1932-ci il, 18 may |
Bakı şəhərində müəllim ailəsində anadan olmuşdur. |
1950-ci il |
Bakı şəhəri 44 saylı orta məktəbi gümüş medalla
bitirmişdir. |
1950-1954-cü illər |
V.M.Molotov adına Moskva Dövlət Kitabxanaçılıq
İnstitutunda təhsil almış və biblioqraf ixtisası
üzrə bitirmişdir.
|
1954-1957-ci illər |
Bakı Kitabxanaçılıq Texnikumunda müəllim işləmişdir. |
1957-1962-ci illər |
M.F.Axundov adına Azərbaycan Dövlət Kitabxanasında
şöbə müdiri, elmi katib və direktor müavini olmuşdur.
|
1962-ci il |
Azərbaycan EA-nın Dil və Ədəbiyyat İnstitutunun
aspiranturasına daxil olmuşdur.
|
1962-1965-ci illər |
Azərbaycan EA Əsaslı Kitabxanasında Kartoqrafıya
şöbəsinin müdiri və Metodik Qrupun rəhbəri olmuşdur.
|
1962-1976-cı illər |
Azərbaycan EA Əsaslı Kitabxanasının direktoru
olmuşdur.
|
1972-ci il |
“Azərbaycanda bədii ədəbiyyat və ədəbiyyatşünaslıq
biblioqrafiyası: 1920-1965-ci illər” adlı namizədlik
dissertasiyası müdafiə edərək pedaqoji elmlər
namizədi elmi dərəcəsi almışdır.
|
1977-2008-ci illər |
Bakı Dövlət Universitetinin
Kitabxanaçılıq-informasiya fakültəsində müəllim
işləmişdir.
|
1987-ci il |
Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsinin Kitabxanaşünaslıq
kafedrasının dosenti elmi adını almışdır.
|
2004-2008-ci
illər |
AMEA Mərkəzi Elmi Kitabxanasında Kitabxanaşünaslıq
şöbəsində böyük elmi işçi vəzifəsində çalışmışdır. |
2008-ci il,
18 fevral |
Bakı şəhərində vəfat etmişdir. |