyyəti Ermənistanın 22 rayonundan didərgin düşən azərbaycanlılar idi.

 

QƏRBİ AZƏRBAYCAN ZİYALILARI

 


<< Geri