E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 

 

QƏRBİ AZƏRBAYCANIN

TARİXİ

 

       XX əsrin sonunda öz tarixi torpaqlarının bir hissəsində yenidən müstəqilliyə qovuşmuş Azərbaycan xalqı qədim və zəngin dövlətçilik tarixinə malikdir. Şimaldan - Baş Qafqaz dağları, qərbdən - Göyçə gölü hövzəsi də daxil olmaqla Alagöz dağ silsiləsi və Şərqi Anadolu, şərqdən - Xəzər dənizi, cənubdan isə Sultaniyyə- Zəncan-Həmədan hüdudları ilə əhatə olunan tarixi Azərbaycan torpaqları müasir sivilizasiyanın inkişafa başladığı ən qədim mədəniyyət mərkəzlərindən biridir. Hazırda Anadolu türklərindən sonra dünyanın ikinci böyük türk xalqı olan Azərbaycan xalqı bu ərazidə-tarixi Azərbaycan torpaqlarında zəngin və özünəməxsus bir mədəniyyət, o cümlədən dövlətçilik ənənələri yaratmışdır. Bu ərazidə zaman keçdikcə Azərbaycanın Şirvan, Muğan, Şəki, Qarabağ, Naxçıvan, İrəvan və b. tarixi-coğrafi bölgələri təşəkkül tapmışdır. Rusiya ilə İran arasında bağlanmış Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələri ilə tarixi Azərbaycan torpaqları iki imperiya arasında bölüşdürülmüşdür. Bundan sonra tarixi Azərbaycan torpaqları ilə bağlı Şimali Azərbaycan (Rusiya və ya Sovet Azərbaycanı) və Cənubi Azərbaycan (İran Azərbaycanı) kimi siyasi-coğrafi məfhumlar yaranmışdır: Türkmənçay müqaviləsindən dərhal sonra Rusiya imperiyası Şimali Azərbaycanın qərb torpaqlarının erməniləşdirilməsi siyasətini həyata keçirmişdir. Nəticədə Şimali Azərbaycanın qərb torpaqlarında - keçmiş İrəvan xanlığının ərazisində Cənubi Qafqazda ilk dəfə olaraq erməni dövləti yaradılmışdır. Məhz bu prosesin gedişində Azərbaycanın Ermənistan Respublikası yaradılmış tarixi-coğrafi ərazisi ilə bağlı daha bir coğrafi-siyasi anlayış - Qərbi Azərbaycan (İrəvan bölgəsi) anlayışı yaranmışdır.

 

 

Müasir Ermənistan Respublikasının ərazisi Qərbi Azərbaycan torpağıdır

 

Təkzibedilməz tarixi faktlar

 

Şimali Azərbaycan Çar Rusiyası tərəfindən işğal olunduqdan sonra 1828-ci il martın 21-də imperator I Nikolayın fərmanı ilə Azərbaycanın İrəvan və Naxçıvan xanlıqları ləğv olundu və Qərbi Azərbaycanda «Erməni vilayəti» yaradıldı. Lakin az sonra - 1840-cı ildə bu vilayət ləğv olundu və həmin Azərbaycan torpaqları yeni yaradılmış Gürcü-İmeret quberniyasının tərkibinə verildi. 1849-cu ildə həmin torpaqlarda İrəvan quberniyası yaradıldı. 1918-ci il may ayının 29-da Azərbaycan Xalq Cümhuriyyəti qədim Azərbaycan şəhəri İrəvan ətrafındakı təqribən 9,5 min kv.km torpaqla birlikdə ermənilərə güzəşt etdi. Bununla Azərbaycanın qərb torpaqlarında Ermənistan (Ararat) Respublikası təşkil edildi. 1920-ci ilin noyabrında bolşevik Rusiyası burada «Ermənistan Sovet Sosialist Respublikası»nı yaratdı. SSRİ-nin dağılması ilə bu müttəfiq respublika da müstəqilliyini elan etdi. Beləliklə, Azərbaycanın tarixi-coğrafi ərazisinin qərbində erməni dövləti meydana gəldi. Azərbaycan torpaqlarının tarixi inkişafının obyektiv, bütöv halda öyrənilməsi onun Ümumazərbaycan tarixi konteksti ilə yanaşı, tarixi-coğrafi baxımdan da öyrənilməsini zəruri edir. Ona görə də müasir Ermənistan Respublikasının ərazisinin tarixi Qərbi Azərbaycan ərazisi kimi araşdırılması obyektiv reallıqdır.  

 

 

Azərbaycan dövlətçiliyi tarixində İrəvan bölgəsi

İrəvan bölgəsi qədim zamanlardan XVIII əsrin 40-cı illərinədək

 

Tarixi Azərbaycan torpaqları ən qədim sivilizasiyaların ayaq açıb yeriməyə başladığı Xəzər-Aralıq dənizi - İran körfəzi regionuna daxil idi. Azərbaycan xalqmın təşəkkülündə iştirak etmiş qədim etnoslar bu regionda yaranmış qədim mədəni mühitin, o cümlədən Şumer-Babil mədəniyyətınin formalaşmasında, həmçinin bütövlükdə Yaxın və Orta Şərqin hərbi-siyasi həyatında, qədim dövlətçilik tarixində çox mühüm rol oynamışlar. Bunu Azərbaycanda və xaricdə aparılan elmi axtarışlar, xüsusən də arxeoloji qazıntılar çox aydın sübut edir.

Azərbaycan ərazisi bu diyarın dünyanın ən qədim insan məskənlərindən biri olduğunu sübut edən arxeoloji abidələrlə son dərəcə zəngindir. Azıx, Tağlar, Damcılı, Daşsalahlı, Qazma mağaralarında, habelə başqa abidələrdə aşkar olunan arxeoloji tapıntılar, o cümlədən 300-400 min il bundan əwəl yaşamış Aşöl dövrünə aid qədim insanın - Azıx adamının (Azıxantrop) çənə sümüyü Azərbaycanın ibtidai insanların formalaşdıqları əraziyə daxil olduğunu sübut edir.

Dünyanın ən qədim insan məskənlərindən biri olan Azərbaycanın əhalisi hələ qədim daş dövründən (paleolit) başlayaraq yüksək mədəniyyət yaratmışdır. Orta daş dövrü (mezolit) və yeni daş dövrlərində (neolit) Azərbaycan əhalisi oturaq həyata keçmiş, əkinçilik, maldarlıq, müxtəlif sənət sahələri ilə məşğul olmağa başlamışdır.

Arxeoloji qazıntılar zamanı tapılmış zəngin maddi mədəniyyət nümunələri, xüsusilə taxıl qalıqları, əkinçiliklə bağlı əmək alətləri və məişət avadanlığı, müxtəlif növ sənətkarlıq məhsulları Azərbaycan xalqının dünyanın ən qədim oturaq mədəniyyət yaratmış xalqlarından biri olduğunu göstərir.

Azərbaycan xalqı, eyni zamanda dünyanın ən qədim dövlətçilik ənənələrinə malik olan xalqlarındandır. Azərbaycan xalqı təqribən beş min illik dövlətçilik tarixinə malikdir. Azərbaycan ərazisində ilk dövlət qurumları və ya etnik-siyasi birliklər hələ eramızdan əwəl IV minilliyin sonu - III minilliyin əwəllərində yaranmışdı. Burada meydana gəlmiş ən qədim Azərbaycan dövlətləri bütün regionun hərbi-siyasi tarixində mühüm rol oynayırdılar. Həmin dövrdə Azərbaycanla Dəclə və Fərat vadilərində yerləşən və dünya tarixində dərin iz qoymuş qədim Şumer, Akkad və Aşşur (Assuriya) dövlətləri, habelə Kiçik Asiyadakı Het dövləti arasında sıx qarşılıqlı əlaqələr vardı.

Zaman keçdikcə Azərbaycanın dövlətçilik mədəniyyəti daha da yüksəlmiş, ölkə ərazisində daha təkmil və daha geniş əraziləri əhatə edən yeni dövlətlər yaranmışdır.

Eramızdan əvvəl I minillikdə - bizim eranın I minilliyinin əwəllərində Azərbaycan torpaqlarında Manna, İskit (Skit, Skif) və Massaget şahlıqları, Atropatena və Albaniya kimi qüwətli dövlətlər mövcud olmuşdur. Bu dövlətlər Azərbaycanda dövlət idarəçiliyi mədəniyyətinin daha da yüksəlməsində, ölkənin iqtisadi-mədəni, etnik-siyasi tarixində, eləcə də vahid xalqın təşəkkülü prosesində mühüm rol oynamışlar.

Eramızın əwəllərində Azərbaycan öz tarixinin ən ağır sınaq dövrlərindən biri ilə qarşılaşdı: III əsrdə ölkəni Sasani-İran imperiyası, VII əsrdə isə Ərəb xilafəti işğal etdi. Təqribən 600 il davam etmiş İran və ərəb zülmü Azərbaycanın qədim dövlətçilik ənənələrini məhv edə bilmədi. Dözülməz işğal rejimi və təqiblər şəraitində Azərbaycan xalqının təşəkkülü prosesi davam etdi. Bu dövrdə Azərbaycan torpaqlarında vahid dini görüş - qədim türklərin baş Allahı olan Tanrıya sitayiş yayılmağa başladı. Lakin təkallahlı dini görüş Tanrıçılıq hələ başqa dini görüşləri sıxışdırıb tamamilə aradan qaldıra bilməmişdi. Zərdüştlük, atəşpərəstlik, Günəşə, Aya, Göyə, ulduzlara, torpağa, suya və s. sitayiş davam etməkdə idi. Ölkənin şimalında - Albaniya ərazisinin bəzi yerlərində, əsasən dağlıq qərb bölgələrində isə xristianlıq yayılmaqda idi. Bu mürəkkəb tarixi şəraitdə güclü və aparıcı hərbi- siyasi qüvvəyə çevrilən çoxsaylı türk etnosları Azərbaycan dövlətçiliyinin əsas daşıyıcıları idilər. Hələ vahid təkallahlı dinin olmadığı bir dövrdə məhz türk etnosları və türk dili, şimallı-cənublu, bütün ölkə ərazisində birləşdirici rol oynayırdı. Türk etnosları Azərbaycan dövlətçiliyinin və ölkənin müstəqillik ənənələrinin qorunub saxlanmasında da aparıcı rol oynayırdılar.

VII əsrdə islam dininin qəbul olunması ilə Azərbaycanın tarixi müqəddəratında əsaslı dönüş yarandı.

İslam dini vahid xalqın təşəkkülünə güclü təkan verdi, bu prosesin sürətlənməsinə həlledici təsir göstərdi. Türk və qeyri-türk etnosları arasında dini birliyin yaranması onların yayıldığı bütün Azərbaycan ərazisində vahid adət-ənənələrin təşəkkülünə, qaynayıb-qarışma prosesinin daha da dərinləşməsinə səbəb oldu.

Bununla belə, təkallahlı dinlərə sitayiş edənləri müsəlmanlaşdırmaq islamın prinsiplərinə zidd olduğu üçün ərəb işğalları dövründə Albaniyanın xristian əhalisi islam dininin təsir dairəsindən kənarda qaldı. Beləliklə, ölkədə dini ayrılıq baş verdi: çoxluq təşkil edən və ölkənin bütün ərazisinə yayılmış olan türk-müsəlman əhali, o cümlədən islam dinini qəbul etmiş albanlar; bir də; azlıq təşkil edən və əsasən Şimali Azərbaycanın qərb bölgələrində yaşayan xristian əhali, o cümlədən islam dinini qəbul etməmiş albanlar.

Xilafət dağıldıqdan sonra - IX əsrin ortalarından Azərbaycanın qədim dövlətçilik ənənələri yenidən dirçəldi. Azərbaycanda yeni siyasi dirçəliş başlandı: islam dininin yayılmış olduğu Azərbaycan torpaqlarında Sacilər, Şirvanşahlar, Salarilər, Rəwadilər, Şəddadilər dövlətləri yarandı.

Bəhs olunan dövrdə Azərbaycanın şimal-qərbində-islamın sərhəd şəhəri olan Tiflisə qədərki Azərbaycan torpaqlarında isə Şəki dövləti meydana gəldi. Şəki hakimləri Albaniya hökmdarı titulunu daşıyır və Albaniya dövlətinin varisləri kimi çıxış edirdilər. Şəkidən qərbdə paytaxtı Tiflis olan daha bir müsəlman dövləti — Tiflis müsəlman əmirliyi də vardı.

Müstəqil dövlətlərin yaranması nətıcəsində siyasi, iqtisadi və mədəni həyatın bütün sahələrində oyanış baş verməkdə idi. Azərbaycan tarixinin İntibah dövrü başlanırdı.

IX əsrin 70-ci illərinin sonlarından başlayaraq yarım əsrdən çox davam edən bir tarixi dövr ərzində (879-941) Azərbaycan torpaqlarının hamısının vahid Azərbaycan türk dövlətinin - Sacilər dövlətinin tərkibində olması bütün ölkə miqyasında iqtisadi və mədəni əlaqələrin daha da dərinləşməsinə, etnik fərqlərin aradan qalxması və vahid Azərbaycan türk xalqının formalaşması prosesinin daha da sürətlənməsinə müsbət təsir göstərdi.

Sacilər dövləti özünün ən qüdrətli çağlarında Zəncandan Dərbəndə, Xəzər sahillərindən Ani və Dəbil şəhərlərinə qədər geniş əraziləri əhatə edirdi. Bütün Azərbaycan torpaqları Sacilər dövlətinin tərkibinə daxil idi.

Məhz bu dövrdə Azərbaycan və ümumtürk ədəbiyyatının şah əsəri olan «Kitabi- Dədə Qorqud» dastanları, demək olar ki; bütün Azərbaycan torpaqlarında yayıldı.

XI əsrdə bu torpaqlar səlcuqlar tərəfindən tutulmuşdu. Səlcuq dövləti zəiflədikdə Azərbaycanda yeni bir dövlət-Atabəylər (Eldənizlər) dövləti (1136-1225) meydana gəlmişdi. Qərbi Azərbaycan bu dövlətin tərkibinə daxil idi. Qərbi Azərbaycan torpaqları monqol hakimiyyəti dövründə (XIII-XIV əsrlərin ortaları) və XIV əsrin II yarısı və XV əsrin əvvəllərində inzibati cəhətdən Arran əyaləti və Şərur vilayətinə daxil idi.

XV əsrin əvvəllərində yaranmış Qaraqoyunlu dövləti (1410-1468) inzibatiərazi bölgüsündə müəyyən dəyişiklik edir. Qərbi Azərbaycanın şimal-qərb hissəsi Qarabağ, cənub qərb hissəsi isə yeni təşkil edilmiş Çuxursəd əyalətinin tərkibinə daxil olur. Bu zamandan başlayaraq ta İrəvan xanlığının Rusiya imperiyası tərəfindən işğalınadək Çuxursədin, sonralar isə İrəvan xanlığını idarə edən türk-müsəlman hakimlərin adları da məlumdur. Qaraqoyunlular dövründə əyaləti Əmir Səəd (XIV əsrin axırı - 1410), onun oğlu Pir Hüseyn (1410- 1420), Pir Hüseynin oğlanları Pir Yaqub (1420-1430) və Əbdül (1430-cu illərdə), Vaqub bəy (1440-cı illər), nəhayət, Həsən Əli Qaraqoyunlu (1460-cı illərdən) idarə etmişdir.

Qaraqoyunluların hakimiyyəti zamanı Azərbaycanın sonrakı tarixi üçün son dərəcə ağır nəticələrverən bir qərarda qəbul olundu. HökmdarCahanşah (1437- 1467) erməni-qriqorian kilsəsinin iqamətgahının (1441-ci ildə) Qərbi Azərbaycan ərazisindəki Üçkilsəyə-Eçmiədzinə köçürülməsinə razılıq verir.

Erməni-qriqorian kilsəsinin iqamətgahının Qərbi Azərbaycana köçürülməsi İrəvan bölgəsində Azərbaycan - Alban kilsəsinin mövqeyini zəiflətdi və müsəlman əhalinin tarixi taleyinə mənfi təsir göstərdi.

Qərbi Azərbaycan ərazisi ən qədim türk torpaqlarıdır. Azərbaycan xalqının formalaşmasında yaxından iştirak etmiş hürrilər, kimmerlər, iskitlər, saklar, hunlar və digər çoxsaylı oğuz və qıpçaq türkləri məhz bu regionda, xüsusilə Göyçə gölü (1918-ci ildə Qərbi Azərbaycanda - keçmiş İrəvan xanlığının ərazisində erməni dövləti yaradıldıqdan sonra Göyçə gölünün adı 1930-cu ildə ermənilər tərəfindən dəyişdirilib «Sevan» adlandırılmışdır) ətrafındakı torpaqlarda yaşamış və özlərindən sonra zəngin tarixi-mədəni iz qoymuşlar.

Azərbaycan xalqının və digər türk xalqlarının qəhrəmanlıq eposu olan «Kitabi- Dədə Qorqud» dastanlarında təsvir olunan bir çox mühüm tarixi hadisələr, proseslər Azərbaycanın məhz bu regionunda - Qərbi Azərbaycan ərazisində cərəyan etmişdir.

Böyük Azərbaycan hökmdarı Uzun Həsənin (1468-1478) tapşırığı ilə yazılmış Oğuznamədə - Əbu Bəkr Tehraninin «Kitabi-Diyarbəkriyyə»sində oğuz türklərinin soy kökündə duran Oğuz xaqanın məhz burada - Göyçə dənizi ətrafındakı torpaqlarda yaşadığı, dünyasını burada dəyişdiyi və burada da dəfn olunduğu qeyd edilir. Xanlar xanı Bayandur xaqan və bir çox digər oğuz-türk sərkərdələri də özlərinin ata-baba yurdu olan bu diyarda fəaliyyət göstərmiş, burada da dünyalarını dəyişmiş, dəfn olunmuşlar.

Qərbi Azərbaycan ərazisi, ayrı-ayrı işğalçı imperiyaların hökmranlıq dövrləri istisna edilməklə, ən qədim zamanlardan başlayaraq həmişə Azərbaycan dövlətlərinin tərkibində olmuşdur. Bu torpaqlar həm də Azərbaycan-türk tayfalarının elliklə və ən sıx şəkildə yaşadığı regionlarından biri idi.

Qeyd etmək lazımdır ki, erməni katolikosluğu mərkəzinin 1441-ci ildə İrəvan (Çuxursəd) bölgəsinə köçürülməsinə qədər burada ermənilərə məxsus heç bir kənd və yaxud torpaq sahəsi olmayıb. Hətta erməni katolikosluğunun yerləşdiyi Üçkilsə - Valarşabad («Valarşabad» toponimi Arşakilər (Arsaklılar) sülaləsindən olan Sanatrükün (Sanatrukun) oğlu Valar şahın (194-216) adı ilə bağlıdır. Uzun tarixi dövr ərzində «Valarşabad» kimi işlənmiş bu toponim erməni ədəbiyyatında təhrif olunaraq «Vağarşabad» formasına salınmışdır. Valarşabadın əsası Valar şah tərəfindən qoyulmuşdur) kəndi belə 1443-cü ildən başlayaraq ermənilərtərəfindən müxtəlif vasitələrlə hissə-hissə Azərbaycan türklərindən alınmışdır.

Ağqoyunlu (1468-1501) və ondan sonra meydana gələn Səfəvi dövləti (1501-1736) zamanı da Çuxursəd inzibati-ərazi bölgüsü saxlanılmışdır. Ağqoyunlular dövründə Çuxursədi Bayandurun nəvəsi Həsən bəy (1475) idarə etmişdir. Səfəvilər dövründə Çuxursəd bəylərbəyliyini Div Sultan Rumlu (1515-ci ildən), Hüseynxan Sultan (1550-ci ilədək), Şahqulu Sultan Ustaclı (1550-1575), Mahmudxan «Toxmaq» (1576-1583), Əmirquna xan Qacar (1605-1625), onun oğlu Təhməzqulu (1635), Kəlbəli xan (1636-1639), Məmmədxan «Cağata Götük » (1639-1648), Xosrov xan (1648-1652), Məhəmmədqulu xan (1652-1656), Nəcəfqulu xan (1656-1663), Əmirqunanın oğlu Abbasqulu xan (1663-1666) və b. Azərbaycan hakimləri idarə etmişdir.

Səfəvi-Osmanlı müharibələri zamanı Çuxursədin osmanlılar tərəfindən tutulması inzibati-ərazi bölgüsündə müəyyən dəyişikliklərə səbəb olur. 1578-1590- cı illər Səfəvi-Osmanlı müharibəsi nəticəsində bağlanmış İstanbul müqaviləsinə görə Çuxursəd osmanlılara keçdi. Çuxursəd bəylərbəyliyi İrəvan və Naxçıvan livalarına (əyalətlərinə) bölündü. Osmanlı dövləti 1590-cı ildə İrəvan əyalətində vergi siyahıları - «müfəssəl dəftər» tərtib etmişdir. Burada İrəvan ayrıca əyalət kimi qeyd olunur. İrəvan şəhəri əyalət mərkəzinə çevrilir. Beləliklə, qədim Azərbaycan şəhəri olan İrəvan daha geniş inkişaf yoluna qədəm qoyur. 1590-cı il «müfəssəl dəftər»i İrəvan əyaləti haqqında ətraflı təsəvvür yaradır və bu diyarın əhalisinin mütləq əksəriyyətinin Azərbaycan türklərindən ibarət olduğunu sübut edir.

Səfəvilər dövləti XVII əsrin əwəlində Osmanlı imperiyasına qarşı apardığı müharibə (1603-1612) nəticəsində İrəvan əyalətini geri ala bildi. Səfəvilər 1723- 1728-ci illər müharibəsi zamanı yenidən İrəvan əyalətini osmanlılara güzəştə getməli oldu. Osmanlı dövləti 1728-ci ildə də İrəvan əyalətində «müfəssəl dəftər» tərtib etdi. İrəvan əyalətinin bu «müfəssəl dəftəri» də əyalət haqqında ən mühüm mənbələrdəndir.

Səfəvilər dövlətinin zəiflədiyi şəraitdə böyük Azərbaycan sərkərdəsi Nadirxan Əfşarın mövqeyinin yüksəlişi ilə İrəvan əyaləti osmanlardan geri qaytarıldı. Osmanlı qoşunları 1735-ci ilin oktyabrında İrəvan qalasını tərk etdi. 1736-cı ildə Nadir xan Muğanda özünü şah elan etdi. İrəvan bölgəsi Nadir şah Əfşar imperiyasının tərkibinə daxil oldu.

1747-ci ilin iyununda Nadir şahın öldürülməsindən sonra Azərbaycan torpaqlarında, o cümlədən İrəvanda müstəqil dövlət qurumları - xanlıqlar yarandı.

 

İrəvan xanlığı

Qərbi Azərbaycanda ilk müstəqil Azərbaycan dövləti

 

Azərbaycan dövləti olan İrəvan xanlığını Azərbaycanın dövlət idarəçiliyi tarixində mühüm rol oynamış məşhur Qacarlar adlanan türk sülaləsindən olan xanlar idarə etmişlər. Xanlığın bütün idarəçilik sistemi, ictimai, siyasi, mədəni və təsərrüfat həyatı, burada yaşayan əhalinin məişət mədəniyyəti Azərbaycanın min illər boyunca davam etmiş ümumi tarixi inkişaf sisteminin ayrılmaz tərkib hissəsi idi. İrəvan xanlığı öz inkişaf xüsusiyyətlərinə görə həmin dövrdə mövcud olmuş digər Azərbaycan xanlıqlarından heç nə ilə fərqlənmirdi.

İrəvan xanlığının ərazisində, tarix boyu, Azərbaycan xalqına məxsus çoxsaylı yaşayış məskənləri - kəndlər, şəhərlər salınmış, minlərlə tarixi abidələr - qalalar, məscidlər, minarələr ucaldılmış, karvansaralar, hamamlar inşa olunmuşdu. Bölgədəki bütün yer adları - toponimlər Azərbaycan xalqına məxsus idi. Bu inkarolunmaz həqiqəti hətta erməni mənbələri də təsdiq edir. Xanlığın ərazisində saysız-hesabsız qədim oğuz-türk qəbiristanları və bu qəbiristanlarda Azərbaycan xalqına məxsus külli miqdarda qoç heykəlləri, qəbirüstü abidələr vardı. Bütün bunlar Azərbaycan xalqının maddi mədəniyyət möhürləri idi...

İrəvan xanlığı Ağrıdağ düzənliyi, Göyçə gölü hövzəsi və Araz çayından cənub- qərbə doğru uzanan Qərbi Azərbaycan torpaqlarını əhatə edirdi. Azərbaycanın şimal-qərbində yerləşən bu xanlıq paytaxtı İrəvan şəhəri olmaqla inzibati cəhətdən 15 mahala bölünürdü: Qırxbulaq, Zəngibasar, Gərnibasar, Vedibasar, Şərur, Sürməli, Dərəkənd, Saatlı, Talın, Seyidli-Axsaxlı, Sərdarabad, Karpi, Abaran, Dərəçiçək, Göyçə. İrəvan xanlığı 1747-1828-ci illərdə müstəqil dövlət kimi Azərbaycan tarixində mühüm rol oynamışdır. Dövlətin başçısı xan idi; xandan sonra vəzir (yaxud baş mirzə), müxtəlif vəzifə daşıyan bəylər (divan bəyləri, sərkərdələr, əmirlər və s.) gəlirdi. Qoşuna xan özü başçılıq edirdi. Əhalisi, əsasən azərbaycanlılardan ibarət idi; sənətkarlıq, xüsusilə xalçaçılıq, ticarət, əkinçilik, bağçılıq, tərəvəzçilik və maldarlıqla məşğul olurdular. İrəvan xanlığında dövlət (divan), xalisə (xana və ailə üzvlərinə məxsus), mülk, vəqf və camaat torpaq mülkiyyəti formaları mövcud idi. Kəndlilər onlarca vergi verir və müxtəlif mükəlləfiyyətlər daşıyırdılar.

İrəvan xanlığını Azərbaycanın aşağıdakı dövlət xadimləri idarə etmişdir: Mehdi xan (1747-1748), Məhəmməd Hüseyn xan (1748-1751), Xəlil xan (1751-1755), Həsənəli xanın qardaşı Hüseynəli xan (1759/60-1784), Hüseynəli xanın oğlu Məhəmməd Hüseyn xan (1784-1805), Əliqulu xan Qacar (1797, iyun), Həsən xan Məkulu (1797, yay), Mehdiqulu xan Qacar (1805-1806), Əhməd xan Marağalı (1806, avqust-oktyabr), Hüseynqulu xan Qacar (1806-1827).

İrəvan xanlığı yarandığı vaxtdan müstəqilliyini saxlamaq uğrunda mübarizə aparmalı oldu. Kartli-Kaxeti çarı II İrakli xanlıq üçün daha böyük təhlükə törədirdi. Belə şəraitdə İrəvan xanlığının daxilindəki çəkişmələr onu sarsıdır və düşmənin hücumu qarşısında müdafiəsini zəiflədirdi.

1779-cu ildə II İrakli İrəvan xanlığına hücum edərək onun bəzi kəndlərinin əhalisini köçürüb özü ilə apardı. 1780-ci ildə Hüseynəli xan II İrakli ilə barışığa gəldi. Gürcüstana köçürülmüş əhali geri qaytarıldı. Xanlığın müdafiəsi gücləndirildi. Qonşu Azərbaycan xanları ilə əlaqələr genişləndirildi. Bununla Kartli-Kaxeti çarlığı ilə münasibətlər yenidən kəskinləşdi.

II İrakli Hüseynəli xanı hakimiyyətdən devirmək üçün onun qardaşı Məhəmməd Həsən xanla sazişə girdi. 1784-cü ildə hər iki qardaş üsyan edən İrəvan əhli tərəfindən qətlə yetirildi. Hüseynəli xanın oğlu Qulaməli xan hakimiyyətə gəldi.

II İraklinin Rusiya ilə yaxınlaşması və 1783-cü ildə Georgiyevsk müqaviləsini imzalaması İrəvan xanlığında, xüsusi ilə Eçmiədzində qərarlaşmış erməni missionerlərinin fəallaşmasına səbəb oldu. Bu Osmanlı imperiyasını da fəallaşdırdı. Osmanlı sultanı Qulaməli xanı II İrakliyə qarşı qaldırmağa çalışdı, lakin xan İraklinin adamları tərəfindən öldürüldü. Hakimiyyətə Qulaməli xanın qardaşı Məhəmməd xan keçdi. Türkiyə Məhəmməd xanın Rusiyaya qarşı çıxmasına çalışsa da bu bir nəticə vermədi.

Bu dövrdə İrəvan xanlığındakı erməni-qriqorian missionerləri Rusiyanın burada xristian dövləti yaratmaq haqqında hələ I Pyotrun zamanında meydana atılan siyasətini həyata keçirmək üçün öz fəaliyyətlərini daha da genişləndirdilər. Erməni- qriqorian kilsəsi Qarabağın xristian-alban məliklərini də bu fitnəkar siyasətə cəlb etməyə xüsusi fikir verirdi. II Yekaterinaya yazılan məktublarda Zaqafqaziyada (Cənubi Qafqazda) erməni çarlığı yaradılması haqqında müraciət edilirdi. Lakin 1787-1791-ci illər rus-türk müharibəsi Rusiyanın bu planı həyata keçirmək istəyinə imkan vermədi. 1785, 1786 və 1787-ci illərdə İrəvan xanlığı Qarabağ, Xoy xanlarının və Car-Balakən hakimi Ömər (Ümmə) xanın hücumlarına məruz qaldı. İrəvan xanlığı tədricən mövqeyini möhkəmləndirdi.

1789-cu ildə Bayazit paşası İrəvan xanlığına hücum etdi və xanın qoşunlarını mühasirəyə aldı. Məhəmməd xan Naxçıvan xanlığından kömək alıb, mühasirədən çıxdı və əks-hücuma keçərək Bayazit qalasını mühasirəyə aldı. Lakin qalanı tuta bilməyib geri döndü.

1790-cı ildə İrəvan və Naxçıvan xanlıqlarının qüvvələri Xoy xanlığına hücum etdilər. Sonra Xoy xanı Naxçıvan xanını öz tərəfinə çəkib İrəvan xanlığı üzərinə hücum etdi. Müttəfiqlər qalib gəldilər və 1790-cı ilin avqustunadək orada qaldılar.

Ağa Məhəmməd Qacarın hücumu ilə İrəvan xanlığının müstəqilliyi çiddi təhlükə altına düşdü.

Ağa Məhəmməd Qacar 1795-ci ilin yayında 35 günlük mühasirədən sonra İrəvan qalasını tutdu. 1796-cı ildə V.Zubovun hücumu zamanı Məhəmməd xan diplomatik manevr edərək, Rusiyaya meyilləndi. Qacarın yeni hücumu zamanı Məhəmməd xan tutuldu və hakimiyyət Əliqulu xana keçdi. Qacarın ölümündən sonra Əliqulu xan İrəvandan qovuldu. İranın yeni şahı Fətəli şah Məhəmməd xanı yenidən hakimiyyətə gətirdi. 1804-1813-cü illər rus-İran müharibəsi zamanı Rusiyanın İrəvan xanlığını tutmaq niyyəti baş tutmadı. Gülüstan müqaviləsi ilə İrəvan xanlığı İranın tərkibinə keçdi.

1826-1828-ci illər Rusiya-İran müharibəsi zamanı hər iki tərəfin əsas strateji hədəflərindən biri İrəvan şəhəri və xanlığın işğalı idi. Rusiyanın hücumlarına qarşı dəfələrlə qəhrəmanlıqla müqavimət göstərilməsinə baxmayaraq, ermənilərin xəyanəti üzündən 1827-ci ilin oktyabrında İrəvan şəhəri işğal olundu. Türkmənçay müqaviləsi ilə xanlıq Rusiyaya birləşdirildi və ləğv edildi.

 

 

 

İrəvan xanlığının Rusiya imperiyası tərəfindən işğalı və müstəmləkə rejimi

«Erməni vilayəti»

 

 

1826-1828-ci illər Rusiya-İran müharibəsi zamanı Azərbaycan dövlətləri olan Naxçıvan (1827, iyun) və İrəvan (1827, oktyabr) xanlıqlarının ərazisi Çar Rusiyası tərəfindən işğal olundu. Qafqazda hərbi əməliyyat aparan rus qoşunlarının baş komandanı İ.F.Paskeviç, hələ müharibə başa çatmamış, 1827-ci il oktyabrın 6-da İrəvanda «müvəqqəti idarə» təşkil etdi. İdarə üç üzvdən ibarət idi: general-leytenant Krasovski (sədr), N.Aştaraketsi və İrəvan qalasının komendantı podpolkovnik Borodin. Türkmənçay müqaviləsi (1828, 10 fevral) bağlandıqdan sonra, Naxçıvan və İrəvan xanlıqlarının idarəçiliyi dəyişdirildi. Çar I Nikolayın (1825-55) sərəncamı ilə (1828, 21 mart) həmin Azərbaycan xanlıqlarının ərazisində «Erməni vilayəti» yaradıldı. Vilayət idarəsi vilayət rəisindən, iki rus müşavirindən (biri polis, digəri maliyyə üzrə) və iki asessordan (iclasçıdan) ibarət idi. Asessorlardan biri azərbaycanlı, digəri erməni icmasından idi. Çar hökumətinin tarixi Azərbaycan torpaqları əsasında «Erməni vilayəti» yaratması ilə I Pyotrdan başlayaraq yeridilən ermənipərəst siyasətin həyata keçirilməsi reallaşdırılmağa başlandı. «Erməni vilayəti»nin yaradılması ilə Azərbaycanın Rusiya tərəfindən işğal olunmuş digər torpaqları ilə Osmanlı imperiyası və Qacarlar İranı arasında «xristian səddi» çəkildi. «Erməni vilayəti» iki əyalətdən - İrəvan və Naxçıvan əyalətlərindən ibarət idi.

Ermənilərin çar ordusuna göstərdiyi «xidmət» müqabilində onlara işğal olunmuş Azərbaycan torpaqlarında - Naxçıvan və İrəvan xanlıqlarının ərazilərində «Erməni vilayəti» adlandırılan torpaq «bəxşiş» verildi. Bununla ermənilər çar Rusiyasının himayəsi və köməyi ilə Cənubi Qafqazda özlərinə ərazi bazası yaratdılar. Bundan sonra ermənilər çar Rusiyasının, sonralar isə sovet-bolşevik Rusiyasının antiazərbaycan və antitürkiyə siyasətinin həyata keçirilməsində fəal rol oynadılar. Çar hökuməti Cənubi Qafqazın işğalını və burada möhkəmlənməklə bağlı siyasətini həyata keçirdikdən sonra 1840-cı il 10 aprel qanunu ilə «Erməni vilayəti»ni ləğv etdi. İrəvan və Naxçıvan əyalətləri ayrı-ayrı qəzalara çevrildi. Bu qəzalar Gürcü-İmeret quberniyasına tabe edildi. 1849 il iyunun 9-da isə işğal olunmuş Qərbi Azərbaycan torpaqlarında İrəvan quberniyası yaradıldı.

 

 

İrəvan quberniyası

 

 

Çar I Nikolayın fərmanı ilə 1849-cu il iyunun 9-da keçmiş «Erməni vilayəti» və Aleksandropol (Gümrü) qəzası əsasında İrəvan quberniyası yaradıldı. Bəzi inzibati- ərazi dəyişikliklərindən sonra quberniya İrəvan, Aleksandropol, Eçmiədzin, Naxçıvan, Novobayazid, Şərur-Dərələyəz və Sürməli qəzalarına bölündü.

Quberniyanın mərkəzi İrəvan şəhəri idi. İrəvan quberniyasının ərazisi 23194,79 kv.verst (1 verst = 1,0668 km) idi. 1917-ci il Qafqaz təqviminin məlumatına görə, quberniya 1120242 nəfər əhali yaşayırdı. Hər kv.verstə 48,3 nəfər düşürdü. Quberniya əhalisinin 589125 nəfəri (52,6%) kişi, 531117 nəfəri (47,4%) qadın, 1014868 nəfəri (90,6%) yerli sakiniət 105374 nəfəri (9,4%) müvəqqəti yaşayanlar idi.

Çarizmin İrəvan quberniyası əhalisinin etnik tərkibini ermənilərin xeyrinə dəyişdirmək siyasətinə baxmayaraq, İrəvan quberniyasında azərbaycanlı əhalinin xüsusi çəkisi həmişə yüksək olmuşdur. 1917-ci il Qafqaz təqviminin məlumatına görə, 100 ildən çox davam edən soyqırımlarına və deportasiyalara baxmayaraq, azərbaycanlıların sayı 373582 nəfər (33,35%) Ermənilərin sayı isə qeyd olunan köçürmələr nəticəsində 669871 nəfərə (59,8%) çatdırılmışdı. İrəvan quberniyasındakı beş şəhərin (Aleksandropol, Naxçıvan, Novobayazid, Ordubad İrəvan) birlikdə əhalisi 132559 nəfər (11,83%) idi. Əhalinin qalan hissəsi - 967683 nəfər (88,17 %) isə qəzalarda, o cümlədən İrəvanda (154331 nəfər), Naxçıvanda (122208), Sürməlidə (104791), Şərur-Dərələyəzdə (90250) yaşayırdı. Azərbaycanlılar bütün şəhər əhalisinin 18,9%-ni (25044 nəfər), qəzaların əhalisinin isə 35,3%-ni (348538 nəfər) təşkil edirdi.

İrəvan quberniyasının iqtisadiyyatında əsas yeri kənd təsərrüfatı tuturdu. Quberniya torpaqlarının 70,1%-i xəzinəyə, 25,6%-i mülkədarlara məxsus idi. Birinci Dünya müharibəsi nəticəsində yaranmış şəraitə görə (iş heyvanlarının səfərbərliyə alınması, əhalinin arxa cəbhə işlərinə cəlb edilməsi və i.a.) əkin sahələri üçdə bir qədər azalmışdı.

İrəvan quberniyası Qafqaz cəbhəsi və Qafqaz ordusunun yaxın arxa cəbhəsi idi. Quberniya İrəvan, Aleksandropol, Naxçıvan və b. qəzalarında ehtiyat hissələr və könüllü dəstələri yerləşdirilmişdi.

Fevral inqilabı (1917) nəticəsində çarizmin devrilməsi xəbəri İrəvan quberniyasına martın əwəllərində çatdı. Quberniyada Müvəqqəti hökumətin yerli hakimiyyət orqanlarının formalaşdırılmasına başlandı. Martın 14 (27)-də təşkil olunan Quberniya İcraiyyə Komitəsi özünü Xüsusi Zaqafqaziya Komitəsinin (rusca OZAKOM - Osobıy Zakavkazskiy Komitet) yerli orqanı elan etdi. Qəzalarda da icraiyyə komitələri yaradıldı. Müvəqqəti hökuməttərəfindən İrəvan quberniyasına və qəzalara komissarlar təyin edildi.

Fevral inqilabından (1917) sonra İrəvan quberniyasında sovetlər də yaranmağa başladı. Martın 8 (21)-də Aleksandropolda əsgər, sonra isə fəhlə deputatları sovetləri meydana gəldi. Hər iki sovet tezliklə birləşdi. İrəvan şəhərində də martın 12 (25)-də əsgər, apreldə isə fəhlə deputatları sovetləri yarandı. Mart ayı ərzində İrəvan quberniyasının şəhərlərində sovetlərtəşkil olundu. Həm Müvəqqəti hökumətin yerli orqanlarında, həm də sovetlərdə daşnaklar üstünlüyü ələ aldılar. 1917-ci il sentyabrın sonlarında daşnaklar Tiflisdə «Erməni milli müşavirəsi» çağırdılar. Müşavirədə Erməni milli şurası (sədr A.Aqaronyan) təşkil edildi. İrəvan şəhərində və quberniyanın qəzalarında da milli şuraların təşkil olunmasına başlandı. Erməni milli şurası İrəvan quberniyasının azərbaycanlı əhalisinə qarşı soyqırım siyasətinin hazırlanması və həyata keçirilməsi, Osmanlı imperiyasında ermənilərin pozuculuq fəaliyyətinin təşkili, Qafqaz cəbhəsində vuruşmaqdan ötrü erməni korpusunun komplektləşdirilməsi üçün tədbirlər görməyə başladı. Oktyabr çevrilişindən (1917) sonra yaradılan Zaqafqaziya komissarlığı (1917,15 (28) noyabr) hakimiyyətini İrəvan quberniyasına da yaydı. İrəvan quberniyasında da Müəssislər məclisinə (Rusiya) seçkilərdə daşnaklar və sazişçilər qalib gəldilər. 1918-ci ilin 10 (23) fevralında işə başlayan Zaqafqaziya seymi Cənubi Qafqazın Rusiyadan ayrılmasını təsdiqlədi (1918, mart). Zaqafqaziya Demokratik Federativ Respublikası elan olunduqda (1918, 22 aprel) İrəvan quberniyası onun tərkibinə qatıldı.

 

 

İrəvan quberniyası

 

Rusiya Sovet Federativ Sosialist Respublikası (RSFSR) hökuməti İrəvan quberniyası və Osmanlı imperiyasında yaşayan ermənilərdən özünün siyasi məqsədləri üçün istifadə etməkxəttini həyata keçirirdi. 1917-ci il dekabrın 17 (30)-da Millətlərin işləri üzrə xalq komissarlığında erməni işləri üzrə ayrıca komissarlıq yaradılmışdı. RSFSR Xalq Komissarları Soveti 1917-ci il dekabrın 27-də (1918,11 yanvar) «Türkiyə Ermənistanı haqqında dekret» qəbul etdi. Rus hərbi hissələrinin Qafqaz cəbhəsindən geri çağırılması (1917, dekabr-1918, yanvar) daşnakların mövqeyini xeyli gücləndirdi. İrəvan quberniyasında azərbaycanlılara qarşı soyqırımı daha da genişləndirildi.

 

 

İrəvan bölgəsinin erməniləşdirilməsi

 

Çar Rusiyası tərəfindən ermənilərin İrəvan bölgəsinə köçürülməsi. Ermənilərin azərbaycanlılara qarşı silahlı çıxışları

 

Rusiya imperiyası Şərqdə, o cümlədən Azərbaycanda işğalçılıq planlarının həyata keçirilməsində və burada möhkəmlənməsində ermənilərə böyük rol ayırmışdı. Ermənilər də Rusiyadan istifadə etməklə müəyyən siyasi məqsədlərə nail olmaq istəyirdilər. Bu dövrdə xüsusilə intensiv inkişaf edən erməni rusiyaşünaslığı və Rusiya ermənişünaslığı həmin ideya siyasi məqsədlərə nail olmaq üçün bir-birini tamamlayır, türk - müsəlman varlığının məhvini hədəfə alırdı.

XV əsrin sonuna aid «Mən çariçanı gördüm» adlı anonim erməni poemasında rus knyazı III İvanla (1462-1505) Bizans şahzadə xanımı Sofiya Paleoloqun toyu təsvir olunur. Sofiya bu münasibətlə III İvanın təklif etdiyi hədiyyələrdən imtina edərək, ondan İstanbulun tutulmasını tələb edir. III İvan isə Sofiyaya Qüdsü azad edəcəyini və Eçmiədzinə qədər gedəcəyini bildirir. Ermənilərin Rusiyaya ümidləri sonrakı dövrlərə, xüsusilə XVIII-XIX əsrin əvvəllərinə aid əsər və siyasi sənədlərdə də davam etdirilir.

Rus-erməni münasibətləri Kazan xanlığının (1552) və Həştərxan xanlığının (1556) işğalı, Osmanlı dövləti ilə müharibələr (1635-1639, 1711, 1768-1774, 1787-1791-ci illər) zamanı genişlənir, Rusiyanın Xəzərsahili torpaqları istila etmək siyasəti ilə daha möhkəmlənir. Bu hadisələr zamanı ermənilərin Rusiyaya köçürülməsi və burada erməni koloniyalarının yaradılması başlanır. Bu işdə I Pyotrun (1682-1725) erməni xalqına fərmanı (1724,10 noyabr) böyük rol oynadı. Həmin fərmana görə Rusiyanın işğal etdiyi torpaqlara ermənilərin köçürülməsi və məskunlaşdırılması üçün yerlər ayrıldı. I Pyotrun siyasi xətti onun varisləri, xüsusilə II Yekaterina (1762-1796) tərəfindən davam etdirildi. 1801-ci il manifestlərində də Rusiyanın planında ermənilərin rolu əksini tapırdı. Rusiya müxtəlif yerlərdə yaşayan erməniləri yeni işğal olunmuş torpaqlara gətirir, onların rus qoşunları tərkibinə daxil olmasına şərait yaradır, eyni zamanda yerli hakimlərə qarşı əməliyyatlara cəlb edirdi.

Çar Rusiyası tərəfindən ermənilərin XIX əsrin ilk qərinəsində Şimali Azərbaycan torpaqlarına köçürülməsində iki mərhələ ayırmaq olar: 1801-1828-ci il Türkmənçay müqaviləsinədək olan dövr və Türkmənçay müqaviləsindən sonrakı ilk illər.

1801-1828-ci illərdə Rusiya tərəfindən ermənilərin Şimali Azərbaycana köçürülməsi işğal prosesi ilə paralel getmişdi. Bu dövrdə köçürülən ermənilərin coğrafi mənbələrini, əsasən onların əvvəllər gəldikləri və hələlik Rusiya işğalından kənarda qalan Şimali Azərbaycan əraziləri təşkil edirdi. Bununla yanaşı Osmanlı və Qacarlar dövlətlərinin erməni təbəələrini də köçürməyə cəlb edilməsinə cəhdlər göstərilirdi.

Rusiya imperiyası 1804-cü ilin yanvarında ermənilərin də yaxından iştirakı ilə Gəncə xanlığını işğal etdi. 1805-ci il may ayının 14-də Qarabağ, 21-də isə Şəki xanlıqları ilə onların Rusiya himayəsinə keçməsi haqqında Kürəkçay müqavilələri imzalandı. Dekabr ayında isə Şirvan xanlığı ilə də belə bir müqavilə imzalandı. 1806-cı ildə Dərbənd, Quba və Bakı xanlıqları, 1813-cü ildə Lənkəran (Talış) xanlıqları ilhaq edildi. Rusiya imperiyası eyni zamanda Qacarlılar dövləti ilə də müharibə (1804-1813) aparırdı. Müharibənin sonunda bağlanan Gülüstan müqaviləsi ilə Naxçıvan və İrəvan xanlıqları istisna olmaqla Şimali Azərbaycan torpaqları Rusiya tərəfindən ələ keçirildi. Rusiya imperiyası işğal prosesində İrəvan xanlığının tutulmasına xüsusi əhəmiyyət verirdi. Bunun üçün xanlıq ərazisindəki ermənilərdən istifadə edilir, digər tərəfdən onların artıq Rusiya tərəfindən ələ keçirilmiş ərazilərə köçürülməsi yolu ilə xanlığa zərbə vurulurdu. Qafqazdakı rus qoşunlarının baş komandanı general P.D.Sisianov İrəvan ermənilərini Gəncəyə (Rusiya işğalından sonra şəhərin adı dəyişdirilərək Yelizavetpol qoyulmuşdu) köçürməyə çalışırdı. Qarabağ, Şəki, Şirvan və digər Şimali Azərbaycan torpaqlarının erməniləşdirilməsi də fəal şəkildə davam etdirilirdi. Bu hal Şəki (1819), Şirvan (1820) və Qarabağ (1822) xanlıqlarının ləğvindən sonra daha geniş miqyas aldı.

1804-1813-cü illərdə rus-İran və elə həmin dövrdə gedən Rus-Osmanlı müharibəsi (1806-1812) Rusiyanın işğalçılıq planlarına son vermədi. 1826-cı ildə Rusiya Qacarlar dövləti ilə yeni müharibəyə (1826-1828) başladı. Müharibənin ilk dövrləri Qacarlar üçün uğurlu olsa da sonra üstünlük Rusiyaya keçdi. 1827-ci ilin mayında Naxçıvan, oktyabrında İrəvan tutuldu. Beləliklə, bundan əwəl Şimali Azərbaycana köçürülmüş ermənilərin Rusiya imperiyasının təbəəliyinə keçməsi başa çatdı. Ermənilərin köçürülməsinin yeni coğrafi mənbələri kimi Qacarlar və Osmanlı dövlətləri əsas yerə keçdi.

Erməni katolikosu Nerses Aştaraketsi köçürmə haqqında layihə hazırladı. Rus yazıçı və diplomatı A.S.Qriboyedov (1795-1829) da bu planın hazırlanması və həyata keçirilməsində mühüm rol oynadı.

Nerses 1827-ci ilin noyabrında ermənilərin köçürülməsinə rəhbərlik etmək üçün Peterburqdan dəvət edilmiş və bu zaman Təbrizdə olan Yegiazar Lazaryana yazırdı: «İndi mən bizim erməni millətinin sədaqətli müdafiəçisi cənab A.S.Qriboyedovdan əsir xristianlar haqqında mənim xahişimi unutmamasını və onları olduğu hər yerdə rus ağalığının qüdrətli bayrağı altına qəbul edilməsini rica etdim... Mən həmçinin İranda olan bütün ermənilər haqqında zati-alidən (Qafqazdakı rus qoşunlarının baş komandanı (1827-1831) İ.F.Paskeviç) xahiş etdim və indi mən cənaba (Qriboyedova) [bu barədə] yazıram və cənabınızdan da rica edirəm: İvan Fyodoroviç Paskeviçi lütfən sövq edəsiniz ki, barışıq zamanı İranın hakimiyyəti altında olan şəhər və kəndlərdə yaşayan ermənilərin böyük Rusiya imperiyasının himayəsi altında azad surətdə Ermənistana qayıtması haqqında maddəni müqaviləyə daxil etməyi unutmasın». A.S.Qriboyedov və İ.F.Paskeviç ermənilərin İrandan köçürülməsini müqavilə hazırlanarkən unutmadılar. Bu məsələ öz əksini Türkmənçay müqaviləsinin XV maddəsində tapdı. Həmin maddədə deyilir: «Şah həzrətləri... Azərbaycan adlanan vilayətin (Cənubi Azərbaycan nəzərdə tutulur) bütün əhalisinə və məmurlarına büsbütün və tam bağışlanma əta edir... bundan başqa o məmur və sakinlərə bu gündən başlayaraq öz ailəsi ilə birlikdə İran vilayətindən Rusiyaya sərbəst keçmək, hökumət və yerli rəisliyin heç bir maneəçiliyi olmadan onların satlıq malına və ya əmlak və əşyalarına hər hansı gömrük və vergi qoyulmadan tərpənən mülkiyyətini aparmaq və satmaq üçün bir il vaxt verilir. Tərpənməyən əmlaka gəldikdə isə onun satılması və ya onun haqqında könüllü sərəncam üçün beş illik müddət müəyyən edilir». Bu maddənin müəllifi Qriboyedov hesab olunur. Göründüyü kimi XV maddədə konkret olaraq «İran erməniləri»nin adı çəkilmir. Bu da diplomatik səciyyə daşıyır, çünki məsələnin ümumi şəkildə qoyulması onun real həyatda daha geniş və məqsədə müvafiq şəkildə tətbiqinə imkan verməli idi.

Müsəlman hakim təbəqələrin tabeliyində olan erməni kəndliləri ilə bağlı məsələ də bu dövrdə yenidən meydana çıxdı. Baş qərargah rəisi Dibiçin Paskeviçə göndərdiyi xüsusi «Qaydalar»da müsəlman ali silkinin tabeliyindəki ermənilərə daxili özünüidarə verilməsi ideyası irəli sürüldü. Bu ideya mülki işlər üzrə hakim Velyaminovtərəfindən mənfi qarşılanmışdı. Lakin Paskeviç sonrakı fəaliyyətində bu ideyanı əsas götürmüşdü.

Türkmənçay müqaviləsinin bağlanmasından sonra Rusiya tərəfindən ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsinin yeni mərhələsi başlandı. Onun xarakterik cəhəti köçürmənin kütləvi şəkil alması, coğrafi mənbələri (İran və Osmanlı imperiyası) və s. ilə bağlı idi.

Ermənilərin köçürülməsini təşkil etmək üçün İrəvan və Naxçıvanda köçürmə komitələri yaradıldı. Köçkünlərə mühüm imtiyazlar verildi: onlar 6 il müddətində vergi və imtiyazlardan azad edildi, ermənilərə İrandan ayrılan təzminat hesabına vəsait verildi və i.a.

Hazırlıq tədbirləri həyata keçirildikdən sonra köçürmə başladı. İrandan köçürülən ermənilərin sayı 40-50 min nəfər təşkil edirdi. 1828-1829-cu illər rustürk müharibəsinin gedişində və müharibədən sonra Türkiyədən də 90 minədək erməni köçürüldü. Köçürmənin əsas istiqaməti Cənubi Qafqazdakı Azərbaycan torpaqlarına yönəlmişdi. N.Şavrov 1911-ci ildə Peterburqda nəşr olunmuş «Zaqafqaziyada Rusiya mənafeyinə yeni təhlükə» adlı kitabında yazırdı ki, «Hazırda Zaqafqaziyada yaşayan 1 milyon 300 min erməninin 1 milyondan çoxu diyarın yerli əhalisi deyil və bura bizim tərəfimizdən köçürülmüşdür». Ermənilər köçürülərkən onların Şimali Azərbaycan torpaqlarında, xüsusilə Naxçıvan, İrəvan və Qarabağda yerləşdirilməsinə mühüm əhəmiyyət verilirdi. Nersesin layihəsinə görə rus ordusunun tutduğu bölgələrdən -Təbriz, Xoy, Salmas, Marağadan bütün ermənilər Naxçıvan, İrəvan və Qarabağ vilayətlərinə köçürülməli idi. Onun bu tələbi köçürmə işində canfəşanlıq edən ermənipərəst güruh tərəfindən ardıcıl şəkildə həyata keçirildi. Yuxarıda adıçəkilən N.Şavrov da qeyd edirdi ki, müharibədən sonrakı iki ildə (1828-1830-cü illər) biz Zaqafqaziyaya İrandan 40 min, Türkyədən 84 min erməni köçürmüş və onları ermənilərin azlıq təşkil etdiyi İrəvan və Yelizavetpol quberniyalarında yerləşdirmişdik. Oralara 200 min desyatin xəzinə torpağı ayrılmış, onlar üçün müsəlmanlardan 2 milyon manatlıq xüsusi sahibkar torpağı satın alınmışdır. Yelizavetpol quberniyasının dağlıq hissəsi və Göyçə gölü sahili həmin ermənilərlə məskunlaşdırılmışdır.

Ermənilərin köçürülməsi nəticəsində Qarabağ, İrəvan və Naxçıvan bölgələrinin əhalisinin etnik tərkibi əsaslı dəyişikliyə məruz qaldı. Əgər Qafqazdakı rus qoşunlarının baş komandanı Yermolovun (1816-1827) sərəncamına əsasən Qarabağ əyalətinin 1823-cü ildə aparılmış «təsviri»nə görə buradakı 20 minədək ailədən 1,6 minədək olan hissəsi (cəmi 8,4 %) erməni idisə, 1832-ci il məlumatına görə ermənilərin xüsusi çəkisi 34,8 %-ə qalxmışdı.

Rusiya tərəfindən işğal edilənədək İrəvan xanlığının əhalisinin 20 %-dən bir az çoxunu ermənilər təşkil edirdisə, 1834-1835-ci illərdə bu rəqəm 46 %-i ötmüşdü. Naxçıvanın da etniktərkibi eyni dəyişikliyə uğramışdı. Əgər köçürülməyədək Naxçıvan dairəsində 434 erməni həyəti var idisə, köçürülmə nəticəsində bura 2285 ailə gətirilmişdi. Bütövlükdə Naxçıvan vilayətinə (Ordubad dairəsi daxil olmaqla) 2551 ailə köçürülmüşdü.

Ermənilərin Rusiya tərəfindən işğal olunmuş Şimali Azərbaycan torpaqlarına, o cümlədən Qərbi Azərbaycana köçləri 1853-1856-cı illər Krım müharibəsi, 1877-1878-ci illər rus-türk müharibələri, XIX əsrin 90-cı illərində Osmanlı imperiyasında dövlət əleyhinə çevrilmiş erməni qiyamlarının yatırılmasından sonra da davam etmişdir.

Çar Rusiyası tərəfindən ermənilərin köçürülməsi ilə Azərbaycan torpaqlarında etnodemo-qrafik durumun ermənilərin xeyrinə dəyişdirilməsi ilə yanaşı, onların idarəetmə sistemində və təsərrüfat həyatında möhkəmləndirilməsi tədbirləri də reallaşdırılırdı. Bütün bunlar ermənilərin yerli azərbaycanlı əhalisinə qarşı düşmənçilik münasibətinin yaranması və dərinləşməsinə səbəb oldu. İrəvan qubernatorunun çara 1905-ci il hesabatından məlum olur ki, Çar Rusiyasının hakimiyyət orqanları tərəfindən silahlandırılan və qızışdırılan ermənilərlə dinc azərbaycanlı əhali arasında ilk toqquşmalar hələ XIX əsrin 80-ci illərində baş vermişdir. Tarixə 1905-1906-cı illər «erməni-müsəlman davası» kimi daxil olan hadisələr zamanı erməni silahlı dəstələri azərbaycanlılara qarşı genişmiqyaslı müharibəyə başlamışdılar. Ermənilər Bakı, Naxçıvan və Qarabağla yanaşı, İrəvan şəhəri və qəzasında, Üçkilsə (Eçmiədzin) və Zəngəzurda da 1905-ci ilin iyun - 1906-cı ilin avqustunda azərbaycanlılara qarşı açıq müharibəyə keçmiş, qətllər, qarətlər və soyqırımları törətmişdilər.

 

Qərbi Azərbaycanda erməni dövlətinin yaradılması

 

Ermənistan (Ararat) Respublikası (1918-1920). Zaqafqaziya seyminin dağılmasından sonra (1918, 26 may) daşnaklar 1918-ci il mayın 28-də Tiflisdə Erməni (Ararat) respublikasının yaranmasını elan etdilər.

İrəvanın ermənilərə verilməsi. 1918-ci il mayın 29-da Tiflisdə Azərbaycan Milli Şurasının iclası keçirildi. İclasın 3 nömrəli protokoluna görə Fətəli xan Xoyski şura üzvlərinin Azərbaycan və Erməni federasiyası ərazilərinin sərhədləri məsələsinə dair erməni milli şurası ilə apardıqları danışıqların nəticələri barədə məruzə etmişdir. Xoyski məruzəsini Erməni federasiyasınm yaradılması üçün onlara siyasi mərkəz lazım olduğunu, Aleksandropolun (Gümrü) Türkiyəyə keçməsindən sonra belə mərkəzin yalnız İrəvan ola biləcəyi haqqında məlumat verdikdən sonra İrəvanın ermənilərə güzəştə gedilməsinin zəruri olduğunu bildirmişdir. Xəlil bəy Xasməmmədov, Məmməd Yusif Cəfərov, Əkbər ağa Şeyxülislamov, Məhəmməd Məhərrəmov bu məsələ üzrə çıxış edərək, İrəvanın ermənilərə güzəştini tarixi zərurət, labüd bədbəxtlik adlandırdılar. Bu məsələ üzrə səsvermə nəticəsində 28 Şura üzvündən 16-sı İrəvanın güzəşt edilməsinin lehinə, 1 nəfər əleyhinə səs vermiş, 3 nəfər bitərəf qalmışdır (protokolda belə göstərilmişdir). Beləliklə, Azərbaycan Milli Şurası Azərbaycan xalqının rəyini öyrənmədən İrəvanın Ermənistana güzəştə gedilməsi haqqında qərar qəbul etmişdir. Azərbaycan Cümhuriyyəti Hökumətinin baş naziri Fətəli xan Xoyski mayın 29-da xarici işlər naziri Məmməd Həsən Hacınskiyə yazırdı: «Biz ermənilərlə bütün mübahisələrə son qoyduq, onlar ultimatumu qəbul edəcək və müharibəni qurtaracaqlar. Biz İrəvanı onlara güzəştə getdik». Milli Şuranın iyunun 1-də keçirilən iclasında həmin məsələyə yenidən baxılaraq, bu qərara protest elan edildi. Protesti Şuranın İrəvandan olan 3 üzvü imzalamışdı. Milli Şura protesti müzakirə olunmadan iclas protokoluna əlavə etməyi qərara aldı. İrəvanın ermənilərə güzəşt olunması haqqında qərarın qəbul edilməsi, onun əsaslandırılması üçün gətirilən bütün dəlillərə baxmayaraq, siyasi cəhətdən tamamilə səhv addım idi.

Ermənistan Respublikası ilə Osmanlı dövləti arasında bağlanmış 1918-ci il 4 iyun tarixli Batum müqaviləsinə əsasən, Sürməli qəzası, Aleksandropol (Gümrü), Şərur, Eçmiədzin və İrəvan qəzalarının böyük bir hissəsi Osmanlı dövlətinə keçdi. İrəvan quberniyasının ərazisinin üçdə bir hissəsindən azı Ermənistanın əÜndə qaldı. Lakin Birinci Dünya müharibəsində Osmanlı dövlətinin məğlubiyyəti (1918-ci il Mudros barışığı) onun bu torpaqlarda möhkəmlənməsinə imkan vermədi. Azərbaycan Xalq Cümhuriyyəti də İrəvan quberniyasının tərkibinə daxil olan ərazilərində öz hakimiyyətinin bərqərar edilməsinə nail ola bilmədi.

Yenicə yaradılmış Ermənistan (Ararat) Respublikasının Azərbaycan, Gürcüstan və Osmanlı dövlətlərinə qarşı təcavüzkar siyasəti. Ermənistanın keçmiş Tiflis quberniyasının Axalkalaki (Axalkələk) və Borçalı qəzalarına qarşı əsassız iddia irəli sürdü. Azərbaycan Xalq Cümhuriyyəti tarixi torpaqlarının öz sərhədləri daxilində birləşdirilməsi üçün fəal xarici siyasət yeritsə də, müharibəyə qoşula bilmədi. Lakin Ermənistan öz işğalçılıq planlarını müharibə yolu ilə həll etmək yolunu tutdu. Osmanlı imperatorluğu ilə Cənubi Qafqaz respublikaları arasında bağlanmış Batum müqavilələrinə (1918) əsasən, Gürcüstanla Ermənistanın sərhəd zolağında türk qoşunları yerləşmişdi. Oktyabrın 18-də türk qoşunları oradan çıxdılar və həmin yerləri Gürcüstanı müdafiə edən alman qoşunları tutdu. Birinci Dünya müharibəsində (1914-1918) məğlub olmuş Almaniyanın hərbi qüvvələri bu əraziləri tərk etdikdə, Borçalı qəzasının xeyli hissəsi Gürcüstan hökumətinin nəzarətinə keçdi. Ermənistan Gürcüstana nota verərək, onun Axalkalakidən çıxmasını tələb etdi. Oktyabr-noyabr aylarında tərəflər arasında qarşılıqlı ittihamlar kəskinləşdi, ermənilər Axalkalaki və Borçalıda təxribatlar, silahlı toqquşmalar törətməyə başladılar. Ermənistan Axalkalakiyə süvari eskadron, Borçalıya isə 4-cü erməni polkunun hissələrini göndərdi. Dekabrın 9-da hərbi əməliyyatlar başlandı. Döyüşlər azərbaycanlıların elliklə yaşadığı və tarixən onlara məxsus olan Borçalı qəzasında gedirdi. Ermənistanın notasına görə Gürcüstan Borçalı, Axalkalaki qəzalarından və Tiflis də daxil olmaqla, eyni adlı qəzanın bir hissəsindən imtina etməli idi. Dekabrın 17-də Gürcüstan Ermənistana rəsmən müharibə elan etdi, Ermənistanla diplomatik əlaqələri kəsdi. Dekabrın 18-31-də tərəflər arasında hərbi əməliyyatlar baş verdi. Müharibə Azərbaycanın tarixi torpaqlarına və onun əhalisinə ciddi ziyan vurdu. Birinci Dünya müharibəsində qələbədən sonra Qafqazda mövqeyi güclənən İngiltərə Ermənistan-Gürcüstan müharibəsinin dayandırılmasında fəal iştirak etdi. Ermənistan tərəfi dekabrın 31-də hərbi əməliyyatları dayandırmağa razı olduğunu bildirdi. Gürcüstan hökuməti də bununla razılaşdı. 1919-cu il yanvarın 9-17-də Tiflisdə Ermənistan-Gürcüstan konfransı keçirildi. Ermənistan və Gürcüstan arasında sərhəd məsələsi Antanta Ali Şurası tərəfindən həll edilənədək Borçalı qəzasının şimal hissəsinin Gürcüstana, cənub hissəsinin isə Ermənistana verilməsi, Allahverdi mis mədənlərinin olduğu orta hissədə isə «neytral zona» yaradılması qərara alındı. Neytral zonanın idarəsi ingilis general-qubernatoruna həvalə edildi. Azərbaycanın qanuni iddiası olan Borçalının müqəddəratının həll olunduğu konfransa Azərbaycan Xalq Cümhuriyyətinin nümayəndə heyəti dəvət edilməmişdi. Ona görə də Azərbaycanın Tiflisdəki nümayəndəsi öz ölkəsinin bu qərarı tanımayacağını bildirdi. Sonralar Rusiya Kommunist (bolşeviklər) Partiyası Mərkəzi Komitəsi Qatqaz bürosunun 1921-ci il 7 iyul tarixli qərarı ilə «neytral zona» da Ermənistana birləşdirildi. Beləliklə, Borçalının azərbaycanlı əhalisinin öz müqəddəratını təyin etmək hüququ kobudcasına pozuldu, əzəli Azərbaycan torpağı olan və azərbaycanlıların elliklə yaşadığı Borçalı Gürcüstanla Ermənistan arasında bölüşdürüldü.

Ermənistan Respublikası Azərbaycana qarşı da ərazi iddialarını təcavüzkarlıq və etnik təmizləmə siyasəti ilə həyata keçirməyə çalışırdı. 1919-cu ilin payızında Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları daha kəskin şəkil aldı. Azərbaycan Hökumətinin dövlətin ərazi bütövlüyünü qorumaq üçün həyata keçirdiyi tədbirlər ermənilərin hərbi-diplomatik fəaliyyətini puça çıxardı. ABŞ-ın və İngiltərənin Qafqazdakı nümayəndələri bölgədə hərbi vəziyyətin kəskinləşməsinin Paris Sülh konfransının işinə maneçilik göstərəcəyi barədə narahatlıqlarını Azərbaycan və Ermənistan hökumət başçılarına bildirdilər. ABŞ nümayəndəsi C.Rey tərəflər arasındakı mübahisəli məsələləri dinc yolla həll etmək üçün Tiflisdə konfrans keçirilməsini təklif edirdi. Noyabrın 20-22-də Tiflisdə Azərbaycan və Ermənistan hökumət başçıları Nəsib bəy Yusifbəyli və A.Xatisyanın başçılığı ilə nümayəndə heyətlərinin görüşləri keçirildi. Noyabrın 23-də isə vasitəçi-təminatçılar olan müttəfiqlərin Qafqazdakı Ali komissarının müavini C.Rey və Gürcüstanın xarici işlər naziri Y.Gegeçkorinin iştirakı ilə tərəflər arasında saziş imzalandı.

Saziş beş maddədən ibarət idi: 1-ci maddəyə görə Ermənistan və Azərbaycan hökumətləri baş verən toqquşmaları dayandırmağı və yenidən silah gücünə əl atmamağı öhdələrinə götürürdülər; 2-ci maddə ilə tərəflər Zəngəzura gələn yolların düzəldilməsi və açılması, bu yollarda hərəkətin təhlükəsizliyi üçün təsirli tədbirlər görülməsinə razılaşırdılar; 3-cü maddədə tərəflər, sərhədlər haqqında məsələlər də daxil olmaqla, bütün mübahisələri dinc yolla həll etməyi öhdələrinə götürürdülər. Dinc yolla razılığa gəlmək mümkün olmadıqda, hər iki tərəf Amerika polkovniki Reyi münsiflər məhkəməsi sifəti ilə bitərəf şəxs kimi qəbul edir və onun qərarlarını məcburi yerinə yetirməyə razılaşırdılar; 4-cü maddədə noyabrın 26-da Bakıda Azərbaycan - Ermənistan konfransının keçirilməsi qərara alınırdı; 5-ci maddə sazişi imzalandığı gündən qüvvədə sayır və parlamentlərin təsdiqindən sonra hüquqi qüwəyə mindiyini təsbit edirdi. Lakin real tarixi faktlar göstərdi ki, Ermənistan bu sazişlə üzərinə düşən öhdəlikləri yerinə yetirmədi. Erməni tərəfinin günahı üzündən noyabrın 26-da keçirilməsi nəzərdə tutulan Azərbaycan - Ermənistan konfransı yalnız dekabrın 14-21-də baş tutdu. Bu konfransda da əməli qərarların qəbul edilməsi mümkün olmadı. 1920-ci ilin aprelində Cənubi Qafqaz dövlətlərinin Tiflisdəki konfransı zamanı aparılan müzakirələr də müsbət nəticə vermədi.

Azərbaycanda Aprel işğalının (1920) həyata keçirilməsi ilə 1919-cu il Azərbaycan - Ermənistan sazişi əhəmiyyətini itirdi.

Erməni daşnak hökuməti Türkiyəyə qarşı da təcavüzkarlıq xətti yeridirdi. Bu siyasət onlar arasında müharibəyə səbəb oldu. Müharibənin başlanmasında böyük dövlətlərin antitürkiyə siyasəti də az rol oynamamışdı. Versal-Vaşinqton sisteminin tərkib hissəsi kimi Paris Sülh konfransında (1919-20) hazırlanmış Sevr sülh müqaviləsi (1920) Osmanlı imperiyasının bölüşdürülməsini nəzərdə tuturdu. Müqavilənin imzalanmasına Birinci Dünya müharibəsinin qalib dövlətləri ilə yanaşı, Ermənistan (Ararat) Respublikası da cəlb edilmişdi. Müqaviləyə görəTürkiyənin Van, Bitlis, Ərzurum və Trabzon vilayətlərinin bir hissəsi erməni-daşnak hökumətinə verilməli idi. Türkiyə Böyük Millət Məclisi ölkənin ərazisini bölüşdürən bu müqaviləni rədd etmiş, sultan da onu ratifikasiya etməmişdi. Ermənistan isə Türkiyəyə qarşı əsassız ərazi iddialarını həyata keçirmək üçün müharibəyə başladı. 1920-ci il iyunun 18-də daşnaklar Oltu şəhərini tutdular. Rusiya hökuməti Ermənistanla may-iyun və Türkiyə ilə iyul-avqust aylarında Moskvada keçirilən konfranslarda hadisələrə müdaxilə etməyə çalışdı. Lakin hər iki tərəf onun təkliflərini qəbul etmədi. Türk ordusu işğal olunmuş torpaqların azad edilməsinə başladı; sentyabrın 29-da Sarıqamışı, sonra Ərdəhanı azad etdi. Çıxılmaz vəziyyətə düşdüyünü görən erməni-daşnak hökuməti türklərin azadlıq yürüşünü dayandırmaq üçün Qərb dövlətlərinə, «bütün sivilizasiyalı dünyaya», müttəfiqlərə müraciət etdi, lakin türklərin uğurlu, ədalətli mübarizəsi bu cür «müraciətləri» cavabsız qoydu. Oktyabrın 30-da türklər Qarsa daxil olaraq, Aleksandropol (Gümrü) istiqamətində hücumu davam etdirdilər. Ermənistanın ABŞ, B.Britaniya, Fransa və İtaliyaya yeni müraciətləri də cavabsız qaldı. Gürcüstan Respublikası isə noyabrın 6-da neytrallığını elan etmişdi. Sovet Rusiyası bu müharibədən istifadə edərək Ermənistanda möhkəmlənməyə çalışırdı. Lakin erməni- daşnak hökumətinin onun hərbi kömək təklifini rədd etməsi bu niyyəti boşa çıxartdı. Türklər uğurlu hərbi əməliyyatlar nəticəsində noyabrın 7-də Aleksandropolu azad etdilər. İrəvan üzərinə yürüş başlandı. Noyabrın 18-də Ermənistan barışıq imzalamağa məcbur oldu. Noyabrın 29-da Ermənistanda sovet hakimiyyəti quruldu. Sovet Rusiyasının hərbi əməliyyatları nəticəsində devrilmiş daşnak hökuməti qüwələrini sovet hakimiyyətinə qarşı səfərbər etmək üçün dekabrın 2-də Gümrü müqaviləsini (1920) imzaladı.

Müqaviləni Türkiyə hökuməti tərəfindən Fərid Kazım Qarabəkir paşa, Ərzurum valisi Hamid bəy, Ərzurumdan deputat Süleyman Nicati bəy, Ermənistan Respublikası tərəfindən baş nazir A.Xatisyan, maliyyə naziri A.Gülxəndanyan, daxili işlər nazirinin müavini S.Qordanyan imzalamışlar. Müqavilə 18 maddədən ibarət idi. 1-ci maddə ilə müharibəyə son qoyulduğu və tərəflərin daimi sülh üçün danışıqlara başladığı bildirilirdi. 2-ci maddədə Türkiyə ilə Ermənistan Respublikası arasındakı sərhəd dəqiqləşdirilirdi. Ermənistan Respublikasının ərazisi İrəvan və Göyçə gölü bölgələrindən ibarət olmaqla əvvəlki sərhədlərinə —1918- ci il 21 iyun sərhədlərinə qaytarılırdı. Həmin maddənin ikinci hissəsində deyilirdi: «Kükü dağı, Həməsur dağı, Qurdqulaq kəndi, Sayat dağı, Arpaçay evləri, Kömürlü dağı, Saraybulaq, Ararat stansiyası, Araz çayı yaxınlığındakı Aşağı Qarasunun töküldüyü yerdən keçən zolağın cənubundakı (Naxçıvan, Şahtaxtı, Şərur) əraziyə, daha sonra referendumla təyin olunacaq idarə formasına və bu idarənin əhatə edəcəyi torpaqlara Ermənistan qarışmayacaq, həmin ərazidə hələlik Türkiyənin himayəsində yerli idarə yaradılacaqdır». Ermənistan Respublikasının təcavüzkar siyasəti nəzərə alınaraq müqavilədə onun silahlı qüvvələrinin həddi müəyyən edilirdi. 4-cü maddəyə görə Ermənistan hökuməti «daxili təhlükəsizliyini qorumaq üçün lazımi səviyyədə yüngül silahlı jandarm qüwəsi və ölkəni qorumağa ayrılan 8 dağ və ya səhra topu ilə 20 pulemyota malik 1500 muzdlu əsgərdən ibarət birlikdən artıq hərbi qüvvəyə malik olmayacağını öhdəsinə götürürdü». Ermənistan Respublikası hərbi mükəlləfiyyət keçirə bilməzdi. 5-ci maddəyə görə, müqavilə şərtlərinin yerinə yetirilməsinə nəzarət Türkiyənin İrəvandakı siyasi nümayəndəsi və ya səfirinə həvalə olunurdu. Bunun müqabilində Türkiyə hökuməti Ermənistan Respublikasının istəyinə əsasən, ona silahlı yardım etməyi öhdəsinə götürürdü. Ermənistan Respublikası ərazisindən Türkiyə üçün təhlükə yarandıqda, Türkiyə hökuməti Ermənistana qoşun yeridə bilərdi. Müqavilənin 6 və 7-ci maddələri köçkünlərlə bağlı idi. Hər iki tərəf, müharibə zamanı düşmən ordusu tərəfinə keçərək, öz dövlətinə qarşı silah işlədənlərdən və ya işğal olunmuş torpaqlarda kütləvi qırğınlarda iştirak edənlərdən başqa, qalan köçkünlərin əwəlki sərhəd daxilindəki yurdlarına dönmələrinə razılıq verirdi. Türkiyə hökumətinin müharibənin əsas səbəbkarı olan məğlub tərəfdən - Ermənistan Respublikasından təzminat tələb etməyə tam haqqı olsa da, o humanizm prinsiplərinə hörmət edərək, bundan imtina etdi (8-ci maddə), habelə 2-ci maddədə göstərilən sərhədlər daxilində suverenliyini bütünlüklə inkişaf etdirmək və gücləndirməkdə ermənilərə yardım göstərməyi öhdəsinə götürdü. 10-cu maddəyə əsasən, Ermənistan hökuməti Antanta dövlətlərinin Türkiyə Böyük Millət Məclisi tərəfindən qəti surətdə rədd edilmiş qarətçi Sevr müqaviləsini (1920, 10 avqust) etibarsız saydı və bununla da özünün Batum müqaviləsi (1918, 4 iyun) ilə nəzərdə tutulan əraziləri hüdudlarında mövcudluğunu təsdiqlədi. 11-ci maddə Ermənistan Respublikası ərazisində yaşayan türk-müsəlman əhalinin hüquqlarına aid idi. Ermənistan hökuməti öz ərazisində yaşayan türk-müsəlman əhalinin mədəni və dini inkişafı üçün şərait yaratmağı öhdəsinə götürürdü. 12-ci maddə nəqliyyat məsələlərini, xüsusilə tranzit nəqliyyatını tənzimləməli idi. Türkiyə hökuməti Şərur, Naxçıvan, Şahtaxtı və Culfa yolu ilə tranzit əlaqələrinin sərbəstliyinin təminatını öz üzərinə götürürdü. Türkiyə hökuməti Ermənistan Respublikası daxilində müvəqqəti olaraq hərbi qüwə saxlamaq hüququ əldə edirdi (13-cü maddə). Ermənistan hökuməti hər hansı bir dövlətlə bağlanan müqavilələrin Türkiyənin mənafeyinə, yaxud maraqlarına zidd olan maddələrini etibarsız saymağı qəbul edir və bunu öhdəsinə götürürdü (14-cü maddə). Sonrakı maddələrdə iqtisadi-siyasi münasibətlərin nizama salınmasından və müqavilənin təsdiqindən bəhs olunurdu. Müqavilənin sonunda hər iki tərəfin qəbul etdiyi belə bir fikir də diqqəti cəlb edir: tərəflər arasında anlaşılmazlıq meydana gəldikdə, müqavilə türkcə mətnə əsasən təhlil olunmalı idi. Gümrü müqaviləsinin Naxçıvan mahalına münasibətdə müəyyən ədalətsiz müddəaları (qədim türk torpaqları olan Uluxanlı, Qəmərli kəndlərinin və ən başlıcası isə, Böyük Vedi ətrafındakı bir çox Azərbaycan kəndlərinin Ermənistana verilməsi) nəzərə alınmazsa, bu müqavilə Naxçıvan Muxtar Respublikasının indiki sərhədlərinin müəyyənləşdirilməsində mühüm rol oynadı.

Ermənistan SSR (1920-1991). Azərbaycan torpaqlarında qurulan növbəti erməni dövlət qurumu Ermənistan SSR oldu. Ermənistanda sovet hakimiyyəti 1920-ci il noyabrın 29-da quruldu. Bu dövlətin qurulması Ermənistan (Ararat) Respublikasının yaradılmasından bəzi xüsusiyyətlərinə görə fərqlənirdi. Əvvəla, Ermənistan (Ararat) Respublikası digər Cənubi Qafqaz respublikaları - Gürcüstan və Azərbaycanla eyni tarixi şəraitdə və vaxtda elan edilmişdir. Ermənistanın sovetləşdirilməsi isə Azərbaycan SSR-dən (1920, 28 aprel) yeddi ay sonra baş vermiş, bu prosesdə fəal rol oynayan Sovet Rusiyası onu sürətləndirmək üçün Azərbaycan torpaqlarının Ermənistan SSR-ə verilməsindən bir vasitə kimi istifadə etmişdir. İkinci, yenə Sovet Rusiyasının fəal iştirakı ilə Ermənistanda yaşayan azərbaycanlılardan fərqli olaraq Azərbaycan SSR-in Qarabağ bölgəsinin dağlıq hissəsinə muxtariyyət verilməsi üçün tədbirlər həyata keçirməyə başlamışdır. Beləliklə, Azərbaycanın tarixi torpaqlarında Ermənistan SSR yaradılması ilə yanaşı, onun tərkibində muxtar qurum yaratmaq cəhdləri ilə Azərbaycanın daxili işlərinə qarışmaq və yeni ərazi iddiaları üçün zəmin hazırlanmış oldu. Ermənistan SSR və Moskvanın əlbir fəaliyyəti nəticəsində tarixi Azərbaycan torpaqları olan Zəngəzurun ərazisinin böyük bir hissəsi Ermənistana verildi. Naxçıvanla digər Azərbaycan torpaqları arasında birbaşa əlaqə kəsildi. Eyni zamanda Ermənistanla İran arasında birbaşa əlaqə yarandı, Ermənistan XKS-nin 1921-ci il 20 iyulda təsdiq etdiyi yeni inzibati-ərazi bölgüsünə əsasən, oradakı 8 qəzaya daha bir qəza - Zəngəzur əlavə edildi. Bütün bunlardan sonra Sovet Rusiyası Cənubi Qafqazla (Gürcüstanda sovet hakimiyyəti 1921-ci ilin fevralında qurulmuşdur) Türkiyə arasındakı sərhədlərin təsdiqi yoluna keçdi. 1921-ci il oktyabrın 13-də RSFSR-in iştirakı ilə bir tərəfdən Azərbaycan, Ermənistan, Gürcüstan respublikaları, digər tərəfdən, Türkiyə arasında 16 mart RSFSR-Türkiyə müqaviləsinə uyğun olaraq Qarsda yeni müqavilə imzalandı. Qars müqaviləsi 20 maddə və 3 əlavədən ibarət idi. Birinci maddədə 1921-ci il 16 mart Moskva müqaviləsi istisna olmaqla, razılığa gələn tərəflərin tabeliyindəki ərazilərdə öz suveren hüquqlarını həyata keçirən dövlətlər arasında bağlanmış və yuxarıda göstərilən ərazilərə, həmçinin Cənubi Qafqaz respublikalarına aidiyyəti olan, habelə üçüncü dövlətlərlə bağlanmış müqavilələrin ləğv olunduğu və qüvvədən düşdüyü bildirilirdi. İkinci maddəyə görə, tərəflər onlardan hər hansı birinə güclə, məcburi qəbul etdirilən heç bir sülh müqaviləsini və ya digər beynəlxalq aktı tanımamağa razılaşırdılar. Cənubi Qafqaz respublikaları Türkiyənin, Türkiyə isə onların qəbul etmədiyi hər hansı beynəlxalq aktı tanımamağı üzərinə götürürdü. Üçüncü maddədə kapitulyasiya rejiminə hər hansı münasibəti olan bütün funksiya və hüquqların öz qüvvəsini itirdiyi və ləğv olunduğu qeyd edilirdi. Dördüncü maddə sərhədlər məsələsinə həsr olunmuşdu. Qars müqaviləsinin beşinci maddəsi Naxçıvana aid idi. Həmin maddədə göstərilirdi ki, «Türkiyə hökuməti, Sovet Ermənistanı və Azərbaycan hökumətləri Naxçıvan vilayətinin hazırkı müqavilənin III əlavəsində göstərilən sərhəd daxilində Azərbaycanın himayəsi altında muxtar ərazi təşkil etməsinə razıdırlar». Altıncı maddə ilə Türkiyə Batum şəhərini və limanını müəyyən şərtlərlə Gürcüstana güzəştə gedirdi. 7, 8 və 9-cu maddələrdə Türkiyə və Gürcüstan arasındakı sərhəd məsələlərindən, Qara dəniz və boğazların statusundan bəhs olunurdu. Onuncu maddə ilə «razılığa gələn tərəflər öz ərazilərində digər ölkənin və ya onun ərazisinin bir hissəsində hökumət roluna iddia edən təşkilat və ya qrupların yaranmasına və ya olmasına, həmçinin digər ölkəyə qarşı mübarizə məqsədi güdən qrupların olmasına yol verməməyi öhdəsinə götürürlər». 11, 12 və 13-cü maddələr müqaviləyə qoşulan dövlətlərin vətəndaşları ilə bağlı məsələlərə həsr edilmişdi. On dördüncü maddə ilə müqavilənin imzalandığı gündən sonra 6 ay ərzində 1918-1920-ci illər müharibələri qaçqınlarına aid xüsusi müahidə bağlanması nəzərdə tutulurdu. 15 və 16-cı maddələr Qafqaz cəbhəsindəki hərbi əməliyyatlardan irəli gələn cinayətlərə görə tam əfümumiyyə (amnistiya) elan edilməsi, hərbi və mülki əsirlərin geri qaytarılması haqqında idi. 17 və 18-ci maddələr isə razılığa gələn tərəflər arasında kommunikasiya və iqtisadi əlaqələrə həsr olunmuşdu. On doqquzuncu maddəyə görə, tərəflər müqavilənin imzalanmasından sonrakı 3 ay ərzində konsul konvensiyası bağlamağı öhdələrinə götürürdülər.

Sonuncu - iyirminci maddə müqavilənin ratifikasiya olunmasını nəzərdə tuturdu. Ratifikasiya fərmanları mübadiləsinin İrəvanda həyata keçirilməsi qeyd olunmuşdu. Müqavilə onun imzalanmasından sonra dərhal qüvvəyə minən 6, 14, 15,16, 18 və 19-cu maddələr istisna olmaqla, ratifikasiya fərmanlarının mübadilə olunduğu andan qüvvəyə minməli idi. Qars müqaviləsinin ratifikasiya mübadiləsi 1922-ci il sentyabrın 22-də İrəvanda olmuşdu. Müqavilənin fəaliyyət müddəti məhdudlaşdırılmamışdır.

Sovet Rusiyası Cənubi Qafqazın xarici sərhədlərinin təsdiqindən sonra buradakı respublikalararası münasibətləri öz nəzarətinə almağa başladı. 1922-ci ildə Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası (ZSFSR) yaradıldı. ZSFSR də Azərbaycan torpaqları hesabına digər respublikaların, o cümlədən Ermənistan SSR-in ərazisinin genişləndirilməsinə şərait yaratdı.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasının 75 illiyi haqqında fərmanında (1999, 4 fevral) dəqiq şəkildə ifadə edildiyi kimi «Ermənistanm hakim dairələri Moskvadakı himayədarlarının köməyi ilə Naxçıvanın bəzi torpaqlarını qoparıb öz ərazisinə birləşdirməyə nail oldular. 1929-cu ildə Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə Naxçıvanın 657 kvadratkilometr ərazisi - Şərur qəzasının Qurdbulaq, Xaçik, Horadiz, Naxçıvan qəzası Şahbuz nahiyəsinin Oğbin, Ağxaç, Almalı, İtqıran, Sultanbəy kəndləri, Ordubad qəzasının Qorçevan kəndi, habelə Kilid kəndi torpaqlarının bir hissəsi Ermənistana verildi. 1930-cu ildə isə Əldərə, Lehvaz, Astazur, Nüvədi və sair yaşayış məntəqələri Ermənistana verilmiş və həmin ərazidə Mehri rayonu yaradılmışdır ».

1936-cı ildə ZSFSR-in tərkibindəki üç respublika ayrılmış və ayrı-ayrılıqda SSRİ tərkibində qalmışdır. Bu dövrdə də Ermənistan Azərbaycanın yeni-yeni torpaqları hesabına ərazisini genişləndirmək xəttini davam etdirmişdir. Bu dəfə əsas istiqamət Azərbaycanın qərb torpaqları seçilmişdi. 1938-ci il mayın 5-də Azərbaycanla Ermənistanın sərhəd ərazisindəki iki min hektardan çox torpağın Ermənistana verilməsi haqqında qərar çıxarıldı. 1945-ci ildə II Dünya müharibəsinin başa çatmasından az sonra isə Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsinə cəhd olunmuş, bu siyasət baş tutmadıqda, Ermənistandakı öz tarixi torpaqlarından azərbaycanlıların deportasiyası (1948- 1853) həyata keçirilmişdir. Hətta, bu deportasiya nəticəsində boşalan azərbaycanlı kəndlərinin ermənilərlə məskunlaşdırılması belə, Azərbaycandan torpaq qoparılması iddiasının qarşısını ala bilməmişdir. 1960-cı illərdə Ermənistanda genişlənən anti Türkiyə və anti Azərbaycan hərəkatına, Ermənistanın Azərbaycan torpaqlarına qarşı ərazi iddialarına dəstək verən SSRİ rəhbərliyinin təzyiqi ilə Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyəti 1969-cu il 7 may tarixli qərarı ilə 1938-ci il 5 may qərarını təsdiq etmişdir. Yalnız Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gəlməsilə (1969, 14 iyul) bu qərarın həyata keçirilməsi dayandırılmışdır. Lakin, Ermənistan bu siyasətindən əl çəkməmiş, 1984-cü ilin oktyabrında Azərbaycanın Qazax və Gədəbəy rayonlarından min hektarlarla torpaq sahəsi Ermənistana verilmişdir.

Azərbaycanlıların Ermənistandan deportasiyası və yeni-yeni Azərbaycan torpaqlarının ələ keçirilməsi sahəsində Ermənistan SSR-in yeritdiyi siyasi xətt Ermənistan Respublikası davam etdirmişdir.

Ermənistan Respublikası (1991). Müasir Ermənistan Respublikası azərbaycanlıların Ermənistan ərazisindəki öz tarixi torpaqlarından deportasiyası və Azərbaycana qarşı işğalçı müharibənin genişləndiyi şəraitdə - 1991-ci ilin sentyabrında müstəqilliyini elan etmişdir. Ermənistan Respublikası xarici dəstəkdən istifadə edərək Azərbaycanın Şuşa (1992,. 8 may), Laçın (18 may), Kəlbəcər (1993,7 iyul), Ağdam (23 iyul), Füzuli və Cəbrayıl (23 avqust), Qubadlı (31 avqust) və Zəngilan (29 oktyabr) rayonlarını işğal etmişdir. Ermənistan Respublikası əwəlki erməni respublikalarından fərqli olaraq soyqırım və terror siyasətini yeni işğal olunmuş Azərbaycan torpaqlarına keçirmişdir.

Ermənistan Respublikası sovet dövründən qalma rayon bölgüsünü ləğv edərək 1996-cı ildən yeni inzibati-ərazi bölgüsü olan vilayətlərə keçib. Respublika ərazisi on vilayət və vilayət statusu olan İrəvan şəhərinə ayrılıb. Ermənistan Respublikasının müasir inzibati-ərazi bölgüsünü Qərbi Azərbaycanda tarixən formalaşan inzibati- ərazi bölgüsü ilə müqayisə etsək, əslində Ermənistan hakimiyyətinin Qərbi Azərbaycanın azərbaycanlılara məxsus keçmiş ərazi bölgüsünü bərpa etməsi aydın olar. Şirak vilayəti Ağbaba-Şörəyel (Amasiya, Qızıl Qoç, Ağin, Düzkənd, Ərtik), Lori Lori-Pəmbək (Allahverdi, Barana, Cəlaloğlu, Böyük Qarakilsə), Tavuş Şəmşəddin, Araqadzor Abaran - Dərəçiçək, Kotayk Qırxbulaq - Əştərək, Geğarkunik Göyçə (Aşağı Qaranlıq, Basarkeçər, Kəvər, Çəmbərək), Armavir Zəngibasar-Sərdarabad (Sərdarabad, Zəngibasar, Üçkilsə), Ararat Gərnibasar-Vedibasar (Vedi, Qəmərli), Vayatsdzor Dərələyəz (Keşişkənd, Soylan), Sünik Zəngəzur (Qafan, Qarakilsə, Gorus, Mehri) mahallarına uyğundur.

 

YAQUB MAHMUDOV,

əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü

KƏRİM ŞÜKÜROV,

tarix elmləri doktoru

 


<< Geri