DÖVLƏT, ELM VƏ MƏDƏNİYYƏT XADİMLƏRİ RAMİZ MEHDİYEV HAQQINDA |
Hər bir alim qiymətlidir. Ancaq nəzəriyyəni təcrübə ilə birləşdirən, fikirlərini tətbiq edə bilən və onlardan əməli nəticə götürə bilən, cəmiyyətə, xalqa konkret fayda gətirən insanlar alimlərin sırasında xüsusi yer tuturlar. Heydər Əliyev, Azərbaycan xalqının ümummilli lideri 1970-80-ci illərdə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə işləmisiniz. Ulu öndərimiz müstəqil Azərbaycanın rəhbəri kimi fəaliyyətə başlayandan sonra onun ilk təyin etdiyi şəxslərdən biri də siz olmusunuz. O vaxtdan bu günə qədər – 15 il ərzində dövlət qulluğunda, Azərbaycanın dövlət quruculuğunda çox fəal iştirak etmisiniz və bu fəaliyyətinizi indi də davam etdirirsiniz. İctimai fəaliyyətiniz çox genişdir, elmi fəaliyyətiniz çox genişdir. Sizin çoxlu elmi əsərləriniz var. Fəlsəfi xarakter daşıyan, Azərbaycanın dövlət quruculuğu ilə, Azərbaycanın keçdiyi yolla və ölkəmizin hərtərəfli inkişafı ilə bağlı çox geniş nəzəri baxışlarınız var, əsərləriniz var. Siz çox fəal insansınız. Çünki gecə-gündüz işləyirsiniz, çox enerjilisiniz. Mən arzu edirəm ki, gələcəkdə də, uzun-uzun illər ərzində belə qalasınız və biz birlikdə bundan sonra da çox böyük işlər görək. İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti Azərbaycan dövlətçiliyi tarixində xüsusi mərhələ təşkil edən Heydər Əliyev dövlətçilik məktəbində keçdiyi yol, əldə etdiyi təcrübə Ramiz Mehdiyev üçün əsl universitet olmuşdur. Görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik və idarəetmə siyasəti Ramiz Mehdiyev üçün milli dövlətçilik işinin strategiyası kimi qəbul edilmişdir. Bu əbədiyaşar dövlətçilik strategiyasının mükəmməl fəlsəfi dərki və dəyərləndirilməsi Ramiz Mehdiyevi dövlət işinin və cəmiyyət həyatının ön mövqeyinə çıxarmışdır. O, çoxillik və çoxcəhətli fəaliyyəti ilə Heydər Əliyevin milli dövlətçilik ideallarına sədaqətin ölkənin və xalqın inkişafında əsas amil olduğunu bir daha isbatlamışdır. Dövlətçilik fəaliyyətini cəmiyyət həyatı ilə üzvi surətdə əlaqələndirmək, hətta həyatda gedən prosesləri qabaqlamaq bacarığı dövlətçilik nərdivanını addım-addım qalxan Ramiz Mehdiyevi xarakterizə edən əsas cəhətlərdəndir. O, böyük məharətlə cəmiyyət həyatını dövlət işinin nəbzi üstündə kökləməyi bacarır. Məsələnin bu cəhəti dövlət işinə də, cəmiyyət həyatının inkişafına da fayda gətirir. Cəmiyyətdə gedən prosesləri canlı həyatla, dövlət işini zəngin təcrübə ilə və bunların hamısını böyük fəlsəfənin, elmin qanunauyğunluqları ilə uzlaşdırmaq dövlətçilik fəaliyyətində olduğu kimi, Ramiz Mehdiyevin elmi fəaliyyətinin də cövhərini təşkil edir. O, böyük elmdə milli dövlətçilik və cəmiyyətşünaslıq fəlsəfəsinin əsaslarını yaradan görkəmli nəzəriyyəçi alim kimi qəbul olunur. Eyni zamanda, onu dövlətçilik işində, həm də cəmiyyətşünaslığın elmi-metodoloji əsaslarına dərindən bələd olan elm xadimi kimi fərqləndirirlər. Akademik Ramiz Mehdiyevin cəmiyyətşünaslıq fəlsəfəsi və dövlətçilik fəaliyyəti yeni tarixi epoxada Azərbaycan dövlətinin və xalqımızın inkişafına, azərbaycançılıq ideologiyasının gerçəkləşdirilməsinə, ölkəmizin beynəlxalq birlikdəki yerinin daha da möhkəmləndirilməsinə uğurla xidmət edir. İsa HƏBİBBƏYLİ, akademik, AMEA-nın vitse-prezidenti Yüksək fitri istedad tək-tək şəxsiyyətlərə qismət olur. Söhbət şöhrətli alim, böyük ictimai xadim, dəyərli insan, akademik Ramiz Mehdiyevdən gedir. Mən Ramiz Ənvər oğlu Mehdiyevi 60-cı illərdən, hələ sovet dövründə respublika komsomolunda onunla birgə çalışdığımız vaxtdan tanıyıram. Mübaliğəsiz deyə bilərəm ki, Ramiz Mehdiyev olduqca çətin, mürəkkəb və keşməkeşli həyat yolu keçmişdir. Fəlsəfə elminə hədsiz həvəs göstərən Ramiz Ənvər oğlu həyatı boyu elmi axtarışlarda olmuş və yeni-yeni nailiyyətləri ilə həmişə elmi ictimaiyyətimizi sevindirmişdir. Fərəhli haldır ki, bu gün Ramiz Mehdiyev ölkəmizdə fəlsəfə elminin canlı klassiklərindən biridir. O, bu elmin aparıcı siması olub akademiklik zirvəsinə ucalmışdır. Onun fəlsəfə sahəsindəki çox qiymətli və dəyərli kitabları filosof-alimlərin hədsiz marağına səbəb olmuşdur. Ramiz Mehdiyevin əsərlərində bugünkü demokratik cəmiyyətdən, bu cəmiyyətdə gedən ictimai proseslərin mahiyyətindən, ulu öndər Heydər Əliyevin zəngin irsinin araşdırılmasından və Azərbaycanda dövlət quruculuğunun mühüm məsələlərindən bəhs edilir. Onun elmi yaradıcılığında ölkəmizin demokratiya yolunda əldə etdiyi nailiyyətlər, iqtisadiyyatmızın bugünkü yüksək inkişaf səviyyəsi, islahatlann həyata keçirilməsi məsələləri mühüm yer tutur. Bugünkü təhsilimizin inkişaf yolları, savadlı gənc nəslin yetişdirilməsi, yüksək səviyyəli kadrların hazırlanması məsələləri də alimin diqqətindən kənarda qalmır. Sevindirici haldır ki, dünyanın bir çox görkəmli mütəxəssisləri akademik Ramiz Mehdiyevin əsərlərində qaldırılan problemlərə öz münasibətlərini bildirmiş və onları yüksək qiymətləndirmişlər. Akademik Ramiz Mehdiyev uzun illərdir Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri kimi çox məsul vəzifədə çalışır. Onun bilavasitə rəhbərliyi ilə respublikamızdaHeydər Əliyev məktəbinin ən sadiq tanınmış nümayəndələrindən biri olan Ramiz Mehdiyev müstəqillik illərində dövlətçiliyin qurulması və inkişafında böyük xidmətləri vardır. Akademik Ramiz Mehdiyev olduqca işgüzar, zəhmətsevər, yorulmaq bilməyən bir insandır. Onun fikri daim elmi axtarışlarda, qəlbi isə Vətənimizin tərəqqisi, yüksəlişi və azadlığı arzusu ilə döyünməkdədir. Görkəmli fılosof-alim, dövlət xadimi, yüksək fitri istedad sahibi akademik Ramiz Mehdiyev həm də olduqca sadə təbiətli, səmimi, yüksək insani keyfiyyətlərə malik, mübariz bir şəxsiyyətdir. “Əvət! Ancaq mübarizə mənlik verir hər millətə, Nəşə sərpən yalnız odur hər şəxsə, hər cəmiyyətə Hər yurdu çatdıran odur özlədiyi səadətə, Odur ancaq qovuşduran insanları məhəbbətə!” “Qərbə səyahət” (Hüseyn Cavid) Akademik Ramiz Mehdiyevə dövlətimizin, elmimizin şərəfli yollarında və tutduğu məsul vəzifədə yeni-yeni uğurlar arzulayıram.. Akif ƏLİZADƏ, akademik Yüksək zəka sahibi, təcrübəli siyasət adamı, dövlət xadimi, ən başlıcası isə, dövlətin siyasi gələcəyini çox aydın şəkildə təsəvvür və təhlil edən strateq kimi akademik Ramiz Mehdiyev öz elmi fəaliyyəti ilə ölkədə ümumi prioritetlər sisteminin formalaşmasına əsaslı təsir göstərir. Əsərlərində respublikamızda demokratik proseslərin sürətləndirilməsini şərtləndirən sosial-siyasi və iqtisadi amilləri diqqətə çəkən, vətəndaş cəmiyyətinin formalaşdırılması məqsədinə hesablanmış islahatlardan söhbət açan, uzunmüddətli dövlət idarəçiliyində topladığı zəngin təcrübə və peşəkarlığa əsaslanaraq, dövlətçiliyin inkişafı ilə bağlı taleyüklü fikirlər söyləyən akademik şərəfli bir missiyanın daşıyıcısı olduğunu bir daha sübut etmiş olur. Görkəmli filosof-alim Ramiz Mehdiyev Azərbaycanda dövlət quruculuğu işlərinin nəzəri əsaslarının formalaşdırılması, qazanılan təcrübənin elmi nəzəriyyəyə transformasiya edilməsi istiqamətində ciddi işlər görərək, cəmiyyətin müsbət ruhda köklənməsinə və milli ideallar uğrunda səfərbər olunmasına nail olur, milli təəssübkeşliyini təcəssüm etdirir. Mahmud KƏRİMOV, akademik Ümummilli lider Heydər Əliyev tərəfindən ölkəmizin inkişafı naminə müəyyənləşdirilən uzaqhədəfli, düşünülmüş siyasətin Prezident cənab İlham Əliyevin səyləri nəticəsində uğurla həyata keçirildiyi bir vaxtda nəzəri cəhətdən əsaslandırılmış fundamental strategiyaya ehtiyac daha da artır. Bu sahədə ən önəmli, konkret iş görən, Azərbaycanın gələcək tərəqqisinə hesablanmış tədqiqatlar aparan fəlsəfə elmləri doktoru, akademik Ramiz Mehdiyevdir. Î, uzun illərdən bəri rəhbər vəzifələrdə çalışmaqla dövlət idarəçiliyi sahəsində çox böyük təcrübə toplamışdır. Bu təcrübə uzaqgörən bir dövlət xadimi, bir alim kimi ona ölkəmizin gələcək inkişaf strategiyası haqqında çox dəqiq fikirlər irəli sürməyə imkan verir. Akademik ölkəmizin perspektivini modernləşmədə, qabaqcıl dünyəvi dəyərləri mənimsəməkdə, bununla yanaşı, milli irsi qorumaqda və yaşatmaqda görür. Alimin Azərbaycanın gələcəyi ilə bağlı apardığı fəlsəfi və iqtisadi təhlilləri, novator düşüncələri, əsaslı proqnozları, konseptual qiymətləndirmələri dərin elmi əsaslandırmaya söykənir. O, hərtərəfli elmi axtarışlar aparmaq, dünya təcrübəsini öyrənmək, yer üzündə baş verən qlobal prosesləri izləməklə özünün həm nəzəri, həm də əməli müddəalarını müəyyən etmişdir. Onun çıxardığı nəzəri nəticələr milli zəminə əsaslanır, Azərbaycanda fəlsəfi fikrin inkişafına xidmət edir. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev həm də yüksək intellektli, zəngin erudisiyalı alim, filosofdur. Onun Azərbaycan dövlətinin və cəmiyyətinin inkişafına aid elmi monoqrafiyaları və əsərləri həm də dövlətimizin başçısı cənab İlham Əliyevin siyasətinin həyata keçirilməsinə xidmət edir. Arif MEHDİYEV, akademik Akademik Ramiz Mehdiyevi mən hələ keçən əsrin 70-ci illərindən, onu Azərbaycan Dövlət Universitetinin (indiki BDU) sayılıb-seçilən gənc alimlərindən və ali məktəbin nüfuzlu müəllimlərindən biri kimi tanımışam. Sonralar o, filosof alim və bacarıqlı təşkilatçı kimi dövlət idarələrində işləməyə cəlb edildi. Lakin cənab Mehdiyev əmək fəaliyyətinin mühüm tərəflərindən birini təşkil edən elmə olan böyük həvəsindən heç zaman uzaqlaşmamışdır. Hətta xalqımızın dövlət müstəqilliyini bərpa etdiyi ilk illərdə elm aləminə göstərilən biganəlik və soyuq münasibət şəraitində belə o, sevdiyi peşəsinə sadiq qalaraq, Azərbaycan Elmlər Akademiyasında tədqiqatlarını səylə davam etdirmişdir. Görkəmli alim akademik R.Mehdiyevin elmi maraqları xeyli geniş olmaqla, həm də dərin düşündürücüdür. Fəlsəfə elminin mühüm, ümumbəşəri problemləri ilə bərabər, onun tədqiqatlarında müstəqil Azərbaycan həyatının bütün sahələrində həlledici əhəmiyyət daşıyan məsələlər, xüsusən ölkəmizin hərtərəfli inkişafında qazanılan misli görünməmiş nailiyyətlərin əldə edilməsində dövlət siyasətinin aparılmasında elmi yanaşmanın daxili məzmunu, beynəlxalq aləmdə yaranan hər cür şəraitə uyğun Azərbaycanın milli maraqlara cavab verən tarazlaşdırılmış mövqeyinin, Qarabağ münaqişəsinin meydana gəlməsinin əsl mahiyyətinin düzgün şərh edilməsi mühüm yer tutur. Müstəqil Azərbaycanın həyatı üçün vacib olan problemlərin ətraflı tədqiqi, î cümlədən hüquqi, demokratik dövlət quruculuğu məsələləri, millətlərarası münasibətlər və onların səmərəli inkişaf yollarının müəyyən edilməsi, ölkəmizdə sabit və ardıcıl quruculuq mühitinin qorunması və möhkəmləndirilməsi və sair akademik R.Mehdiyevin tədqiqatlarının diqqət mərkəzindədir. Akademik R.Mehdiyevin elmi yaradıcılığından danışarkən, ilk növbədə, onun tədqiqat metodlarına xas olan bir cəhət diqqəti daha çox cəlb edir. Bəzi tədqiqatçılardan fərqli olaraq, Ramiz müəllim müstəqil Azərbaycanın ictimai-siyasi və sosial-iqtisadi həyatında baş verən dəyişikliklərin təkcə nəticələrini araşdırmaqla məhdudlaşmır, eyni zamanda, onların köklü səbəblərinin dərin elmi təhlilini verərək, əsl mahiyyətini üzə çıxarır. Bununla daakademik özünün tədqiqatlarında ulu öndər Heydər Əliyevin millətin taleyi üçün həyati əhəmiyyət daşıyan, müdrik və uzaqgörən siyasətinin əsaslarını açıb göstərir. Ölkənin bu günü və gələcəyinə hesablanan bu xətti layiqincə və yaradıcı şəkildə həyata keçirən Prezident İlham Əliyevin daxili və xarici siyasətinin mahiyyətini, əsas istiqamətlərini dərinliyi ilə qiymətləndirir. Çox əlamətdardır ki, akademik R.Mehdiyevin monoqrafiyaları və kitabları ilə yanaşı, kütləvi mətbuat səhifələrində dərc etdirdiyi irihəcmli məqalələri istər olkə daxilində, istərsə də dünyada geniş marağa səbəb olur. Təsadüfi deyil ki, onun yeni cəmiyyət quruculuğu sahəsində apardığı tədqiqatlardan irəli gələn nəzəri fıkirləri və mülahizələri ölkə ictimaiyyəti tərəfindən layiqincə qiymətləndirilir və geniş müzakirə mövzusuna çevrilir. Alimin cəmiyyətimizdə kamil və vətənpərvər insanların təşəkkülünə verdiyi töhfələr əvəzsiz və tədqirəlayiqdir. Asəf NADİROV, akademik AMEA-nın həqiqi üzvü Ramiz Ənvər oğlu Mehdiyev son on ildə nəşr etdirdiyi fundamental tədqiqatları ilə ölkəmizdə fəlsəfi və ictimai-siyasi fikir tarixinin yeni inkişaf mərhələsinin əsasını qoymuşdur. Onun “Azərbaycanın inkişaf dialektikası” monoqrafiyasından başlamış “Demokratiya yolunda:irs haqqında düşünərkən” kitabına qədər bir sıra sanballı əsərləri, son vaxtlarda dövri mətbuatda nəşr edilmiş və elmi problemlərə yeni yanaşma keyfiyyətləri ilə seçilən qiymətli məqalələri ölkəmizdə təkcə fəlsəfənin yox, bütünlükdə humanitar elmlərin inkişafında çox əhəmiyyətli hadisədir. Milli tariximizin ən əlamətdar mərhələsi olan müstəqil Azərbaycan dövlətinin əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş yeni azərbaycançılıq və dövlətçilik məfkurəsinin elmi-fəlsəfi, ictimai-siyasi mahiyyətinin açılıb ümumiləşdirilməsində akademik Ramiz Ənvər oğlu Mehdiyevin böyük xidmətləri vardır. Bu gün alim möhtərəm Prezidentimiz cənab İlham Əliyevin çox böyük müvəffəqiyyətlə həyata keçirdiyi vüsətlisosial-iqtisadi islahatların, Azərbaycanın yaşadığımız mürəkkəb zamanın tələbləri əsasında tərəqqisinin nəzəri-fəlsəfi məqamlarının işlənib hazırlanmasına rəhbərlik edir. Mən həm bu sahədə, həm də yeni fundamental elmi araşdırmalar sahəsində Ramiz müəllimin bundan sonra da səmərəli çalışacağına ürəkdən inanır və ona yeni yaradıcılıq uğurları arzulayıram. Bəkir NƏBİYEV, akademik Akademik Ramiz Mehdiyev Azərbaycanda ictimai və humanitar elmlər sahəsində fəlsəfə, sosiologiya və politologiya elmlərini özündə birləşdirən yeni bir elmi məktəbin yaradıcısıdır. 40 ildən çoxdur ki, ən aktual problemləri öz tədqiqat obyektinə çevirən bu məktəb zamanın sınağından keçərək günbə-gün inkişaf edir, elmimizi zənginləşdirir. Alimin nəzəri və tətbiqi fəlsəfənin parlaq nümunələri kimi qəbul edilən əsərləri ölkəmizin siyasi, ictimai, mədəni problemləri ilə bilavasitə bağlı olan ən mühüm məsələlərin həllinə yüksək dərəcədə yardım etməklə bərabər, gələcəyin strategiyasının düzgün müəyyənləşdirilməsi işinə də yaxından xidmət göstərir. Elmiliyi, xəlqiliyi ilə seçilən bu əsərlərdə xalq öz gündəlik həyatı ilə, düşüncələri ilə səsləşən problemlərin həllini görür, suallarına cavab tapır. Böyük alimin və ictimai xadimin əsərləri ədəbi dilimizin elmi üslubuna, dilinə də dəyərli yeniliklər gətirmiş, onu zənginləşdirmiş və inkişaf etdirmişdir. Ana dilində, eləcə də təhsil aldığı rus dilində gözəl əsərlər yaradan alimin kitablarının adında da diqqətçəkən yeniliklər vardır. Akademik Ramiz Mehdiyev artıq nəzəri və tətbiqi fəlsəfə sahələrində elmimizin ən yüksək zirvəsindədir. Bu zirvəyə onu dərin məzmunlu əsərləri, parlaq istedadı, zəngin biliyi, bənzərsiz zəhmətsevərliyi, qeyri-adi şəxsiyyəti ucaltmışdır.
Ağamusa AXUNDOV, Akademik Ramiz Ənvər oğlu Mehdiyev Azərbaycanın ən tanınmış siyasi xadimlərindən biri və heç şübhəsiz, zəmanəmizin təkamül demokratiyasının, suveren demokratiyanın bazis problemlərini tədqiq edən böyük filosofdur. Lakin onunla şəxsi tanışlığımız nisbətən yaxın vaxtlarda – 2004-cü ildə mən Azərbaycan Milli Ensiklopediyası (AME) Redaksiya Şurasının məsul katibi və AME Elmi Mərkəzinin direktoru təyin edilərkən baş tutmuşdur. O, Azərbaycanın yeni Milli Ensiklopediyasının və “Azərbaycan” adlı xüsusi cildin nəşr edilməsinin aktuallığını və bu işin artıq görülməli olduğunu inandırıcı şəkildə əsaslandıraraq bildirdi ki, ölkəmizin rəhbərliyi AME-nin hazırlanmasını mənə, təbiət elmlərinin nümayəndəsinə tapşırır. Fəaliyyətimin əvvəlində üzləşdiyim təşkilati xarakterli çətinliklər və problemlər akademik Ramiz Mehdiyevin vaxtında göstərdiyi diqqət və qayğı sayəsində həll edildi. Buna görə ona dərin minnətdarlığımı bildirirəm. Akademiklə söhbət zamanı mənə aydın oldu ki, yeni beynəlxalq iqtisadi və siyasi münasibətlər sisteminin yarandığı qloballaşma əsrində Azərbaycan demokratiyanın və iqtisadi sistemin inkişaf etdiyi ölkələr sırasında öz layiqli yerini tutmalıdır. Bu baxımdan, ölkə vətəndaşlarının indi yüksək səmərə verən islahatların həyata keçirildiyi bir vaxtda zəruri biliklər sistemi olan fundamental universal ensiklopediyaya ehtiyac var. Bu görüşlər zamanı akademik mənə özünün iki fundamental kitabını təqdim etdi. Həmin kitabların ümdə əhəmiyyəti onların adlarından görünür – “Azərbaycan: qloballaşma dövrünün tələbləri” və “Demokratiya yolunda: irs haqqında düşünərkən”. Bu monoqrafiyaların ictimai-fəlsəfi əhəmiyyəti çox böyükdür. Həmin əsərlərdə müəllif qlobal transformasiyalar dövründə Azərbaycanın ictimai-siyasi inkişaf perspektivlərinin futuroloji icmalını verir. Məni, ilk növbədə, heyrətləndirən bu oldu ki, keçən əsrin 70-ci illərinin əvvəlindən dövlət idarəetmə sistemində çalışan müəllif ölkəmizin ictimai-siyasi və iqtisadi sahədə qazandığı uğurları, Azərbaycanın necə taleyüklü dəyişikliklər dövrü yaşamasını və müstəqillik şəraitində hansı zirvələrə çatmasını yüksək elmi-fəlsəfi səviyyədə təhlil etmək və ümumiləşdirməküçün də vaxt tapmışdır. Onun gəldiyi hərtərəfli əsaslandırılmış nəticə belədir: “...De-okratikləşmə ilə yanaşı, mən bu məsələlər arasında enerjili, iradəli lider başda olmaqla, güclü Azərbaycan dövləti qurulması məsələsini də görürəm”. Belə dövlətin qurulması ümumən dünya birliyi qarşısında duran ən mühüm məsələlərdən biridir, çünki dövlətlərin zəifliyi və tənəzzülü bir çox sosial-iqtisadi və siyasi problemlər doğura bilər. Bu müddəa milli ideyanın təməl daşı və uzaq perspektiv üçün nəzərdə tutulan milli inkişaf proqramının bünövrəsidir. Akademikin kitablarının fəlsəfi dərinliyi məni düşünməyə vadar etdi: o, yüksək dövlət vəzifəsində işi elmi yaradıcılıqla əlaqələndirməyə necə nail olur? Məlum oldu ki, akademik Ramiz Mehdiyev həyatı boyu həmişə iki istiqamətdə – elmi və dövləti fəaliyyətdə paralel və sinxron işləmişdir, ən başlıcası, onun fəaliyyətinin hər iki tərəfi koherent və komplementar olmuşdur. Akademik Ramiz Mehdiyev fenomeninin təməli hələ 1968-ci ildə qoyulmuşdur. Həmin ildə o, M.V.Lomonosov adına MDUnun fəlsəfə fakültəsinin aspiranturasına daxil olmuş, 1972-ci ildə orada fəlsəfə elmləri namizədi alimlik dərəcəsi almaq üçün dissertasiya, 1993-cü ildə isə doktorluq dissertasiyasını uğurla müdafiə etmişdir. Qeyd edək ki, həmin illərdə Moskva Universitetində SSRİ-nin ən yaxşı filosof alimləri cəmləşmişdi və ali fəlsəfə ixtisası məktəbi keçmək özünü elmin ən mürəkkəb sahələrindən biri olan fəlsəfə ilə həmişəlik bağlamaq demək idi. Bütün sonrakı illərdə xeyli vaxt və qüvvə tələb edən yüksək dövləti xidmətdə çalışmaqla bərabər, î, alim taleyinə sadiq qalır, Azərbaycanın milli və sosial-siyasi inkişafı problemlərinə dair birbirinin ardınca sanballı elmi məqalələrində və kitablarında futuroloji proqnozlar verir. Beləliklə, akademik Ramiz Mehdiyev öz monoqrafiyalarında yüksək siyasət ilə tranzitar inkişaf şəraitində sosial-siyasi və iqtisadi dəyişikliklərə fəlsəfi yanaşmanın vəhdəti sayəsində vətəndaş cəmiyyətinə, müstəqilliyə və sabitliyə gedən yolda milli ideya kontekstində əsas prioritet vəzifələri ifadə edir. Onun əməksevərliyinə və seçdiyi elmə sədaqətinə heyran qalmamaq olmur. Yaradıcılığı əsasən keçmişimizə yönəlmiş filosofların bir çoxundan fərqli olaraq, akademik Ramiz Mehdiyev öz elmi araşdırmalarını həmişə ölkəmizin bu günü və gələcəyi ilə əlaqələndirmişdir. Bu, onun yaradıcılığını müasirləşdirir, Azərbaycan cəmiyyətində bu yaradıcılığa tələbatı artırır. Mən əminəm ki, akademik Ramiz Mehdiyev öz yaradıcı potensialını hələ tam sərf etməmişdir və bundan sonra da futuroloji xarakterli neçə-neçə fundamental fəlsəfi əsərlər yaradacaqdır.
Tofiq NAGIYEV, Son dərəcə səlis, axıcı, zəngin və original bir üsulda yazılan, dərin elmi-fəlsəfi məzmunu ilə fərqlənən “Modernləşmə xətti óånə də gündəlikdədir” əsəri Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin yeni dünya nizamının reallığını düzgün müəyyənləşdirən, ölkənin gələcək inkişafı ilə bağlı yetkin elmi-konseptual baxışlara malik siyasətçi və dövlət xadimi, filosof olduğunu bir daha təsdiqləyir. Düşünürük ki, akademikin bu əsərində yüksək vətənpərvərliklə irəli sürdüyü tezislər Bakı Dövlət Universitetində gənclərlə işin daha səmərəli təşkili, onların yeni dövrün gerçəklikləri ruhunda formalaşması baxımından əhəmiyyətlidir. Çünki universitet tarixən milli ictimai fıkrin əsas daşıyıcılarından olmuş, fəaliyyətində daim milli ideyalara əsaslanmışdır. Abel MƏHƏRRƏMOV, akademik Müasir dünyanın ictimai-siyasi və iqtisadi inkişaf meyilləri özünəməxsus xüsusiyyətləri və dinamikası ilə fərqlənir. Beynəlxalq iqtisadi və siyasi münasibətlərin yeni sisteminin təşəkkül tapması, transmilli korporasiyaların hegemonluğu, mütərəqqi texnologiyalara əsaslanan informasiya cəmiyyətlərinin yaranması və beynəlxalq inteqrasiya proseslərinin sürətlənməsi ilə səciyyələnən qloballaşma dövründə dünya nizamının formalaşmasına təsir edən hadisələrin səbəbləri, mahiyyəti və inkişaf perspektivlərinin öyrənilməsi mühüm elmi-nəzəri və siyasi aktuallıq kəsb edir. Müstəqil dövlət kimi beynəlxalq məkanda layiqli yer tutmağa çalışan gənc Azərbaycan Respublikası qloballaşmanın tələblərinə etinasız yanaşa və onların təsirindən özünü tam sığortalaya bilməz. Bu baxımdan müstəqillik illərində aparılan elmi araşdırmalar sırasında fəlsəfə elmləri doktoru, akademik Ramiz Mehdiyevin yaradıcılığı özünün aktual tədqiqat obyektinə, mövzuların geniş spektrinə və elmi araşdırmaların dərinliyinə görə elmi ictimaiyyət, habelə siyasətşünaslar və praktik siyasətçilər tərəfindən böyük maraqla qarşılanmışdır. İctimai-siyasi və milli münasibətlər, müasir Azərbaycan cəmiyyətinin və dövlətinin inkişafı meyilləri və problemlərinə dair çoxsaylı əsərlərin müəllifi olan akademik Ramiz Mehdiyevin tədqiqatlarında yeni mərhələyə qədəm qoymuş dövlətlərin müasir inkişaf meyilləri, müxtəlif tarixi dövrlərdə dünyadakı demokratik ideyaların dinamikası və onların Azərbaycan reallığında təzahürü məsələləri təhlil olunur. Qədim yunan filosoflarının, fransız maarifçilərinin, yeni və müasir dövrün tanınmış mütəfəkkirlərinin əsərlərinin geniş tədqiqata cəlb edilməsi, fəlsəfi cərəyanların, müasir siyasətşünaslığın başlıca müddəalarının elmi-nəzəri süzgəcdən keçirilməsi müəllifin elmi nəticələrinin sanbalını artırır və milli inkişaf modelinin müəyyənləşdirilməsinə öz töhfəsini verir. Demokratiyanı keçid cəmiyyətlərinin mühüm və aktual problemi kimi qiymətləndirən akademik Ramiz Mehdiyevin elmi yaradıcılığında demokratik inkişaf yolu seçmiş Azərbaycanın keçid dövrünün qanunauyğunluqları və özünəməxsus xüsusiyyətləri dünyanın zəngin təcrübəsinin təhlili əsasında tədqiq olunur, ictimai-siyasi perspektivlər qiymətləndirilir. Müəllifin “Azərbaycan: qloballaşma dövrünün tələbləri” (Bakı, 2005), “2005-ci il parlament seçkiləri: ilkin təhlillər” (Bakı, 2006), “Vətəndaş cəmiyyətinə yol açan ideyalar” (Bakı, 2006), “Demokratiya yolunda: irs haqqında düşünərkən” (Bakı, 2007), “Yeni siyasət: inkişafa doğru”: 2 cilddə (Bakı, 2008) və s. əsərlərində Azərbaycanın müasir sosial-iqtisadi və siyasi inkişafının dərin təhlili verilir, “soyuq müharibə”nin başa çatması ilə yaranan yeni dünya nizamının doğurduğu proseslərin keçid cəmiyyətlərinə təsiri vəonun təzahürləri araşdırılır, gənc dövlətlərin, xüsusilə Azərbaycanın inkişaf yollarına dair əsaslandırılmış fikirlər irəli sürülür. Müasir Azərbaycan dövlətinin keçdiyi mürəkkəb yola, cəmiyyətin transformasiya problemlərinə dərindən bələd olan, cərəyan edən proseslərin qiymətləndirilməsində və müstəqil dövlət quruculuğu vəzifələrinin həyata keçirilməsində bilavasitə yaxından iştirak edən akademik Ramiz Mehdiyev qloballaşan dünyanın reallıqlarını, Azərbaycanda aparılan siyasi və sosialiqtisadi islahatları dərindən təhlil edir, modernləşmənin cəmiyyətimizə təsirini qiymətləndirərək, Azərbaycanın seçimini elminəzəri cəhətdən əsaslandırır. Demokratiyanın idxal edilən modellərinin keçid cəmiyyətlərində uğur qazanmasını “xeyli dərəcədə bəri başdan cəmiyyətin siyasi, iqtisadi və sosiomədəni hazırlığının müəyyənləşdirdiyini” qeyd edən müəllif belə qənaətə gəlir ki, hansı məkanda qurulmasından asılı olmayaraq, demokratiya təkamül yolu ilə həyata keçirilməli və suveren olmalıdır. Belə demokratiya vətəndaş cəmiyyətinin kompleks və sabit inkişafına, cəmiyyətin səmərəli siyasi strukturunun formalaşmasına, rəqabət qabiliyyətli iqtisadiyyatın yaranmasına və regional proseslərin müsbət yöndə qurulmasına imkan verir. Müəllif bu konseptual yanaşmanı XXI əsrdə Azərbaycanın milli inkişaf strategiyasının əsas istiqaməti hesab edir. Müstəqillik dövründə Azərbaycanın sosial-iqtisadi tərəqqisinin və həyata keçirilən ardıcıl hüquqi-demokratik islahatların ümummilli lider Heydər Əliyevin strateji dövlətçilik və idarəçilik xəttinin tərkib hissəsi kimi araşdırılması və həmin milli inkişaf siyasətinin Prezident İlham Əliyev tərəfindən dönmədən davam etdirilməsi və keyfiyyətcə yeni səviyyəyə qaldırılmasının konseptual şərhi akademik Ramiz Mehdiyevin əsərlərində qırmızı xətlə keçir. Müəllifin genişmiqyaslı nəzəri və praktik problemlərin qaldırılması və dərin elmi təhlil ilə səciyyələnən əsərləri oxucuda belə bir əminlik yaradır ki, Azərbaycanda demokratik islahatlar, ictimai-siyasi və iqtisadi modernləşmə xətti hərtərəfli düşünülmüş, əsaslı elmi-nəzəri bazaya söykənir. Akademik Ramiz Mehdiyevin əsərləri həm də qaldırılan problemlərin çoxşaxəliliyi və müzakirəyə çıxarılan ideyaların zənginliyi baxımından tədqiqatçılar üçün yeni tezislər müəyyənləşdirir və maraqlı araşdırmalara yol açır. Akademik Ramiz Mehdiyevin milli ruh və qlobal düşüncəyə xas olan yaradıcılığını, mübaliğəsiz olaraq, müasir azərbaycanşünaslığın ünvanı kimi səciyyələndirmək olar. Əli HƏSƏNOV, tarix elmləri doktoru, professor Elmi ictimaiyyətimizdə dərin nəzəri biliyə, zəngin təcrübəyə, analitik təfəkkürə malik alim və kamil şəxsiyyət kimi tanınan Ramiz Ənvər oğlu Mehdiyev “Azərbaycanın inkişaf dialektikası”, “Vətəndaş cəmiyyətinə yol açan ideyalar”, “Milli məfkurə, dövlətçilik, müstəqillik yolu ilə”, “2005-ci il parlament seçkiləri: ilkin təhlil (mülahizələr, nəticələr və proqnozlar)”, “Azərbaycan: qloballaşma dövrünün tələbləri (keçmişin dərsləri, bu günün reallıqları və gələcəyin perspektivləri)” və “XXI əsrdə milli dövlətçilik” adlı fundamental monoqrafiyalarında respublikanın keçdiyi inkişaf yolu dərin fəlsəfi təfəkkür süzgəcindən keçirilərək geniş təhlil edilir, ictimai-siyasi həyatımızın vacib məsələləri ətraflı şərh olunur. Əsərlərdə söylənilən fikirlər, verilən şərhlər Azərbaycanın XX əsrdə və xüsusilə də son 30 ildəki inkişafının müxtəlif sahələrini əhatə edir. Bu fikirlər Azərbaycanın indiki inkişaf mərhələsi üçün də çox qiymətli və əhəmiyyətlidir. Ramiz Mehdiyevin “Elimizin və dövlətimizin xilaskarı”, “Ümummilli lider, tarixin sınağı və həqiqət anı”, “Heydər Əliyev və müstəqil Azərbaycan dövlətinin qurulması prosesi”, “Müstəqil Azərbaycan dövlətinin memarı”, “Tariximizin Heydər Əliyev dövrü”, “Azərbaycan tərəqqi və azadlıq yolunda (1969-1999)”, “Dövlət idarəçiliyi nəzəriyyəsi və praktikasına Heydər Əliyevin töhfəsi” kimi məqalə, çıxış və məruzələrində Heydər Əliyevin böyük şəxsiyyəti, liderlik, rəhbərlik məharətinin müxtəlif aspektləri mahir filosof-politoloq qələmi ilə bütün incəlikləri ilə təhlil edilir, bu böyük və nadir şəxsiyyətin xalqımız, dövlətçiliyimiz qarşısında göstərdiyi misilsiz xidmətlər yüksək elmi-nəzəri səviyyədə əsaslandırılır. Bu barədə digər müəlliflər tərəfindən xeyli maraqlı, qiymətli yazılar olsa da, bu iş hələlik Ramiz Mehdiyevin tədqiqatlarındakı qədər dərin elmi-nəzəri əsasda təhlil və şərh edilməmişdir. Bu, bir tərəfdən, müəllifin yüksək nəzəri elmi səviyyəsi ilə əlaqədardırsa, digər tərəfdən, onun böyük şəxsiyyətlə uzun illərdən bəri yanaşı, bilavasitə rəhbərliyi altında işləməsi ilə bağlıdır. Seyfəddin QƏNDİLOV, tarix elmləri doktoru, professor, Əməkdar elm xadimi Görkəmli dövlət xadimi, tanınmış alim və ictimai-siyasi xadim, həqiqi dövlət müşaviri, akademik Ramiz Mehdiyev ölkəmizdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev siyasətinə dərindən bağlı olan, bu siyasətin ardıcıl həyata keçirilməsi istiqamətində səmərəli fəaliyyət göstərən nadir dövlət adamlarındandır. Hələ gənc yaşlarından komsomol və partiya orqanlarında işləyən və özünü təsdiq edən Ramiz Mehdiyev, sonralar mərkəzi partiya orqanlarında ən məsul vəzifələr tutmuş və həmin vəzifələrin öhdəsindən şərəflə gəlmişdir. Əmək fəaliyyətinə maşinist kimi başlayan Ramiz Mehdiyev həyatda özünü aspirant, elmi işçi, müəllim, komsomol, partiya işçisi, görkəmli və nüfuzlu ictimaisiyasi xadim kimi təsdiq etmişdir. Çox gənc yaşlarından əmək fəaliyyətinə başlayan Ramiz Mehdiyev harada, hansı sahələrdə çalışmasından asılı olmayaraq, öz ağlı, zəkası, qabiliyyəti ilə seçilmiş və bu səbəblərdən də irəli çəkilmişdir. Ramiz Mehdiyev siyasi fəaliyyətə keçən əsrin 70-ci illərində ulu öndərimiz Heydər Əliyevin rəhbərliyi altında başlamışdır. Həmin dövrdən iti zəkasını, tükənməz enerjisini, yüksək iş qabiliyyətini və erudisiyasını Azərbaycan dövlətçiliyinin möhkəmlənməsinə, Heydər Əliyev ideyalarının reallaşmasına sərf etmişdir. Heydər Əliyevin rəhbərliyi altında işləmək onun üçün həyat məktəbi və qürur mənbəyi idi. O, bu dahi şəxsiyyətin iş üslubundan, ictimai-siyasi fəaliyyətindən faydalanmışdır. Ramiz Mehdiyev həm 1970-1982, həm də 1994-2003-cü illərdə Ulu Öndərin rəhbərliyi altında işləmiş, bu siyasətin həyata keçirilməsində öz bilik və bacarığını sərf etmişdir. Heydər Əliyevlə birgə işləmiş ən çox stajlı dövlət xadimlərindən biridir, belə demək mümkünsə, o, həyatının üçdə birini ümummilli liderimizin rəhbərliyi altında keçirmişdir. Heydər Əliyevi yaxından tanıyan, onun iş üslubuna, idarəetmə məharətinə, xarizmatik lider keyfiyyətlərinə bələd olan Ramiz Mehdiyev gələcək tədqiqatlarında ulu öndərimizə əsərlər həsr etmiş və onu “XX əsrdə Azərbaycan dövlətçiliyinin xilaskarı, dünya siyasətinə təsir göstərən qüdrətli şəxsiyyət, bütün həyatını xalqına və doğma vətəninə xidmətə həsr edən “Böyük Azərbaycanlı” kimi xarakterizə etmişdir. Ulu Öndərimiz ikinci dəfə siyasi hakimiyyətə gəldikdən sonra onun irəli çəkdiyi, vəzifə verdiyi, əvvəlki illərdən fəaliyyətindən və sədaqətindən, dövlətə və xalqa bağlılığından razı qaldığı dövlət adamlarından biri, bəlkə də birincisi Ramiz Mehdiyev idi. Əvvəlcə Prezident Administrasiyasında şöbə müdiri, sonra isə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri təyin edilmişdir. Î vaxtdan keçən 15 ilə yaxın dövr ərzində Ramiz Mehdiyev Azərbaycanın dövlət quruculuğunda fəal iştirak etmiş, müstəqilliyimizin qorunması, ölkəmizin inkişafı və qüdrətlənməsi işinə öz dəyərli töhfələrini vermişdir. Təsadüfi deyil ki, R.Mehdiyevin dövlət quruculuğu sahəsindəki xidmətləri həm Ulu Öndərimiz, həm də Prezidentimiz cənab İlham Əliyev tərəfindən yüksək qiymətləndirilmişdir. O, 1994-cü ildə həqiqi dövlət müşa-viri adına, anadan olmasının 70 illiyində isə “İstiqlal” ordeninə layiq görülmüşdür. “Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə və dövlət quruculuğu işlərində xüsusi xidmətlərinə görə” ölkəmizin ən ali mükafatına layiq görülən Ramiz Mehdiyev bu mükafatı alan ilk dövlət xadimidir. Akademik Ramiz Mehdiyev bu gün də nüfuzlu dövlət xadimi kimi geniş, səmərəli və məqsədyönlü fəaliyyət göstərir. Onun dövlət qulluğu sahəsindəki zəngin təcrübəsi və dövlət quruculuğu işlərinə verdiyi töhfə hər bir dövlət qulluqçusu üçün örnəkdir, təcrübədir, öyrənilməyə layiqdir. Təsadüfi deyil ki, Ramiz Mehdiyevin fəaliyyətinin ikinci istiqaməti əldə etdiyi təcrübənin, qazandığı biliklərin gənc nəslə çatdırılmasıdır. O, hələ keçən əsrin 70-ci illərindən başlayaraq pedaqoji fəaliyyətlə də məşğul olmuş, Azərbaycan Dövlət Universitetinin baş müəllimi, Azərbaycan KP MK-nın mühazirəçisi, Dövlət İdarəçilik Akademiyasının professoru və Dövlət qulluğunun təşkilati əsasları kafedrasının müdiri kimi çalışmışdır və indi də bu istiqamətdə fəaliyyətini uğurla davam etdirir. Akademik Ramiz Mehdiyevin fəaliyyətinin üçüncü istiqaməti onun ciddi elmi tədqiqat işləri ilə məşğul olması, hələ gənc yaşlarından elmə böyük maraq göstərməsidir. Î, cəmiyyətşünas alim, görkəmli filosof, çox sanballı kitab və monoqrafiyaların müəllifi, nəzəriyyə və təcrübəni bir-biri ilə əlaqələndirən, nəzəri təcrübəni əməli fəaliyyətində tətbiq edən tək-tək dövlət xadimlərindən biridir. Onun dövlət qulluğunda əldə etdiyi nüfuza elmi fəaliyyətdə qazandığı nüfuz da əlavə olunmuşdur. Təsadüfi deyil ki, bütün bunlar Azərbaycan ictimaiyyətində, keçmiş SSRİ məkanında Ramiz Mehdiyev haqqında təcrübəli dövlət xadimi, görkəmli alim və nüfuzlu ictimai-siyasi xadim kimi müsbət rəy formalaşdırmışdır. Akademik Ramiz Mehdiyevin kitab və monoqrafiyaları, elmi məqalələri, çıxışları, müsahibələri bir daha bunu deməyə əsas verir ki, o, heç vaxt elmi fəaliyyətdən kənarda qalmamış, bu sahədə də öz sanballı sözünü demişdir. Onun son illərdəki əsərləri ‒ “Demokratiya yolunda: irs haqqında düşünərkən”, “Gələcəyin strategiyasını müəyyənləşdirərkən: modernləşmə xətti”, “Yeni siyasət: inkişafa doğru” (iki cilddə), “Vətəndaş cəmiyyətinə yol açan ideyalar”, digər kitab və monoqrafiyaları cəmiyyətşünas alimin elmi erudisiyasını, elmi-nəzəri təfəkkürünü bir daha ortaya qoyur. Ümumiyyətlə, Azərbaycan ictimaiyyəti, elmi mühiti akademik Ramiz Mehdiyevi həm də respublikamızın ictimai-siyasi həyatında fəal iştirak edən, kəsərli və nüfuzlu sözünü deməyi bacaran, gör-kəmli ictimai-siyasi xadim kimi təqdir edir. O, 1980- 1990-cı illərdə Azərbaycan Respublikası Ali Sovetinin, 1995- 2000-ci illərdə isə Azərbaycan Milli Məclisinin deputatı olmuş, qanun yaradıcılığı prosesinə də öz layiqli töhfəsini vermiş, respublikamızın ən çətin dövründə ictimai-siyasi hadisələrdə fəal iştirak etmiş və özünü bu sahədə də təsdiq etmişdir. Həqiqi dövlət müşaviri, akademik Ramiz Mehdi-yevin adı ölkəmizdə qətiyyətli, prinsipial, ədalətli,çevik, erudisialı dövbt xadimi imicini formalaşdır-mışdır. Respublika ictimaiyyəti onu belə tanıyır və sevir. İsmayıl HACIYEV,, akademik Akademik Ramiz Ənvər oğlu Mehdiyev özünün mühüm elmi-nəzəri və metodoloji xarakter daşıyan fundamental araşdırmaları ilə ictimai və humanitar elmlərin inkişafına güclü təkan verən, onu düzgün istiqamətə yönəldən görkəmli Azərbaycan alimidir. Hərtərəfli biliyə və geniş dünyagörüşünə malik olan, Şərq və Qərb fəlsəfəsinin tarixinə, inkişaf xüsusiyyətləri və qanunauyğunluqlarına dərindən bələd olan Ramiz Mehdiyev görkəmli elm xadimi, aparıcı Azərbaycan filosofudur. Ramiz Mehdiyevin Azərbaycanın dövlətçilik tarixinə, müstəqillik dövründə yeni həyat quruculuğuna həsr olunmuş əsərləri nəzəri ümumiləşdirmələrin tarixi ənənələr və müasir praktika ilə vəhdətdə araşdırılması, eyni zamanda, gələcək üçün istiqamətverici proqnozların müəyyən edilməsi baxımından çox böyük elmi dəyərə malikdir. Ümumbəşəri mənəvi sərvətlər xəzinəsinə qiymətli əsərlər bəxş etmiş vətəndaş alimin elmi yaradıcılığında Vətən tarixi problemləri və xalqımıza qarşı soyqırımı gerçəklikləri, milli dövlətçilik məsələləri və onun həlli yolları, qloballaşma və milli məfkurə, demokratik inkişaf və vətəndaş cəmiyyəti, modernləşmə və müasir dövrdə Azərbaycanın xarici siyasəti məsələləri bütöv bir sistem halında araşdırılır və konseptual xarakter daşıyır. Ramiz Ənvər oğlu Mehdiyev bütün ömrü boyu Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak etmiş görkəmli dövlət xadimidir. Öz ömür yoluna adi zəhmətkeş həyatı ilə başlamış Ramiz Ənvər oğlu istedadı, çalışqanlığı və halal əməyi ilə pillə-pillə ucalmış, dahi Heydər Əliyevin ən yaxın silahdaşlarından biri zirvəsinə yüksəlmişdir. O, Yeni Azərbaycan dövlətinin qurulmasında həm səmərəli praktik fəaliyyəti ilə, həm də bir nəzəriyyəçi alim kimi həmişə yaxından iştirak etmişdir və indi də bu yoldadır. Ramiz Mehdiyev olduqca dəyərli elmi-nəzəri əsərləri, praktik dövlət quruculuğu fəaliyyəti ilə xalqına və vətəninə, Heydər Əliyevin azərbaycançılıq ideyalarına sədaqətlə xidmət edən vətəndaş alim və görkəmli dövlət xadimidir. Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində tələbəlik illərindən tanıdığım Ramiz Ənvər oğlu Mehdiyev ömrünün bütün çağlarında, tariximizin bütün mərhələlərində hər zaman haqqın və ədalətin keşiyində durmuş, doğma xalqımızın və Vətənimizin mənafeyini dönmədən müdafiə etmiş, həmişə mübarizənin ön cəbhəsində olmuşdur. Dahi Heydər Əliyevin ən yaxın silahdaşlarından biri və azərbaycançılıq məfkurəsinin mübariz alim-əsgəri olan Ramiz Ənvər oğlu Mehdiyev, həmişə olduğu kimi, bu gün də ön cəbhədədir. Yaqub MAHMUDOV, akademik Demokratiya haqqında fundamental söz î zaman deyilir və mükəmməl əsər î zaman yazılır ki, î mühitdə, î ölkədə demokratiya olsun. Akademik Ramiz Mehdiyevin “Demokratiya yolunda: irs haqqında düşünərkən” kitabının ən mühüm məziyyəti məhz demokratik bir düşüncənin məhsulu olmasıdır, burada demokratik bir dövlətçilik düşüncəsinin iştirak etməsidir. Bu kitab həm də onu göstərir ki, belə bir əsəri yarada bilən xalq, millət, dövlətçilik şüuru heç zaman hansısa “rəngli inqilablar”ın təsiri altına düşə bilməz. Yəni bu, sadəcə, bir müəllifin, tədqiqatçının əsəri deyil, eyni zamanda, bizim ümumi ictimai fikrimizin bir əsəri kimi də əhəmiyyətlidir. “Demokratiya yolunda: irs haqqında düşünərkən” kitabı hər şeydən əvvəl, çox böyük bir analitikin, çox böyük bir akademik düşüncə sahibinin əsəridir. Bu kitab bir siyasət generalının təcrübəli siyasətçinin əsəridir. Əsərin üstünlüyü bir də ondadır ki, burada böyük bir təcrübə ümumiləşdirilmişdir Nizami CƏFƏROV,
akademik
Akademik Ramiz Mehdiyev müasir Azərbaycan dövlətinin
qurucusu, dünya şöhrətli Heydər Əliyevin ən yaxın silahdaşı,
görkəmli siyasi və dövlət xadimi, Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında dövlətimizin
daha da möhkəmləndirilməsində xüsusi xidmətləri olan dövlət
adamı və böyük filosof alimdir.
Íələ 1970-80-ci illərdə Azərbaycanın lideri Heydər Əliyevin
ideyaları, göstərişləri və bilavasitə rəhbərliyi altında xalqımızın
elm, təhsil və mədəniyyətinin inkişafı ilə bağlı qəbul edilən qərarların
hazırlanması və həyata keçirilməsində, cəmiyyətimizdə
intişar tapan istiqlal ideyasının qorunmasında Ramiz müəllimin
xüsusi xidmətlərinin olduğu danılmazdır. Dövrün şərtləri çərçivəsində
fəaliyyət göstərərək istiqlal ideyamızı boğulmağa qoymayan
milli ruhlu dövlət xadimlərimizə bugünkü və gələcək nəsillər
borcludur.
1980-ci illərin sonlarında Ermənistandan ‒ tarixi torpaqlarından
azərbaycanlıların vəhşicəsinə qovulmasından və Mərkəzin
buna etinasız münasibətindən hiddətlənərək etiraz səsini ucaldan
ziyalıların qarşısına çıxmağa, onların suallarını cavablandırmağa
mənəvi haqqı olan çox azsaylı dövlət xadimlərindən biri Ramiz
Mehdiyev idi. Azərbaycan ruhuna yad olan rəhbərlər tərəfindən
vəzifəsindən çıxarıldıqdan sonra Ramiz müəllimin Milli Elmlər
Akademiyasının kitabxanasında səbrlə işləməsinin, dövrün sovet
dövlət və partiya xadimlərinin xalqın içərisində görünməyə cürət
edə bilmədikləri bir vaxtda başını dik tutaraq küçədə piyada
gəzdiyinin, insanlarla səmimi söhbətlər etdiyinin şahidi olmuşam.
Bunu yalnız bütün varlığı və fəaliyyəti ilə xalqına qəlbən bağlı
olan dövlət adamı edə bilər.
Ramiz müəllim mənə həmişə sadə, səmimi və mehriban bir
insan təsiri bağışlamışdır. Onu müstəqil Azərbaycan dövlətinin və
millətimizin güclü, möhtəşəm olmasına çalışan bir dövlət adamı
kimi qəbul etmişəm. Ramiz müəllim dəyərli əsərləri ilə ölkənin
sərhədlərini aşan və mükəmməl elmi məktəbi olan müasir
Azərbaycan fəlsəfi fikrinin ən görkəmli nümayəndəsidir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin
rəhbərliyi altında ölkəmizdə güclü müstəqil dövlət quruculuğu
siyasətinin həyata keçirilməsində əsas simalardan olan Ramiz
Mehdiyevə uzun ömür, möhkəm cansağlığı, dövləti fəaliyyətində
və elmi yaradıcılığında uğurlar arzulayıram. Musa QASIMLI, tarix elmləri doktoru, AMEA-nın müxbir üzvü |