Azərbaycanlıların Ermənistandan (Qərbi
Azərbaycandan) deportasiyası və köçürülməsi hələ
XVIII əsrdən başlanıb. Qərbi Azərbaycandan
azərbaycanlıların, ümumiyyətlə müsəlmanların
deportasiyası üç mərhələdə aparılıb:
-
Birinci mərhələ: 1905–1920-ci illər;
-
İkinci mərhələ: 1948–1953-ci illər;
-
Üçüncü mərhələ: 1988–1992-ci illər.
1918-1920-ci illər. Bu deportasiya
azərbaycanlıların artıq Ermənistana «çevrilmiş
» dədə-baba torpaqlarından zorla qovulması tarixində
ilk mərhələdir.
Həmin deportasiya bilavasitə yeni meydana gəlmiş
erməni dövləti tərəfindən
həyata keçirilmişdir. Bu zaman deportasiya etnik
təmizləmənin digər formaları,
xüsusilə genosidlə birlikdə tətbiq edilmişdir.
Erməni qaynaqları əsasında aparılan
hesablamalara görə Birinci Dünya müharibəsinin
sonlarında Ermənistan
ərazisində yaşayan 575 min azərbaycanlıdan 565 mini
öldürülmüş və ya buradan
çıxarılmışdı. Erməni müəllifi Z.Korkadyanın
yazdığına görə 1920-ci ildə sovet
hökuməti dövründə daşnakların hakimiyyətindən sonra
cəmi 10.000 nəfərdən
bir qədər artıq türk (azərbaycanlı) əhali salamat
qalmışdır. 1922-ci ildə 60.000
qaçqın qayıtdıqdan sonra azərbaycanlılar burada
72.596 nəfər təşkil etmişdir.
Digər bir erməni müəllifi A.Lalayan yazırdı ki,
Ermənistanın daşnak hökuməti
«özünün 30 aylıq hakimiyyəti dövründə (1918,
may-1920, noyabr) azərbaycanlı
əhalisinin 60%-ni qırmışdır».
İngilis hərbi müxbiri Skotland - Liddelin məlumatı
da deyilən fikirləri təsdiq
edir. 0 yazırdı ki, mən yanvarda Şuşada olarkən, bir
ingilis zabitinə dedim ki, hamısı
ermənilərdən zərər çəkən 40.000 müsəlmanın hansı
vəziyyətdə olduğuna
əmin olmaq üçün Zəngəzur dairəsinə getməyə
hazırlaşıram.
Əvvəlcə Azərbaycanda (1920,28 aprel), sonra isə
Ermənistanda (1920,29
noyabr) sovetləşmə ilə əlaqədar olaraq deportasiya
olunmuş azərbaycanlıların
müəyyən hissəsi əvvəlki torpaqlarına qaytarıldı.
Onlar bu dəfə 1948-1953-cü illər
deportasiyasının qurbanlarına çevrildilər.
1948-1953-cü illər. 1920-ci ilin noyabrında
Ermənistanın sovetləşməsi azərbaycanlıların
deportasiya siyasətini daha hiyləgər bir məcraya
yönəltdi. 1920-
30-cu illərdə «proletar beynəlmiləlçiliyi» kimi
ideoloji deklarasiya, əslində Ermənistan
SSR-də azərbaycanlıların sıxışdırılmasının təşkili
üçün pərdə rolunu
oynayırdı. Əksinə, Azərbaycan və digər sovet
respublikalarında yaşayan ermənilər
üçün isə xüsusi şərait tələb edilirdi. Bunun
nəticəsi idi ki, 1923-cü ildə
Azərbaycanın tarixi-coğrafi bölgəsi olan Qarabağın
dağlıq hissəsi, süni şəkildə
regionun düzənlik hissəsindən ayrılaraq,
muxtariyyətləşdirildi - Dağlıq Qarabağ
Muxtar vilayəti (DQMV) ayrıldı. SSRİ-də milli dövlət
quruculuğunun cərəyan
etdiyi həmin dövrdə Azərbaycanın qeyri-azərbaycanlı
rəhbəri S.M.Kirov
(1922-1926) və b. Ermənistan SSR-də yaşayan
azərbaycanlılar üçün də müvafiq
status verilməsi məsələsini irəli sürmədi. Beləliklə,
Ermənistan SSR-də yaşayan
azərbaycanlılar siyasi strukturlaşdırmadan kənarda
qaldı. Ermənistan, əvvəla,
muxtariyyətləşdirilmədən kənarda qalan azərbaycanlı
vətəndaşlarını daha da
sıxışdırmaq üçün əlverişli imkan əldə etdi; ikinci,
Azərbaycanın DQMV-nin timsalında
muxtar status almış erməni vətəndaşlarını
separatizmə təhdid etməyə
başladı. Ermənistan rəhbərliyi İkinci Dünya
müharibəsindən az sonra (1945 noyabr-
dekabr) Dağlıq Qarabağın Ermənistana verilməsi
haqqında SSRİ rəhbərliyi
qarşısında məsələ qaldırdı. Bu məsələ öz həllini
tapmadı. Qısa vaxt sonra, 1947-
ci il dekabrın 23-də İ.Stalinin imzası ilə SSRİ
Nazirlər Sovetinin Ermənistan SSR-in
kolxozçu və digər azərbaycanlı əhalisinin Azərbaycan
SSR-in Kür-Araz ovalığına
köçürülməsi barədə qərarı verildi. 1948-ci il martın
10-da köçürmə üzrə tədbirlər
haqqında daha bir qərar verildi. Qərarların tarixi
arasındakı müddət daha
bir problemi ortaya çıxarır. On minlərlə insanın
taleyi ilə bağlı olan köçürmə
haqqında qərar tələsik qəbul edilmiş, tədbirlər və s.
sonra müəyyənləşdirilmişdir.
Beləliklə, SSRİ rəhbərliyi tərəfindən Ermənistanın
Azərbaycanın DQMV-yə
dair iddiasına baxılması ilə, Ermənistan SSR-dən
azərbaycanlıların köçürülməsinə
dair qərarlar arasında sıx əlaqə olduğu aydın
görünür. Əslində, SSRİ rəhbərliyi
bununla həmin iki problemin ardıcıllığını da müəyyən
etmiş oldu, yəni,
ilk vəzifə kimi Ermənistandan azərbaycanlıların
köçürülməsi, sonra isə DQMV-lə
bağlı iddianın taleyi həll edildi.
SSRİ Nazirlər Sovetinin qərarlarının tekstoloji
təhlili onların insan və vətəndaş
hüquqları barədə heç bir tələbə cavab vermədiyini
göstərir. Köçkünlərin Azərbaycan
SSR-in Kür-Araz ovalığında yerləşdirilməsi konkret
müəyyən edilsə də, onların Ermənistanın bu və ya
digər ərazisindən deyil, bütövlükdə ölkədən
köçürülməsi
qeyd edilirdi. Buradan aydın olur ki, məqsəd bütün
azərbaycanlıları
Ermənistandan çıxarmaq olmuşdur. 1947-ci il 23
dekabr tarixli qərarın sonuncu,
11-ci maddəsilə köçürülən azərbaycanlıların əvəzinə
xarici ermənilərin yerləşdirilməsi
nəzərdə tutulurdu.
Rəsmi sənədlərdə bu prosesin köçürülmə
adlandırılmasına baxmayaraq, o
bütün göstəricilərinə görə (obyektin seçilməsindəki
məqsədyönlülük, gözlənilməzlik,
məcburilik və s.) deportasiya aktı idi. Ermənistan
SSR daxili işlər nazirinin
1948-ci il 3 may tarixli arayışı bu məsələlərə
aydınlıq gətirir. Agentura məlumatları
əsasında tərtib edilmiş arayışa görə
azərbaycanlıların köçürülmənin əsas
səbəbi kimi xarici ermənilərin yerləşdirilməsilə
yanaşı, SSRİ və Türkiyə arasında
gözlənilən müharibə və bununla bağlı olaraq
azərbaycanlılara etibar edilməməsi,
ermənilərin türklərə qarşı düşmənçilik münasibəti də
nəzərə alınmışdı. Köçürülmənin
məcburi olması haqda fikirlər və bu prosesə qarşı
ciddi etirazlar da qeydə
alınmışdı.
Deportasiyanın həyata keçirildiyi 1948-1953-cü illər
ərzində (Stalinin ölümündən
sonra proses dayanmışdı) 150 minədək azərbaycanlı
Ermənistan SSR-dən
köçürülmüşdü. Bu insanların Ermənistan SSR-də malik
olduğu bütün mülkiyyətləri,
tarixi və mədəni abidələri orada qalmışdır.
Ermənistan hakimiyyəti və ermənilər
bu mülkiyyət hesabına var-dövlətini artırmışdır.
Azərbaycanlıların deportasiyası zamanı Ermənistan
hakimiyyət orqanlarının
özbaşınalığı, ermənilərin azərbaycanlılara qarşı
düşmənçilik fəaliyyəti, kütləvi
zorakılıqlar, Azərbaycan SSR-də bu qədər insanın
yerləşdirilməsi üçün ərazinin
düzgün seçilməməsi və s. günahsız insanların ölümə
məhkum edilməsilə nəticələnmişdi.
1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan
SSR-dən deportasiyası o
zamana qədər mövcud olan sovet deportasiyaları
tarixində (1937 - koreyalıların;
1941-ci ilin sonları - 1942-ci ilin əvvəlləri -
almanların; 1942-ci il noyabr- polyakların;
1944, 18 may- Krım tatarlarının və b. deportasiyası)
ən ağır səhifələrdən
birini təşkil edir.
1980-ci illərin sonları - 90-cı illərin əvvəlləri.
Ermənistan SSR və ona dəstək
verən SSRİ rəhbərliyi azərbaycanlıların
Ermənistandan deportasiyasını tamamilə başa çatdıra bilmədi. Birtərəfdən azərbaycanlıların
ölkədən çıxarılması sona çatdırılmadı, digər tərəfdən deportasiya olunanların
müəyyən hissəsi Stalinin ölümündən
sonra yenidən doğma yerlərinə qayıtmışdı.
Ermənistan rəhbərliyi isə antiazərbaycanlı
siyasətini davam etdirməkdə idi.
1960-cı illərin əvvələrində Karib böhranı zamanı
SSRİ-nin ABŞ-la münasibətləri
taskinləşdi. NATO üzvü olan Türkiyənin də konfliktə
cəlb edilməsi, sovet-Türkiyə münasibətlərinə soyuqluq gətirdi. SSRİ-də
antitürkiyə isteriyası başlandı. Belə bir
5əraitdə Ermənistanda 1960-cı illərin ortalarında
Osmanlı imperiyasındakı 1915-
ci il hadisələrinin əlli illiyi ilə əlaqədar
tədbirlərə icazə verildi. Bütün bunlar Ermənistan SSR azərbaycanlılarına qarşı da kütləvi
zorakılıq hadisələri ilə müşayiət edilməyə başladı.
Bu hal hər il eyni vaxtda təkrar olunurdu. 1977-ci
ildə SSRİ-nin
yeni Konstitusiyasının qəbulu zamanı Ermənistanın
Dağlıq Qarabağa olan iddiasının
bir daha uğursuzluğa düçar olması Ermənistanda
antiazərbaycanlı siyasətı
qızışdırdı. 1987-ci ildə SSRİ rəhbərliyinin yaxından
köməyi ilə «Dağlıq Qarabağ
məsələsi» gündəliyə gətirildi. 1988-ci ilin
əvvələrində Ermənistanın Azərbaycana
qarşı ərazi iddialarını reallaşdırmaq məqsədi ilə
yenidən Ermənistan SSR-də
yaşayan azərbaycanlıların deportasiyasına əl atıldı.
Deportasiya elə bir amansız
miqyas aldı ki, 1988-1989-cu illərdə Ermənistan
SSR-də yaşayan 250 min nəfərdən
çox azərbaycanlı oradan çıxarıldı və soyqırımına
məruz qaldı. Ermənilərin
təzyiqinə üç ilədək davam gətirən sonuncu
azərbaycanlı yaşayış məskəni - Nüvədi
kəndi 1991-ci ilin avqustunda boşaldıldı. Beləliklə,
Ermənistanın məqsədyönlü
və ardıcıl şəkildə həyata keçirdiyi deportasiya
siyasətı nəticəsində orada yaşayan
azərbaycanlıların öz tarixi vətənindən qovulması
başa çatdırıldı. Bununla eyni zamanda
Ermənistanın Dağlıq Qarabağa olan əsassız iddiasını
reallaşdırmaq üçün
Azərbaycana qarşı elan edilməmiş işğalçılıq
müharibəsinə başladı. Azərbaycanın
Dağlıq Qarabağ bölgəsi və onun ətrafında yeddi
rayon, bütövlükdə respublika
ərazisinin 20%-dən çoxu işğal edildi. Ermənistan
azərbaycanlıların deportasiyası
vasitəsi ilə bir tərəfdən onların tarixi vətənlərini
əlinə keçirdi, digər tərəfdən
Azərbaycanın dünya birliyi tərəfindən tanınmış ərazi
büövlüyünü pozaraq torpaqlarını
işğal etdi.
Ermənistanda azərbaycanlılara məxsus tarixi yer
adlarının
kütləvi surətdə dəyişdirilməsi
Çar Rusiyası dövründə buraxılan xəritələrdə və
statistik məlumatlarda yaşayış
məntəqələrinin türkmənşəli adları olduğu kimi
saxlanılırdı. Sovet hakimiyyəti
dövründə isə Ermənistanda rəsmi «addəyişmə
əməliyyatları» 1935,1938,1939,
1940,1946,1947,1948,1949,1950,1957,1962,1968,1969,1977,1978,1980-
ci illərdə Ermənistan SSR Ali Sovetinin fərmanları
əsasında həyata keçirilmişdir.
1988-ci ilin avqust ayınadək indiki Ermənistan
ərazisində 521 türkmənşəli yaşayış
məskəninin adı dəyişdirilmişdir. Ermənistanda
dəyişdirilmiş yaşayış məntəqələrinin
siyahısını «Ermənistan SSR-in inzibati-ərazi
bölgüsü» kitabının 1976 və 1988-
ci il nəşrləri, habelə Ermənistan SSR Ali Sovetinin
9 aprel 1991-ci il tarixli fərmanı
və 2000-ci ildə İrəvanda çap edilən Ermənistan
Respublikasının xəritəsi əsasında
ardıcıl izləmək mümkündür.
Addəyişmə əməliyyatı əsasən aşağıdakı qaydada
həyata keçirilmişdir.
1. İlk növbədə azərbaycanlıların soykökü, onun
tarixi keçmişi ilə bağlı yaşayış
yerlərinin adlarının dəyişdirilməsinə xüsusi diqqət
yetirilmişdir Məsələn, Aşağı
Türkmənli - Lusaqyuğ (Eçmiədzin), Qorçulu - Mrqaşad
(Hoktemberyan), Sərdarabad - Hoktember
(Hoktemberyan), Bayandur - Vağadur (Gorus),
Şirvancıq -
Lernakert (Artik).
2. Bir çox yaşayış məskənlərinin adları ermənicəyə
hərfi tərcümə edilmişdir.
Məsələn, Armudlu - Tandzut (Hoktemberyan),
Daşqala-Karaberd (Ani),
Dərəkənd - Dzoraqyuğ (Quqark), Derəçiçək -
Tsaxkadzor (Razdan), Göl - Liçk
(Martuni), Güllübulaq - Vardaxpuyr (Qukasyan).
3. Bəzi yaşayış məskəninin adı «beynəlmiləlçilik»
pərdəsi altında dəyişdirilmişdir.
Məsələn, Qaraqışlaq - Dostluq (Masis), Sultanabad -
Şurabad (Amasiya),
Cücəkənd-Qızılşəfəq (Kalinino), Aşağı
Necili-Sayat-Nova (Masis), Çanaxçı-Sovetakert
(Ararat).
4. Yaşayış məskənlərinin adlarının bir qismi isə
cüzi dəyişiklə, onu oxşar, lakin
ermənicələşdirilmiş adla əvəz edilmişdir. Məsələn,
Dərabbas - Darbas (Sisian),
Dəlilər-Dalar (Artaşat), Ələyəz-Araqats (Talın),
Ərəvus-Arevis (Sisyan), Gabud
- Kapuyt (Əzizbəyov), Çırpılı - Crapi (Ani).
5. «Ermənistan SSR-in inzibati ərazi bölgüsü»nün
qeyd edilən nəşrlərində adının
önündə «yuxarı», «aşağı», «böyük», «kiçik» sözləri
gələn türkmənşəli yaşayış
məntəqələrinin adlarında bu sözlərin ermənicə - yəni
müvafiq olaraq «verin»,
«nerkin», «mets», «pokr» şəklində yazılması həmin
adların erməni dilində olması
görüntüsü yaratmağa xidmət etmişdir. Bununla elə
təəssürat yaratmağa
çalışmışlar ki, guya dəyişdirilən adlar erməni
mənşəlidir. Məsələn, Verin Zağalı
- Axpradzor (Vardenis), Nerkin Zeyvə- Hartaşen
(Eçmiədzin), Mets Kəpənəkçi -
Musaelyan (Axuryan), Pokr Şiştəpə - Pokr Serpasar
(Qukasyan).
6. 1935-ci ilə qədər Ermənistanda türkmənşəli
yaşayış məskənlərinin adları
Ali Sovetin fərmanları olmadan dəyişdirilmişdir.
Məsələn, Bəbirli - Bartsraşen
(Ani), Dəymədağlı - Şrvenants (Qafan), Tovuzqala -
Berd (Şəmşəddil), Şirabad -
Parakar (Eçmiədzin).
Onu da qeyd etmək lazımdır ki, hər dəfə Ali Sovetin
fərmanı ilə yaşayış məskənlərinin
adları dəyişdirilməklə yanaşı, kəndləri birləşdirmək
adı altında yüzlərlə
Azərbaycan kəndinin adı Ermənistanın yaşayış
məntəqələrinin siyahısından
silinmişdir. Məsələn, Ermənistan SSR Ali Sovetinin 5
fevral 1978-ci il fərmanı ilə
Aşağı Kilsə (Qufaark), Ağtala (Kamo), Rəhimabad
(Masis), Qamışlı (Vardenis)
kəndlərinin adları siyahıdan çıxarılmışdır.
1918-1987-ci illərdə indiki Ermənistan
ərazisində 254 azərbaycanlı yaşayış məntəqəsi
müxtəlif yollarla (əhalisi soyqırıma
məruz qoyulmaqla, deportasiya edilməklə və s.)
yaşayış məntəqələri siyahısından
silinmişdir.
Azərbaycanlıların 1948-1953-cü illər
deportasiyasından sonra 60-dan artıq
yaşayış məntəqəsinin adları dəyişdirilmişdir. Təkcə
1978-ci ildə 23 rayonda 60
türkmənşəli toponim dəyişdirilmişdir. Ermənistan SSR
Ali Sovetinin 1991-ci il 9
aprel tarixli fərmanı ilə isə azərbaycanlılara
məxsus 90 məntəqənin adı dəyişdirilmişdir.
Ümumiyyətlə, son dövrədək 667 toponim
dəyişdirilmişdir.
Ermənistan Respublikası tərəfindən azərbaycanlıların
dədə-baba torpaqlarından
deportasiyası ağır nəticələr verdi. Minlərlə insan
deportasiya zamanı soyqırıma məruz qaldı. Lakin
Azərbaycan Respublikası Ermənistandan qovulan hər
bir
azərbaycanlının həyatının təhlükəsizliyi üçün bütün
tədbirləri gördü. Ermənistan
azərbaycanlıları Azərbaycan Respublikasının
həyatının bütün sahələrinə uğurla
inteqrasiya olundu, onun sosial-iqtisadi, siyasi və
mədəni yüksəlişində fəal iştirak
etdi. Min illər boyunca Qərbi Azərbaycanda
yaradılmış tarixi ənənələr, zəngin
mədəni irs, folklor nümunələri Ermənistanın bütün
cəhdlərinə baxmayaraq yer
üzündən silinmədi, yeni tarixi şəraitdə varlığını
qoruyub saxlayır və davam etdirir.
Qərbi Azərbaycandan - indiki Ermənistan Respublikası
ərazisindən qovulmuş yüz
minlərlə bir amalla - Böyük qayıdış, dədə-baba
torpaqlara qovuşmaq arzusu ilə
yaşayır. |