E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 

 

QƏRBİ AZƏRBAYCANIN COĞRAFİYASI

       

Erkən və son mərhələ orta əsrlərdə, eləcə də yaxm yüzilliklərdə Bütöv Azərbaycanm qərb bölgələrinin (Göyçə gölü və dağları hövzəsi, Zəngəzur dağlıq ərazisi, Araz çayı sahilləri, Ağrı dağının ətəkləri...) tarixi keçmişi, təbii-coğrafi şəraiti, kökənli müsəlman-türk əhalisinin maddi-mədəni irsi və dini dünyagörüşü, ictimai-sosial vəziyyəti haqqında bu ərazilərə səyahət etmiş italiyalı Marko Polonun (1254-1324) "Marko Polonun kitabı" (1298), iranlı coğrafiyaşünas Əbül-Qasim İbn Xordadbehin (820-912) "Yollar və ölkələr haqqında kitab", ərəb yazıçısı, tarixçisi və coğrafiyaçısı Şahabəddin Yaqut əl-Həməvinin (1178-1229) "Ölkələr haqqında lüğət", alman səyyahı Adam Olearinin (1599-1671) hazırladığı qlobusda (1654-1664-cü illərdə) təsvir edilən ərazilərdə və göstərilən toponimlərdə, rus tədqiqatçıları S.M.Bronevskinin (1763- 1830) "Qafqaz haqqında yeni coğrafi və tarixi məlumatlar" (1823) və Y.A.Poxomovun (1880-1965) "Azərbaycan tarixinin qısa kursu" (1923)... əsərlərində həm də tarixi-coğrafi dövlətçiliyimizlə bağlı mühüm faktlar verilmişdir.

 

Azərbaycan dövlət tarixçiliyində orta əsrlər və sonrakı dövrlərdə mövcud olmuş Eldənizlər (1136-1225-ci illər) və Səfəvilər (1501-1722-ci illər) dövlətlərinin əhatə etdiyi Qərbi Azərbaycan regionunun (Qarabağ dağlıq yaylası ilə Zəngəzur dağlıq silsiləsinədək olar ərazilər, Şahdağ (Şərqi Göyçə) silsiləsindən Göyçə gölü istiqamətində Şərur-Dərələyəz dağlıq silsiləsinə, Araz çayına, Ağrı dağına və Gümrü şəhərinə kimi uzanan geniş təbii-coğrafi ərazilər, 30 min kv.km sahəni əhatə etməklə) 1813-cü il oktyabr ayının 12- də Murov dağının yamacında, İncəçay çayı hövzəsindəki (indiki Goranboy rayonuna aid) Gülüstan kəndində (XI maddədən ibarət), 1828-ci il fevral ayının 13-də Təbriz şəhəri yaxınlığındakı Türkmənçay kəndində bağlanmış (XVI maddəli) Rusiya (Romanovlar hakimiyyəti) - İran (Qacarlar sülaləsinin) dövlətləri arasındakı eyni adlı mürtəcə müqavilələr hesabına mütləq inzibati-siyasi baxımından idarə edilməsi itirilmişdir. XVIII əsrdə Qərbi Azərbaycan ərazisi bütünlüklə Naxçıvan, Qarabağ və Gəncə xanlıqlarının (Gəncə bəylərbəyliyinin) əhatəsində yerləşən İrəvan xanlığının, eləcə də Şəmşəddil sultanlığının (1747-1801-ci illərdə, sahəsi 4481,4 kv.km) inzibati-idarəetmə sisteminə aid edilmişdir. XIX əsrdə çar Rusiyasının Qafqaz canişinliyinin idarəçiliyinə verilmiş Azərbaycan hüdudlarının sərhəd xətlərinin keçdiyi və 1918-1920-ci illərdə Azərbaycan Cumhuriyyətinin qərb bölgələrini əhatə edən tarixicoğrafi ərazilər 1850-ci ildə tətbiq edilmiş inzibati-ərazi bölgüsünə uyğun olaraq İrəvan quberniyasının 7 qəzasınında (Aleksandropol-Gümrü, mərkəzi Gümrü şəhəri; İrəvan, mərkəzi İrəvan şəhəri; Naxçıvan, mərkəzi Naxçıvan şəhəri; Sürməli, mərkəzi İqdır şəhəri; Şərur-Dərələyəz, mərkəzi Baş-Noraşen kəndi; Üçmüəzzin, mərkəzi Sərdarabad kəndi və Yeni Bəyazid, mərkəzi Yeni Bəyazid kəndi) paylanmaqla təqribən 1,5 milyon nəfərə qədər əhalini əhatə etmişdir. 1867-ci ildə Yelizavetpol (Gəncə) quberniyasının yaradılması nəticəsində Şuşa qəzasına aid olan Zəngəzur mahalının torpaqları hesabına mərkəzi Gorus şəhəri olmaqla eyni adlı qəza yaradılır. Eləcə də, Naxçıvan qəzasının tərkibindəki Mehri nahiyəsi də Zəngəzur qəzasına daxil edilir.

 

 

Çar Rusiyasının Tiflis şəhərində yerləşən Qafqaz Hərhi Dairəsinin Hərhi Topoqrqfiya hölməsi tərəfindən çap edilən "Cənuhi Qafqaz,. 1903-cii U" xəritəsində Qazax qəzasının qərh sərhəddi Göyçə göliinün 5 km-dən keçməklə, Çubuqlu- Toxluca-Ağhulaq kəndləri hoyunca (hu kəndlər indi Qərhi Azərhaycan əraz,isindədir) uzanaraq Şahdağ zirvəsində (3216 m) kəsişirdi, hıı hissə Çaykənd, Dilican, Əmir-Xeyir, Çəmhərək, Gölkənd, Polad Ayrım kəndlərini əhatə etməklə "İncə dərəsV'nin qərh hissələrini, İncəsu çayının mənhəyini tuturdu. Sonrakı mərhələdə qəzanın Yuxarı Əskipara, Sofulu və Barxudarlı kəndləri anklav (əhatəsindəki ərazilərdən asılı olmayan idarəetmə formasında) halında Qaraqoyunlu (haylar 1938-ci ildə adını dəyişərək Noyamheryan qoymuşlar, 1995-ci ildən Tavuş vilayətinə (mərzliyinə) daxildir) nahiyəsi daxilində saxlamlmış, idarəetməsi Qazax payonuna aid olmuşdur. Eyni hal, Şərur rayonunun (hazırda Sədərək) Kərki inzibati-ərazi vahidinə (19 kv.km) də şamil edilmişdir. Bu yaşayış məntəqəsi 1990-cı ildə Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən zəbt edilərək adı dəyişdirilmiş, Tiqranaşen kəndi kimi Ararat vilayətinə daxil edilib. 1920-ci ildə İrəvan quberniyası (Naxçıvan və Şərur-Dərələyəz qəzalarının qərb hissələri istisna olmaqla) və Zəngəzur qəzasının qərb hissəsi yeni yaradılmış Ermənistan Respublikasının yaradılması naminə Azərbaycan Respublikasının idarəçiliyindən çıxarılmış, inzibati-coğrafl sərhədləri zorla dəyişdirilmişdir. Qərbi Azərbaycanın inzibati-ərazi bölgüsü (indiki Ermənistan Respublikası ərazisi) 1920-1928-ci illərdə 10 qəzaya və 1929-cu ildə 5 dairəyə (Zəngəzur, Lori, Sevan, Leninakan, İrəvan) ayrılsa da, 1930-cu ildən 36 rayon yaradılmışdır. Hazırada bu region 11 vilayət (əvvəlki adlar dəyişdirildiyindən toponimlər yabançı dildədir: Araqatc - mərkəzi Aştarak şəhəri; Ararat - Artaşat (Qərbi Azərbaycanın Araz çayı yaxınlığındakı ən qədim, yaşı iki min ilə çatan Qəmərli şəhərinin dəyişilmiş adı) şəhəri; İrəvan - İrəvan şəhəri; Armavir - Armavir (1932-ci ilədək Sərdarabad adlanıb, İrəvan vilayətində ən hündür Alagöz dağının (4090 m, adı dəyişdirilərək "Araqats" qoyulub) ətəyində yerləşir, 1992- ci ilədək Oktamberyan) şəhəri; Vayots- Dzor (Dərələyəz toponiminin dəyişdirilmiş halı) - mərkəzi Yexeqnadzor şəhəri; Syünik - Qafan şəhəri; Şirak - Gümrü şəhəri; Tavuş - İcevan şəhəri; Kotayk - Razdan (Zəngi çayı sahilində salınan Aşağı Axta kəndi adlanıb 1959-cu ilədək) şəhəri; Qeqarkunik - Vardenis (1969-cu ilədək Basarkeçər adlanıb) şəhəri; Lori - Vanadzor (1935-ci ilədək Qarakilsə adlanıb, 1935-1992-ci ilədək Leninakan) şəhəri) daxilində 53 inzibati-icma formalı idarəetmə sistemi tətbiq edilir.

 

 

Təbii-coğrafi yerləşmə xiisusiyyətinə görə Qərhi Az,ərhaycan regionu (Ermənistan Respuhlikasının 1995-ci ildən sonra təthiq etdiyi inzihat-əraz,i hölgiisü haxımından) Gürciistan Respuhlikası (Tavıış, Lori və Şirak vilayətləri üz,- rə) , Tiırkiyə Cumhuriyyəti (Şirak, Armavir, Araqats və Ararat vilayətləri hoyunca), Naxçıvan Muxtar Respuhlikası və İran İslam Respuhlikası ilə (Ararat, Vayots-Dzor və Syiinik vilayətləri hüdudlarında) həmsərhəddir. Ayrı-ayrı oroqrafik relyef və hidroqrafik şəbəkə müxtəlifliyinə görə qeyd edilən bu sərhəd qonşuluğunda yerləşən Qarabağ dağlıq yaylası (Dəlidağ zirvəsi, 3616 m) və Zəngəzur dağlıq silsiləsi (Qapıcıq zirvəsi, 3906 m) Mehri, Qafan, Gorus nahiyələrini (indiki Syünik vilayəti) əhatə edir, cənubundan isə Araz çayı axır (120 km məsafədə), Şahdağ silsiləsinin qərb yamacları ilə Göyçə gölü (Qərbi Azərbaycanda ən hündür (1926 m) dağ gölü, ən dərin yeri 78 m) və dağı hövzəsi Basarkeçər nahiyəsini (adını dəyişib Qeqarkunik vilayəti qoyublar), Şərur-Dərələyəz dağlıq (Kükü dağı, 3120 m) silsiləsinin şimal, şimal- qərb hissəsi Araz çayı ətrafını, Ağrı dağının (Anadolu yaylasının ən hündür yeri, 5165 m) vadisini, Ağbaba və Şirəel mahallarını (hayca Vayots- Dzor və Ararat vilayətləri adlanır) tutur. Türkiyə Cumhuriyyəti ilə Qərbi Azərbaycan regionu (Armavir, Araqats və Ararat vilayətləri boyunca) Araz çayı və Ağrı dağı ilə sərhədlənir.

 

 

 

Qərbi Azərbaycan hüdudlarında, mərkəzi hissədə iri oroqrafik relyef formaları sırasında Arazboyu Ağrıdağ vadisi (haylar Ararat düzü adlandırıb), Pəmhək (Hamamlı aşırımı, 2375 m; Şiş Əhməd (haylar Tejler adlandırıb) zirvəsi, 3101 m), Göyçə dağlıq silsilələri (Acıdağ zirvəsi, 3597m) və Basarkeçər silsilələri (Çaxırlı yaylası, Basarkeçər zirvəsi, 3521 m; sonuncu iki silsiləni Səlim aşırımı, 2410 m ayırır) xüsusilə səciyyəvidir. Qərbi Azərbaycan ərazisi cənubqərbdən, cənubdan xarici ölkələrdən Türkiyə Cumhuriyyəti və İran İslam Respublikası (Mehri dağlıq silsiləsi, 3256 m; Araz çayı boyunca), şimalda isə Gürcüstan Respublikası ilə (Borçalı yaylası, Çətin dağı, 2243 m) hüdudlarında qonşuluq yaratmışdır. Göründüyü kimi, regionun təbii-coğrafi şəraitinin mürəkkəbliyi və zənginliyi ərazinin tarixi, ictimai-iqtisadi, beynəlxalq strateji əhəmiyyətinin qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

 

 

Təbii şəraiti, coğrafi mövqeyi və relyefi

Qərbi Azərbaycanın inzibati-coğrafi sərhədlərinin ümumi uzunluğu 1570 km-dir. Bu hüdudlar Şahdağ silsiləsi-Qarabağ dağlıq yaylası boyunca şərqi Azərbaycanla 996 km, cənubdan cənubi Azərbaycanla 44 km (Araz çayı boyunca), Türkiyə Cumhuriyyəti ilə (İqdır və Qars vilayətləri ilə həmsərhəd 311 km, Gürcüstan Respublikası ilə (dağ Borçalı yaylası ilə) 219 km məsafədə qonşudur. Ərazinin 4,7%-i su, 95,3%-i quru hissələrindən ibarətdir.

Təbii-coğrafi şəraitinə görə əlverişli landşaft örtüyünə, oroqrafik relyef quruluşuna, morfoloji struktur örtüyünə malik olan Qərbi Azərbaycan ərazisində aşağıdakı geoloji-geotektonik və təbii struktur vahidlərini ayırmaq olar:

-Zəngəzur dağlıq silsiləsinin şərq hissəsi (Qaladaş və Bəyboğan sıra dağları);

-Arazboyu düzənlik (Mehri-Nüvədi vadisi);

-Bazarşay hövzəsinin müsbət relyef formaları (Üçtəpə silsiləsi (Qızılboğaz zirvəsi, 3558 m), Qısırdağ silsiləsi (Ağdaban zirvəsi, 3107 m);

-Göyçə gölü hövzəsi (Qərbi Azərbaycanın ən böyük gölü, sahəsi 1240 kv.km, 1898 m yüksəklikdə tektonik mənşəli Göyçə gölü ətrafındakı dağ silssilələri – cənub hissədə Canıyandıq dağı (Tuluca zirvəsi, 3597 m); Göyəm dağı (3597 m), günbatanda Əhməngən dağı (Qızıldağ zirvəsi, 3610 m); Göyəm-Basarkeçər vulkanik yüksəklikləri);

-Dərələyəz dağlıq silsiləsinin şimal ətəkləri (Zəngi və Vedi çayları hövzəsindəki silsilələr-Gərni dağı, Zəngi yayalası, Ağrıdağ vadisi);

-Ağbaba yayalası və Şirəel vadisi; İncəçay hövzəsi (Dilican vadisi, Borçalı dağlıq yaylasının cənub ətəkləri);

Avropa qitəsənin cənub hissəsi boyunca fəal seysmik qurşaq kimi Sakit okeana qədər uzanan Alp-Hilmalay geosinklinal qurşağının tərkib hissəsi olan Kiçik Qafqaz dağlıq silsiləsi (Zəngəzur və Dərələyəz dağları), Qarabağ vulkanik yaylası, Borçalı yaylası, Göyəm dağları… Qərbi Azərbaycan ərazisinin 70 faizini, bu dağlıq yayla və sıra dağlar arsındakı düzənlik-vadiləri isə 30 faizə qədər hissəni tutur.

Ərazi beynəlxalq-kürəvi coğrafi koordinat sisteminə uyğun olaraq 38 dərəcə 50 dəqiqə – 41 dərəcə 20 dəqiqə şimal enliklərini və 43 dərəcə 40 dəqiqə – 46 dərəcə 30 dəqiqə şərq uzunluqlarını əhatə edir.

Coğrafi relyef-ərazi yerləşməsi baxımdan Qərbi Azərbaycan şimal-qərbdən cənub-şərqə doğru 360 km, qərbdən şərqə isə 200 km məsafədə uzanır. Bölgənin hündür nöqtələrindən biri, Zəngəzur dağlıq silsiləsindəki Qapıcıq zirvəsi (mütləq hündürlüyü 3906 m, nisbi yüksəkliyi 1815 m) cənub hissədədir, ən yüksək zirvəsi şimal-qərbdə Alagöz dağıdır (4090 m), aşağı hissə isə şimal-şərqdə Pımbək çayı (bu çay Xramçayın sağ qoludur, ümumi uzunluğu 178 km, Qərbi Azərbaycan ərazisində 152 km məsafədə axır) yatağıdır (400 m).

Qapıcıq zirvəsinin şimal hissəsindəki Qazangöl zirvəsi (3864 m) Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu və Zəngəzur mahalı, Qafan nahiyəsinin sərhəddində olmaqla Gilan və Oxçu çaylarının suayrıcısıdır (Gilan çayı uzunluğu 53 km olmaqla Ordubad rayonu ərazisindən, Oxçu çayı isə 85 km olmaqla Zəngəzur rayonu ərazisindən Araz çayına soldan qovuşurlar).

Oxçu çayı Qazangöl zirvəsi yaxınlığındakı Kurud kəndi hüdudlarından başlayaraq bir sıra xırda dağ çayları ilə birləşir (ən böyük çay Pircavidan çayı, Oxçu kəndi yaxınlığında ona qovuşur), Keçiqayası dağının güney ətəkləri boyunca axaraq Xustup (3202 m) və Həkəri yaylaları (Topağac dağı, 2010 m) arasından mənsəbinə doğru uzanır.

Qərbi Azərbaycanın Mehri nahiyəsində Zəngəzur dağlıq silsiləsinin şərqə və cənub-şərqə doğru bir neçə qolları – Qaladaş (Lehvaz kəndi yaxınlığında, 3009 m) və Bəyboğan dağları (3220 m), Mehri dağ silsiləsi (59 km məsafədə, Bacassar zirvəsi, 3256 m) uzanır.

Yer qabığının Alp-Qafqaz geosinkilinal qırışıqlığı zonasında yerləşən, regionda seysmik fəallığı ilə fərqlənən Qərbi Azərbaycan daha çox 7-8 ballıq zəlzələ gücünə malik olmaqla tarixin müəyyən dövrlərində güclü “dağəmələgəlmə prosesinə” məruz qalmış, hüdudlarında yeni relyef formalarının yaranması prosesləri davam etmiş (dağlar, dağarası çökəkliklər, sınma zonaları, müsbət oroqrafik vahidlər və böyük antiklinallar yaranmış) və bu baxımdan regionu şərti olaraq 3 hissəyə ayırmaq olar:

Şimal və şimal-qərb hissə, Gümrü- Göyçə -Pəmbək tektonik sınma zolağı, uzunluğu 370 km, bu hissə özü də cüt qola bölünür:

– qərbdə Göyçə-Pəmbək sınması, 260 km uzanmaqla şərqə doğru keçməklə Kəpəz qalxma qurşağına qovuşur (1139-cu ildə baş verən güclü zəlzələ bu qurşağı bütünlüklə əhatə etmişdir);

-qərqdə Hunasər sınması (Gümrü-Ağrıdağ hövzəsini tutur), uzunluğu 110 km, bu qurşaq e.ə. V əsrdə güclü zəlzələyə məruz qalmışdır;

Qərb hissədə də iki zolaq ayrılır:

-nisbətən şimalda Keşişkənd-Duzkənd sınması (Qars vilayətindən Arpaçayın aşağı yatağında yaradılmış Arpaçay su anbarınadək bir sıra yüksəklikləri tutur – Törəgən (2585 m), Alaca (2691 m), Afşar (2200 m), Böyük Yağnı (2250 m), Kiçik Yağnı (1987 m), Üçtəpə (1829 m), uzunluğu 150 km-dir;

-cənuba doğru Sarısu-Sarıqamış-Gərni sınması, uzunluğu 350 km (Türkiyə Cumhuriyyəti ərazisinə də istiqamətlənmiş, bu baxımdan Qars vilayətinin Sarıqamış şəhəri fəal seysmik zonada yerləşir);

Cənub hissə, Zəngəzur-Bazarçay sınma zolağı (Dərələyəz dağlıq silsiləsi (Küküdağ zirvəsi, 3131 m) daxil olmaqla), uzunluğu 230 km;

Yuxarıda qeyd edilən seysmik-tektonik antikilinal və sinkilinal geoloji strukturların fəallığı, Alp-Qafqaz-Himalay dağəmələgəlmə prosesinin intensivliyi Qərbi Azərbaycan hüdudlarında (eləcə də qonşu ərazilər daxil olmaqla) müxtəlif illərdə güclü zəlzələlərin baş verməsi ilə nəticələnmişdir.

Dərələyəz hövzəsində 736-cı ildə baş verən güclü zəlzələ 10 min nəfər insanın həyatına son qoymuşdur, 1679-cu, 1840-cı və 1937-ci illərdə İrəvan şəhərində, 1679-cu ildə Gəni mahalında (7600 nəfər), 1931-ci və 1968-ci illərdə Zəngəzur mahalında, 1989-cu ildə Gümrü-Hamamlı zolağında 11 ballıq zəlzələ çoxsaylı insan tələfatına səbəb olmuşdur. Gümrü-Hamamlı zəlzələsində 6 m dərinlikli, 37 km uzunluqlu çat yaranmış (Gümrü şəhərindən 35 km aralı olan Nalbənd kəndindən qoyun otaran bir nəfər ora düşüb, heç tapılmayıb), Gümrü şəhərində 14 min, Hamamlı şəhərində 25 min nəfər həlak olmuşdur. Bu zəlzələ ocağının koordinatları 40 dərəcə 59 dəqiqə şimal en dairəsi ilə 44 dərəcə 11 dəqiqə şərq uzunluğunun kəsişmə nöqtəsində, ocağı (hiposentri) isə yer qabığının 10 km dərinliyində, səthdə (episentrdə) gücü 10 bal, Gümrü şəhərində 9 bal (ocaqdan 46 km aralıda), Qarakilsə şəhərində 8 bal (21 km) olmuşdur.

Apraçay vadisinin orta hissəsində Araz çayının qərbində Qars yüksəkliyində (1400 m), sol sahildə isə Gümrü nahiyəsində 1926-cı ildə də dağıdıcı zəlzələ baş vermişdir.

Ümumiyyətlə, XIX əsrin son onilliyində Gümrü-Hamamlı ocağında 17 güclü zəlzələ olmuşdur (bu mərkəzə yaxın, Arazın sol sahilindəki tarixi Alagöz vulkanik dağı (4090 m) yaranması etibarı ilə tektonik mənşəlidir və Qərbi Azərbaycanın ən yüksək zirvəsidir).

Qərbi Azərbaycanın şimal hissəsində, Gümrü-Göyçə-Pəmbək sınma zolağında yaranmış tektonik sinkilinal hövzədə Qafqazda ən hündür Göyçə dağ gölü (1898 m yüksəklikdə) yaranmışdır. Bu göldən başlanan Zəngi çayı (141 km uzunluqda) Araz çayının sol qolunu təşkil edir.

Fəal dağəmələgəlmə prosesləri nəticəsində (zəlzələ fəallığı 7-8 baldır) gölün ətrafında bir sıra cavan dağ sıraları uzanır: cənubda Gözəldərə dağı (3531 m, bu dağın şərq hissəsində kiçik Allaçöl gölü də tektonik mənşəlidir), Yamanqan dağı (3261 m), cənub-qərbdə Göyəm sisliləsi (3597 m), cənub-şərqdə, Sadanağ kəndi yaxınlığında Oğruca dağı (3327 m), şimal-şərqdə, Sarıcallı kəndi yaxınlığında Kirgitdağ (3067 m), şimalda Dilican və Cubuqli kəndləri arasında Çobanoğlu dağı (2848 m), şimal-qərq hissədə 70 km məsafədə uzanan Pəmbək dağları (Taclar zirvəsi, 3101 m), şimalda Bazum silsiləsi (Xələb zirvəsi, 3016 m) ucalmaqdadır. Sonuncu dağ ilə Ackəsər dağı (3196 m) arasında Qaraxaç aşrımı (2272 m) yerləşir.

Göyçə gölü ətrafı dağlarının su hövzəsinə enən hissələrində kiçik sahələrdə tektonik-laqun mənşəli çöküntülərdən ibarət düzən, vadi relyef formaları da əmələ gəlmişdir: cənub-qərbdə Mənuçər vadisi

(Atamxan-Başkənd-Yeni Bəyazid kəndləri arasında), cənub-şərqdə Məzrə vadisi (Böyük Məzrə kəndi ətrafında).

Qərbi Azərbaycanın relyef strukturlarının, makro-mikro relyef elementlərinin (ümumilikdə müsbət qalxma formalarının) endogen (daxili) və ekzogen (xarici) amillərin təsirinə məruz qalması nəticəsində ayrı-ayrı hissələrdə müxtəlif ölçülü-formalı dağarası çökəkliklər, yüksəkliklər və tirələr, qalxmalar və sınmalar, bir-birindən fərqli ekosistem kompleksi yaranmıdır.

Bu hal isə Qərbi Azərbaycan təbiətinin özünəməxsusluğunu fərqləndirən əsas təbii amildir.

 

 

Hidroqrafik şəbəkə – Göllər… sututarlar…


Təqribən 100 min il əvvəl IV dövr buzlaşmasından sonra yaranan isti dövr sərhədləri boyunca Mərkəzi və Şərqi Asiyadan şimala doğru miqrasiya edən əski türkdilli qəbilə-tayfa birlikləri Anadır bərzəxindən keçərək Amerika qitəsinin quzey-güney hissələrində məskunlaşaraq dünyanın ilk sivilizasiya ocaqlarını (Meksika dağlıq yaylasında, And dağlarında) yaratmışlar. Qədim türkdilli xalqlardan olan yerli ink, pukin, aymara, keçua tayfalarının müqəddəs bildikləri Titikaka gölü təbiətin onlara ilahi payı kimi dünyada pak su ehtiyatına (sahəsi 8372 kv.km) malik və yüksək dağ gölü (3812 m yüksəklikdə) kimi məşhurdur.

Cənubi Qafqazın fəal seysmik Alp-Himalay geosinklinal qurşağı daxilində yerləşən Qərbi Azərbaycanın hidroqrafik şəbəkəsinin (buzlaqlar, çaylar, göllər, sututarlar, yeraltı su hövzələri, bataqlıqlar…) geoloji-struktur morfogenezisi bir sıra fərqli xüsusiyyətləri ilə seçilir. Yəni, ümumilikdə bu bölgənin təbii sututar-suaxar yataqlarının əmələ gəlməsində tektonik-geoloji, vulkanogen-sürüşmə, buzlaq-uçqun amilləri üstünlük təşkil edir (dağ göllərinin mənşəyi, çay yataqlarının stukturu, yeraltı suların temperaturu, mineraloji tərkibi və yatım xüsusiyyəti, səth sularının və bataqlıqların paylanması…baxımından).

Eyniliklə bölgənin istər Pəmbək, Gəyən, Şərqi Göyçə, Basarkeçər dağlıq silsilələri əhatəsində yerləşən Göyçə gölü olsun, istərsə də Şirəel-Cavahirli platosunda yaranan Arpa gölü, ya da Zəngəzur dağlarında, Qapıcıq zirvəsi (3906 m) yaxınlığındakı Qazangöl-Yaşılgöl, Dərələyəz mahalında Buzxana dağındakı Qanlı göl, ya da Pəmbək platosunda, Xırdacalar dağının şimal-qərb hissəsindəki Ağçala, Qoşa göl, Qafan nahiyəsində Üçeniş sututarı… heç biri bu baxımdan istisnalıq təşkil etmir.

Ümumilikdə, Qərbi Azərbaycanda müxtəlif mənşəli (tektonik, buzlaq, qalıq-relikt, bataqlıq, sürüşmə, vulkanik…) və ölçülü 100-ə qədər, su ehtiyatı təqribən 39,3 milyon kub metrə çatan göl və sututar hövzə əmələ gəlmişdir.

Göyçə gölü nəinki Qərbi Azərbaycanda, Cənubi Qafqazda, ümumən Qafqazda, eləcə də dünyada tektonik mənşəli yüksək dağ gölləri sırasında təmiz su ehtiyatına görə fərqlənən, Cənubi Amerikada, And dağlarındakı məşhur Titikaka gölü ilə müqayisə edilən təbii sututar kimi (1898 m yüksəklikdə olan) qiymətləndirilir və “Qafqazın incisi” hesab edilir.

Azərbaycan xalqının VII əsr yaşlı əski yazılı abidəsi olan “Kitabi-Dədə Qorqud” dastanının (2004-cü il nəşri, səh.80) “Qazan bəy oğlu Uruz bəyin tutsaq olduğu boy”da belə bir cümlə işlədilib: “Ox atduğum yerləri, qılıc çalub baş kəsdügüm yerləri göstərəyim…Cızığlara, Ağlağana, Gögcə dağa aluban çıqayın…”.

Şimal-qərbdə Pəmbək, şimal-şərqdə Göyçə, qərbdə və cənubda Gəyən (eyni adda isə düzənlik Araz çayının sol sahilində uzanır) və Basarkeçər dağları ilə əhatələnən, 2776 kv.km sahə tutan Göyçə gölünə (orta dərinliyi 26,8 m, ən dərin yeri 99 m) 28 çay tökülür, ondan isə Zəngi çayı (70 km ) axaraq, Araz çayına soldan qovuşur. Gölün hidroloji-bioloji və geoloji-struktur tərkibinə görə fərqlənən iki hissəsini – Böyük və Kiçik Göyçəni 5 km-lik ensiz boğaz birləşdirir.

Gölə tökülən çaylar ətraf dağlardan axan bulaq sularından əmələ gəlmişdir (Babacan kəndində Gur bulaq, Dərəkənd kəndində Orucoğlu bulağı, Kərimkənd, Başkənd, Paşakənd, Kosa Məhəmməd kəndlərindən axan bulaq suları Nərədüz kəndində (bu kənd liman idi) birləşərək gölə tökülür, Pəmbək kəndindən Pirverdi bulağı, Həmzəli bulağı, Piyalə bulaq, Murtuzəli bulağı, Toğluca və Ağbulaq kəndləri arasında axan Cələçay, Hamarçay, Çaldaş dağından başlayan Gözəldərə çayı…).

Yüksək dağ gölü kimi suyunun büllur, təmiz, saf olması və mavi səmanın “güzgülənmiş” su səthində bərq vurması, səma rənginin su aynasında əks olunması Göyçə hidrotoponminin (“Göy, mavi rəngli dəryaça” mənasında) yaranmasına səbəb olmuşdur. Hava tutqun olanda onun rəngi “qaralır”. Sahil xətlərinin girintili-çıxıntılı olması, su səviyyəsinin artıb-azalması eyni adlı yarımadanın mövcudluğunu şərtləndirir. Belə ki, 1923-cü ildən sonra gölün suyundan suvarma əkinçiliyi üçün istifadə edildiyindən (ətrafında taxıl, tütün əkinləri geniş yer tuturdu) artıq 1931-ci ildən sonra onun səviyyəsinin azalması müşahidə edilmişdir. Bunu nəzərə alararaq, 1960-cı illərdə Basarkeçər, Pəmbək, Çəmbərək və Kəvər nahiyələrinin müsəlman-türk əhalisi yaşayan kəndlərin (Dərəkənd, Babacan, Toğluca, Pəmbək, Ağbulaq, Cil, Ardanış, Şorca, Ağzıbir, Ağqala, Bığlı, Hacı Muxan, Əyrivəng…) vəsaiti və qüvvəsi hesabına Göyçə gölünün bütün ətrafında, sahil zolaqlarında eni 800-1000 metrə çatan meyvə-meşə ağaclarının və kol bitkilərinin (ərik, alma, alça, qoz, şam, küknar, qarağac, xan çınarı, iydə və akasiya ağacları, çaytikanı, qarağat kolları…) qurşağı salındı ki, nəticədə su səviyyəsinin azalmasının qarşısı alınmışdır.

Həmçinin, 1975-ci ildə Arpaçay çayından kanal çəkilərək Aşağı Qaranlıq kəndindən gölə (cənub hissədə) su axıdıldı.

Amma mürtəce hay kilsəsi 2004-cü ildə bu müqəddəs, ilahi məkanın irfani-ruhani bütövlüyünə qara ləkə saldı, sahilində murdar Ruhani akademiyası açmış və kilsə inşa etdirmişdir, qədim Göyçə kəndi ətrafındakı Göyçə yarımadasında (gölün şimal-qərbində) Zəngi çayının (1927-ci ilə aid 1:84000 miqyaslı topoqrafik xəritədə Zəngi çayı yazılıb) mənbəyi yaxınlığında, 1930-cu ilədək ada olub, sonra su səviyyəsi aşağı düşdüyündən yarımada yaranıb, sahəsi 0,95 kv.km-dir.

Bir tarixi faktı xatırladaq ki, 1918-1920-ci illərdə hay-daşnak quldurları Göyçə gölündən 12 km cənub-şərqdə yerləşən Şişqaya kəndinin cənubundakı (4-5 km aralıda), Göysu kəndi yaxınlığındakı II-III əsr yadigarı Ağkilsə məbədini dağıdaraq məhv etmiş, əski yazılı və naxışlı qəbir daşlarını qarət edərək İrəvana və Ü(i)çmüəzzinə aparmışlar.

Göyçə gölünün bir səciyyəvi geoloji-struktur xüsusiyyəti də ondan ibarətddir ki, göl yatağında 2000-ə qədər bulaq qaynayıb gölə qarışır, təbii tənzimləmə rolunu oynayır və göl suyunun təmizliyini bərpa edir, qış aylarında buz qəbəqəsini əridərək səthə axır (“bulaq suları buzu yeyir”). Ona görə də göl səthi yanvar ayının 15-də martın 22-dək buz bağlasa da (qalınlığı 1 m-dək), ayrı-ayrı yerlərdə qaynayan bu sualtı çeşmələr 5 m diametr ölçüdə buzu əridir, ordan asanlıqla balıq tutmaq olurdu.

Məşhur balıq növlərindən qızıl və qara xallı balıq, ağ ətli “baxtəng” balığı, qara bığlı balıq (1 kq, Bığlı kəndinə bitişik hissədə çox yayılmışdır), siqa balığı (40 kq), Arpaçay suyunun töküldüyü yerdə karp balığı… hətta qışda da tutulurdu.

Göyçə gölünün təbii, geoloji, hidroloji və ekoloji özəllikləri onun əsrarəngiz mənzərəsi ilə bərabər dəyərini artırdığından onun ekoturizm əhəmiyyəti gündən-günə artmaqdadır. Ümumiyyətlə, ekoturizm dəyərinə görə Qərbi Azərbaycanının bütün gölləri əsrarəngiz ekomühitə malikdir.

Onlardan biri də Zəngəzur dağlıq silsiləsinin ən uca Qapıcıq zirvəsindən (3906 m) şimalda, Qazandağ hövzəsində, 3112 m yüksəklidə “Daşbaşı yaylağı”nda yerləşən, “Gıhı dərəsi”nin şimal-qərb qurtaracağındakı tektonik-buzlaq mənşəli Qazangöldür, ətrafı həm də daimi buz örtüyünə bürünüb. Bu göl Zəngəzur mahalının Qafan nahiyəsinin Acıbac kəndndən şimal-qərbə 11 km aralıdır. Eyni adlı hidrotoponim Tovuz rayonu ərazisində Ceyrançöl düzündə olan relikt gölə də şamil edilir. Qazangölün sahəsi 1,8 hektar, orta dərinliyi 10 m-dir.

Qazan dağ orotoponimi həm də antrotoponim kimi bu yerlərdə əski Oğuz-Sak tayfalarının adını özündə yaşadır. Belə ki, yuxarıda adı çəkilən “Kitabi-Dədə Qorqud” dastanının “Salur Qazanın evinin yağmalanması” boyunda (səhifə 188-202) bu yerlərin coğrafi təsviri verilmiş, “ Qazan dağ” yer adının “Qalın Oğuzun “dayağı” Ulaş oğlu Salur Qazanın adınından yarandığına bir işarədir. Qazan (göl) dağ həm də Qafan nahiyəsinin Həqəti kəndi ilə Ordubad nahiyəsinin Nurgüt kəndləri arasında yerləşir.

Yüksək dağ gölü olduğundan onun ətəklərində bir sıra bulaqlar (axırıncı kənd-Acıbacdan 2 km aralıdakı “Çobanboğan” bulağı, Qızıl ağıl dağında “Yal çeşmə”, Yuxarı Pürülü kəndinin “Çınqılın dibi” deyilən yerdən axan “Göbəyin bulağı”…) yaranmış, onların cuyu birləşərək Gıhı çayını (Oxçu çayının (bu çayı Qapıcıq və Gecalan çayları əmələ gətirir) sol qolu, bu çay da Qazangöldən başlayır) əmələ gətirmişdir.

Bu göl təbii mənzərəsinin gözəlliyi ilə yanaşı, həm də Qərbi Azərbaycanın sakral guşəsi kimi irfani-ruhani məkandır, “Qazangöl ocağı” ziyarətgah kimi Zəngəzur və Naxçıvan mahallarının dini-irfani ocaqlarından biridir.

Qərbi Azərbaycanın digər gölləri barədə növbəti yazılarımızda.

P.S. Hay kilsəsi və ibtidai insan-hay sürüsü Göyçə gölünü Sevan, Arpa gölünü Arpi, Qazangölü Qazanaliç, Aygil gölünü Akna, Üçeniş gölünü Artsvanik… adlandırır, hətta Laçın rayonunun inzibati-ərazisi daxilindəki Qara gölə də “dil uzadaraq” ona Sevliç deyirlər. Qədim Göyçə kəndinin adı 1842-ci ildə dəyişdirilərək Yelenovka (Rusiya çarı I Nikolayın qardaşının arvadı Yelena Pavlovnanın adına uyğun) qoyulub, 1935-ci ildən sonra Sevan şəhəri deyilir.

 

 

Qismət YUNUSOĞLU,
Bakı Dövlət Universitetinin müəllimi


<< Geri