E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 

 

İRƏVANDA AZƏRBAYCAN TEATRI

        Azərbaycanın bütiin əzəli torpaqlarında olduğu kimi, İrəvanda da özündə teatr elementləri daşıyan mövsümi mərasimlər, dini ayinlər, el şənlikləri, xalq oyunları və meydan tamaşalan geniş yayılmış, əhalinin həyat tərzinin tərkib hissəsi olaraq, estetik zövqünün inkişafında, teatr baxışlarımn formalaşmasında mühüm rol oynamışdır.

Hər il məhərrəm ayında oynanılan şəbih tamaşaları, el şənliklərinin bəzəyi olan və bu bölgədə məxsusi sevgi ilə qarşılanan aşıq yaradıcılığı, İrəvan xanlarının sarayında təşkil edilən müxtəlif qəbullar, musiqisiz, rəqssiz, əyləncəsiz keçməyən məclislər və şadyanalıqlar teatr elementlərinin zənginliyi ilə xüsusən seçilmiş və teatr düşüncəsinin genişlənməsini şərtləndirən amillərdən olmuşdur.

Qafqazda olmuş orta əsr səyyahlarının, tarixçi-etnoqrafların da qeyd etdikləri kimi, İrəvan xan sarayında, əyanların malikanəsində musiqili-əyləncəli məclislər xüsusi zövqlə təşkil edilmişdir. Hələ 1673-cü ildə İrəvanda olarkən Səfıqulu xanın dəvəti ilə iştirak etdiyi məclisi böyük heyranlıqla təsvir edən fransalı səyyah Jan Şarden yazırdı: “Bir saat davam edən güləş başa çatdı, onları aktyorlar əvəz etdi, tezliklə həyətə qalın keçə döşədilər, onun üstündən isə gözəl xalçalar sərdilər. Sonra musiqiçiləri və rəqqasları dəvət etdilər, onlar iki saatdan çox heç kimi darıxdırmadan səhnədə oldular.... Şərqdə rəqs, heç də ədəbli və bizdə olduğu kimi bir-biri ilə xoş münasibət yaratmaq üçün deyil. Onlarda rəqs camaatı əyləndinnək məqsədi daşıyan bir incəsənət və ya peşə kimi mövcuddur və onları Avropadakı aktyor sənətinə bərabər tutmaq olar...” 1 və ya “...Musiqiçilər və rəqqaslar şərqlilər üçün artist, daha dəqiq desək, opera ifaçıları hesab olunurlar, çünki onlar daim mənzum mətnli nəğmələr oxuyurlar... İranda və Hindistanda belə artistlərin iştirakı olmadan heç bir məclis keçmir. ...Onların göstərdiyi pyes həmişə məhəbbət mövzusunda olur” .2 Göründüyü kimi, J.Şarden İrəvanda şahidi olduğu məclisdəki musiqiçiləri və rəqqasları artist və ya opera ifaçıları, onların oynadıqlarını pyes adlandırır və bu sənətlərin Şərqdə incəsənət növü və ya peşə olduğunu qeyd edirdi.

Təəssüf ki, erməni alimləri bu faktı təhrif etmiş, J.Şardenin təsvir etdiyi məclisi öz adlarına çıxmağa çalışmışlar. "Большая Советская Энциклопедия” (Böyük Sovet Ensiklopediyası) kimi dövrünə görə mötəbər sayılan bir nəşrdə (İkinci nəşri, III cild, s.100) bu faktlar açıq-aşkar, bilərəkdən erməniləşdirilmiş’ və yazılmışdır: “ 1664-cü ildə Şarden İrəvanda ennəni teatrım görmüş və onu opera ilə müqayisə etmişdir” . Halbuki, J.Şardenin təsvir etdiyi hadisə 1664-cü ildə deyil, 1673-cü ildə baş vermiş və səyyah bu hadisəni İrəvanın bəylərbəyi Səfıqulu xanın dəvəti ilə əyanlardan birinin övladının toy məclisində iştirakı zamanı müşahidə etmişdir.

İrəvanda dünyəvi, peşəkar teatrın tarixi isə öz başlanğıcını XIX əsrin ikinci yarısından götürür. Bir tərəidən xalq-meydan oyun və tamaşalarının daşıyıcısı olan ənənələrin, digər tərəfdən maarifçiliyin vüsət almasının, mədəni-maarif müəssisələrinin açılmasınm, başqa bir tərəfdən isə Bakıda və Tiflisdə teatr hərəkatının genişlənməsinin təsiri ilə İrəvanda da 1880-ci illərdən etibarən teatr tamaşaları qoyulmağa başlayır.

“Müxtəlif tarixi mənbələrdən əldə olunan məlumatlara görə, güman ki, İrəvan şəhərində (ilk - V.Q.) tamaşa 1880-ci il mart ayının 10-da (təzə təqvimlə martın 23-ü), Novruz bayramında göstərilib” .4 Daha sonra isə “İrəvanm tanmmış möminlərindən və ziyalılarından olan Məşədi İsmayılın yazdığı “İrəvan xanı və Novruz bayramı” məsxərəsi əsasında tamaşa hazırlanıb və tamaşaçılara göstərilib. Güman və fərziyyələrə görə, bu tarix 1881-ci ilə təsadüf edir” .5 Bununla yanaşı, İrəvan tarixinin, o cümlədən, Teatrının tədqiqatçısı İsrafil Məmmədovun aşkar etdiyi arxiv sənədlərinə əsaslanaraq, hələ ki, İrəvanda ilk teatr tamaşasmın 1882-ci ilin aprel ayının 2-də oynanılması fıkrinin üzərində dayana bilərik. Tarixçi alimin üzə çıxardığı, İrəvanda erməni dilində çap edılən “Psak” (“Çələng”) qəzetinin 10 aprel 1882-ci il tarixli sayında dərc olunmuş “Fars teatrı” məqaləsi də bunu təsdiqləyir: “Bu ayın (aprelin - V.Q.) 2-də cümə günü müqəddəs Qayanyan məktəbinm salonunda İrəvanm kasıb tələbələrinə kömək məqsədilə Azərbaycan türklərinin dilində üçpərdəli “Tamahkar diişmən qazanır” pyesi ikinci dəfə tamaşaya qoyuldu... Pyesin məzmununu İrəvan şəhər məktəbinin müəllimi Məşədi İsmayıl əzbər söyləmiş, “Qırt-qırt” pyesinin müəllifı cənab Nəzmi Mədətov onu komediyaya çevirmişdir” .

İ.Məmmədov haqlı olaraq məqalədəki “ “Tamahkar düşmən qazanır” pyesi ikinci dəfə tamaşaya qoyuldu...” cümləsinə xiisusi diqqət çəkir və bildirir ki, əsərin “ 1882-ci il aprelin 2-də ikinci dəfə göstərilməsi faktı həmin pyesin ilk dəfə 1881-ci ilin sonu və ya 1882-ci ilin əvvəllərində tamaşaya qoyulmasım təxmin etməyə əsas verir”. Professor İlham Rəhimli isə 2007-ci ildə nəşr olunmuş “İrəvan Dövlət Azərbaycan Dram Teatrı” kitabında həmin ilk tamaşanm “fevral ayının 27-də, Novruz bayramınm ilk çərşənbəsində” oynamldığım qeyd etsə də, təəssüf ki, bu faktı sübut edəcək lıeç bir mənbə göstərmir. İsrafıl Məmmədovun iki il sonra çap etdirdiyi “İrəvan dəftəri III. Teatr tariximizdən səhifələr” kitabında da bu fıkri təsdiqləyən heç bir dəlilə rast gəlmirik. Bu səbəbdən, hesab edirik ki, İrəvanda dünyəvi teatrın tarixini, yeni dəlillər üzə çıxanadək, “Tamahkar düşmən qazanır” pyesinin 1882-ci il aprelin 2-də oynanılmış tamaşasından hesablamaq gərəkdir.

Lakin İ.Rəhimli başqa bir maraqlı məqama diqqət çəkir ki, bizcə bunu xüsusi vurğulamağa ^ dəyər: “Əgərçi Bakıda və Tiflisdə ilk peşəkar teatr tamaşaları bilavasitə Mirzə Fətəli Axundzadənin komediyaları əsasında pərvəriş tapıbsa, İrəvanda ilk peşəkar tamaşa yerli müəllifm pyesi əsasında hazırlanıb” .

Ehtimal olunur ki, İrəvaııda 1884-cü ildə gimnaziyanm həvəskar artistləri tərəfındən “Tamah- gkaıiıq düşmən qazanır” pyesi ilə yanaşı, M.F.Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” komediyası da tamaşaya qoyulub. 1886-cı ildə bu əsər yenidən və bu dəfə F.Köçəılinin təşəbbüsü və təşkilatçılığı ilə İrəvan gimnaziyasında həvəskar artistlərin ifasında göstərilib. 1890-cı il aprelin 4-də milli dramaturgiyamızın banisinin bu komediyası “Məstəli şah” adı ilə, onun ardınca isə seminariyanın tələbəsi Rzayevin “Könülsüz nikah” pyesi Müəllimlər seminariyasınm salonunda oynanılıb.

Ümumiyyətlə, 1890-cı illərdə İrəvanda “teatr həvəskarları M.F.Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” (1890, 1895, 1896 və 1897), yerli müəllif Rzayevin “Zor ilə evlənməyin nəticəsi” (“Könülsüz nigah”. 1890, 1896 və 1899), Vasaq Mədətovun “Qırt-qırt” (1893), Soltanməcid Qənizadənin “Dursunəli və ballıbadı” (1893), Mirzə Fətəli Axundzadənin “Hacı Qara” (1894), “Lənkəran xanının vəziri” (1897), Vasaq Mədətovun “Tamahkarlıq düşmən qazanır” (1899) məsxərə, vodevil və komediyalarmı tamaşaya qoymuşlar” .

XX əsrin əwəllərindən etibarən İrəvanda həvəskarlar truppa halında birləşməyə, teatr prosesi canlanmağa, repertuar genişlənməyə başlayır. Yuxarıda adlannı çəkdiyimiz müəlliflərin əsərləri ilə yanaşı, N.Vəzirovun “Yağışdan çıxdıq, yağmura düşdük”, “Ev tərbiyəsinin bir şəkli”, Rüstəm xanın “Əqli məhəbbət”, N.Kamalın “Vətən”, Ə.Haqverdiyevin “Bəxtsiz cavan”, S.Qənizadənin “Xorxor”, “Axşam səbri xeyir olar”, R.Əfəndiyevin “Qan ocağı”, N.V.Qoqolun “Müfəttiş” əsərləri müxtəlif illərdə səhnəyə qoyulur. Həmin pyesləri teatr həvəskarları Canpoladov klubunda, Camaat klubunda, Pənah xan Makinskinin evində tamaşaçılara göstəriblər. Bu tamaşalarda rolları Yunis Nuri, Cəfər Əhmədov, Qənnadı Cabbar, Mirzə Əli, Kərim Əhmədov, Hüseyn Salmanov, Mirzə Mustafa Rəcəbov, Asəf bəy Şəfıbəyov və b. fədakar teatr həvəskarları ifa ediblər. Həmin tamaşalann bəziləri (N.Vəzirovun “Yağışdan çıxdıq, yağmura düşdük”, “Ev tərbiyəsinin bir şəkli”, N.Kamalın ‘Vətən”) İrəvan rus-tatar məktəbinin müəllim və şagirdləri tərəfindən oynanılıb.

İrəvanda teatr prosesinin inkişafında, yerli həvəskarların peşəkarlığınm artmasında Bakıdan qastrola gələn artistlərin xidmətini xüsusi qeyd etmək lazımdır. Belə ki, Bakıdan gələn artistlər qastrol tamaşalarmda yalnız özləri oynamır, yerli həvəskarlara da müxtəlif rollar həvalə edirdilər ki, bu da onların peşəkarlıq səviyyəsinin yüksəlməsinə şərait yaradırdı. Bakı artistlərinin İrəvana qastrol səfərlərinin tarixi 1909-cu ilin may ayından başlayır. Bu tarixdə, ilk dəfə olaraq, Hüseyn Ərəblinskinin rəhbərliyi ilə Sidqi Ruhulla, Cəlil Bağdadbəyov, Yusif Ağayev və başqaları İrəvana gəlib və yerli artistlərin iştirakı ilə Ə.Haqverdiyevin “Bəxtsiz cavan” (4 may), N.Nərimanovun “Nadir şah” (10 may), J.B.Molyerin “Zorən təbib” (18 may), Çurikovun “Yəhudilər” əsərlərini tamaşaya qoyublar.

1911-ci ilin may ayında S.Ruhulla, iyunda C.Bağdadbəyov, oktyabr ayında Mirzə Ağa Əliyev və Zülfüqar Hacıbəyov öz dəstələri ilə İrəvanda olub, yerli artistlərin köməyi ilə “Müsibəti- Fəxrəddin”, “Yağışdan çıxdıq, yağmura düşdük”, “Ev tərbiyəsinin bir şəkli” (N.Vəzirov), “Xorxor (S.Qənizadə), O olmasın, bu olsun” (Ü.Hacıbəyli), “Əlli yaşında cavan” (Z.Hacıbəyov) tamaşalarını oynayıblar.

Sonrakı illərdə Bakı artistləri ilə yanaşı, Tiflis və Batumidən də azərbaycanlı artistlər İrəvana qastrol səfərləri ediblər. 1912-ci ihn noyabrında “Tiflisdən gəlmiş artist Mirzə xan Quliyevin iştirakı ilə yerli artistlər Hacıbəyovun “Qocalıqda yorğalıq” (yəqin ki, “O olmasm, bu olsun” - V.Q.) operettasını tamaşaçılara göstəriblər” . 1913-cü ilin fevral və mart aylannda “Batumi İslam dram cəmiyyəti” Məhəmməd Nurinin və Əbülfət Vəlinin rəhbərliyi ilə İrəvanda qastrolda olub. OnlarCanpoladov klııbunda “Aldanmış nişanlı”, “İki sevdazadə” məzhəkələrini, Rza Zəki Lətifbəyovun “Köhnə Türkiyə” dramını tamaşaçılara göstəriblər” .

1913-cü ildə İrəvanda teatrın təşkilatlanması baxımmdan ciddi hadisə baş verir. “Martın 25-də Əli Məhzun Rəhimovun və Əsgər Axundovun “İrəvan İslam dram şirkəti yaratmağa dair icazə almalan” ilə ilk teatr təsisatı təşkil edilir. “Şirkət”in artistlərinin fəaliyyəti sayəsində İrəvanda teatr prosesi daha sürəkli hal alır. Truppa aprel, may aylarmda “Ac həriflər , Kimdir müqəssir (Ə.Haqverdiyev), “Millətpərəslər”, “Sevgili övlad” (Əlipaşa Hüseynzadə), oktyabr, noyabr aylarında “Döymə qapımı, döyərlər qapmı” (H.Vəzirov), “İbrahim bəy, yaxud istibdad qurbanı (H.Bədrəddin və M.Rüfət) və sair əsərləri səhnəyə qoyur. Tamaşalar, əsasən, Canpoladov klubunun səhnəsində oynanılırdı.

“Şirkət” sonrakı illərdə də müxtəlif çətinliklərə baxmayaraq, fəaliyyətini genişləndırməyə çalışır, şəhərin ictimai-mədəni həyatmda aktiv iştirak edir, tez-tez xeyriyyə tamaşaları göstərir. Birinci Dünya müharibəsi ciddi problemlər yaratsa da fədakar İrəvan artistlərini ruhdan salmır, onlar 1914-1918-ci illərdə də yaradıcılıqlarını davam etdirir, yeni-yeni əsərləri tamaşaya qoyur, teatn inkişafına, xalqm maariflənməsinə töhfələrini verirdilər. Onların arasmda Yunis Nuri, Rəhim Xəlilov, Cabbar Əsgərzadə, Əli Məhzun Rəhimov, Mir Məhəmməd Mir Fətillayev, Məmmədəlı Nasir, Kərim Əhmədov, Mirzə Əli, Cəfər Əhmədov, Cəlal, Təhvil, Qənnadı Cabbar, Əsgər Axundov kimi sənət fədailərinin adını xüsusi qeyd etmək lazımdır.

Təəssüfki, bir tərəfdən müharibə, digər tərəfdən daşnaklann fəaliyyəti “ “Türksüz Ermənistan” yaratmaq, azərbaycanlılan yandırıb-yaxmaq, qətl-qarət, fiziki və mənəvi soyqınmına məruz qoymaq üçün geniş meydan açmış, əlverişli şərait yaratmışdı..." , “... o illərdə daşnak Ararat Respublikasında 565 min azərbaycanlı qətlə yetirilmiş və ya silah gücünə doğına ata-baba yurdundan deportasiya edilmişdi”, “ 1918-1920-ci illərdə İrəvan Azərbaycan teatn təkcə yaratmaq imkanından deyil, yaşamaq hüququndan da məhrum” olmuşdu. İrəvanın həvəskar aktyorlannm əksər hissəsi kütləvi qırğmlardan can götürüb qaçaraq, İranın Xoy şəhərinə mühacirət etmiş və üç ilə yaxın orada yaşamışdır.

İrəvan Azərbaycan teatnın tarixində növbəti mərhələ 1921-ci ildən başlanır. Həmin ilin dekabr aymda İrəvanda yaradılan “Türk klubu”nun və daha sonra təşkil edilən Müsəlman qadmlar klubu”nun nəzdində teatr dəməkləri də fəaliyyət göstərirdi. Qaçqınlann qayıtması prosesinin davam etdiyi, azərbaycanlı əhalinin ağır siyasi-sosial şəraitdə yaşadığı bir vaxtda Bala Əfəndiyev və həyat yoldaşı Fatma xanım, Əkbər Rzayev və həyat yoldaşı Firəngiz xanım, Yunis Nuri, Yusif Ziya, Abbasəli Axundov, Məşədi Rzayev, Əşrəf Yusifzadə, Həbib Məmmədzadə, Cəfər Əhmədov kimi fədakar insanlar, çoxlu çətinliklərə baxmayaraq, min əziyyətlə hazırladıqları teatr tamaşaları ilə xalqa mənəvi dəstək olmağa, onlarda mh yüksəkliyi yaratmağa çalışırdılar. Onlar təkcə İrəvanda deyil, azərbaycanlılann yaşadığı müxtəlif rayonlarda və kəndlərdə də çıxış edirdilər.

Şəhərin mədəni həyatında fəal iştirak edən “Müsəlman qadınlar klubıı” haqqında yazıçı və dövlət xadimi Hidayət Orucov yazırdı: “Bu klubun nəzdində açılmış 15-dən çox müxtəlif ixtisaslı savad kursları ilə birlikdə teatr truppası da fəaliyyət göstərirdi, Klubun ilk fəal üzvləri F.Rzayeva, F.Qədimova, F.Əfəndiyeva, L.Qazıyeva, M.Axundova və başqaları bu truppanın ilk aktrisaları idilər... Klubun truppası “Türk klubu”nun teatr həvəskarları ilə birləşərək eyni tamaşalarda çıxış etdilər. ...Ondan çox vodevil və musiqili komediya tamaşaya qoyuldu” .

1923-cü ilin may ayında “Türk klubu”nun teatr dəməyinə müstəqil teatr truppası statusu verilir. Truppa 1928-ci ilədək İrəvanda və azərbaycanlılar yaşayan digər rayonlarda M.F.Axundzadənin “Hacı Qara”, Ə.Haqverdiyevin “Dağılan tifaq”, “Bəxtsiz cavan”, Ü.Hacıbəylinin “Məşədi İbad”, Arşın mal alan , “O olmasın, bu olsun”, “Kəlbə Qubad”, N.Nərimanovun “Nadir şah”, N.Vəzırovun “Yağışdan çıxdıq, yağmura düşdük”, S.S.Axundovun “Laçın yuvası”, H.Cavidin İblis , J.B.Molyerin Zorən təbib”, V.Mədətovun “Qırt-qırt” və sair əsərlərin tamaşalarım oynayırlar.

Sənət fədailərinin uzun illər apardığı mübarizə, etdikləri müraciətlər axır ki, nəticə verir. 1928-ci il mart ayının 15-də Ermənistan hökumətinin qərarı ilə türk dram truppasının bazasında səyyar tipü 'Türk Dövlət Teatrı” yaradılır. Dövlət stamsunda ilk tamaşası J.B.Molyerin “Zorən təbib” komediyasmı aprelin 14-də oynayan teatr, iyunun 14-də C.Cabbarlınm “Aydın”, oktyabrın 20-də A.Slavyanskinin “Qırmızı qartal” əsərini tamaşaçılara təqdim edir. Teatrın kollektivi 1929-1933-cü ıllərdə “Köhnə fıkirlər” (H.Şalçyanov), “Sevil” (C.Cabbarlı), “Pepo” (Q.Sundukyan), “İnci” (A.Qlebov), “Məşədi İbad” (Ü.Hacıbəyli), “Axşam səbri xeyir olar” (S.Qənizadə), “Çinar altında məhəbbət” (Y.O Nil), “Ölülər” (C.Məmmədquluzadə), “Namus” (A.Şirvanzadə), “Xatabala” (Q.Sundukyan), Bədbəxt ailə , “Zorən izdivac” (M.Nasir) və s. tamaşalan hazırlayır.

İldən-ilə repertuaıını zənginləşdirən, peşəkarlıq səviyyəsini yüksəldən teatr səyyar statusunda ləaliyyət göstərdiyindən və ayrıca binası olmadığından, tamaşalarım müxtəlif məkanlarda oynayır, tez-tez qastrol səfərlərinə çıxırdı. Truppa təkcə “ 1934-1935-ci illərdə respublikamn 142 kəndində 160 tamaşa vermişdi. jO min tamaşaçı kollektivi hər yerdə alqışlarla qarşılayıb, alqışlarla yola salmışdı” .

1935-ci il "Türk Dövlət Teatrı”n tarixində ən yadda qalan illərdən biri oldu. Kollektivə Cəfər Cabbarlmm adı verildi. Bu şərəfli ada fədakar əməyi ilə layiq görülən kollektiv dramaturqun əsərlərinə xüsusi sevgi ilə yanaşırdı. Böyük dramamrqun “Almaz”, “Yaşar”, “ 1905-ci ildə”, “Od gəlini”, “Aydın”, “Dönüş” pyesləri teatrın repertuannda daiıni yer tutur, bəzi pyesləri yeni quruluşda, təkrar-təkrar tamaşaya qoyulurdu. 1933-cü ildə ali təhsilli rejissorlar Yusif Yulduz və Baxşı Qələndərlinin, Azərbaycandan bir neçə peşəkar aktyorun gəlişi, kollektivin yaradıcılıq axtanşlarını və məhsuldarlığım daha da artırdı. 1934-cü ildə truppa yeddi, 1935-ciildə altı, 1936-cı ildə səkkiz, 1937-ciildə isə hətta on yeni tamaşa hazırladı. Tamaşaların sayı ilə yanaşı, repertuarın mövzu dairəsi, janr əlvanlığı da artır, bədii səviyyəsi yüksəlirdi.

Teatn truppası 1937-1945-ci illərdə adlan çəkilən pyeslərlə yanaşı, U.Şekspirin “Otello”, J.B.Molyerin “Jorj Danden”, “Cancur Səməd” (“Vasvası xəstə”), A.S.Puşkinin “Xəsis cəngavər”, N.V.Qoqolun “Müfəttiş”, A.Ostrovskinin “Günahsız müqəssirlər”, M.F.Axundzadənin “Hacı Qara”, ”Molla İbrahimxəlil kimyagər”, “Lənkəran xanının vəziri”, H.Cavidin "Şeyx Sənan”, Ə.Haqverdiyevin “Pəri cadu”, Ü.Hacıbəylinin “Arşın mal alan”, G.Mdivaninin “Vətən namusu”, A.Korneyçukun “Polad qartal”, Ş.Saminin “Dəmirçi Gavə”, S.S.Axundovun “Eşq və intiqam”, M.İbrahimovun “Həyat”, S.Rəhmanm “Toy”, “Xoşbəxtlər”, S.Vurğunun “V aqif’, “Xanlar”, S.Rüstəmin “Qaçaq Nəbi”, M.Hiiseynin “Nizami”, “Cavanşir” və sair əsərlərə səhnə həyatı verir.

II Dünya müharibəsi illərində bir sıra vətənpərvərlik mövzulu əsərlərlə ( Səadət uğrunda , Ə.İrəvanlı; “Aslan yatağı”, M.Təhmasib; “İntizar” M.Hüseyn, İ.Əfəndiyev; “Qız qalası” R.Şahvələd və s.) birgə Ü.Hacıbəylinin, Z.Hacıbəylinin, M.Maqomayevin demək olar ki, bütün muğam operaları və operettaları teatrın repertuarına daxil edilir.

Amma demək olmaz ki, teatrın bütün tamaşala eyni dərəcədə yüksək bədii səviyyədə idi. Buna baxmayaraq, əzmlə çalışan kollektivin sənət uğurları da az deyildi. Belə uğurlu tamaşalar sırasında isə ən mötəbər yeri “Otello” faciəsi tutur. Truppa bu əsərə iki dəfə - 1938 və 1944-cü illərdə müraciət etsə də teatrın tarixinə qızd hərflərlə yazılan məhz ikinci quruluş oldu. Baxşı Qələndərlinin qumluş verdiyi, Əli Zeynalovun Otello, Abbasqulu Tağıyevin Yaqo, Əziz Süleymanovun Rodriqo, Zarik Teryanın Dezdemona, Həsən Mirzəyevin Kassio, Əhməd Səfainin Brabansio rolunu caıılandırdığı tamaşa, təsadiifı deyil ki, 1944-cü ilin aprelində Şekspirin anadan olmasının 380 illiyi münasibətilə İrəvanda keçirilən VI Ümumittifaq Şekspir tamaşalan festivalında birinci dərəcəli diploma layiq görülmüşdii. SSRİ-nin bütün respublikalarından, zəngin ənənəyə malik teatrların qatıldığı bu sənət yarışmasında qalib gəlmək, sözsüz ki, çox böyük ugur idi.

1945-ci ildən sonra Emıənistanın müvafıq idarələrinin teatra qarşı məqsədyönlü laqeyd münasibəti, gözdən pərdə asmaq üçün bəzi qərarlar qəbul etsələr də ona əməl edilməməsi, teatrın hələ də daimi binasının olmaması və sair problemlər teatrın yaradıcılıq prosesinə ciddi əngəllər törədiıdi. Dövrü mətbuatın da qeyd etdiyi kimi, “Teatr kollektivinin tərkibi 31 nəfər olacağı halda, hələ bu günədək 24 nəfər artist və aktrisaların qüvvəsilə birtəhər yola apanlır. Öz-özünə aydındır ki, bu az qüvvə ilə artistlər heyəti tamaşaçılann bədii zövqüniı təmin edə bilməz...Tamaşa günləri münasib qurulmaınışdır. Tamaşalardan heç biri bazar gi'ınünə təsadüf etmir. Bu isə bazar günləri teatra gəlməyə imkaııı olan fəhlə və ziyalıları qoyulan tamaşalara baxmaq imkanından ınəhn.ım edir. Teatrın təsərrüfat işləri də bərbad haldadır. Burada iş sexləri və sənətxana yoxdur. Teatrın tapşırıqlannı dərzilər, çəkməçilər öz evlərində icra edirlər. Anbarın olmaması üziindən çox vaxt dekorasiyalar və cürbəcür səhnə vəsaiti açıq havada qalıb tələf olur...

Bütün bunlara baxmayaraq, truppanın üzvləri, rejissorlar: Baxşı Qələndərli, Əli Şahsabahlı, aktyorlar: Yunis Nuri, Məmmədbağır Qaraxanov, Abbasqulu Tağıyev, Əziz Siileymanov, Həsən Mirzəyev, Adil Məmmədov, Zakir Şahbazov, İbrahim Məcidov, Cəmil Əliyev, Ətayə Əliyeva, Nübar Əlixanova, Gülzar Rəhimova, Züleyxa Babayeva, Firuzə Məmmədova, İsfəndiyar Hüseynov, Mehdi Ramazanov, Əsgər Babayev, Ziya Mirzəlıəsənov və b. fədakarcasına yaradıcılıqlarını davam etdirirdilər. Yaradıcı heyət məhz bu fədakarlığın sayəsində 1946-1948-ci illərdə “Sevil” (C.Cabbarlı), “Qaçaq Nəbi” (S.Rüstəm), “Qız qalası” (R.Şahvələd), “İntizar” (M.Hüseyn), “İşıqlı yollar” (İ.Əfəndiyev), “Eşq və intiqam” (S.S.Axundov), “Müsyö Jordan və Dərviş Məstəli şah” (M.F.Axundzadə), “Məşədi İbad”, “Leyli və Məcnun” (Ü.Hacıbəyli) əsərlərini tamaşaya qoymuşdu.

1948-1953-cü illərdə Ermənistandan azərbaycanlıların növbəti deportasiyası baş verdi. Bu, şübhəsiz ki, İrəvan Dövlət Azərbaycan Teatrının taleyindən də yan keçmədi. Teatr bağlandı, g truppanm böyük hissəsi işləmək üçün Azərbaycan teatrlarına üz tutdu. Ancaq truppanm sadiq üzvləri Baxşı Qələndərli, Əli Şahsabahlı, Məmmədbağır Qaraxanov, Cəmil Əliyev, Abbasqulu -q Tağıyev, Dilarə Məmmədova, Adil Məmmədov, Şövkət Əliyeva, Hüseyn İsmayılov 1949-cu ilin sentyabr ayında Basarkeçər rayonuna köçərək, burada bir klub binasında yerləşib, yerli həvəskarlarm köməyi ilə səyyar rayon teatrı kimi fəaliyyətlərini davam etdirdilər.

“Lakin qaçqın teatrın buradakı fəaliyyəti də uzun ömürlü olmur. 1951-ci ildə teatr yenidən baglanır. Bir müddət sonra İrəvandakı Yeni Areş qəsəbəsində özünə sığınacaq tapır. Tale burada da qərar tutmağa imkan vermir. Teatr İrəvan şəhərinə söykənən Zəngibasar (Masis) rayonundakı bir mədəniyyət evində fəaliyyət göstərməli olur. Əvvəl ona Zəngibasar rayon xalq teatrı, arabir də rayonlararası C.Cabbarlı adına teatr deyirlər. Məkan tez-tez dəyişir, adlar, staUıs hey yeniləşir, məzmun fərqlənsə də teatr varlığını saxlamağa can atır” .

Təxminən 15 illik fasilədən sonra yerli azərbaycanlı ziyalıların təşəbbüsü və davamlı səyləri nəticəsində 1967-ci ildə C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının fəaliyyəti bərpa edildi. Əziz Süleymanov (Yunis Nurinin oğlu) teatra direktor, Tofiq Ağayev isə baş rejissor təyin olundu. Truppaya yerli artistlər və həvəskarlar: Cəmil Əliyev, Abbasqulu Tağıyev, Səməd Abbasov, Raya Qafarova ilə yanaşı, Bakı, Naxçıvan və Gəncə teatrlarından Tamilla Abdullayeva, Zəmişan Fətəliyeva, Zemfıra Sadıqova, Aydın Şahsuvarov, Tariyel Qasımov, Zemfıra Əliyeva, Nisə Rzayeva, həmçinin M.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun sonuncu kurs tələbələri: Şamil Dəmirçiyev, Mərziyə Məmmədbəyli, Qasım Qasımov, Ədalət Ziyadxanov, Hacı İsmayılov, Qurban Ələkbərov, Ramiz Məlikov, Hacı Xəlilov, Vidadi Əliyev, Sara Əliyeva, Nəsimi Eminov aktyor ştatına götürüldü.

Teatrın təntənəli açılış mərasimi 1967-ci il aprelin 28-də C.Cabbarlının “Sevil” pyesinin tamaşası ilə oldu. Təntənəli tədbirdə Ermənistan hökumətinin rəsmi nümayəndələri ilə birgə Azərbaycandan da çoxlu mötəbər qonaqlar iştirak edirdi. Böyük uğurla oynanılan ilk tamaşanın quruluşçu rejissom Nəsir Sadıqzadə idi. Teatr bərpa olunduğu birinci il ərzində daha iki tamaşa — Sabıt Rəhmanın “Əliqulu evlənir” və Əziz Süleymanovun “Alovlar” əsərini hazırladı. Hər iki əsərə qumluşu Tofıq Ağayev vermişdi.

1968-ci ildə Teatrın rəhbərliyində dəyişiklik baş verdi. Gənc şair-jumalist Hidayət Orucov teatra direktor təyin edildi və o, 1984-cü ilə kimi teatra rəhbərlik etdi. Bu illər ərzində teatr maraqlı tamaşaları, zəngin repertuarı, çoxsaylı qastrol səfərləri ilə keçdiyi yaradıcılıq yolunda böyük uğurlar qazandı. M.F.Axundzadənin “Molla İbrahimxəlil kimyagər”, A.Ostrovskinin “Cehizsiz qız”, K.Qoldoninin “İki ağanm bir nökəri”, N.Vəzirovun “Hacı Qəmbər”, Ü.Hacıbəylinin “Məşədi İbad’{ “Arşm mal alan”, C.Cabbarlının “Solğun çiçəklər”, “Aydın, “Yaşar”, S.Rəhmanın “Toy”, Ş.Qurbanovun “Sənsiz”, P.Pançevin “Əkizlər”, G.Xuqayevin “Arvadımın əri”, “Elbrus evlənir”, A.Makayonokun “Tribunal”, Y.Əzimzadənin “Nəsrəddin”, İ.Əfəndiyevin “Atayevlər ailəsi”, B.Vahabzadənin “İkinci səs”, Anarın “Şəhərin yay günləri”, A.Safronov “Kişilərə inanmayın”, A.Gelmanm “Aləmlə üz-üzə” və s. miixtəlif mövzulu və janrlı əsərlər teatrın repertuarında yer aldı.

İrəvan Dövlət Azərbaycan Dram Teatrının tarixində ən uğurlu səhitələrdən biri də 14-27 noyabr 1978-ci il tarixində baş tutan Bakı qastrolu oldu. Teatr ilk dəfə gəldiyi Bakıya İ.Qasımov və H.Seyidbəylinin “Sən nə üçün yaşayırsan?”, Ş.Xurşud və Ə.Hacıyevin Qızıl zəncir , Y.Əzimzadənin “Nəsrəddin”, H.Orucovun “Məhəbbət yaşayır hələ...”, Q.Sundukyanın “Daha bir qurban”, M.Bayciyevin “Hər evdə sevinc olsun”, P.Pançevin “Əkizlərin nağılı” əsərlərinin tamaşalarım gətirmişdi. Əsasən, Azərbaycan Akademik Musiqili Teatrının səhnəsində və o vaxtkı 26-lar adına Mədəniyyət sarayında oynanılan tamaşalar anşlaqla keçirdi. İrəvan Dövlət Azərbaycan Dram Teatrının Bakıda nümayiş etdirdiyi sənət nailiyyətləri Azərbaycan dövlət orqanlannın da diqqətindən kənarda qalmadı. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 24 noyabr 1978-ci il tarixli Fərmanı ilə qazandıqlan uğurlara və teatr sənəti qarşısında göstərdikləri xidmətlərə görə Teatrın baş rejissom Tofıq Ağayev Azərbaycanın Əməkdar incəsənət xadimi, aktyorlar Tamilla Abdullayeva, Marietta Kərimova və Vidadi Əliyev Əməkdar artist fəxri adlarına, kollektivin bir neçə üzvü fəxri fərmana layiq görüldü.

1984—1988-ci illər İrəvan Teatrının tarixinə fərqli bir dönəm kimi düşdü. 1984-cü ilin əvvəllərində Yunis Süleymanov (Yunis Nurinin nəvəsi) Teatra direktor təyin edildi. Bu dövrdə, artıq sovet cəmiyyətində “yenidənqurma” havasının hökm sürməsindən istifadə edən ennəni millətçiləri yenidən öz məkrli siyasətlərini fəal şəkildə yeritməyə başladı. İrəvan Dövlət Azərbaycan Dram Teatrına Ermənistanda fəaliyyət göstərdiyi müddətdə, dəfələrlə müraciət edilməsinə baxma- Q yaraq. məxsusi bina verilmədi. Teatr öz tamaşalannı İrəvandakı Dövlət Musiqili Komediya Teatrının, Rus Dram Teatrının, bəzən də Emıənistan Dövlət Akademik Dram Teatrının və Zabitlər evinin binalarında göstənnək məcburiyyətində qaldı, azərbaycanlılar yaşayan rayonlarda kənd-kənd gəzərək tamaşalar göstərdi.

1988-ci ildə ennəni millətçiliyi kəskin şəkil aldığından İrəvan Azərbaycan Teatrı məcburən bir ildə iki dəfə - may (Abşeron, Siyəzən, Dəvəçi, Xaçmaz) və noyabr-dekabr aylarında (Lənkəran, Cəlilabad, Neftçala) Azərbaycana qastrol səfərinə çıxmalı oldu. Dekabr ayının 3-də səfən başa çatan teatr artıq Ermənistana qayıda bilmədi. “İrəvanda teatrın məskunlaşdığı balaca bina da erməni “fədailəri” tərəfındən yandınldı” .

Teatrın növbəti qaçqınlıq həyatı başladı. Sadəcə ayaqda durmaq uğrunda mübarizə apamıaq məcburiyyətində qalan kollektivin üzvləri dağıldı və yalnız bir il sonra Bakıda toplaşa bildi. “Akademik Milli Dram Teatrının direktom və bədii rəhbəri, o dövrdə SSRİ Ali Sovetinin deputatı olan Həsən Turabovun qayğıkeşliyi və ötkəm prinsipiallığı ilə İrəvan teatrı Akademik sənət ocağının nəzdində teatr-studiya kimi fəaliyyətə başladı. Abşeron rayonunun Xırdalan qəsəbəsindəki mədəniyyət evinin bir neçə otağı teatra verildi. Direktorluq və bədii rəhbərlik vəzifələri Vidadi Əliyevə həvalə edildi” .

Qaçqınlıq dövründə ilk tamaşası 1989-cu il noyabrın 4-də oynadığı G.Xuqayevin “Elbrus evlənir” tamaşası olan İrəvan teatrı, teatr-studiya kimi beş il Xırdalanda fəaliyyət göstərdi. Getdikcə truppanı möhkəmlədən və repertuarı genişləndirən kollektiv 1993-cii il dekabrın 7-dən 1994-cü il yanvann 17-nə qədər İran İslam Respublikasının Ərdəbil, Təbriz, Astara şəhərlərində Süleyman Rəşidinin “Allah onlara rəhmət eləsin” əsərinin tamaşası ilə qastrolda oldu.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 avqust 1994-cü il tarixində qəbul etdiyi “Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrının fəaliyyətini yaxşılaşdırmaq tədbirləri haqqında” Qərarı ilə Azərbaycan Respublikasında Dövlət teatrlarının yaradıcılıq-istehsalat fəaliyyətini tənzimləyən və müəyyən edən bütün şərtlər İrəvan Teatrına da şamil edildi. Qərara əsasən, maliyyələşməsi Mədəniyyət Nazirliyinə tapşırılan teatr Bakının Nəsimi rayonundakı H.Sarabski adına Mədəniyyət evində yerləşdirildi. Sonuncu qaçqınlıq dövründə bu sənət ocağını sönməyə qoymayan Vidadi Əliyev artıq dövlət teatrı statusunda fəaliyyətə başlayan İrəvan Teatrının direktoru və bədii rəhbəri təyin olundu. O, 2000-ci ilin iyil ayına kimi teatra rəhbərlik etdi.

Bu dövrdə truppaya yeni yaradıcı qüvvələr cəlb edildi. Repertuarı genişləndinnəyə çalışan kollektiv “Mənim Ərdəbilim” (S.Rəşidi), “Tənha payız yarpağı” (A.Həsənoğlu), “Dəli Domrul” (A.Haqqarar), “Abbasqulu bəy Şadlinski” (İ.Vəlizadə), “Kor döyüşii” (T.Cucenoğlu), “Oğm” (M.B.Marinye), “Məni qınamayın” (G.Xuqayev), “Dev oğlu dev” (M.Musabəyov), “Maral” (H.Cavid) və s. kimi əsərləri tamaşaya qoydu. Lakin yerləşdiyi bina daimi və əlverişli olmadığından bütün premyeralarını Bakının müxtəlif teatr səhnələrində göstərən İrəvan Teatrı tamaşalarını mütəmadi oynaya bilmir, yenə də qastrol fəaliyyətinə üstünlük vermək məcburiyyətində qalırdı. Aktyor və rejissor ştatının natamamlığı da yaradıcı prosesə, tamaşalann bədii səviyyəsinə mənfı təsir göstərirdi.

2000-ci ilin iyul aymda aktyor İftixar Piriyev İrəvan Dövlət Azərbaycan Dram Teatrına direktor təyin edildi. Daha çevik yaradıcılıq yolunu seçən İ.Piriyev xüsusən də ilk illərdə truppanın yeni kadrlarlakomplektləşdirilməsində və repertuar siyasətində müəyyən uğurlar əldə edə bildi. Müxtəlif teatılardan tanınmış rejissor və aktyorlann müqavilə yolu ilə teatra cəlb edilməsi sayəsində yaradıcı proses canlandı, repertuar zənginləşdi. S.Rəhmanın “Yalan”, A.Rəhimovun “Əsgər anası”, İ.Məmmədlinin İşıq tozu , Anarın Telefon gecələri”, K.Abdullanın “Elə bil qorxa-qorxa”, R.İbrahimbəyovun “Qum üstündə ev”, Ə.Bərəkətin “Tufanda yanan çıraq”, İ.Əfəndiyevin “Məhv olmuş gündəliklər”, Ə.Əmirlinin “Müqəddəs Valentin günü”, F.Mustafanın “Adsız”, M.Haqverdiyevin “Məhəbbət, şeytan və ağ ölüm”, Ə.Nesınin “Toros canavarı”, A.Çexovun “Təklif’, H.Mirələmovun “Ləyaqət”, A.Makayonokun “Tribunal”, Elçinin “Poçt şöbəsində xəyal”, Hidayətin “Bu dünyanm adamları , Ü.Hacıbəylinin O olmasın, bu olsun”, T.Vəliyevanın “Analar neyləsin”, İftixarm “Dan yeri söküləndə , E.Hüseynbəylinin “Hamının giinahı” və s. bu kimi mövzu, janr və üslubca fərqli əsərlərin adları teatrın afışalarmda göründü.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30 avqust 2006-cı il tarixində imzaladığı Sərəncamla İrəvan Dövlət Azərbaycan Dram Teatrının 125 illik yubileyi dövlət səvıyyəsində qeyd olundu. Təntənəli yubiley tədbiri 16 oktyabr 2007-ci il tarixində indiki Azərbaycan Dövlət Akademik Musiqili Teatrının binasmda keçirildi. Həmin gün ölkə Prezidentinin Sərəncamı ilə teatrın aktyorları Tamella Abdullayeva, Elmira İsmayılova və Süleyman Nəcəfov Azərbaycan Respublikasınm Xalq artisti, Dilarə Əliyeva, Tünzalə Əliyeva və Vaqif Kərimov Əməkdar artıst, direktor İftixar Piriyev Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görüldülər.

2008-ci il fevral ayının 8-də Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə Binəqədi rayonunda yerləşən M.Rəsulzadə adına Mədəniyyət Sarayı C.Cabbarlı adına İrəvan Dovlət Azərbaycan Dram Teatrının balansma verildi. Artıq öz məxsusi binası olan Teatrın yaradıcılıq imkanları genişləndi. Sənət ocağında 2008-2020-ci illər ərzində 40-a yaxın yeni tamaşa hazırlandı. Truppa M.F.Axundzadə, C.Cabbarlı, İ.Əfəndiyev, Anar, Elçin, K.Abdulla, İ.Məlıkzadə, Hıdayət, A.Babayev, E.Hüseynbəyli və b. milli klassik və miiasir dramaturqlarla yanaşı, J.B.Molyer, F.Şıller, A.Çexov, T.Əl-Hakimi, N.Hikmət, E.İonesko, K.Abe, N.Dumbadze, M.Bayciyev, X.Hüseyni kimı dünyaca məşhur müəlliflərin əsərlərini də cəsarətlə səhnəyə qoydu.

2007-ci ildən bu günədək İrəvan Teatn 6 dəfə Türkiyə Cümhuriyyətində, 4 dəfə Gürcüstan Respublikasında, 1 dəfə Rusiya Federasiyasının Dağıstan Respublikasında qastrol sətərlərində olub, bir neçə teatr festivalında iştirak edib. Bu illər ərzində Əməkdar artist Nazir Rüstəmov (2009-2010-cu illər), Əməkdar incəsənət xadimi Oruc Qurbanov (2010—2017-ci illər) Teatrın baş rejissoru vəzifəsində çalışıb. 2017-ci ildən Teatrın baş rejissoru Əməkdar artist Sərvər Əliyevdir.

İrəvan Teatrının fədakar tədqiqatçısı, mərhum İsrafıl Məmmədov haqlı olaraq qeyd edir ki, “Azərbaycan xalqının təxəyyül və təfəkkürünün, zəka və düha qüdrətinin axarından şəlalənən səhnə sənəti imarətinin diqqəti cəzb və cəlb edən sütunlarından biri də İrəvan teatrıdır. Zaman-zaman ona “Fars teatrı”, “Türk teatn”, “Səyyar teatr”, “Azərbaycan teatn”, son qaçqınlıq dövrtinədək ısə Cətər Cabbarlı adına İrəvan Azərbaycan Dövlət Dram Teatrı deyiblər. Onun tarixi əslində qaçqmlıq, J 5 deportasiya, mənəvi soyqınmı tarixidir. Qürur və təəssiif hissi doğuran tarix! .“

Bu gün C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı yenə qaçqınlıq həyatı yaşasa | da, fəaliyyətini Azərbaycan dövlətinin və soydaşlannm diqqət və qayğısı altında, eynı zamanda, bir gün əzəli torpaqlarımıza, Qərbi Azərbaycana qayıtmaq arzusu və inamı ilə davam etdirir.


<< Geri