AKADEMİK RAMİZ MEHDİYEVİN ELMİ-NƏZƏRİ ARAŞDIRMALARINDAN |
Heydər Əliyevin siyasi taleyinin mahiyyətini dərk etmək üçün müxtəlif hadisələrin fəlsəfi məğzini araşdırmaq və onun həyata keçirdiyi möhtəşəm planların izahı üçün açar olan ideyalarını başa düşmək lazımdır!
*** Heydər Əliyev iki əsrin ayrıcında öz ölkəsinin dövlət adlı gəmisini qlobal sarsıntılar dövrünün fırtınalarından sağ-salamat və uğurla keçirərək, ölkənin milli dəyərlərinin, insanların mənəvi sağlamlığının, özünə inamının qorunub saxlanılmasına müvəffəq olmuşdur.
*** Heydər Əliyev Azərbaycan tarixində dəfə siyasətdə və dövlət idarəçiliyində səviyyəsizliyə və bəsitliyə son qoya bilmişdir.
*** İlham Əliyev istedadlı şagird olub və öz müəllimindən, uzaqgörən dövlət xadimi, xarakterində milli ideyalar və prinsiplərə möhkəm sadiqlik, bəsirət kimi keyfiyyətlərin nadir şəkildə birləşdiyi Heydər Əliyevdən çox mühüm dərs almışdır.
*** Bu gün Heydər Əliyev fenomenindən çox yazırlar. Bu məqalə, kitabça və əsərlərin müəllifləri onun ölkəmizin tarixində bütöv bir dövrü təcəssüm etdirən əsl vətəndaşın, böyük Şəxsiyyətin və qüdrətli Liderin, İnsanın müxtəlif cəhətlərini açıqlayırlar. Lakin onların hamısının yekdil rəyi belədir ki, Heydər Əliyev Azərbaycan xalqının milli sərvəti, onun bəxtinə düşmüş Tanrı payıdır. Heydər Əliyev Azərbaycanda yaradıcı adamlar üçün elə bir şərait yaratmışdır ki, bu, sərbəst düşünməyə və milli-mənəvi idealların bərqərar edilməsinə doğru aparan yolları axtarmağa imkan verirdi.
*** Milli oyanış problemləri Heydər Əliyevin fəlsəfi konsepsiyasının həyata keçirilməsinə bu və ya digər formada təkan verən problemlər idi.
*** Heydər Əliyevin Azərbaycan mədəniyyəti qarşısında ən misilsiz xidmətlərindən biri Sibir düşərgələrində həlak olan filosof-şair Hüseyn Cavidin cənazəsinin qalıqlarının 1982-ci ildə Bakıya gətirilməsi və Naxçıvanda doğma torpağa tapşırılması olmuşdur.
*** Heydər Əliyev ideyalarının bayraqdarları siyasətçilər yox, şairlər olmuşdur. Bunu yadda saxlayaq. Bu, ədəbiyyatın dərsinin vətəndaşlıq dərsinə çevirdiyi haldır.
*** Heydər Əliyev öz xalqının taleyində müstəsna rol oynayan, Vətənin ağır günündə onun imdadına yetişən, müqəddəs xilaskarlıq və quruculuq missiyasını üzərinə götürərək çətin və keşməkeşli mücadiləsini qələbə ilə başa vuran siyasət dahilərindən biridir. Bu böyük şəxsiyyətin adı Azərbaycan tarixinə, xalqımızın yaddaşına haqlı olaraq, milli xilaskar kimi əbədi həkk olunmuşdur.
*** Əgər Azərbaycan dövlətinin və xalqının tarixində müstəqilliyin qazanılması ilə yaddaşlarda qalacaqsa, XXI əsr həmin müstəqilliyin möhkəmlənməsi, strukturlaşması və dönməz xarakter alması ilə əlamətdar olacaqdır. Nüfuzlu beynəlxalq ekstremistlərin etiraf etdiyi əsl reallıq ondan ibarətdir ki, yeni minilliyə Azərbaycan hüquqi, sivil dövlət, vətəndaş cəmiyyəti quran ölkə kimi daxil olmuşdur... Hazırda həyata keçirilən siyasi və iqtisadi islahatlar bir qədər başqa çalar alır. Bu, ölkənin inkişafında artıq yeni mərhələ olacaqdır. Deməli, iqtisadi islahatların ünvanı da yeni məna kəsb edir və onların məqsədi postsənaye cəmiyyətinin səciyyəvi cəhətlərini tam şəkildə mənimsəməkdən ibarətdir. Bununla bərabər, siyasi və iqtisadi islahatlar paralel şəkildə həyata keçiriləcək, çünki növbəti illər üçün əsas vəzifə Azərbaycan cəmiyyətinin demokratik konsolidasiyasıdır.
*** Bu gün ölkədə yaranmış ictimai-siyasi və mənəvi mühit bizə ictimai elmlərin yeni şəraitdəki rolunu dəqiqliklə müəyyənləşdirməyə imkan verir. Sürətli sosial-iqtisadi inkişaf, öz növbəsində, ictimai elmlər qarşısında yeni vəzifələr irəli sürür, ictimai elmlər üzrə çalışan alimlərin məsuliyyətini nəzərə çarpacaq dərəcədə artırır, bu sahədə verilən bütün fikir və təkliflərə tam ciddiyyətlə, özünütənqid ruhunda yanaşaraq, onları diqqətə almağı və lazımınca qiymətləndirməyi tələb edir. Əlbəttə, ictimai elmlər sahəsində müəyyən nailiyyətlər qazanıldığını inkar etmək olmaz. Lakin alimlərimiz öz qüvvələrini bu günün ən aktual problemlərinin həllinə yönəltməlidirlər.
*** Bu gün mənim üçün ən başlıcası dövlətçiliyimizi və milli istiqlaliyyətimizi möhkəmləndirmək işinə xidmət etməkdir.
*** Milli dövlətçilik vahid məqsəd uğrunda dövləti möhkəmləndirmək, iqtisadiyyatı modernləşdirmək və gələcək nəsillər üçün daha mükəmməl şərait yaratmaq naminə bütün millətin, bütün cəmiyyətin birliyinin rəmzidir. *** Əgər xalq istəmirsə, heç bir xarici qüvvə kimisə önə çəkə bilməz və çəksə də onun nəticəsi olmayacaq.
*** Milli ideya xalqı və hakimiyyəti birləşdirən bir zəmindir və müstəqil yaşamaq hüququ əldə edən Azərbaycan öz tarixi ənənələrini yeni demokratik dövlət təsisatları ilə üzvü şəkildə əlaqələndirməyi bacarmalıdır.
*** İki qitənin qovuşuğunda yerləşən Azərbaycan Avropa ilə Asiyanı əlaqələndirən, onların nəinki mədəniyyətlərini və siviliyasiyalarını, həm də əsas iqtisadiyyatlarını birləşdirə biləcək körpü rolunu oynayır.
*** Məhz iqtisadi modernləşmə, bazarın sabitliyi, bank mühitinin təkmilləşməsi, orta sinfin formalaşması və ölkənin ÜDM-ində özəl sahibkarlığın rolunun güclənməsi ictimai şüuru latent şəkildə təzələyəcək, onu yeni demokratik ənənələr və təsisatlar müstəvisinə yönəldəcəkdir. *** İndi Azərbaycanda məqsədyönlü və planauyğun şəkildə vətəndaş cəmiyyətinin təməli qoyulur. Konsolidasiya olunmuş demokratiyaya qarşısındakı tranzitin mahiyyəti məhz bundan ibarətdir.
*** XXI əsrin milli dövlətçiliyindən danışarkən dərk etmək lazımdır ki, bu, qarşılıqlı surətdə bir-biri ilə bağlı olan bir neçə amilin milli mənafenin və ümumbəşəri humanist dəyərlərin təcəssümüdür...
*** İqtisadi artım və cəmiyyətin demokratikləşməsi siyasətimizin əsas elementlərindəndir və biri digərsiz mümkün ola bilməz. İqtisadi cəhətdən güclü ola bilərsən, amma demokratiya yoxdursa, insan hüquqları qorunmursa, uğur qazana bilməzsən.
***
Ölkəmiz demokratiya xəttinə və inkişafa sadiqlik mövqelərində
möhkəm dayanır və çətinliklərə, gözlənilməz hadisələrə
baxmayaraq, biz Azərbaycan sosiumunun inkişafının üç əsas amilini
milli birlik və siyasi suverenliyi, iqtisadi firavanlığı, mənəvi
vəhdətin və bizi birləşdirən mənəvi dəyərlərin bütövlüyünü təmin
etmək üçün ölkəni zəruri inkişaf səviyyəsinə çatdırmağa çalışırıq.
***
Demokratiya bəşəriyyətin işıqlı zəkasının kəşf etdiyi nadir
dəyərdir. Demokratiya Azərbaycana çox böyük fayda dövlət
müstəqilliyinin saxlanılmasını və hərtərəfli inkişaf vəd edir.
***
Siyasət cəsarət, xidmət etdiyin amallara və ideyalara sədaqət,
əlbəttə, öz silahdaş və məsləkdaşlarına sədaqət, özünü siyasətə
həsr edən insanların tez-tez düşdükləri çətin vəziyyətdə onların
dəstəklənməsini tələb edir. Hər bir siyasətçi yalnız cəsarətli, ideyalara,
silahdaş və məsləkdaşlara, dövlətə sadiq olduqda müvəffəqiyyət
qazana, əsl lider ola bilər
***
Milli dövlətçilik vahid məqsəd uğrunda dövləti möhkəmləndirmək,
iqtisadiyyatı modernləşdirmək və gələcək nəsillər
üçün daha mükəmməl şərait yaratmaq naminə bütün millətin,
bütün cəmiyyətin birliyinin rəmzidir.
***
Azərbaycançılıq xalqımızın ox əzab-əziyyətlə nail olduğu
tarixi sərvətdir. O, real müstəqilliyə nail olmaq, vahid, bölünməz
Azərbaycanı qoruyub saxlamaq və möhkəmləndirmək üçün vasitədir...
***
İlham Əliyevin siyasi, iqtisadi və mənəvi görüşlərinin formalaşmasına
heç də təkcə ailə tərbiyəsi təsir göstərməmişdir. Görünür,
burada onun şəxsi keyfiyyətləri, intellekti, ümumi mədəniyyəti,
təvazökarlığı, şüurlu həyatı boyu topladığı bütün qiymətli
və müsbət nə varsa hamısını faydalı şəkildə sintezləşdirmək
bacarığı mühüm rol oynamışdır. Təsadüfi deyil ki, Prezident
Heydər Əliyevdən savayı, başqa heç bir siyasətçinin qısa müddət
ərzində İlham Əliyevin nail olduğu qədər belə geniş, kütləvi
sosial bazası yoxdur. Onun sosial bazasının coğrafi və yaş həddi
yoxdur, o, bütün yaşlardan və ölkənin bütün bölgələrindən olan
nümayəndələri öz ətrafında birləşdirən nadir bir siyasətçidir.
***
Dünya azərbaycanlılarının birliyi müstəqil və azad Azərbaycan
ideyalarının həyata keçirilməsində, ümummilli məqsədlərimizin
möhkəmləndirilməsində, dövlət müstəqilliyimizin
möhkəmləndirilməsində və dövlətçilik ənənələrimizin inkişaf
etdirilməsində müstəsna əhəmiyyət kəsb edir.
***
Dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının
əsasını Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, millimənəvi
varlığına və ümumbəşəri dəyərlərə hörmət təşkil edir.
***
Azərbaycan sülhsevər ölkədir. Respublikamızın xarici siyasətinin
əsasını sülh yaratmaq niyyətləri təşkil edir.
***
Müstəqil dövlət kimi Azərbaycan Respublikası bütün ölkələrlə
öz münasibətlərini qarşılıqlı fayda əsasında qurmağa çalışır.
***
Biz ölkədə və bütün dünyada, bölgəmizdə hər bir ölkənin ərazi bütövlüyünün təmin olunmasının tərəfdarıyıq. Bu, beynəlxalq
hüquq normalarının tələbidir. Biz tələb edirik ki, bütün dövlətlər,
ölkələr bu beynəlxalq hüquq normalarına riayət etsinlər.
***
Azərbaycan bir müstəqil dövlət kimi öz taleyinin sahibi, öz
torpaqlarının sahibi, öz hüquqlarının sahibi olacaq və gələcək
firavan həyatını özü quracaqdır.
***
Bakı dünyanın ən gözəl şəhərlərindən biridir. Bakını əsrlər
boyu quranlar, yaradanlar, bugünkü gün və gələcək nəsillər üçün
gözəl bir şəhər salıblar.
***
Bakı özünün digər layiqli keyfiyyətləri ilə yanaşı, sözün ən
yüksək anlamında, həmişə ən müstəqil şəhər olmuşdur.
***
Gəncənin tarixində Azərbaycan xalqının qəhrəmanlığını, müdrikliyini, böyüklüyünü nümayiş etdirən çox böyük və əziz
səhifələr var.
***
Gəncə böyük mədəniyyət mərkəzidir və Azərbaycan mədəniyyətinin
qədim tarixini dünyaya nümayiş etdirən bir şəhərdir.
***
Biz bütün respublikada, hər bir bölgədə olan vəziyyəti qiymətləndirməliyik
və hər bir bölgə üçün lazımi tədbirləri görməliyik.
Gələcək hər bir sakin, hər bir insan şəhərlər haqqında düşünsün,
yaşadığı yer, küçə, ev haqqında düşünsün. Amma biz bütün
respublika haqqında düşünürük və düşünməliyik.
|