E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 

 

GÖRKƏMLİ ŞƏXSLƏR

QƏRBİ AZƏRBAYCAN HAQQINDA

 

Keçmiş zamanlarda Azərbaycan təkcə indiki hüdudlarda deyildi. İndi Ermənistanın əlində olan Göyçə mahalı da, yaxud sizin İqdırın qarçısındakı Vedibasar, Zəngibasar, İrəvan xanlığı da Azərbaycanın olubdur. Sizin ulu babalarınızın əksəriyyəti oralardandır. İqdırda yaşayanlardan soruşsan ki, kökün haradandır, hər on nəfərdən dördü - beşi deyəcək ki, ya Zəngibasardan, ya Vedibasardan, ya İrəvandan, yaxud Borçalıdan, ya da Gəncədəndir, Naxçıvandandır. (Müzəffər Gəncə bildirdi ki, mən gəncəliyəm, babam oradandır) Necə olub ki, sən Gəncədən İqdıra gedib çıxmısan? Çünki o məntəqə, o bölgə azərbaycanlılar üçün - Türkiyədə azərilər deyirsiniz - azərilər üçün həmişə bir məskən olubdur. Bunların tarixi kökləri var. İqdırın Azərbaycana daha əziz olması və sevilməsi, bax bu tarixi köklərəəsaslanır. Siz gəncsiniz, kitablar oxuyursunuz, mən də bunların bir hissəsini kitablardan bilirəm. Amma bir hissəsini şəxsi həyatımdan bilirəm.

 

Heydər ƏLİYEV

Ümummilli Lider

 


 

 

Biz yaxşı bilirik ki, Ermənistan dövləti tarixi Azərbaycan torpaqlarında yaranıb. Zəngəzur, Göyçə mahalı, İrəvan bizim doğma torpağımızdır. Biz qayıdacağıq.

 

*****

 

İrəvan Ermənistana Azərbaycan Xalq Cümhuriyyəti yarananda, məhz Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən verilmişdir. İrəvan xanlığında yaşayan insanların əksəriyyəti azərbaycanlı idi. Zəngəzur mahalında yaşayanların hamısı azərbaycanlı idi. Ona görə, tarixi baxımdan da bu, bizim torpağımızdır.

 

*****

 

Biz tarixi torpaqlarımızı da unutmamalıyıq və unutmuruq. Bu da gələcək fəaliyyətimiz üçün istiqamət olmalıdır, necə ki, biz bu gün də bu istiqamətdə iş görürük. Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Zəngəzur, Göyçə mahallarıdır. Bunu gənc nəsil də, dünya da bilməlidir. Mən şadam ki, bu məsələ ilə bağlı - bizim əzəli torpaqlarımızın tarixi ilə bağlı indi sanballı elmi əsərlər yaradılır, filmlər çəkilir, sərgilər təşkil olunur. Biz növbəti illərdə bu istiqamətdə daha fəal olmalıyıq və dünyanın müxtəlif yerlərində sərgilər, təqdimatlar keçirilməlidir. Çünki İrəvan bizim tarixi torpağımızdır və biz azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalıyıq. Bu, bizim siyasi və strateji hədəfimizdir və biz tədricən bu hədəfə yaxınlaşmalıyıq.

 

İlham ƏLİYEV

Azərbaycan Respublikasının Prezidenti

 

 


 

 

Bu gün Ermənistan Respublikasının yerləşdiyi ərazi 180 il bundan əvvəl Azərbaycan torpağı idi. Ermənilər isə Cənubi Qafqaza gəlmə, daha doğrusu, gətirilmə etnosdur. bu etnosun yaşadığı "Ermənistan Respublikası" adlanan ərazi isə Azərbaycan torpağıdır. Azərbaycan xalqı yaşadıqca, bu həqiqət də yaşayacaqdır.

 

Əziz ƏLƏKBƏRLİ

Qərbi Azərbaycan İcmasının İdarə heyətinin sədri,

Milli Məclisin deputatı

 


 

 

Qərbi azərbaycanlılar olaraq indiki Ermənistan ərazisində itirilmiş hüquqlarımızı bərpa edəcəyik.

 

Məlahət İbrahimqızı

Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədri,

Milli Məclisin deputatı

 

 


 

 

Bu gün Ermənistan Respublikasının yerləşdiyi ərazi 180 il bundan əvvəl Azərbaycan torpağı idi. Ermənilər isə Cənubi Qafqaza gəlmə, daha doğrusu, gətirilmə etnosdur. bu etnosun yaşadığı "Ermənistan Respublikası" adlanan ərazi isə Azərbaycan torpağıdır. Azərbaycan xalqı yaşadıqca, bu həqiqət də yaşayacaqdır.

 

Yaqub MAHMUDLU

tarix elmləri doktoru, akademik

 


 

 

 

Qərbi Azərbaycan mövzusu mənə doğmadır. Mən ömrümün bir hissəsini Qərbi Azərbaycan mövzusuna - indiki Ermənistan toponimlərinin tədqiq edilməsinə həsr etmişəm. Dünya bilməlidir ki, Ermənistan ərazisində yerləşən və bu gün dünya ictimaiyyətinə "qədim erməni abidələri" kimi təqdim olunan qədim yaşayış məskənləri qalıqlarının, nekropol və kurqanların, qala, saray və qəsrlərin, karvansara, körpü və dini məbədlərin çox böyük əksəriyyəti Azərbaycan xalqına məxsusdur...


Budaq BUDAQOV
akademik

 


 

 

Azərbaycanın maddi mədəniyyət nümunələrinin bir hissəsi bu gün Qərbi Azərbaycan adlandırdığımız indiki Ermənistan ərazisindədir. Lakin təəssüf ki, bu abidələr tədqiqatçılarımız tərəfindən vaxtında öyrənilməmiş və bundan istifadə edən həmin əraziyə gəlmə ermənilər o abidələrin bir hissəsini məhv etmiş, bir hissəsini isə erməniləşdirməyə çalışmışlar. Lakin daşlara yazılmış yaddaşı pozmaq və ya dəyişmək yadellilərə heç də həmişə nəsib olmamışdır. Dünya bilməlidir ki, "qədim erməni mədəniyyəti" deyilən bir anlayış kökündən uydurmadır və Qərbi Azərbaycan ərazisindən tapılıb dünya ictimaiyyətinə sırınan bütün yeraltı və yerüstü maddi mədəniyyət nümunələri əslində Azərbaycan xalqına məxsusdur...

 

Vəli ƏLİYEV,
tarix elmləri doktoru, professor

 


 

 

 

Qərbi Azərbaycanda daş kitabələr, memarlıq abidələri məzar daşları üzərində yaşadığımız torpağa bizə vətəndaşlıq hüququ verən pasportlarımızdır. Bu abidələr ermənilərə "bu torpaqda mənim babam yaşamışdır, səninki yox" deməkdir.

 

Məşədixamm NEMƏT
tarix elmləri doktoru

 

 


 

 

Qərbi Azərbaycan ərazisi Azərbaycanın tarixi torpaqları olmaqla, buradakı qədim və orta əsrlər maddi mədəniyyət nümunələri də xalqımıza məxsusdur. Lakin Sovet dövründə həmin abidələri Azərbaycan abidələri kimi tədqiq etmək obyektiv səbəblər üzündən mümkün olmadığından ermənilər də onları özlərininkiləşdirmək, dünyaya öz abidələri kimi təqdim etmək yolunda xeyli irəli getmişlər.

 

Süleyman MƏMMƏDOV,
tarix elmləri doktoru, profcssor

 

 

 


<< Geri