****
Rasim Əhməd oğlu Kazımov Bakı Dövlət
Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsində 1977-ci ildən
bilavasitə fəaliyyətə başlamasına baxmayaraq, hər zaman fakültə ilə
bağlı olmuş və fakültənin bütün tədbirlərində yaxından iştirak
etmişdir.
Onu da qeyd etmək lazımdır ki, bu əlaqənin 31 ilə
yaxın bir tarixi vardır. O, universitetin Kitabxanaçılıq-informasiya
fakültəsindəki fəaliyyəti dövründə müəllim, laborant və tələbə
heyətinin dərin hörmət və sevgisini qazanmışdır.
Rasim müəllimin unudulmaz xatirəsi onun müəllim
həmkarlarının yaddaşında daim yaşayır və yaşayacaqdır.
Abuzər XƏLƏFOV
Tarix elmləri doktoru, professor
****
R.Kazımovun verdiyi təkliflər hazırda Milli Kitabxananın biblioqrafiya
şöbəsinin işinin əsasını təşkil edir. Mərhum alimin irəli sürdüyü
təkliflər bu gün də bütün kitabxanaların elmi fəaliyyətinin
istiqamətlərini təşkil edir. R.Kazımov daima bütün kitabxanaşünas
alimlərin elmi işlərinin müdafiəsində, onların elmi ad almalarında
köməklik göstərməyə çalışıb.
Kərim TAHİROV
M.F.Axundov adına Milli Kitabxananın direktoru,
professor
****
Rasim Kazımov 1965-1976-cı illərdə AMEA-mn Mərkəzi Elmi Kitabxanasına
rəhbərlik etdiyi dövr mühüm mərhələni təşkil edir. Onun BDU-nun
Kitabxanaçılıq- informasiya fakültəsinə dəvət olunması fakültəmizin elmi
potensialının, kadr hazırlığının kefıyyətinin yüksəlməsinə ciddi təsir
göstərmişdir.
Əziz dostum, məhsuldar alim, tanınmış pedoqoq və vətəndaş mövqeyi olan
və keçmiş ittifaqda tanınmış alimlərlə bir sırada duran ziyalılarımızdan
biri idi....
Xəlil İSMAYILOV
Tarix elmləri doktoru, professor
****
Ensiklopedik biliyə malik dosent Rasim Kazımovun aramızdan getməsi
Azərbaycan kitabxanaşünaslıq elmi məktəbində böyük bir boşluq
yaratmışdır. Etiraf etmək lazımdır ki, bu boşluğu hələlik doldurmaq
mümkün olmayıb....
Dərin zəka sahibi olan mərhum Rasim Kazımov professor Abuzər Xələfov
elmi məktəbinin layiqli bir üzvü idi. Onun vaxtsız ölümü hamını
sarsıtmış və Rasim Kazımov fenomeni həmişə qəlbimizdə yaşayacaqdır...
Mehmanəli MƏMMƏDOV
Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsinin
dekan müavini, pedaqogika üzrə
fəlsəfə doktoru, dosent
****
Rasim Kazımov XX əsrin 50-ci illərindən başlayaraq Azərbaycan
kitabxana-biblioqrafık informasiya məkanını daim zənginləşdirən, onun
dövrün tələblərinə uyğun inkişafına təsir etmək imkanlarına malik geniş
diapazonlu, analitik təfəkkürə malik tanınmış kitabxanaşünas, biblioqraf
alim, işıqlı bir ziyalı kimi yaddaşlarda daim yaşayacaqdır.
Nadir İSMAYILOV
Biblioqrafıyaşünaslıq kafedrasının müdiri,
pedaqoji elmlər üzrə fəlsəfə
doktoru, dosent
****
Geniş təfəkkürə malik olan ziyalı idi. Dəyərli müəllim, güclü pedaqoq,
sadə insan idi. Fakültədə onun fikir və təfəkkürünə ehtiyac duyulurdu.
Fakültə əməkdaşlarının elmi yaradıcılığına daim istiqamət verirdi.
Güclü yumor hissinə malik olan Rasim Kazımov Abuzər Xələfovun elmi
məsləkdaşı olmuşdur.
Elçin ƏHMƏDOV
Kitabxanaşünaslıq kafedrasının müdiri,
pedaqogika üzrə fəlsəfə doktoru,
dosent
****
O doğuldu hamı kimi,
Hamı kimi
böyüsə də,
Hamı kimi
yaşamadı..
Xalq şairi Rəsul Rzanın bir zamanlar dillər əzbəri olan misralarıdır.
Zaman bu misraların yer aldığı poemanı unutdursa da, Azərbaycan dilindən
peşəkarlıqla istifadə olunmaqla cəmi üç sətirdə ifadə edilmiş poetik
gözəllik yaddaşlardan silinmədi. Çünki xalqımız bu misralarda əks olunan
mənalı ömür yaşayan görkəmli şəxsiyyətləri hər zaman və bütün sahələrdə
yetişdirir.
Dəyərli pedaqoq, Bakı Dövlət Universitetinin Kitabxanaşü- naslıq
kafedrasının dosenti, pedaqoji elmlər namizədi Rasim Kazımov da məhz
belə şəxsiyyətlərdəndir.
O, 18 may 1932-ci ildə Bakı şəhərində dövrünün tanınmış ziyalısı, Bakı
Dövlət Universitetinin professoru Əhməd Kazımovun ailəsində anadan
olmuşdu.
Atası 30-cu illərdə repressiya olunduğundan, nənəsinin himayəsində
çətinliklə böyümüşdü. Üzərində "xalq düşməninin oğlu" damğası olsa da,
həyat mübarizəsində ruhdan düşməmiş, həm orta, həm də ali məktəbi əla
qiymətlərlə başa vura bilmişdi.
Moskva Kitabxanaçılıq İnstitutunun Biblioqrafiya şöbəsini bitirdikdən
sonra Bakı Kitabxanaçılıq Texnikumuna müəllim göndərilmiş, sonralar
M.F.Axundov adına Respublika Kitabxanasının direktor müavini və AMEA-nın
Mərkəzi Elmi Kitabxanasının direktoru vəzifələrinə yüksəlmişdi. Eyni
zamanda Bakı Dövlət Universitetinin Kitabxanaçılıq fakültəsində pedaqoji
fəaliyyətlə məşğul olmuşdu.
Bütün bunlar Rasim Kazımovun 76 illik ömrünə sığışdıra bildiyi
məqamların kiçik bir hissəsidir.
Artıq 9 ildir aramızda olmasa da, işıqlı xatirəsi çalışdığı
kollektivlərin üzvlərinin qəlbində daim yaşayır və yaşayacaqdır.
Ruhunuz şad olsun, Rasim müəllim!
Nigar İSMAYILOVA
Kitabxanaşünaslıq kafedrasının dosent əvəzi,
tarix üzrə fəlsəfə doktoru
****
Rasim Əhməd oğlu Kazımov Azərbaycanda kitabxanaçılıq təhsilinin
inkişafında əvəzsiz xidmətləri olan görkəmli alimlərimizdən biri
olmuşdur. Onun elmi irsi ölkəmizdə kitabxanaçılıq təhsili sisteminin
inkişafına dəyərli töhvədir.
Azad QURBANOV
Fizika-riyaziyyat elmləri namizədi,
Kitabxanaşünaslıq kafedrasının dosenti
****
Dəyərli ziyalı, prinsipial pedaqoq, peşəkar təşkilatçı, gözəl
insan-Rasim Əhməd oğlu Kazımov!
Moskva Kitabxanaçılıq İnstitutunun Biblioqrafiya şöbəsində təhsil alan
ilk azərbaycanlı mütəxəssis, biblioqrafiyaya və kitabxana işinin
iqtisadiyyatına dair Azərbaycan dilində ilk dərs vəsaitinin müəllifi,
müstəqillik illərində kitabxana işinin demokratikləşdirilməsi ilə bağlı
ilk elmi fikirlərin sahibi və ...
Nöqtələrin yerinə daha nələrsə də yazmaq olardı. Amma gərək yoxdur,
çünki bütün bunları birləşdirən bircə ad var-RASİM KAZIMOV.
O, istər M.F.Axundov adına Respublika Kitabxanasımn direktor müavini,
istər AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru, istərsə də Bakı
Dövlət Universitetinin Kitabxanaşünaslıq kafedrasının dosenti kimi
Azərbaycanda kitabxana işinin inkişafında misilsiz xidmətlər
göstərmişdir.
Ömrünün 50 ilindən çoxunu Azərbaycanda kitabxana-informasiya sisteminin
inkişafına həsr edən möhtəşəm şəxsiyyət, təmtəraqdan, dəbdəbədən uzaq,
təvazökar insan!
Çox təəssüf, aramızda deyilsiniz, anım gününüz, doğum gününüz mübarək!
Sevda XƏLƏFOVA
“Kitabxana resursları və informasya axtarış sistemləri”
kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru,
****
Hər bir müəllim tələbələrin yaddaşında müxtəlif müsbət keyfiyyətləri ilə
yaşayır. Rasim müəllim mənim yaddaşımda intellektual səviyyəsi,
demokratik düşüncəsi, yüksək elmi potensialı, gözəl pedaqoji ustalığı,
baməzə zarafatları ilə yaşayan əsl ziyalı, mədəni və elmi səviyyəsi
yüksək olan əsl alim kimi daim yaçayacaqdır.
Rasim müəllim harada çalışsa ora bir yenilik gətirib. "Azərbaycanın elm
və mədəniyyət xadimləri" seriyası ilə biblioqrafik göstəricilərin nəşri
onun AMEA MEK-də direktor olduğu dönəmdə başlayıb, fondda formal
düzülüşü ilk dəfə o tətbiq edib, gözəl mütəxəssislər yetişdirib.
Fəxr edirik ki, belə bir ziyalının tələbəsi olmuşuq....
Xuraman AĞAYEVA
Pedaqogika üzrə fəlsəfə doktoru,
Biblioqrafiyaşünaslıq kafedrasının müəllimi
****
Ustad haqqında bir neçə söz....
Aqillərimiz haqlı olaraq söyləmişlər ki, sənətin, peşənin yaxşısı və
pisi olmur, onları işlədənlərin fərqi vardr. Həyatda o insanlar görkəmli
şəxsiyyət zirvəsinə yüksəlirlər ki, onlar böyük zəhmət çəkirlər. Belə
şəxsiyyətlərdən biri də bir kafedrada, bir fakültədə çalışdığım Rasim
müəllim Kazımov olmuşdur.
Gözəl insan, yüksək elmi potensiala malik olan Rasim müəllim əsl alim və
ziyalı idi. Kitabxanaşünaslıq elmini dərindən bilən, öz ixtisasını sevən
Rasim müəllim bu elmin sirlərini, elmin əhəmiyyətinin daima tələbələrə
izah etməyə çalışmışdır. Baxışlarında, hərəkətlərində ciddi inadkarlıq
duyulsa da, əslində mülayim, səmimi, zarafatcıl, qəlbi təmiz, kövrək bir
insan idi. Bir ziyalı kimi gənc müəllimlərlə, aspirantlarla, tələbələrlə
kitabxanaşünaslığın ən vacib problemlərini araşdırır, onlara istiqamət
verməkdən, müəyyən bir məsələni müzakirə edib düzgün istiqamətə
yönəltməkdən usanmırdı. Mən onun tələbəsi olmasam da həmişə onun
biliyindən bəhrələnməyə çalışmışam. Rasim müəllim həm elmi, həm də
tədris sahəsində yüksək qabiliyyətə malik olan bir şəxsiyyət olmuşdur.
O, özünün tükənməz enerjisini fakültənin ümumi inkişafına,
kitabxanaşünaslıq elminin inkişafına sərf etməyə çalışmışdır.Rasim
müəllim əsl ziyalı, əsl alim, ustad, gözəl insan, yaxşı dost olmaqla
bərabər həm də çox yaxşı müəllim idi. O, tələbələri sevir və tələbələr
tərəfindən sevilirdi.
Müdriklər demişlər ki, əvəzolunmaz insanlar yoxdur, ancaq təkrarolunmaz
insanlar vardır. Bax, Rasim müəllim də həmin təkrarolunmaz
insanlardandır. Allah ona rəhmət etsin.
Sənubər MUSTAFAYEVA
“Kitabxana
resursları və informasya axtarış sistemləri” kafedrasının baş müəllimi
****
Rasim Kazımov Azərbaycan kitabxanaşünaslıq-biblioqrafıyaşünaslıq elmləri
sahəsində böyük xidmətləri olmuş görkəmli alimdir. Müasir
biblioqrafıyaşıinaslıq elmi sahəsində, xüsusi ilə sahəvi biblioqrafik
resursun yaradılmasında və tədqiqində, nəzəriyyə və metodologiyasının
formalaşmasında bilik və bacarığını əsirgəməyən Rasim müəllim gözəl
insan, bacarıqlı pedaqoq, xeyirxah, alicənab şəxs idi.
Rasim Kazımov şəxsiyyətini səciyyələndirən ən mühüm keyfiyyət onun
ziyalılığı idi....
Sima İSMAYILOVA
Biblioqrafıyaşünaslıq kafedrasının baş müəllimi, pedaqogika üzrə fəlsəfə
doktoru, dosent