E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 

 

XALQ SƏNƏTİ VƏ TƏSVİRİ İNCƏSƏNƏT

       

İrəvan şəhəri tarixən Qərbi Azərbaycanın mühüm iqtisadi, siyasi və mədəni mərkəzi olmuşdur. Şəhərdə və onun ətrafında xalq yaradıcılığı, dekorativ-tətbiqi sənətin müxtəlif növləri geniş yayılmışdı. İrəvanda müxtəlif sənətkar məhəllələri mövcud idi. Yerli sənətkarlar - dulusçular, toxucular, boyaqçılar, misgərlər, zərgərlər və başqalan Azərbaycanın və Şərqin digər bölgələri ilə müntəzəm sənət əlaqələri saxlayırdılar. İrəvan sənətkarlannın hazırladıqları məmulatlar Azərbaycan hüdudlanndan kənarda da yüksək qiymətləndirilirdi. Əsrlər boyu davam edən sənət ənənələri xalq içərisində yaşamış, son onilliklərə qədər davam etmişdir.

Divar boyakarlığı. Kaşıkarlıq. Azərbaycan monumental rəngkarlığının əsas növlərindən olan divar boyakarlığı geniş yayılmışdı. Üslub və bədii kompozisiya baxımından İrəvan divar boyakarlığı Azərbaycan və orta Şərq ölkələri incəsənəti ilə oxşar cəhətlərə malikdir. Miniatiir boyakarlığına xas olan şərti kompozisiya həlli, əlvan və parlaq rənglərdən istifadə, ənənəvi mövzu və süjetlərin (“Şahnamə”, “Leyli və Məcnun” motivləri, realist mənzərə və məişət təsvirləri, portretlər, eləcə də fantastik süjetlər, xeyirin şərlə mübarizəsini əks etdirən rəmzi xarakterli kompozisiyalar, gül və quşlardan ibarət lirik pannolar və s.) əks olunması İrəvan divar boyakarlığını Azərbaycanm digər məktəbləri ilə, xüsusən Təbriz məktəbi ilə yaxınlaşdınr. Divar boyakarlığının yaradılmasında, əsasən, tempera və yağlı boyadan istifadə olunurdu. Ənənəvi olaraq ictimai və dünyəvi tikililərdə divar boyakarlığı süjetli görüntülərlə, dini tikililərdə isə oynaq və ritmik kompozisiya həllinə malik həndəsi omamentli təsvirlərlə təmsil olunurdu. Süjetli təsvirlərin ən kamil nümunələri İrəvan Sərdar sarayında yerləşirdi, omamental təsvirlərin zəngin nümunələrinə isə Göy məsciddə rast gəlinir.

Sərdar sarayı İrəvanda inşa olunan ən böyük saray hesab olunurdu. Saray zəngin interyer və eksteryer bəzəklərinə malik idi. İnteryerdə, əsasən, yağlı boya və tempera ilə işlənmiş süjetli və süjetsiz kompozisiyalar, tarixi və mifoloji şəxsiyyətlərin, dövlət və hərb xadimlərinin portretləri yerləşirdi. Arasahələr isə şirli kaşı tavacıqları və bir-birinə nəzərən müxtəlif bucaq altında yerləşdirilib (işığı fərqli bucaqlar altında əks etdirərək zəngin optik təəssürat yaratmaq üçün) ritmik kompozisiya əmələ gətirən güzgü hissələri ilə bəzədilmişdi. Eksteryer bəzəklərinə gəlincə, burada kaşıkarlıq sənəti nümunələri üstün idi. Şirli və şirsiz kaşı plitələrinin (bir üzü kaşı ilə örtülən bişmiş kərpiclərin) növbəli düzülüşü sadə həndəsi fonnalar - romb, düzbucaqlı, haşiyə və s. əmələ gətirirdi. Həndəsi formaların asketik sadəliyinə baxmayaraq, onlar zəngin dekorativ işləmələrlə bir neçə qat bəzədilirdi. XIX əsrdə İrəvan Sərdar sarayının interyerində təmir bərpa işləri aparılmış, buraya yeni rəsmlər, portretlər əlavə olunmuşdu. Sarayda bərpa işləri ilə görkəmli omamentalist və portretçi rəssam Mirzə Qədim İrəvani məşğul olmuşdu. İstedadlı Qarabağ sənətkarı Usta Qəmbər Qarabaği XIX əsrin sonlarında Şəki xan sarayının bərpası zamanı burada dekorativ divar və tavan pannolan işlədiyi kimi, Mirzə Qədim İrəvani də həmin əsrin ortalarmda İrəvanda Sərdar sarayında işləmiş, Güzgülü zalı bərpa etmiş, uzunluğu 2 m, eni 1 m olan qalın kətan üzərində divara bərkidilmiş portret-pannolar (panellər) işləmişdir.

Sərdar sarayının əsas bəzək işləmələrindən biri də güzgüdür. Güzgii və gəc bəzəklərindən Gəncə, Şuşa, Şəki və digər şəhərlərdə də istifadə olunmuşdur. Lakin ölçülərinə, kompozisiyasının ahəngdarlığına və bədii-estetik xüsusiyyətlərinə görə İrəvandakı Sərdar sarayının Güzgülü zalı, şübhəsiz ki, ən gözəl nümunələrdən biri kimi dəyərləndirilə bilər. “XIX əsrin əwəllərində tavanı güzgü, divarlan portretlərlə bəzədilmiş Sərdar sarayı Tehrandakı Gülüstan və Səadətabad saraylannda olduğu kimi ...kitab miniatürlərinə yaxm olan süjetli təsvirlərə malik plitələrlə örtülmüşdü”.

İrəvandakı dini abidələrin bədii tərtibatında Göy məscid xüsusilə seçilir. Göy məscid zəngin omamental kompozisiyalarla nəfis bəzədilmiş qiymətli və hazırda İrəvanda yeganə məsciddir. Onun müasir eksteryerində kvadratformalı iizlük şirlənmiş kaşı tavacıqlarından dekorativ tərtibat vasitəsi kimi istifadə edilmişdir. Əsasən, ağ, mavi, göy, sarı və qəhvəyi rəngdə olan tavacıqlar bir-biri ilə ahəngdarlıqla qovuşaraq ritmik həndəsi omamental kompozisiya həlli əmələ gətirirlər. Həndəsi kompozisiyalı kaşı bəzəklərindən Göy məscidin dövrümüzədək mühafızə olunmuş yeganə minarəsinin bəzədilməsində də məharətlə istifadə edilmişdir. Minarənin qiblə istiqamətində, şərəfənin altında divara şirli kaşı ilə yazılmış “Allah” sözü bərkidilmişdir. Həmçinin şərəfənin qapısı üzərində eyni iisulla “Ya Əli” sözləri bənd edilib. Maraqlıdır ki, “Ya Əli” ifadəsi günbəzm ıç tərəfınin yuxarı hissəsində dairə boyunca səkkiz dəfə təkrarlanır. Məscidin şiəlik təriqətinə mənsubluğu onun bədii tərtibatında çox dolğun əks olunmuşdur. Yazılar bəsit qrafık kompozısıyaya malik olub kufı xəttinin sadələşdirilmiş fonnasmı xatırladır.

Bəzəklərin kompozisiya həlli baxımından İrəvandakı Göy məscid Şuşadakı Govhər ağa məscidi, eləcə də Gəncə Cümə (Şah Abbas) məscidi ilə oxşar cəhətlərə malikdir. Bu isə öz növbəsində İrəvan bədii məktəbinin Qarabağ, Gəncə, həmçinin Naxçıvan, Marağa, Təbnz məktəblən ilə bədii sənətkarlıq əlaqələrinin mövcud oldugunu göstərir.

Göy məscidin əsas günbəzi xaricdən tamamilə mayolika ilə örtülmüşdür. Əsas hissəsı göy rəngdə olan mayolika nümunələri sarı kaşı ilə ahəngdarlıqla əlaqələndirilərək sadə görünüşlü, eyni zamanda zəngin estetik təəssürat yaradan kolorit effektinə malikdir. Məscidin əsas portalı stalaktit fornıasında olub Bakıdakı Şirvanşahlar saray kompleksinin əsas portalını xatırladır. Həmın abidədən fərqli olaraq Göy məscidin portalı göy-mavi kaşı tavacıqları ilə bəzədilmişdir. İrəvandakı göy məscidin həm eksteryer, həm də interyer bəzəkləri, demək olar ki, yalnız həndəsı omamentlərdən ibarətdir ki, bu da onu Naxçıvan bədii ənənəsinə yaxınlaşdınr.

XVIII əsrdə inşa edilmiş Abbas Mirzə məscidi (Xan məscidi) zəngin dekorativ tərtibata malik  olmuşdur. XX əsrin ortalarında baxımsız vəziyyətə düşən və tədricən uçulub dağılan bu abıdə,  hazırda tamamilə sökiilmüşdür. Ötən əsrin sonlarında, əsrimizin əwəllənndə çəkılmış fotolarda  həmin məscidin iki divarmın qalıqlan əks olunub. Bişmiş kərpicdən tikilmiş divarlar üzərındə  İrəvan monumental sənəti üçün xarakterik olan rombşəkilli bəzək motivləri dıqqətı cəlb edır. Bu  bəzək motivləri xan məscidinin daha əvvəl çəkilmiş fotoşəkillərində də aydın görünür. Minalı və minasız kərpiclərin növbəli kombinasiyası ilə əmələ gətirilən rombun nisbətən iri ölçüləri bədıı  kompozisiyaların monumentallığından xəbər verir. Bu cəhət məscidin köhnə fotoları ilə də təsdıq olunur. Romb kənardan tünd, daxildən açıqrəngli kərpiclərdən təşkil olunmaqla xiisusı bədıı effekt yaradır. Rombun daxilində eyni rənglərdə ikinci cərgə (bala romb) yerləşir ki, bu da Azərbaycan dekorativ sənətində geniş yayılmış kompozisiya fonnasıdır (“hamilə buta”). Abıdənın ıkıncı dıvarında da roınb formalı ınaraqlı dekorativ kompozisiya diqqəti cəlb edir. Mınalı və mınasız kərpielərin ahəngdar düzülüşiindən yaradılan bu kompozisiyada “Allah” kəlməsi miixtəlif kombinasiyalarda təkrarlanır. Həmin kombinasiya Bərdədəki “Allah-Allah” türbəsini (XIV əsr) və eyni dövrdə inşa edilmiş Naxçıvanm Qarabağlar kəndindəki on iki üzlii türbəni xatırladır.

Təsviri sənət. İrəvan şəhərində təsviri sənətin köklü ənənələri vardır. Burada təsvir sənət xalq yaradıcılığınm ayrı-ayrı sahələrindən və miniatür sənətindən qaynaqlanmışdır.

XIX əsrdə İrəvanda klassik Azərbaycan təsviri sənətinin ən məşhur simalarından biri olan Mirzə Qədim İrəvani (1825-1875) yaşayıb yaratmışdır. O, həmin dövrdə təkcə İrəvanın deyil, bütövlükdə Azərbaycanın tanınan rəssamı olmuşdur. Cəmi 50 il ömür sürməsinə baxmayaraq, zəngin bədii irs qoyub getmişdir.

Mirzə Qədim İrəvani, əsasən, omamentalist və portretçi rəssam kimi ad çıxarmışdır. Mirzə Qədim İrəvani şəhərin ms qoşunları tərəfındən işğalından (1827) iki il öncə xarrat ailəsində anadan olmuşdur. Onun irsini tədqiq etmiş görkəmli alim N.Miklaşevskayanın fıkrincə, atası Məmmədhüseyn (Məhəmmədhüseyn) kişi adi xarrat olmayıb bədii yonma sənətini mükəmməl bilən bir sənətkar olmuşdur. O, bədii sənətkarlığı oğlu Qədimə lap uşaq yaşlarından sevdirə bilmişdi. Qədim bir qədər böyüdükdən sonra imkanlı atası onu Tiflis progimnaziyasına oxumağa göndərir. Progimnaziyada təhsilini başa vuran Qədim təxminən 1840-cı ildə İrəvana qayıdır və poçt şöbəsində teleqrafçı vəzifəsinə düzəlir. Mirzə Qədim bu vəzifədə 35 il - ömrünün sonunadək çalışıb. Mirzə Qədim İrəvani 1875-ci ildə kollec asessom rütbəsində İrəvanda vəfat edib.

Mirzə Qədim, əsasən, sulu və yağlı boya, həmçinin tempera ilə şəkillər çəkmişdir. O, milli realist üslubun yaradıcısı hesab olunur. Rəssamın kiçikölçülü rəsmləri kağız və karton, iriölçülü əsərləri isə (panel rəssamlığı nümunələri) bərk kətan üzərində çəkilib. Rəssamın milli məişət elementləri ilə zəngin olan əsərləri şərq incəsənətinə xas rəngarəngliyi və dekorativliyi ilə seçilir. Onun yaradıcılığı Qacar üslubuna yaxm olub ənənəvi miniatür sənəti ilə Avropa akademik rəssamlığınm sintezindən qaynaqlanır. Rəsmlərdəki rəngarənglik, sadə süjet xətti və simvolika şərq incəsənəti təzahürləridir. Kompozisiyanı perspektiv qumluşu əsasında əks etdirməyə cəhd isə Avropa rəssamlığım xatırladır. Rəssamın bədii irsi Bakıda Milli İncəsənət Muzeyində, Tbilisidə Gürcüstan Dövlət İncəsənət Muzeyində və Sankt-Peterburqda Dövlət Ermitajında saxlanılır.

Mirzə Qədim İrəvaninin yaradıcılığı, əsasən, üç - erkən, yetkin və son dövrlərə böliinür. Yaradıcılığınm erkən dövrü yeniyetməlik illərindən İrəvanda Sərdar sarayınm bərpasına qədər olan dövrü (XIX əsrin 40-50-ci illərini) əhatə edir. Bu dövrdə rəssam ipək və qızılı saplardan tikmələr, kağız üzərində trafaret-rəsmlər, klassik şərq üslubunda sadə süjetlər (“Qızıl gül və bülbül”), laklı və şüşə üzərində rəsmlər çəkmişdir. Onun erkən dövr portretlərindən “Xəncərli kişi”, “Rəqqasə”, Dərviş”, “Molla’ və başqalannı göstərmək olar. Bu dövrdə rəssamın yaradıcıhğı hələ inkişaf mərhələsində idi. “Dərviş” portretində dərvişin paltarının ətəklərinin, əllərinin (bannaqlarmm) sxematik təsviri, müəyyən kompozisiya şərtilikləri rəssamın yaradıcıhğının hələ tam formalaşmadığmı göstərir.

Mirzə Qədimin yaradıcılığının ikinci, yetkin dövrü XIX əsrin 50-ci illərinə təsadüf edir. Həmin dövrdə o, İrəvanda Sərdar saraymın bərpası işinə cəlb olunmuş, Güzgülü zalı bərpa etmişdi. Bununla yanaşı, Mirzə Qədim saray üçün dörd böyük portret panno işləmişdi. Yağlı boya ilə çəkilmiş bu portretlər Azərbaycan panel incəsənətinin ilk nümunələri hesab edilir. Realist tərzdə işlənmiş bu portretlərdə Fətəli şah, Abbas Mirzə, İrəvanm sonuncu xanı Hüseynqulu xan və Şahnamə nin əfsanəvi personajı olan Rtistəm Zal təsvir edilmişlər.

Rəssam Fətəli şah obrazım ikonoqrafık tərzdə işləməklə yanaşı, onun məlum təsvirləri ilə müəyyən oxşarlığın əldə olunmasına çalışmışdır. Belə ki, o, Fətəli xam İran şahlanna xas olan uzun, qara saqqallı, əynində zəngin bəzədilmiş qırmızı xalat, belində uzun, əyri qılınc, oturmuş vəziyyətdə təsvir etmişdir. Fətəli xanın baxışları tamaşaçıya deyil, bir qədər kənara dikilib. Onun üzündəki soyuq, təmkinli ifadə Şərq portret sənətinə xas olan sxematizmin təzahürüdür. Hüseynqulu xanın portretinə gəlincə, rəssam onu zəngin bəzədilmiş saray interyerində deyil (Fətəli şahın poıtretində olduğu kimi), lirik xarakterli təbiət qoynunda təsvir edib. Fətəli şahla müqayisədə Hüseynqulu xanın siması daha ifadəli olub nəzərləri tamaşaçıya yönəlmişdir. Xanın başı üzərindəki səmada ağ buludlar lirik ovqat yaradır. Maraqlıdır ki, xanın arxasında görtinən şişuclu dağlar məhz İrəvan ətrafındakı dağları və sivri qayaları xatırladır.

Rəssamın Sərdar sarayı üçün çəkdiyi Rüstəm Zalın, vəliəhd Abbas Mirzənin, xanın kiçik qardaşı Həsən xanın portretləri daha təsirli, emosional cizgilərlə yadda qalır. Hərbı geyımdə təsvır edilmiş Həsən xanın portreti maraq doğurur. Onun qətiyyətli görünüşü, Koroğlunun bıglarmı xatırladan uzun bığları vardır (Həsən xan qardaşı Hüseynqulu xandan yaşca xeyli kiçik, həm də peşəkar döyüşçü olduğundan saqqal saxlamırdı). Sağ əlini iddialı tərzdə dizinə dayanması, sol əli ilə belinə bağladığı qılıncın dəstəsindən Uıtması portretdə təsvir olunanın cəsurluğunu, ləyaqətını və igidliyini rəmzi formada əks etdirir.

Mirzə Qədim İrəvaninin yaradıcılığının son dövrü onun həm də bədii cəhətdən kamillik dövrüdür. Rəssam bu dövrdə monumentalçılıqdan uzaqlaşmış, dekorativliyə meyil etmiş, əsasən, 5 məişət xarakteı-li kiçikölçülü portretləra üstünlük veraıişdir. Rəssamın bu dövrdəki rəsmlərının :g əksəriyyəti kağız üzərində sulu boya ib çəkilib. Bunlardan “Şahzadə Aleksandnn arvadt ilə portreti”, “Gənc oğlanm portreti” (və ya Qacar şahzadəsi Vəciulla Mirzənin portreti, “Mah Tələtin portreti” (hamısı 1860-cı illər), “Əyləşmiş gənc qadın portreti” (1870) və başqalarım  qeyd etmək olar. Donuq, lakin nisbətən ifadəli sima, zəngitı geyim və mteryer bəzəklən, məkan həllinin Avropa rəssamlığına xas olan, lakin nisbətən bəsit təsır bağışlayan uçolçülu qunıluşu, ışıq-  kölgənin olmaması bu portretlərin və ümumiyyətlə, rəssamın yaradıcılığının xarakterık cəhətləridir. 

Mirzə Qədim İrəvaninin Qacar üslubuna yaxınlığı ilə seçilən portretləri XIX əsrin digəı tanın- ' mış Azərbaycan portretçi-rəssamlan - Allahverdi Əfşar, Məhəmməd Əfşar, Əbdül Qasım Təbrizi jg və başqalarmın bədii üslubu ilə müəyyən yaxınlıq təşkil edir. Bu, İrəvan rəssamlıq ənənələrinin Azərbaycanın digər rəssamlıq mərkəzləri ilə sıx yaradıcılıq əlaqələrinə malik olduğunu göstənr.

İrəvan şəhəri istedadlı Azərbaycan rəssamlarının vətənidir. Onların arasında Azərbaycan xalça sənətinin mahir ustadı, Xalq rəssamı Kamil Müseyib oğlu Əliyev (1921-2005) də vardır. Onun yaratdığı xalçalar, o cümlədən xalça üzərində portret təsvirləri təkcə respublikada deyıl, butun dünyada geniş şöhrət qazanmışdır. K.Əliyev kasıb ailədə dünyaya göz açıb. O, ailəsi iiə İrəvanı tərk edəndə 8 yaşı vardı. “Bu illər ermənilərin azərbaycanlılara qarşı amansızcasma yürutduklən qaıılı soyqmmı siyasətinin qurbam olan millətimiz baş verən ağrıh-acılı hadisələrdən irəli gələrək öz dədə-baba yurdlarını tərk etmək məcburiyyətində qalmışdılar” . Bakıya köçdükdən sonra K.Əliyevin sənət dünyası inkişaf etməyə başladı. Tezliklə gənc rəssam xalça sahəsində tanınmış ustada çevrildi. Onun sonrakı sənət yolu isə müasir Azərbaycan xalçaçılığının inkişafı ilə sıx baglı olmuşdur.

Teatr-dekorasiya sənəti. İrəvan Azərbaycan teatr mədəniyyətinin erkən və böyük ocaqlanndandır. Hələ XIX əsrin 80-ci illərində burada təəssübkeş Azərbaycan ziyalılarının iştirakı ilə tamaşalar göstərilirdi. O dövrdə Bakı, Gəncə, Naxçıvan və Şuşa teatrlarmda olduğu kimi, İrəvan teatnnda da bədii tərtibat, əsasən, rejissorlar və iştirakçılar tərəfındən yerinə yetirilirdi. Ermənistanda Sovet hakimiyyəti qurulanadək İrəvan teatrında peşəkar rəssam olmayıb. Yalnız 1920-ci illərin ortalanndan etibarən səhnədə bədii tərtibat işləri yerinə yetirilməyə başlanıb.

İrəvan teatrının əsl sənət intibahı uzun fasilədən sonra, 1967-ci ildə qapılarını yenidən tamaşaçılann üzünə açdığı dövrdən başlanır. Bu proses Azərbaycan teatrının və təsviri sənətinin ümumi inkişafı ilə bilavasitə əlaqədar olub teatra azərbaycanlı rəssamların cəlb edilməsində təzahiir edirdi. Həmin dövrdə Qərbi Azərbaycanda yaşayıb yaradan fırça ustası, Ermənistanm Əməkdar rəssamı Cabbar Quliyev (1922-2004) teatrla sıx əməkdaşlıq etməyə başladı.

1968-ci ildə Cabbar Quliyev Cəfər Cabbarlının İrəvan Dövlət Azərbaycan Dram Teatrında (İDADT) oynanılan “Solğun çiçəklər” pyesinin (rejissorlar Zülfüqar Abbasov, Kamil Məhərrəmov) və Nəcəf bəy Vəzirovun “Yağışdan çıxdıq, yağmura düşdük” komediyasının (rejissorlar Ziilfıiqar Abbasov və Tariyel Qasımov) bədii tərtibatım verdi. “Tamaşanın forma prinsipləri rəssam Cabbar Quliyev tərəfındən maraqlı həllini tapmışdı. Bu tərtibatın rəng koloritindən, dekorlann qurulma prinsiplərindən hiss olunurdu ki, teatr səhnəqrafıyanı tamaşanın bədii atribut-obrazı vüsətinə qaldırmaq cəhdində inamlı addımlar ata bilər”. Zəngin milli kolorit, səhnə rekvizitlərindən məharətlə istifadə edilməsi, həcmli və müstəvi dekorasiyalarm ahəngdar düzülüşü bu tərtibatlarm əsas bədii-estetik cəhətləri idi. C.Quliyev həmçinin eskiz və geyim sahəsində də xeyli təcrübə toplamışdı. O, klassik və müasir Azərbaycan teatr rəssamlarının sənət xiisusiyyətlərini diqqətlə öyrənir, onları İrəvan teatrının səhnəsində yaradıcılıqla inkişaf etdirirdi.

1971-ci ildə artıq səhnəqrafıya sahəsində xeyli təcrübə toplamış Cabbar Quliyev M.F.Axundzadənin “Molla İbrahimxəlil kimyagər” tamaşasının (quruluşçu rejissor Hilal Həsənov) bədii tərtibatmı hazırladı. “Yağışdan çıxdıq, yağmura düşdük” tamaşasında yaddaqalan interyer tərtibatı quran rəssam bu dəfə realist bədii ifadə formaları, təbii görünüşü ilə diqqəti cəlb edən təbiət mənzərələri, maraqlı kostyum nümunələri nümayiş etdirdi. İDADT-da rejissor kimi çalışan Vəli Babayev də bədii tərtibat məsələlərində Cabbar Quliyevə yardım edirdi. O, Bəxtiyar Vahabzadənin teatrda tamaşaya qoyulan “İkinci səs” (1971) tamaşasma ikinci bədii tərtibatçı kimi cəlb edilmişdi. 1971-ci il İrəvan teatrı səhnəqrafıyasının inkişaf dövrüdür. Həmin il Naxçıvan Dövlət Dram Teatnnın baş rəssamı, muxtar respublikanın Xalq rəssamı Məmməd Qasımov, həmçinin Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alan gənc rəssam Fuad Qafarov (o, sonralar Əməkdar rəssam fəxri adını aldı) İrəvan teatrına ezam olundular.

İrəvan teatrında Məmməd Qasımov tanınmış osetin yazıçı-dramaturqu Georgi Xuqayevin “Arvadımın əri” (rejissor Hilal Həsənov), Fuad Qafarov isə Üzeyir Hacıbəylinin “Arşın mal alan” (rejissor Hilal Həsənov) tamaşalarının bədii tərtibatını hazırladılar. Məmməd Qasımov Naxçıvan teatrında yaratdığı monumental realist sənət ənənəsini İrəvan teatrı səhnəsində uğurla inkişaf etdirdi, bununla da tarixən bu iki yaxın teatr mühitini müasir dövrdə bədii tərtibat müstəvisində bir-biri ilə əlaqələndirdi. Fuad Qafarova gəlincə, o, daha çox hazır rekvizitlərdən istifadə edir, eyni zamanda tamaşanm məzmunu ilə vizual ahəngdarlıq təşkil edən milli geyim formalannın səhnədə görünməsinə xüsusi diqqət verirdi. Əsərin məzmununa uyğun olaraq o, Əsgəri və dostu Süleyman bəyi həmin dövrə xas olan avropasayağı ziyalı kostyumunda, Cahan xalanı, Vəlini, eləcə də qızları (Gülçöhrə, Asya və Tellini) əksinə, milli geyimlərdə səhnəyə çıxarmaqla koloritli, diqqəti cəlb edən sintez yaratmağa nail oldu. Əlbəttə, o dövrdə gənc olan Fuad Qafarov tanınmış Azərbaycan teatr rəssamlarının ıııövcud təcrübəsini əldə rəhbər tuturdu. İrəvanda qazandığı uğurlar gənc rəssamın bir növ böyük sənət qarşısında imtahanı oldu.

1979-cu ildə Fuad Qafarov bir daha İrəvan teatrına ezam edildi. Bu zaman o, Moskvada, SSRİ Mədəniyyət Nazirliyi nəzdindəki ixtisasartırma kurslannda oxuyur, Böyük Teatrda staj keçirdi. Həmin il Fuad Qafarov yazıçı Anarın Dövlət mükafatına layiq görülmüş “Şəhərin yay günləri” (rejissor Tofıq Ağayev) tamaşasınm rəssamı oldu.

198l-ci ildə səhnədə lirik-romantik tərtibat məktəbinin təmsilçisi, sonralar Xalq rəssamı fəxri adını alacaq Tahir Tahirov İrəvan teatnna dəvət aldı. T.Tahirov o zaman İDADT-ın direktoru vəzifəsində işləyən yazıçı-dramaturq Hidayətin “Məni qınamayın” tamaşasının (rejissorlar Ağakişi Kazımov, Aydın Əliyev) bədii tərtibatını verdi.

Əsl təəssübkeş ziyalı olan Cabbar Qasımov 1988-ci ildə teatr öz yurd-yuvasından didərgin düşdükdən sonra da ondan aynlmadı, müxtəlif tamaşalara eskizlər işlədi. “1989-1993-cü illərdə İrəvan teatrının əksər tamaşalarınm bodii tərtibatı Cabbar Quliyev tərəfındən hazırlanıb. Yalnız bəzi tamaşalara Marina Vəliyeva, Rafael Əsədov və başqalan tərtibat vermişlər. 1994-cü ildən Rza Avşarovun truppaya cəlb olunması İrəvan teatrı səhnəqrafiyasına yeni nətəs gətirdi . Bununla da teatrın fəaliyyətinin Bakı dövrü başlandı. İDADT 30 ildən çoxdur ki, Bakıda fəaliyyət göstərir. Bu müddət ərzində teatrla Nabat Səmədova, Rəşad Şerif, İlqar Əkbərov, Xəqani Əliyev, Vahid Mürsəliyev və başqa rəssam və bədii tərtibatçılar uğurla əməkdaşlıq etmişlər. Hazırda İrəvan teatrı ilə təcrübəli rəssamlarla yanaşı, gənclər də əməkdaşlıq edir. Müasir dövıdə İrəvan teatrı səhnəqrafıyası Azərbaycan teatr rəssamlığınm bir hissəsini özündə əks etdirməklə milli mədəni proseslərə sürətlə inteqrasiya edir.

İrəvan şəhəri XVII-XIX əsrlər Avropa və rus rəssamlarının yaradıcılığında. Azərbaycanın tarixi şəhərlərindən olan İrəvan XVII - XIX əsrlərdə yaşayıb yaratmış Avropa və rus rəssamlannm rəsm əsərlərində dəfələrlə təsvir olıınub. Bu əsərlər realistliyi, tarixi-mədəni əhəmiyyəti ilə diqqəti cəlb edir. İrəvanın müxtəlif dövrlərdə xarici rəssamlar tərəfındən çəkilmiş rəsmləri şəhərin tarixi görüniişü, memarlıq abidələri, ayn-ayn tikililəri, insanlann məşğuliyyəti, geyimi və s. haqqmda ətraflı təsəvvür yaradır. Maraqlıdır ki, foto səııətinin mövcud olmadığı zamanlarda çəkilən şəkıllər təkcə bədii deyil, həm də hərbi-topoqrafık cəhətdən ciddi əhəmiyyətə malik olmuşdur. Əsasən sxem, çertyoj və qravür xarakteri daşıyan bu təsvirlər vasitəsilə rus ordusu İrəvan şəhərinin plan quruluşu ilə tanış olur, onun topoqrafiyasım, landşaftım, istehkam müdafıə sistemini öyrənirdi. İrəvan qalasının ruslar tərəfindən alınmasmda bu təsvirlərin müəyyən rolu olmuşdur. Sonralar rəssamlar daha çox yaglı boya ilə tablolar yaratmaga başladılar. Bu tablolarda rus ordusunun qələbələri əks olunmaqla yanaşı, şəhər həyatmm ayrı-ayrı lövhələri də öz əksini tapırdı.

XVII əsr fransız səyyahı Jan Şarden bir neçə dəfə Şərq ölkələrinə səyahət etmiş, dörd il Səfəvilər dövlətinin paytaxtı İsfahanda yaşamışdı. J.Şarden həm də qravürçü rəssam kimi tanınırdı. O, “İrəvan qalasının panoramlı görünüşü” adlı qravürün (1672) müəllifıdir. Qraviir şəhərin görünüşünii və onun ətrafındakı dağları dəqiq əks etdirir. Şarden öz işinə məsuliyyətlə yanaşmış, şəhəri, ayrı-ayrı məhəllələri, hətta evləri dəqiqliklə təsvir etmişdir. Rəsmdə evlərin həyətləri, burada bitən ağaclar, şəhərin kənarından axan Zəngi çayı, İrəvanlılann şəhərətrafı bağ və əkin sahələri, müsəlman və xristian ibadətgahları çox dəqiq əks olunmuşdur.  Bütün bunlar qravürü rəsm əsərindən daha çox mahir kəşfıyyatçınm hazırladığı xəritəyə, çertyoja bənzədir.

Rus təsviri sənətində İrəvan şəhərinin görünüşləri daha çoxdur. Bunlardan Mixail Matveyeviç İvanov (1748-1823), Qavrilo Sergeyeviç Sergeyev (1765-1816), Karl Petroviç Beqqrov (1799- 1875), Qriqori Qriqoryeviç Qaqarin (1810-1893), Frans Alekseyeviç Rubo (1856-1928) və başqalarının əsərlərini göstərmək olar. Əsasən, yağlı boya və qravür texnikasında çəkilmiş bu əsərlərdə İrəvan şəhərinin müxtəlif təsvirləri yer almışdır. M.M.İvanovun “İrəvan şəhərinin bir hissəsi”, İrəvanm ətrafında və başqa əsərləri məlumdur. İrəvan şəhərinin bədii cəhətdən mükəmməl təsir bağışlayan rəsmlərindən birini tanmmış rus hərbi topoqrafı və rəssamı Q.S.Sergeyev çəkmişdir. Əsər İrəvan şəhərinin görünüşü’ (1796) adlanır. Q.Sergeyev peşəkar rəssamlıq təhsili almamış, hərbi ekspedisiyalarda topoqrafıya işləri zamanı rəssamlıq sənətinə yiyələnmişdir. O, 1796-cı ildə Dərbənd, Quba, Bakı, Şirvan, Qarabağ və Gəncə xanlıqlarım zəbt edən general V.A.Zubovun ordusunun tərkibində rəssam-topoqraf kimi Qafqaza gəlmiş, Dərbəndin, Bakmın, İrəvanm, Tiflisin və başqa şəhərlərin yağlı boya və qravür texnikasında rəsmlərini çəkmişdir. Maraqlıdır ki, 1793-94-cü illərdə Sergeyev Osmanlı imperiyasındakı rus səfırliyində xidmət etmiş, İstanbulun gözəl mənzərələrini yaratmışdır. O, rus təsviri sənətində türk mövzusunda əsərlər çəkmiş ilk rəssamdır.

"İrəvan şəhərinin görünüşü” qraviirü realist təbiət səhnələri ilə zəngindir. Ön planda şəhərətrafı yaşıllıqlar və əkiıı sahələri, orta planda Zəngi çayı, arxa planda isə İrəvan qalası təsvir edilmişdir. Q.Sergeyev İrəvanı tipik müsəlman şəhəri kimi əks etdirib. Divarlarla əhatə olunmuş qala daxilində evlər, o cümlədən şəhərin müxtəlif hissələrində iki məscid minarəsi diqqəti cəlb edir. Zəngi çayının üstündəki körpü dördaşırımlı olub memarlıq və kompozisiya xüsusiyyətlərinə görə Xram çayı üzərindəki Qırmızı körpünü xatırladır. Körpünün üstü ilə üzü şəhərə doğru dəvə karvanı hərəkət edir ki, bu da həmin dövrün azərbaycanlı məişətini əks etdirir. Nəhayət, kompozisiyada təsvir edilmiş insanlar xarakterik azərbaycanlı geyimindədir. Ön plandakı ortayaşlı, saqqallı kişinin başında buxara papaq, əynində yaxası açıq, qolları kəsik çuxa vardır. Bu, istər İrəvan zonası, istərsə də digər bölgələrdə geniş yayılmış ənənəvi Azərbaycan geyim tipi olmuşdur.

Almanmənşəli rus akvarelçisi və litoqrafçı-rəssamı K.P.Beqqrov da İrəvan mövzusunda əsər çəkmişdir. Onun “İrəvan qalasının hücumla alınması. 1 oktyabr 1827-ci il” adlı litoqrafıyası şəhər tarixinin faciəli səhifəsinə həsr olunub. Lakin rəssam rus təbəəsi olduğundan bunu rus silahının zəfəri kontekstində təqdim etmişdir. Geniş panoramlı tabloda ön planda rus qoşunları, arxa planda isə İrəvan qalası təsvir olunub. Rus artilleriyasının aramsız top atəşlərindən topa-topa ağ tüstü səmaya qalxır. Sağ tərəfdə piyada dəstələri qalaya doğru irəliləyir. Şəhər hələ təslim olmayıb və işğalçılara inadlı müqavimət göstərir. Beqqrov digər rəssamlar kimi İrəvanın ayrı-ayrı tikililərini, o cümlədən şəhərin müxtəlif hissələrində ucalan ınəscid minarələrini aydın təsvir etmişdir.

Görkəmli rus rəssamı Q.Q.Qaqarin də ötən əsrin ortalarında Qafqazda olmuş, Azərbaycan məişətini, tarixi-memarlıq abidələrini əks etdirən rəsmlər çəkmişdir. Bunlardan biri də İrəvan sərdarının sarayı. Giizgülü zal” əsəridir. Əsərdə sarayın güzgülü interyer bəzəkləri, divar rəsmləri, pannolar, habelə saraydakı insanlarm geyimləri dəqiqliklə və realist səpkidə əks edilib. Bu şəkil İrəvan sərdarı sarayının interyer bəzəklərinin əks olunduğu ən kamil bədii yaradıcılıq nümunələrindən biridir.

İrəvanın çar qoşunları tərəfındən işğal edilməsini əks etdirən dramatik tablolardan birini alman mənşəli rus panoramçı-batalisti F.A.Rubo çəkmişdir. Əgər K.P.Beqqrovun litoqrafıyasında rus qoşunlarının qalanı top atəşinə tutması təsvir edilirsə, F.A.Rubonun yağlı boya ilə işlədiyi İrəvan qalasının təslim edilməsi” tablosunda artıq qalanın təslim olması və rus qoşunlarının nizamla, iri cərgələrlə qalaya daxil olması səhnəsi əks olunub. Onların qarşısında isə təslim olmuş İrəvan xanının qoşununun qalıqları uzun cərgələrlə tabe vəziyyətində dayanmışlar. Tüfəngləıi ayaq altında, yan-yana yerə düzülmüşdür. Ön planda xanlığın yerə atılmış qırmızı rəngli bayrağı görünür. Kompozisiyanın mərkəzinə yaxın yerdə rus zabitinin xanlığın bayrağının dəstəsindən tutaraq onu başı aşağı yerə dirəməsi diqqətdən yayınmır. Arxa planda şəhər tikililəri, o cümlədən Göy məscid  görünür. Rubonun batal əsərlərinin bir çoxu panoramlıdır. Bu, döyüşün getdiyi əraziləri ətraflı təsvir  etmək üçündür. Sözügedən əsər də panoramlı əsərlərə aiddir. Əsərin sağ hissəsində şəhərdən kənarda, çöldə rus qoşunlannm yeni dəstələrinin qalaya daxil olmaq üçün irəliləməsi göstərilmişdir.

Nəticə olaraq xatırladaq ki, İrəvan şəhəri Azərbaycan xalq sənətləri və təsviri incəsənətinın  tarixən təşəkkül tapmış mühüm mərkəzlərindən biri olmuşdur. Burada xalq yaradıcılıgının müxtəlif g sahələri, divar boyakarlığı, sonralar isə həm də realist təsviri incəsənət və səhnəqrafıya sənətı ınkışal etmişdi. İrəvanm azərbaycanlılar tərəfındən yaradılmış xalq sənəti və təsviri incəsənəti milli bədii  mədəniyyət tariximizdə özünə mölıkəm yer tutmuşdur. Bu sənət heç zaman yaddaşlardan  silinməyəcək, daim öz əhəmiyyətini və aktuallığını qoruyub saxlayacaqdır.

 

 


<< Geri