E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 

HƏYAT VƏ FƏALİYYƏTİNİN ƏSAS TARİXLƏRİ


Rəşad Məcid - Məcidov Rəşad Müseyib oğlu

 
 1964 21 avqust Ağcabədi rayonunda anadan olub.
1979

Bakıya köçüb.

1981 Respublika fizika-riyaziyyat təmayüllü 1 saylı orta məktəbi bitirib.
1985 "Elm və həyat" jurnalında korrektor kimi əmək fəaliyyətinə başlayıb.
1988 Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib.
1990–1991

Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzində sədr müavini vəzifəsində çalışıb.

1991–1992 "Ədalət" qəzetində, sonra isə "Azərbaycan" qəzetində baş redaktorun birinci müavini olub.
1992 "525-ci qəzet"i təsis edib.
1993 "Azərmətbuatyayımı" İstehsalat Birliyinin rəisi olub.
1994–1995

Azərbaycan Tərcümə Mərkəzində məsul katib vəzifəsində çalışıb.

1995

"525-ci qəzet"in baş redaktorudur.

2003 15 martda Azərbaycan Mətbuat Şurasının təsis qurultayında Azərbaycan Mətbuat Şurasının ilk İdarə Heyətinə üzv seçilib.
2004
  • Azərbaycan Prezidentinin sərəncamına əsasən Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvü olub.
  • Azərbaycan Yazıçılarının XI qurultayında birliyin gənclərlə iş üzrə katibi seçilib.
2008

Azərbaycan Prezidentinin sərəncamına əsasən Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının üzvü olub.

2015 İyul ayında Milan şəhər bələdiyyəsinin binasında Cüzeppe Verdi adına Milan Konservatoriyasının, İtaliyada fəaliyyət göstərən Azərbaycan Mədəniyyəti Assosiasiyasının (AMA) və adıçəkilən şəhər bələdiyyəsinin birgə təşkilatçılığı ilə Rəşad Məcidin italyan dilində "O — La Donna" adlı şeirlər kitabı çapdan çıxmışdır.
2016
  • Azərbaycan Prezidentinin sərəncamına əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü təyin edilib.
  • Ankarada Avrasiya Yazarlar Birliyinin təşkilatçılığı ilə türk dilində "Bir də gəlməyəcək" irihəcmli şeirlər toplusu nəşr olunmuşdur.
2017
  • Noyabr ayında "525-ci qəzet"in 25 illik yubileyi qeyd olunub.
  • Türkiyə Elmi və Ədəbi Əsər Sahibləri Məslək Birliyinin (İLESAM) təşkilatçılığı ilə Ankaradakı Türk Tarix Qurumunun salonunda "Delicesine" (türk dilində) kitabının geniş təqdimat mərasimi keçirilib.

2019

23 noyabrda İstanbulda Türk Ədəbiyyat Vəqfində "Kalemsiz yazılanlar" (türk dilində) kitabının təqdimat mərasimləri baş tutub.

2020
  • Azərbaycan Prezidentinin sərəncamına əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü təyin edilib.
  • 15 yanvarda Bakıda fəaliyyət göstərən Yunus Əmrə İnstitutunda "Kalemsiz yazılanlar" (türk dilində) kitabının təqdimat mərasimləri baş tutub.
2021
  • May ayında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilmiş "Xarıbülbül" musiqi festivalının iştirakçısı olub.
  •  İyul ayından Azərbaycan Yazıçılar Birliyi sədrinin müavinidir
2022 24 sentyabrda Azərbaycan jurnalistlərinin VIII qurultayında Azərbaycan Mətbuat Şurasının sədri seçilib.
2024 Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Sərəncamına əsasən 2- ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilir.
2025 Haqqında "Qala adam" adlı kitab işıq üzü görür.

<< Geri