E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 

 

İRƏVAN ŞƏHƏRİNDƏ

AZƏRBAYCAN MEMARLIĞI

       

Şəhərsalma. Azərbaycamn qədim tarix və mədəniyyət abidələri ilə zəngin olan şəhərlərindən biri də İrəvandır. İrəvandakı saraylar, imarətlər, hamamlar, körpülər, karvansaralar, məscid və mədrəsələr Arran, Marağa-Naxçıvan və Təbriz memarlıq məktəbini yaşadan zəngin mədəni irs olııb. Buradakı memarlıq abidələri orta əsrlərdə dünyanm bir çox alim və səyyahları heyran qoyub. Ona görə də onlar bu zəngin memarlıq haqqında zaman-zaman dəyərli əsərlər yazmışlar. Hansı ki, indi də onlar etibarlı mənbə kimi istifadə olunur. Belə tarixi mənbələrdə İrəvan qalasınm Səfəvilər dövründə tikilməsi ilə bağlı məlumatlar var.

İrəvan qalası Zəngi çayının sol sahilində yerləşib. Onun ətrafı kərpic və daşla hörülmüş ikiqat hündür divarla və dərin xəndəklə əhatələnirdi. Belə inşaat materialına və həndəsi biçiminə görə qala, Bərdədəki Torpaq qalanı xatırladır. Lakin sonrakı dövrdə onun divarlarında apanlan bərpa və yenidənqurma işlərində yerli daş materialından çox istifadə edilmişdi. Bu hal xüsusi ilə onun bürclərindən aydm görünür.

Bununla yanaşı 1796-cı ildə İrəvanda olmuş rusiyalı rəssam və hərbiçi topoqraf Q.S. Sergeyevin çəkdiyi şəkillərdən görünür ki, qala divannın sonluğu mazğallı (Qala divarının yuxarı hissəsində qoyulan daxili dar və xarici nisbətən geniş olan yarıq şəkilli pəncərə) və maşikullu (Qala divarına yaxı olan düşmənə zərbə endirmək üçün üzü aşağı istiqamətlənmiş qala pəncərəsi) olub.

Azərbaycanın bir çox qala şəhərlərində olduğu kimi İrəvan qalasında da şəhərsalma məhəllə formasında aparılıb.

Zəngi çaya yaxm məhəllədə Xan sarayı, “Məhəmməd xan”, “Abbas Mirzə” məscidi, şəhər hamamı, əyanlann, sərkərdələrin evləri, dükanlar və nisbətən arxa hissədə ellik binalar inşa edilib. Binalar yerli daş və kərpiclə tikilmiş, Zəngi və Qırxbulaq çaydan çəkilmiş kəhriz sistemli su ilə təchiz edilmişdir. Azərbaycanm digər qədim qala şəhərlərində olduğu kimi İrəvanda da əhali artdıqca tikinti işləri qala divarlarının bayır tərəfındə aparılmış və tədricən qalaətrafı forştat - “Bayır şəhər” yaramnışdır. Beləliklə, İrəvan qalasmda “Bayır şəhər” və “İçəri şəhər” anlamı meydana gəlmişdi. Öncə burada “Şəhər” (Şəhri), “Qala”, “Təpəbaşı” və “Dəmirbulaq” adlı 4 məhəllə olmuş və sonra onların sayı artmışdır.

“Şəhər” (Şəhri) məhəlləsi qalanm şimal-şərqindən axan Qırxbulaq çayının sağ sahili boyunca qalaya qədər olan ərazi adlanıb. “Təpəbaşı” məhəlləsi, Zəngi çayla “Şəhər” məhəlləsinin arasmdakı təpəlikdə yerləşib. “Dəmirbulaq” məhəlləsi isə qalanın şərq tərəfındə olub. Qalanın şimaldan “Şirvan”, cənubdan “Təbriz” adlı qapısı olub. Bundan əlavə onun Zəngi çayına tərəf “Körpü” adlanan çıxışı və bu istiqamətdə uzunluğu 7-9 km olan yeraltı yolları da olub. Bu yollar vasitəsi ilə həm qala su ilə təchiz olunub və həm də təhlükə zamanı xilas yolu kimi istifadə edilib. Yeri gəlmişkən xatırladaq ki, uçurulmuş qala divarımn yerində indi “Ararat” adlı şərab zavodu fəaliyyət göstərir və həmin yeraltı yollardan zavod üçün istifadə edilir.

İrəvan qalasının müxtəlif dövrlərdə çəkilmiş plan və səyyah qeydlərinin müqayisəli təhlili göstərir ki, əsası Şah İsmayılm fərmam ilə qoyulan qala, sonrakı dövrlərdə baş vermiş müharibələr zamanı dəfələrlə dağılmış və dinclik dövrü yenidən bərpa olunmuşdur. Bu zamanlar şəhərin forştatında çoxmərtəbəli binalar da inşa edilmişdi. Bu hal fransalı səyyah və rəssam J.Tavemyenin 1655-ci ildə çəkdiyi şəkildən aydın görünür.

Buradan görünür ki, qalanın “İçəri şəhər” adlanan hissəsində birmərtəbəli, forştatda isə iki-üçmərtəbəli evlər çoxluq təşkil edib.

Digər fransız səyyahı J.B.Şardenin (1672) çəkdiyi şəkildən görünür ki, İrəvan şəhəri 7 il ərzində xeyli dərəcədə böyiiyüb və abadlaşıb.3 Nəhayət, XIX əsrin əwəllərində qalanm ümumi ərazisi 7 ha, ikiqat divar uzunluğu 4,5 km olub. Divarlarm ara məsafəsi 36—42 metr, hündürlüyü də öz növbəsində yerin relyefindən asılı olaraq 11—12 metr arasında dəyişib. Təqribən kvadrat formaya malik olan (790x850 m) qalanın müdafıəsini artırmaq məqsədi ilə onun həm künclərində, həm də ara hissələrində yarımdairə şəkilli bürclər inşa edilmiş və mazğallar düzülmüşdü.

1853-cü ildə baş venniş zəlzələ nəticəsində İrəvan qalası ciddi zədələnir. Bundan 11 il sonra (1864) qala divarlannm böyük bir hissəsi sökülür və bəzi hissəsi XX əsrin əwəllərinə qədər qalır.

1864-cü ildə qalan hissə də ermənilər tərəfındən tamamilə sökülür. Maraqlıdır ki, həmin vaxt Bakı, Gəncə və Şuşa qalasında da söküntü işləri apanlıb.

Yaşayış evləri. İrəvan qalasında söküntü işlərinə məmz qalan abidələrdən biri də Sərdar sarayı (Xan sarayı) olub. O saray ki vaxtı ilə burada olan səyyahları öz gözəlliyi ilə heyran edib. Sarayın əsası İrəvan qalası tikilən vaxt qoyulub. Sonra (1578) Toxmaq xanm zamanında sarayda yenidənqurma işləri aparılıb və Zəngi çayın sahili boyunca müxtəlif gül-çiçək və meyv'ə ağaclaıı əkilərək burada Xan bağı salınıb.

1604-1625-ci illərdə Əmirgünə xan Qacar qalada möhkəmləndirmə işləri apararkən Sərdar saraymda da əsaslı təmir və bərpa işləri apartdırıb. 1679-cu ildə baş vermiş zəlzələ nəticəsində qala divarları və digər binalarla yanaşı Sərdar sarayı da ciddi dağıntılara məmz qalıb. Bu hadisədən bir neçə il sonra qalada aparılan bərpa işləri ilə yanaşı saray kompleksi də Zal xan (1679-1688) tərəfındən yenidən bərpa etdirilir. İrəvan qalası osmanlıların əlinə keçəndə qala ilə bərabər Sərdar sarayı da dağıntılara məruz qalır. Ancaq az keçmir ki, qalanı işğal edən Rəcəb paşa (1725-1728) burada aparılan bərpa işləri ilə yanaşı saray kompleksində qumculuq və abadlıq işləri həyata keçirir. Bunun ardınca Hüseynəli xan Qacarın dəvəti ilə (1759-1783) memar Mirzə Cəfər Xoylunun rəhbərliyi altında sarayda yenidənqurma işləri apanlır.

1791-ci ildə Hüseynəli xanın oğlu Məhəmməd xan saray kompleksinə Güzgülü salonu əlavə etdirir və Xan bağındakı Yay imarətini inşa etdirir. Bundan 19 il sonra (1810) saray kompleksində g Hüseynqulu xan tərəfındən əsaslı təmir işləri apanlmış və bura bir neçə tikililəı əlavə edilmişdir.  Bu zaman saray kompleksinin ərazisi təqribən 1 ha çatırmış. Plan etibarı ilə ikimərtəbəli olan saray kompleksi trapesvari (36x35x3 lx25m) həndəsi biçimə malik olub və qaladan saraya bilavasitə qapı  açılıb. Şahm və qonaqların təntənəli qarşılanması iiçün sarayın nıərkəzində rəngli kaşı və güzgiilərlə bəzədilmiş geniş eyvan yerləşirdi. Eyvanın mərkəzində yerləşən çoxbucaqlı və fontanlı hovuz da qiymətli mərmər və daşlarla bəzədilmişdi. Sarayın son bəzək işlərini 1850-ci ildə azərbaycanlı rəssam Mirzə Qədim İrəvanı işləyib.

Nəticə etibarı ilə demək olar ki, burada apanlan tikinti işləri müxtəlif vaxtda icra olsa da, ikimərtəbəli saray, köməkçi binalar, hərəmxana, hovuz və hamam plan, konstmksiya və bədii memarlıq tərtibatına görə vahid orqanizm kimi baxılır. Bu cəhətinə görə Sərdar sarayı İsfahandakı Həşt-behişt və İstanbuldakı Çinili Köşk memarlıq kompleksi ilə müqayisə olunan memarlıq əsəri idi.4 Təəssüf ki, belə gözəl memarlığa malik olan saray ermənilər tərəfındən yer üzündən silinib. Yaxşı ki vaxtında onun şəkilləri bəzi rəssam və səyyahlar tərəfmdən çəkilib.

İrəvan qalasında Sərdar sarayı ilə yanaşı xüsusi memarlıq biçiminə malik olan bir ııeçə imarətlər də olub. Pənah xanın imarəti məhz belə binalardan idi. Bütövlükdə bişmiş kərpiclə inşa edilmiş iki mərtəbəli imarət hündürlüyü 1,4 m daş kürsülük üstündə ucaldılmışdı. İmarət iki girişli idi. Girişlərdən biri baş fasadm sağında, digəri isə sol tərəfındə yerləşirdi. Hər girişin önündə eni 3 m olan pilləkən inşa edilmişdi. Girişlər iistündəki pəncərələr düzbucaqlı və yarımdairəvi çərçivələrə salmmış rəngli şəbəkələrlərdən ibarət idi. İmarət bütün fasadı boyu paxlava formalı həndəsi ornamentlərlə bəzədilmişdi. Xüsusi kərpic düzümü ilə hörülmüş bu omamentlər binanı Şəkidəki Xan sarayına bənzədirdi. İmarətin dam ətəyi də Şəki Xan sarayında olduğu kimi 1,5 m irəli çıxarılmışdı. Onun plan quruluşu da Şəki və Şuşadakı evlərlə oxşarlıq təşkil edirdi. Daha konkret desək bu cəhətinə görə Pənah xanm imarəti Şuşadakı Xurşid banu Natəvanm evini yada salırdı. Çox güman ki, imarətin inşasında Qarabağlı ustalar çalışıb. Bununla yanaşı XIX yüzillikdə İrəvanda inşa olunmuş Əli xanın, (Şuşadakı Əsəd bəyin evinə bənzəyir) Babaş bəyin və s. evlərində də Qarabağlı memarların əl izləri görünür. İndi bu evlərin çoxu uçurulub, qalanlarında isə ermənilər yaşayır.

Hamamlar. XIX əsrin axınna qədər İrəvan şəhərində çoxsaylı hamamlar fəaliyyət göstərib. Hamamlar tikildiyi məkanın və yaxud onu tikdirən şəxsin adını daşıyıb. “Zal xan” (Şəhri məhəlləsi), “Şəhər” (İçəri şəhərdə), “Şeyxülislam” (Şəhri məhəlləsi), “Mehdi bəy” (Şəhri məhəlləsi), “Hacı Bəyim” (Təpəbaşı məhəlləsi), “Şeyxülislam” (Təpəbaşı məhəlləsi), “Hacıəli” (Təpəbaşı məhəlləsi), “Hacı Fətəli-Qafar” (Təpəbaşı məhəlləsi), “Həsənəli-Cəfər bəy” hamamları məhz bu qəbildəndir. Bütün Şərqdə olduğu kimi buradaki hamamlann əksəri iki böyük zaldan ibarət olub və damı günbəzlə örtülüb. Hamamların inşasında yerli daş materialından az istifadə olsa da, əsasən, bişmiş kərpiclə hörülmüşdü. Məscidlərdə olduğu kimi hamamların da girişi oxvari tağtavanla tamamlanırdı. Hətta bəzilərinin belə girişinin ətrafında dördbucaqlı portal olmuşdu. Hamam girişinin yan tərəflərində qoyulmuş oxvari taxçalar onların fasadına estetik görkəm verən ənənəvi memarlıq detallarından olub. Bu ənənə hamamların oxvari tağbənd hücrələrində və mərkəzindəki çoxbucaqlı hovuzlann konstruksiya və mernarlıq formasında da saxlanılıb. Hər bir hamamın girişi üzərində tikilmə tarixini və sahibinin adını göstərən daş kitabə var idi. Kitabədəki adlardan göründüyü kimi, (yuxarıda qeyd olunub) bütün hamamların sahibi müsəlman olub. Hazırda onların çoxu dağıdılıb və qalanı erməni abidəsi kimi ictimaiyyətə təqdim edilir.

Körpülər. Səfəvilər dövründə İrəvan yaxınlığmdan keçən çaylar üzərində bir neçə körpü inşa edilmişdi. Onlardan zəmanəmizə qədər gəlib çatanlardan biri Zəngi çayı üzərindəki “Qırmızı körpü”dür. O da İrəvandakı digər abidələr kimi müharibələr zamanı dağılsa da, dinc vaxtlarda bərpa edildiyi üçün zəmanəmizə qədər yaxşı vəziyyətdə qalmışdır.

“Qırmızı körpü” memarlıq və konstmksiya biçimi ilə Azərbaycanın Qazax rayonundakı eyniadlı (Qırmızı körpü) körpü ilə oxşarlıq təşkil edir. Bu baxımdan güman etmək olar ki, hər iki körpüniin inşası və ya onun sonrakı təmir işləri eyni memar tərəfındən icra edilib.

Körpünün ümumi uzunluğu təqribən 80 m, mərkəzdən ən hündür yeri 11 m, eni isə 4,8 m-dir. Onun sahillə birləşən hər iki tərəfı enişə malikdir. Ona görə də körpünün gövdəsi bütövlükdə tağbənd formadadır. Bu da körpünün yükgötürmə qabiliyyətini qat-qat artınr və onun möhkəmliyinə zəmin yaradır. Bununla yanaşı əsas dayaqlar önümdəki dalğaqıranlar da körpünün uzunömürlü olması üçün əsas şərtdir. Bütün bunlar “Qırmızı körpü” üçün xarakterikdir. Körpünün su ötürən tağbəndləri oxvaridir. İslam memarlığı üçün xarakterik olan həmin tağlar relyefli xətlərlə haşiyələnib. Qazax körpüsündə olduğu kimi, bu körpünün də sahilə yaxm yerində köməkçi su ötürən keçid var. Onlar da körpünün digər konstruksiya və memarlıq formasındadır.

Bir sözlə, İrəvandakı “Qırmızı Körpü” Azərbaycan memarlığının orta əsr körpüsalma sənətinin dəyərli memarlıq əsəridir. Ona görə də heç də təsadüfü deyil ki, burada olmuş rəssam və səyyahlar yeri gəldikcə onun foto, rəsmlərini çəkib, öz əsərlərində çap etdirmişlər. Bütün bunlara baxmayaraq, sonralar körpü üzərində bərpa işləri aparan ermənilər onu özününküləşdirmişlər.

İrəvan mahalı çoxsaylı dağlara, dərələrə və çaylara məxsus əraziyə malik olduğu üçün burada xeyli sayda körpü mövcud olub və zəmanəmizə qədər onların bəziləri yaxşı gəlib. Onlardan biri Arpaçayın üstündə inşa edilmiş Dədəli körpüsüdür. Ara məsafəsi 1,5 km olan Keşikçi qəsəbəsi ilə Əyər kəndi arasındakı yol bu körpüdə birləşir. Yerli daş materialı inşa edilmiş körpüsünün uzunluğu 30 m, tağ aşınmı 4 m, su səviyyəsindən ən hündür yeri 12 m-dir. Onun tağbənd hissəsində işlədilmiş hörgü daşları kənardakılara nisbətən daha səliqəli yonulub. Tağbəndin aşağı kənarı ilə düzülmüş daşlar ümumi körpü səthindən azacıq geri çəkilib. Ona görə də günəşli gündə körpünün bu hissəsinə düşən kölgə onun bədii görünüşünü daha da ifadəli edir. Burada adi konstruksiyanın necə ustalıqla işlənilməsi memarın yüksək sənətkarlığından xəbər verir. Körpünün ümumi gövdəsi tağdənd şəkildədir. Yəni o mərkəzi hissəsindən yanlara doğru mailidir. Bu da körpü konstruksiyasının yükgötürmə qabiliyyətini qat-qat artırır. Xatırladaq ki, orta əsrlərdə inşa edilmiş “Qırmızı körpü”, Xudafərin, Qaflankuh, və s. körpülərin də iimumi konstruksiyasında bu prinsip saxlanmışdır.

Yazılı qaynaqlarda Dədəli körpüsünün ilk inşa tarixi VIII əsr göstərilir və XVII əsrdə bərpa olunduğu vurğulanır.5 Bununla bərabər, erməni tədqiqatçıiarı Dədəli körpüsü haqqında da saxta tarixi məlumatlar yazaraq qədim Azərbaycan abidəsini erməni abidəsi kimi qələnıə vermişiər. Arpaçay üzərində yerləşən körpülərdən biri də Soylaıı kəndi yaxınlığında olub və kəndin adı ilə Soylan körpüsü adlanıb. Ümumi uzunluğu 30 m olan əzəmətli daş körpünün qalıqları indi  də durur. Çayın sağ sahili (hündürlüyü 32 nı) sol sahilinə nisbətən (12 m) hündür olduğu üçün körpünün aşağı hissəsində 13,5x4,5 m ölçüyə malik boşluqlu divar hörülüb. Təqribən 9 metr yüksəklikdə olan boşluqlar arasında, ərəb əlifbası ilə yazılmış daş kitabə var. Kitabəyə əsasən körpünün tikilmə tarixi XVII əsrə söykənir. Lakin buna baxmayaraq ermənilər körpüniin Soylan adını dəyişərək Vayk qoymuşlar.

Adı dəyişdirilən belə abidələrdən biri də Sənain körpüsüdür. Körpü 1234-cü ıldə Allahverdi rayonunun Sənain kəndi yanından keçən Tona çayı üzərində inşa edilib. Öz adını məxsus olduğu kəndin adından almış Sənain körpüsü də Dədəli körpüsü kimi birtağlı olub və onun da tağbəndi relyefli xətlə haşiyələnib. Ancaq Dədəli körpüsündən fərqli olaraq buradakı xətlər iiç pilləlidir. Həmçinin körpü tikilən yerdə çay sahilinin biri digərindən aşağı olduğuna görə memar körpünün bu hissəsindəki dayağm altını təbii qayalarla hörərək əks tərəflə tarazlamış və eyni zamanda körpüüstü yolu pilləvari düzəltmişdi. Həmin pillələr körpü yolunun tən ortasına qədərdir, sonra düz şəkildədir. Çay sulan artan zaman körpü dayaqlarmı dağıtmasm deyə onun həm aşağı, həm də yuxan tərəfləri hər iki sahil boyu xeyli məsafədə iri daşlarla hörülmüşdür. Körpünün özü də səliqə ilə yonulmuş yerli daş materialı ilə inşa edilmişdir. Yazılı mənbələrdə körpünün ilk inşa tarixi 1234-cü il göstərilir. Lakin 1940-cı ildə burada bəzi təmir işləri aparılıb. Acınacaqlı haldır ki, üzərində yazılmış kitabəyə məhəl qoymayan ermənilər abidəni özününküləşdimıəkdən belə çəkinmirlər.

Alıxanpəyəsi körpüsü də məhz belə abidələrdəndir. Körpü eyniadlı kəndin aşağısından keçən Səlim çayınm üstündədir. İndi körpünün para tağı və onun üzərində bir neçə kitabə qalıb. Kitabə mətnində Süleyman adı çəkilir. Buna əsasən körpünün 1666-cı ildə Süleyman şah, yaxud 1340-44-cü illərdə Elxani hökmdarı Süleyman xan tərəfmdən tikdirildiyi ehtimal edilir. Körpünün konstmksiya və memarlığı demək olar ki, Dədəli körpüsünü təkrar edir. Burada da körpünün tağbəndini tamamlayan hörgü cərgəsi ümumi səthdən geri çəkilib. Salamat vaxtı körpünün aşmmı təqribən 4 m, çay səviyyəsindən ən hündür yeri 9 m, yerüstü uzunluğu isə 30 m olub.

Belə iri ölçülərə malik olan birtağlı körpü Həsənkənd yaxınmdan keçən Səlim çayının üstündə yerləşir və Həsənkənd körpüsü adlanır. Kəndin adı ilə məşhur olan bu körpüniin ümumi uzunluğu 12 m, su səthindən ən hündür yeri 3,5 m, eni isə 2,67 m olub. Yazılı mənbələrdə körpünün tikilmə tarixi XIV əsr göstərilir. Lakin zaman-zaman dağıntılara məmz qalan bu köıpüdə də (XIX əsr) “bərpa və yenidənqurma” işləri aparan erməni ustalar onu özününküləşdirib və ictimaiyyətə erməni abidəsi kimi təqdim edir. Ancaq tarixi sənədlər göstərir ki, 1828-ci ildə bu yerə İrandan 17 erməni ailəsi köçürülüb.

Dərəbaş kəndi yaxınlığından keçən dağ çayı üzərindəki Arzuman körpüsü digərlərindən fərqli olaraq onu tikdirən şəxsin adını daşıyır. Körpünü tikdirən şəxs haqqmda məlumat olmasa da, onun tikilmə tarixi mənbələrdə orta əsr göstərilir. Dədəli və Alıxan pəyəsi körpülərində olduğu kimi Arzuman körpüsünü tağbəndini tamamlayan daş cərgəsi də ümuırıi hörgü səviyyəsindən geri çəkilib. Bunun əksinə olaraq tağbəndin üstündən düzülmüş ikinci hörgü cərgəsi 5-6 sm önə çıxarılıb. Nəticə etibarı ilə körpü tağbəndində relyefli haşiyə yaranıb. Bu da onıın estetik görünüşünü daha da artırır. Körpünün ümumi tikintisində işlənmiş daşlar təbii formada olsa da onun tağbəndinə düzülənlər çox səliqə ilə yonulub. Körpü zəmanəmizə qədər yaxşı vəziyyətdə qalıb. Maraqlıdır ki, körpüyə yaxm ərazidə orta əsr dövrünə aid məzarlıq da var. Bu onu göstərir ki, orta əsrlər dövrü ərazi qədim yaşayış məskəni olmuşdu. Buna baxmayaraq XIX əsrin əvvəllərində İrandan bura köçürülmüş ermənilər, Arzuman körpüsündə də “yenidənqurma” işləri apararaq onun tikilmə tarixini məskunlaşdıqlan dövrlə eyniləşdirib erməni abidəsi adı altında mətbuata təqdim ediblər. Ermənilərin bu ənənəvi əməli XVIII əsrin yadigarı olan birtağlı Umd körpüsü üzərinə də tətbiq olunub.

Bu körpü eyniadlı kəndin yaxınlığından keçən Bazarçayın üstündə yerləşir. Onun tikintisində yerli daş materialmdan istifadə edilib. Körpü tağını haşiyələyən relyefli hörgü əvvəlki körpülərin bədii görünüşünü saxlayır. Ümumi uzunluğu 20 m olan Umd körpüsü eyni zamanda İlizin, Irimiş, Bəhrurlu, Dərəbaş, Şom və s. kəndlərin də yollarını öz üzərində birləşdirir.

Çoxsaylı kənd və el-oba yollannı birləşdirən körpülərdən biri də Arpaçay üzərindəki Çırpılı körpüsüdür. Admı yaxınlıqdakı Çırpılı kəndindən almış bu körpü orta əsr yadigandır. Arpaçay yatağınm körpü salınan yerdə enli olması və körpünün sahilə söykənən para tagınm böyüklüyü göstərir ki, Çırpılı körpü salamat vaxtı Qərbi Azərbaycandakı böyük və çoxaşınmlı köıpülərdən olub. Dövrümüzə qədər körpünün yalnız sol tərəfı gəlib çatıb. Sağ tərəfı isə tamamilə dağılıb. Bu hissənin uçma səbəbi həmin sahildə torpaq qatının yumşaq olmasıdır. Bundan fərqlı olaraq Keşişkəndə yaxın ərazidən keçən Cani çayının üstündə inşa edilmiş bir tağlı Qılkörpu hər ıkı tərəfdən sahilindəki sərt qayalara söykənib. Körpü tağının qalığmdan görünür kı, onun yan dayaqları çay səthindən təqribən 7 m yuxarıdan başlanır. Çox güman kı, körpü tıkilən zaman bu məsafə nisbətən az olmuşdur. Çünki onun ilk inşa tarixi XIII-XIV əsrlə bağlanır. Əlbəttə, bu zaman ərzində çay da öz yatağım yuyaraq körpünün dayaq səviyyəsindən xeyli aşağı enib. Əwəlkilərdən fərqli olaraq Qılkörpü iri qaya parçalan ilə inşa olub. Salamat vaxtı korpunun uzunluğu təqribən 10 m, eni 3,5 m olmuşdur. E1 arasında Qılkörpü adı ilə məşhur olan bu memarlıq abidəsinin digər adı Qabaxlı körpüsü olub. Çünki Qabaxlı kəndindən gələn yol bu körpüdən keçirmiş.

Yuxarıdakı körpülərdən fərqli olaraq Oşakan körpüsü beş tağlıdır. Mənbələrdə körpünün tikilmə tarixi 1706-cı il göstərilir. Bu körpü Əştərək rayonunun Oşakan kəndı yaxınlığında olduğu üçün bu adı daşıyır. Çay sahilinin bir tərəfı digər tərəfınə nisbətən hündür olduğu üçün körpünü inşa edən memar da onu alçaq tərəfə maıli tıkərək bır növu korpu konstmksiyasını ərazi relyefınə tabe edib. Buna uyğun olaraq onun tağları da mailı tərəfə getdıkcə kiçilir. Buna baxmayaraq bütün tağlann dayaqları önündə bucaq şəkilli dalğaqıranlar tıkılıb. Korpu bir neçə yerdən bəzi dağıntılara məmz qalsa da zəmanəmizə qədər yaxşı vəziyyətdə gəlıb çatıb. Ermənilər xarici mətbuatda çıxış edərkən Oşakan körpüsünü də öz abidələri kimi ictimaıyyətə təqdim edir. Ancaq fakt odur ki, onların burada məskunlaşması XIX əsnn əvvəllənndə ms ışgalı ılə əlaqədar olmuşdur.

Karvansaralar. Məlum olduğu kimi, İrəvan ticarət əhəmiyyətli beynəlxalq yollann kəsışdıyı yerdə olub. Ona görə də burada çoxsaylı karvansaralar fəaliyyət göstərib. Bu karvansaralann tıkılmə dövrü müxtəlif olsa da, plan və konstmksiya baxımından oxşar olublar. Adətən, mohkəm dıvarla əhatə olunmuş karvansaralann mərkəzində su hovuzları, yan tərəflərində ambarlar və heyvanlann saxlanması üçün zallar yerləşirdi. Zalların və otaqların tavanı tağbənd və günbəzlə örtülürdu. Ikıncı mərtəbəsində müsafırlər üçün otaqlar və digər istirahət guşələri yerləşirdi. Bu cəhətı ılə oıılar Naxçıvan, Təbriz və Anan memarlıq məktəbinin özəlliyinı saxlayırdı.

XIX əsrin əwəllərinə qədər İrəvanın mərkəzində eni və boyu 400x400 m olan meydan olub. Bundan başqa şəhərin müxtəlif yerlərində Hüseynəli xan, Zal xan, Pənah xan, Xan bağı və Fəhlə bazarı adlı nisbətən kiçik meydanlar da fəaliyyət göstərib. Zənabı xan (Sənafxana), Ovşar, Culfa, Gürcü, Tahir, Sulu, Susuz və Hacı Əli karvansaraları məhz belə meydanlann yaxınlığında yerləşirdi. Tarixi mənbələrdə bu karvansaralardan bir çoxunun yalnız adı çəkilsə də, bəziləri haqqında, qısa da olsa, məlumatlar var. Ovşar karvansarası məhz belələrindəndir.

XVI əsrin yadigan olan Ovşar karvansarası bütovlükdə bişmiş kərpiclə İrəvanın Bazar meydanında inşa edilib. Karvansaranın arxa tərəfı bağlı, qarşı tərəfı açıq eyvanlı olub. Eyvana düzülmüş daş sütunlar yuxandan yarımdairə şəkilli tağlarla tamamlanırdı. Tağlarm kənan ilə dövrələnən relyefli haşiyə onun estetik görünüşünü daha da artınrdı. Yağış sulannm eyvana daxil olmaması üçün karvansaranm döşəməsi həyət səviyyəsindən 25 sm hündür olub. Tağbəndlərin zəlzələyə qarşı davamlı olması üçün aşırım aralığı metal boru ilə birləşdirilib. Karvansaranm dam örtüyü yastı, tavanları günbəz şəklində hörülmüşdü. Tarixi mənbələrdə onun XVIII əsrdə bəıpa olunduğu qeyd olunur. Karvansaradan sonralar müxtəlif məqsədlər üçün istifadə edilmişdir.

XVI əsrin yadigarı Gürcü karvansarası da Ovşar karvansarası kimi İrəvanın Bazar meydanında yerləşirdi. Zamanında 78 dükanı olan Gürcü karvansarası örtülü bazar kimi də fəaliyyət göstərmişdi. Karvansaranın ümumi forması Ovşar karvansarası kimi daxili eyvan və mərkəzi həyət şəkilində olsa da onun tağbəndləri yarımdairə deyil, oxvari şəkildə olub. Tağbəndlər arasında olan pilyastrlar ümumi bina divarlarma monumentallıq gətirirdi. Bu karvansaranın da tavanı günbəzşəkilli olub, dam örtüyü yastı, maili formada tamamlanmışdı. Təbii suları damdan kənar etmək üçün xarici divar boyunca 50 sm. enə malik olan kamizaltı daş novlar düzülmüşdü. XVII əsrdə karvansarada yenidənqurma və bərpa işləri apanlmışdı.

XIV əsrdə Qərbi Azərbaycanda inşa olunan maraqlı karvansaraların bir neçəsi Dərələyəz mahalınm Ağkənd obasmda yerləşir. Onlardan biri də Səlim karvansarasıdır. Səlim karvansarası Ağkənd obasından təqribən 1 km. yuxarıdakı dağın Səlim adh aşırımında yerləşir. Bu aşırım özünün fusunkar landşaftı ilə yanaşı həm də karvansaraları ilə məşhurdur. Karvansara Şah Abbasm zamanında onun adını daşıyıb. Görünür, Şah Abbas dövründə karvansarada təmir və bərpa işləri apanlıb.

Səlim karvansarası iki böyük zaldan ibarətdir. Zalın biri digərinə perpendikulyardır. Karvansara girişi olan zal (15x7 m) şimal-şərq istiqamətində olub. İkinci zal isə (45x21 m) bundan nisbətən həm uzun, həm də enlidir. Hər iki zalın tavanı dairəvi tağbəndlə örtüliib. Tağbəndin dayanıqlığını artırmaq məqsədi ilə daxili divarda pilyastrlar qaldırılıb. Pilyastrlar tağbəndə həmahəng bağlanaraq tavanın mərkəzində tamamlanır. Zalların biıindən digərinə keçmək üçün tağbənd örtüklü qapılar qoyulub. İnteryerdə qurulmuş çox da hündür olmayan dördbucaqh daş sütunlar yuxarıdan kiçik relyefli kapitellə tamamlanır. Elə tavanın tağbəndləri də bu sütunların kapitelləri üzərinə oturdulub. Karvansara zalları daxildən tağbəndşəkilli olsa da, onun dam örtüyü ikiaşırıınlı formadadır. Maraqlıdır ki, karvansara bütövlükdə yerli daş materialından inşa olunduğu kimi, onun damı da daş lövhələrlə örtülüb. Karvansaranın portalı xüsusi zövqlə işlənib. Burada memarm yüksək peşəkarlığı bütün aydınhğı ilə görünür. Çatma tağbəndşəkilli portalın daxili səthi zəngin stalaktitli omamentlərlə bəzədilib. Binanın məhz karvansara olmasına işarə olaraq memar portalın yan tərəflərində relyefli heyvan fıquru işləmişdi. Heyvan fıqurları qala mazğalına bənzər çıxmtılar üzərindədir. Bu həm də güc və qııdrət rəmzidir. Karvansaranm diqqəti çəkən detallarından biri də onun girişi üzərindəki yeganə daş kitabəsidir. Yuxarısı yarımdairə, aşağısı isə düz olan həmin kitabə üç yarpaqşəkilli omamentlərlə haşiyələnib. Həmin daş kitabəni epiqrafçı alim Məşədixanım Nemət oxumuşdu.

Alimin yazılarından məlum olur ki, Səlim karvansarası miladi tarixinin 1328-29-cu illərində Əbu Səid Xan Bahadur tərəfındən tikdirilmişdi. Təəssüf ki, kitabədə memarın adı qeyd olunmur. Çox giiman ki, karvansara sahibi buna icazə verməyib. Ancaq onun memarlıq üslubu, işlədiyi ornamentlər lıəmin dövrün digər abidələrində göriinür. Belə abidələrdən biri Zəngilan rayonunun Məmmədbəyli kəndindəki Xacə Yəhya türbəsidir ki, kitabəsində memar Əli Məcidəddinin adı qeyd olunur. Yeri gəlmişkən qeyd edək ki, Memar Əli Məcidəddin XIII əsrin axırlarında Qarabağda yaşayıb-yaratmış və böyük memarlıq məktəbinə rəhbərlik etmişdi. Məktəbin üslub özəlliyi Səlim karvansarasından başqa Ağkənd və Sınıq adlı karvansarada, eləcə də Cəfərabad kəndi yaxınlığındakı Pir Hüseyn türbəsi (XV əsr), Qubadlının Dəmirçilər və Gürcülər kəndindəki Səkkizüzlü türbələr (XII əsr), Cəbrayılın Şıxlar kəndindəki Şıxbaba piri (XIV əsr), Xudayarlı kəndindəki səkkizüzlii və dairəvi türbələr (XIV əsr), Füzulinin Babı kəndindəki Şeyx Babı Yaqub (1273-1274), Əhmədalılar kəndindəki Arqalı (XIII əsr) və Veysəlli kəndindəki Mirəli türbəsi (XIV əsr) üzərində izlənir.

Yuxarıda qeyd edildiyi kimi, Səliın karvansarası Dərələyəzin Ağcakənd inzibati ərazisində yerləşir. Buna və daş kitabəsində əsgi əlifba ilə yazılmış tarixi məlumatlara baxmayaraq, “ustalar” heç nədən çəkinmədən, karvansara divanna erməni dilində yazılmış kitabə yerləşdiriblər. Ancaq həqiqi tarixi fakt budur ki, 1923-cü ildə bura cəmi 172 nəfər ennəni gəlib. Bütün bu tarixi həqiqətlərə göz yuman “tədqiqatçılar” Azərbaycana məxsus olan digər abidələr kimi Səlim karvansarasını da erməni abidəsi adı altında əcnəbi dillərdə çap etdirərək bütün dünyaya bəvan edirlər.

Səlim karvansarasından təqribən 3 km aşağıda eyni ilə digər bir karvansara da mövcuddur. E1 arasında Ağkənd karvansarası kiıui tanınan bu karvansaranın Səlim karvansarasından əsas fərqi  ondadır ki, o tamamilə yerin altında inşa edilib. Beləliklə, karvansaranm bir növü ınüdafıəyə qabiliyyəti artınlıb. Yeganə zaldan ibarət olan karvansara interyeri iki cərgə sütunla üç nefə ayrılır. Hər cərgədə 9 sütun olmaqla interyerdə cəmi 18 daş sütun var. Səlim karvansarasında  olduğu kimi burada da zalın tavanı yanmdairə şəkilli tağbəndlə örtülüb. Tağbəndin möhkəmliyini artırmaq məqsədilə divarlarda pilyastrlar quraşdırılıb. Ümumi ölçüləri 12,2x25,1 m olan zalın baş  tərəfındəki divarlar şaquli şəkildə hörüliib. Bu hissəsindəki divar daşları təbii formadadır. Lakin  bundan fərqli olaraq giriş tərəfındəki divar daşları çox səliqə ilə yonulub. Belə daşlarla  karvansaranın həm tağbəndi və həm də pilyastrları hörülüb. Onun yalnız bir tərəfdən giriş-çıxışı var. Karvansaranın yer altında olması onun müdafıəyə qabiliyyətini artırmaqla yanaşı həm də burada münasib mikroiqlim yaranmışdır. Belə ki, karvansara zalı yayda sərin, qışda isə isti olur. Bu karvansara ilə Səlim karvansarasının eyni quruluşa malik olduğunu və eyni dövrdə tikildiyini əsas götürərək, onların hər ikisi Əbu Səid xan Bahadurun göstərişi ilə memar Əli Məcidəddin tərəfindən inşa etdirildiyini güman etmək olar.

Səlim və Ağkənd karvansarasınm konstruksiya və memarlıq oxşarı, Gorus rayonundan keçən qədim Urud yolunun üstündə, Yayıcı kəndinin qonşuluğunda yerləşən Sınıq karvansaradır. Karvansaranm girişi üzərindəki kitabədən onun tikilmə tarixi h.t ilə 698-ci il göstərilib. Bu da miladi tarixi ilə 1319-cu ilə uyğundur. Bu tarix ilə Səlim karvansarasınm tikilmə tarixinin müqayisəli təhlili göstərir ki, Sınıq karvansara 9 il əwəl tikilib. Həmin tarix Əbu Səid Bahadur xanın dövrünə düşdüyü üçün o, Əbu Səid karvansarası adlanmışdı. Sonralar karvansara ciddi dağıntılara məruz qaldığı üçün Sımq karvansa adlandırılıb. Karvansaranın planı Səlim karvansarasında olduğu kimi bucaqşəkillidir. Tağlannda işlənmiş daşlar da Səlim və Ağkənd karvansaralardakı kimi səliqə ilə yonulub. Onların sütunları da qarşılıqlı oxşarlıq təşkil edir. Bütün bunlar göstərir ki, bu karvansaranm da memarı Əli Məcidəddindir.

Göründüyü kimi, yuxarıda qeyd olunan karvansaraların adı və hətta mənsub olduğu memarlıq məktəbi belə azərbaycanlılara məxsusdur. Çox təəssüf ki, bu karvansaralann çoxu bu günə qədər gəlib çatmamış və ermənilər tərəfındən zaman-zaman dağıdılmışdı. Yaxşı ki, onların bəzilərinin şəkli xeyirxah insanlar tərəfındən çəkilib. Yoxsa erməni vandalları tərəfindən dağıntılara məruz qalan minlərlə Azərbaycan memarlığının inciləri kimi bu abidələrin də əyani görünüşündən məhrum olardıq.


<< Geri