E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 

 

AZƏRBAYCAN MİLLİ KİTABXANASININ FONDUNDAN (1892-1988)

 

1892

 

Puşkin, Aleksandr Sergeyeviç. Torçu və balıqçı /A. S. Puşkin; tərc. ed. F. B. Köçərli.-Irəvan: [s. n.], 1892.-15 s. Mətn ərəb qrafikasındadır.


1899

 

Atalar sözü: yeddi yüz əlli misaldan ibarət /tərt. ed. M. Qəmərli; naşir. Xəlilov.- İrəvan: [s. n], 1899.- 50 s. Mətn ərəb qrafikasındadır.


1900

 

Mədətov, Vasaq. Gözə görünməyən şal: Vodevil bir məclisdə /V. Mədətov.- İrəvan: [s. n.], 1900.- 24 s. Mətn ərəb qrafikasındadır.


1924

 

Kənd mütəqabil yardım şirkətlərinin məramnaməsi: Nizamnamə /İctima Təminat Komissariatı Kənd mütəqabil yardım mərkəzi komitəsi.- İrəvan: [s. n.], 1924.- 19 s. Mətn ərəb qrafikasındadır.


1926

 

Ermənistan Sosial Şura Cümhuriyyəti şəhər və kənd şuralarının qurultayları çağırmaq haqqında təlimat[Mətn] İrəvan: ESŞC Xalq Ədliyyə Komissarlığı, 1926.- cild 5.-34 s. Mətn ərəb qrafikasındadır.


 Ermənistan Sosialist Şura Cümhuriyyəti kənd şuralarının nizamnaməsi.- İrəvan: ESŞC XƏK, 1926.- Cild 2.- 60 s. Mətn     ərəb qrafikasındadır.


1927

 

Kənd təsərrüfat krediti və mütəqabil yardım komitələri: müqəddimə qətnamə və müqvilənamə /E. S. Ş. C. kənd təsərrüfat bankı.- İrəvan: E. S. Ş. C. kənd təsərrüfat bankı, 1927.- 27 s. Mətn ərəb qrafikasındadır.


Mütəqabil yardım komitəsi ilə şura orqanlarının mütəqabil əlaqələri haqqında təlimat: Kənd mütəqabil yardım komitələrinin təftiş komisiyonları haqqında nizamnamə /Dövləti sığorta idarəsinin ali idarəsi.- İrəvan: [s. n.], 1927.- 17 s. Mətn ərəb qrafikasındadır.


Uşaqlar beyn-əl-miləli çağırışı /tərcümə. Y. Qralitsan; şəkil. K. Yeçejistov, M. Aritçyan.- Ermənistan: E. S. Ş. C. dövlət nəşriyyatı, 1927.- 36 s. Mətn ərəb qrafikasındadır.


1928

 

Birinci dərəcəli zəhmət məktəblərinin birinci, ikinci, üçüncü, dördüncü siniflərinə məxsus proqram /Ermənistan Sosialist Şura Cumhuriyyəti Xalq Maarif Komisarlığı.- Yerevan: Ermənistan Maarif Komisarlığı, 1928


ESŞC evlənmək ailə və vəsilik qanunnaməsi.- İrəvan: [s.n.], 1928.- 28 s.


Təlimat şəhər ilə kənd şuralarının seçkisi və şuralar qurultayları çağırmaq haqqında.- İrəvan: ESŞC Mərkəzi İcraiyyə Komitəsi, 1928.- kitabça № 12.- 39 s.


1929

 

Ermənistan Sosialist Şura Cümhuriyyəti ədliyyə komissarlığının nəşriyyatı: Ermənistan Sosialist Şura Cümhuriyyətində yaşayış təqsirləri.- Yerevan: [s.n.], 1929.- kitabça № 20.- 27 s.


 Ermənistan Sosialist Şura Cümhuriyyətində yeni türk əlifbasının hökumətləşdirilməsi münasibətilə.- Yerevan: Erm. Yeni Türk Əlifbası Mərkəzi Komitəsi, 1929.- 29 s.


Əhmədov, Əhməd. Din ilə mübarizə /Ə. Əhmədov.- İrəvan: Ermənistan Dövlət, 1929.- 32 s.


Kənd şuralarının nizamnaməsi.- İrəvan: ESŞC XƏK, 1929.- № 23.- 37 s.


1930

 

Hovsepyan, X. Mübarizə və quruluş 10 ili /X. Hovsepyan.- İrəvan: Dövlət nəşriyyatı, 1930.- 53 s.


Müştərək müqavilənamə. 1930-cu il /"Mayis üsyanı adına" Leninakan tekstil kombinatı.- İrəvan: [s.n.], 1930.- 3 Leninakan.- 42 s.


Stalin, İosif. Baş gicəlləndirici müvəffəqiyyətlər nəticəsi ilə: kolxoz məsələləri ətrafında /İ. V. Stalin.- İrəvan: Erməni dövlət nəşriyyatı, 1930.- 14 s.


Təlimat: Şəhər ilə kənd şuralarının seçkisi və şuralar qurultaylarını çağırmaq haqqında.- İrəvan: ESŞC MİK, 1930.- Kitabça № 33.- 22 s.


1931

1909-cu ildə anadan olanların həqiqi hərbi qulluğa çağırılışı münasibətilə çağırış.- İrəvan: ESŞC Mərkəzi İcraiyyə Komitəsinin nəşriyyatı, 1931.- 10 s.


Kənd məhkəmə qanunnaməsi və ESŞC Ali Məhkəməsinin təlimatı.- İrəvan: ESŞC Ali Məhkəməsinin nəşriyyatı, 1931.- 22 s.


Qazaryan, A. Mənzil və səhhətimiz /A. Qazaryan; ESŞC Xalq Səhiyyə Komissarlığı.- İrəvan: Dövlət nəşriyyatı, 1931 [üz qabığında 1932.].- 53 s.


Toşyan, T.Toxunulmaz yerli sığorta toxum fondları toxumluq və ehtiyatları /ESŞC Xalq Torpaq Komissarlığı Kənd Təsərrüfat Kitabxanası.- İrəvan: Dövlət nəşriyyatı, 1931.- 39 s.


 

Velibekov, R. İkinci bolşevik payız kənd təsərrüfat kampaniyası /R. Velibekov.- İrəvan: Ermənnəşr, 1931.- 61 s.


Zərbə: Ermənistan türk proletar yazıçılarının şeir və hekayələri /red. R. Vəlibəyov.- İrəvan: Ermənistan Dövlət nəşriyyatı, 1931.- 64 s.


1932


Əhmədzadə, Z. Yaz əkin kampaniyasını bolşevik sürətilə təmin edəlim /Z. Əhmədzadə.- Yerevan: Ermənnəşr, 1932.- 13 s.


 Kazımov, M. Bizim yol: 1-ci qruplar üçün dərs kitabı /M. Kazımov.- İrəvan: Ermən-nəşr, 1932.- 105 s.


Kolxozlarda əmək təşkili haqqında Sosialist Şura Cümhuriyyəti İttifaqı və Rusiya Sosialist Federativ Şura Cümhuriyyəti Kolxozsentrinin qərarı.- [Yerevan]: Ermənistan dövləti nəşriyyat idarəsi, 1932.- 28 s.


Mirzəyev, M. Sosializm ölkəsində dini mövhumata yer yokdur /M. Mirzəyev; red. Çopuryan.- İrəvan: Erməninəşr, 1932.- 44 s.


1933


Alanakyan, A. ZöhrəXIII Noyabr: [şeir və hekayələr] /red. M. Kazımov.- İrəvan: Ermənistan ŞYC Türk sektorunun nəşriyyatı, 1933.- 72 s.


İskra və Vperyod kolxoz özəklərinin işi haqqında ÜİK(b)F Mərkəzi Komitəsinin qərarı.- İrəvan: Firqə nəşriyyatı, 1933.- 23 s.


Kazaryan, A. Qotur azarı: qaşınma /A. Kazaryan; tərc. ed. H. Maruyxan; ESŞC Xalq Səhiyyə Komissarlığı.- İrəvan: Dövlət nəşriyyatı, 1933.- 36 s.


Kazaryan, A. Skarlatina /A. Kazaryan; tərc. ed. H. Maruyxan; ESŞC Xalq Səhiyyə Komissarlığı.- İrəvan: Dövlət nəşriyyatı, 1933.-№3.- 12 s.


Otlaqların rasional istifadə edilməsi.- İrəvan: Ermənnəşr, 1933.- 18 s.


Rəhimov, Əbülfət. Din əleyhinə: şeirlər /Ə. Rəhimov.- Yerevan: Erməni-nəşr, 1933.- 15 s.


1936


Demircyan, Derenik. Nigar /D. Demircyan; tərc. ed. A. Hamparyan; red. Ə. İbrahim.- Yerevan: Ermənnəşr, 1936.- 106 s.


1977

 

Hidayət. Bir teatrın üç aktyoru [Mətn] /Hidayət ; Ermənistan Teatr Cəmiyyəti.- Yerevan: [s. n.], 1977.- 51, [2] s., [4] v. portr., fotoşək.: 16 sm.

   

<< Geri