HƏYAT VƏ ELMİ-İCTİMAİ FƏALİYYƏTİNİN ƏSAS TARİXLƏRİ

1938
17 aprel

Ramiz Ənvər oğlu Mehdiyev Bakı şəhərində anadan olmuşdur.

1945-1955

Naxçıvan şəhər A.S.Puşkin adına 3 saylı məktəbin şagirdi olmuşdur.

1956-1957

Bakı Dənizçilik Məktəbində təhsil almışdır.

1957

“Xəzərdənizneftqazsənaye” Ümumittifaq İstehsalat Birliyinin “Xəzərneftdonanma” İdarəsinin gəmilərində maşinist işləmişdir;

“Xəzərneftdonanma” idarəsinin komsomol təşkilatı katibinin müavini seçilmişdir.

1961-1965

Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinin tələbəsi olmuşdur.

1962

Azərbaycan Dövlət Universitetinin tarix fakültəsi komsomol təşkilatının katibi seçilmişdir.

1963

Azərbaycan Dövlət Universiteti komsomol komitəsi katibinin müavini vəzifəsinə irəli çəkilmişdir..

1965

Universitetin V kursunda oxuyarkən Azərbaycan LKGİ MK-nın tələbə gənclər şöbəsinin təlimatçısı təyin edilmişdir.

1967-1968

Naxçıvan Vilayət Komsomol Komitəsinin ikinci katibi vəzifəsində çalışmışdır.

1968

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsinin aspiranturasına daxil olmuşdur.

1972

MDU-nun Müdafiə Şurasının iclasında fəlsəfə elmləri namizədi alimlik dərəcəsi almaq üçün “V.I.Lenin millətçiliyin və opportunizmin qarşılıqlı əlaqəsi haqqında” mövzusunda dissertasiya müdafiə etmişdir; 

Azərbaycan Dövlət Universitetinin Elmi kommunizm kafedrasında müəllim, sonra isə baş müəllim işləmişdir.

1974

Azərbaycan KP MK-nın Təbliğat və təşviqat şöbəsində mühazirəçi vəzifəsinə irəli çəkilmişdir.

1975

Azərbaycan KP MK-nın ideologiya məsələləri üzrə katibinin köməkçisi təyin edilmişdir.

1976

Azərbaycan KP MK-nın Elm və təhsil müəssisələri şöbəsi müdirinin müavini vəzifəsinə təsdiq edilmişdir.

1978

Azərbaycan KP 26 Bakı komissarı adına Rayon Komitəsinin birinci katibi seçilmişdir.

1980

Azərbaycan KP MK-nın Elm və təhsil müəssisələri şöbəsinin mudiri təyin olunmuşdur.

“Qırmızı Əmək Bayrağı” ordeni ilə təltif edilmişdir.

1980-1990

Azərbaycan Respublikası Ali Sovetinin deputatı olmuşdur.

1981

Azərbaycan KP MK-nın Təşkilat-partiya işi şöbəsinin müdiri təyin olunmuşdur.

1983

Azərbaycan KP MK-nın ideologiya məsələləri üzrə katibi seçilmişdir.

1986

“Qırmızı Əmək Bayrağı” ordeni ilə təltif edilmişdir.

1988

Azərbaycan KP MK-nın plenumunda Mixail Qorbaçovun Azərbaycan KP MK- nın birinci katibi təyin etdiyi Ə.Vəzirovun təkidi ilə Azərbaycan KP MK-nın katibi vəzifəsindən azad edilmişdir;

Azərbaycan Elmlər Akademiyasının İctimai-Siyasi Tədqiqatlar və İnformasiya İnstitutunun şöbə müdiri təyin olunmuşdur.

1993

Fəlsəfə elmləri doktoru alimlik dərəcəsi almaq üçün “Millətlərarası münasibətlər: nəzəriyyə və siyasət problemləri” mövzusunda dissertasiya müdafiə etmişdir.

1994

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən Prezidentin İcra Aparatının şöbə müdiri təyin olunmuşdur;

Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının qərarı ilə fəlsəfə elmləri doktoru alimlik dərəcəsi verilmişdir.

1995 - indiyə kimi

Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının (indiki Prezident Administrasiyası) rəhbəri təyin olunmuşdur. .

1995-2000

Azərbaycan Respublikası Milli Məclisinin deputatıseçilmişdir.

1998

Azərbaycan Respublikası Ali Sovetinin və Naxçıvan Muxtar Respublikası Ali Sovetinin Fəxri fərmanları ilə təltif olunmuşdur.

2001

Nyu-York Elmlər Akademiyasımn üzvü seçilmişdir.

 Yeni Azərbaycan Partiyasının II qurultayında Siyasi Şuranın üzvü seçilmişdir.

2002

Azərbaycan Fəlsəfə və Sosial-Siyasi Elmlər Assosiasiyasının (AFSEA) prezidenti seçilmişdir.

2003

“Fəlsəfə və sosial-siyasi elmlər” jurnalının Redaksiya şurasının sədri seçilmişdir;

Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə dövlət quruculuğunun təşkilati əsasları üzrə professor elmi adı verilmişdir.

2004

Həqiqi dövlət müşaviridir;

Beynəlxalq sülh mükafatının laureatı: Beynəlxalq Kembric Bioqrafiya İnstitutu tərəfindən təltif olunmuşdur..

2007

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası Elmi Şurasının qərarı ilə Dövlət qulluğu və kadr siyasəti kafedrasının müdiri təyin olunmuşdur;

Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir.

2008

Anadan olmasının 70 illiyi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “İstiqlal” ordeni ilə təltif edilmişdir;

 Rusiya Prezidenti Dmitri Medvedevin sərəncamı ilə “Dostluq” ordeni ilə təltif olunmuşdur.

2009

“Azerbaijan Focus” jurnalının Redaksiya şurasının sədri seçilmişdir;

 Azərbaycan 2003-2008: zaman haqqında düşünərkən” kitabı nəşr edilmişdir.

2010

Erməni liderlərinin tarixi saxtalaşdırmaq, beynəlxalq ictimaiyyəti yeni uydurma və yalanlarla çaşdırmaq cəhdlərini elmi dəlillərlə ifşa edən “Gorus – 2010: absurd teatrı mövsümü” kitabı çapdan çıxmışdır;

“İctimai və humanitar elmlər: zaman kontekstində baxış” kitabı buraxılmışdır.

2011

Polşa Milli Təhlükəsizlik Bürosunun xatirə medalı ilə təltif edilmişdir.

2013

Azərbaycan Respublikasının dövlət quruculuğu sahəsində səmərəli fəaliyyətinə görə “Şərəf” ordeni ilə təltif edilmişdir.

2014

“Ermənilərin mif yaradıcılığı tarixdə ilk xristian dövləti kontekstində”, “İkili standartların dünya nizamı və müasir Azərbaycan” və elmi redaktorluğu ilə “Şah İsmayıl Səfəvi: tarixi-diplomatik sənədlər toplusu” kitabları işıq üzü görmüşdür.

2015

“Avropa strukturlarının deqradasiyasının mənbələri haqqında və ya Azərbaycana münasibətdə ikili standartlar siyasəti: Dünya nizamından “nizamsızlığa” doğru”, “İkili standartların dünya nizamı və müasir Azərbaycan” və “Tarixi idrakın elmiliyi problemlərinə dair” kitabları nəşr edilmişdir.

2016

“Yeni dünya nizamı və milli ideya” əsəri oxuculara təqdim edilmişdir.

2018

Azərbaycan Respublikasında dövlətçiliyin möhkəmləndirilməsində səmərəli fəaliyyətinə və elmin inkişafında böyük xidmətlərinə görə Ramiz Ənvər oğlu Mehdiyev “Şöhrət” ordeni ilə təltif edilmişdir. edilmişdir.

Azərbaycan Milli Kitabxanasının “Azərbaycanın görkəmli şəxsiyyətləri” seriyasından tərtib etdiyi Ramiz Mehdiyev (Mehdiyev Ramiz Ənvər oğlu):  fundamental biblioqrafiyası  kitabı nəşr olunmuşdur.

<< Geri