E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 

Biz elə monumental əsərlər yaratmalıyıq ki, onlar doğrudan da ölməz əsərlər olsunlar, gələcəyin adamları, gələcək nəsillər bu əsərləri oxuyarkən ölkəmizin indi necə yaşayıb mübarizə etdiyini görsünlər, bu əsərlər vasitəsilə bizim dövrümüzü və bizim adam­ları­mızı öyrənə bilsinlər...


Cəsarət yüksək insan ləyaqətidir, bu olmasaydı, “qələbə” sözü, “qəhrəman” sözü, “məhəbbət” sözü də olmazdı.


...gənc yazıçılarımız bilməlidirlər ki, “ilham pərisi” deyilən şey yoxdur. Böyük ilham böyük zəhmətlə yaranır.


Gənclik təkamülün çarpan ürəyi, düşünən beynidir.


İnsan qəlbinin isti qanı soyuq sözlərin və fikirlərin qarlı-buzlu havasında donmaq istəmir.


Hər böyük dühanın xəzinəsindən sadə bir inci də döv­lətdir bizə!


Hər sənətkarın ürəyində alovlanan məslək eşqi, ona qol-qanad verən ən böyük qüdrətdir!


Hər böyük ədəbiyyat böyük mənalar ədəbiyyatıdır. Sözün qüdrəti hüdudsuzdur. Çünki söz, hüdudsuz olan insan idrakının ifadəsi demək­dir.


Qəhrəmanlıq və poeziya əkizdirlər, həqiqi qəhrəmanlıq eyni za­manda həqiqi poeziyadır. Hələ qədim zamanlarda insan öz yaşa­ması üçün silahlandığı, öz azadlığı uğrunda qara qüvvələrlə mübarizə etdiyi zaman o, təkcə qılınc, ox və topla deyil, nəğmə ilə də silahlanırdı. Bədii söz həmişə xalq bahadırlarının, qəhrə­man­ların, sərkərdələrin və bütün əsgərlərin əlində qüdrətli silah olmuşdur.


Qəhrəmanlıq isə ilhamdır. Bədii əsəri canlı bir insana bənzətsək, onun çarpan ürəyi ilhamdır.


İlham bir qartaldır. O, uçduğu zaman heç bir hüdud göstər­mək mümkün deyil.


Sənətkarın nəfəsi xalq nəfəsi olduğu zaman həyat və tarix onun zəhmətini çiçəkləndirir və təqdir edir. Var olsun məhəbbət və poeziya!


Şeir rübabı və mahir səsi ilə aləmi valeh edən bir dünya gözəldir. Lakin hər dünya gözəlinin bir faciəsi var! Bəzən bu gözəl rübab naşı usta­lar əlinə də keçir. Qaba əllər bu gözəl rübabı kökdən salır, onun hər simindən əcaib və eybəcər səslər yaranır.


Sənət əzəmət və vüqar deməkdir! Əgər sənin dediyin xırdaca bir söz özünə məxsusdursa, sən vüqarlı adamsan!


Şairin qəlbi məhkumiyyət sevməz.


Sənətkarın ilham ocağı Vətən eşqidir.


Sənət həyatın övladı və zinətidir.


Söz ilhamın qapısıdır. Böyük bir ilham zəif bir sözlə ifadə oluna bilməz.


Sənətkar sözünü peşəkar sözündən ayıran böyük məna hər sənət əsərinin çarpan ürəyi olmalıdır.


Tənqidimiz yüksəlməlidir, elə yüksəlməlidir ki, istər ayrı-ayrı yazıçıların, istərsə də bütün ədəbiyyatımızın taleyini təmin edə bilsin. O, bizim yoldan azdığımız zamanlar bir mayak kimi bizə yol göstərməlidir. Bunun üçün də tənqidçidən böyük idrak, geniş ürək və uzaqgörən göz tələb olunur.


Uşaq humanistdir. Onun ruhu ən xeyirxah hisslər  yuvasıdır.


Uşaq xəyalı səyyahdır. O, şıltaq bir ulduz kimi daima süzüb oy­nar. O, güldən-gülə, çiçəkdən-çiçəyə qonan bir kəpənəyə bənzər.


Ürək bədəni qanla qidalandırdığı kimi, ilham da əsərə hərarət verən alovdur.


Yaradıcılıq da özünəməxsus bir döyüş meydanıdır, həm də çox mürəkkəb bir meydandır. Bu meydan bizdən, hər şeydən əvvəl zəhmət, cəsarət tələb edir. Cəsarətli yazıçı böyük mövzu­lar­dan, böyük insan surəti yaratmaqdan, öz dövrünün dastanını yarat­maqdan qorxmayacaq.


Soyuq məzara da zinətdir insan.


İnsan da vətənsiz insan olarmı?


Dünya bir yanadır, sənsə bir yana,

Ah, müqəddəs vətən , müqəddəs ana!


İnsandır ən böyük qüvvə cahanda.


Köksüz bir ağacın meyvəsi varmı?

İnsan da əslini heç unudarmı?


Yer üzünün şan- şöhrəti

Olacaqdır insan.


İstidir hər quşun isti yuvası…


İnsanlıqdır bu aləmdə ən şirin nemət.


Ən böyük övladın insandır gerçək.


Göyün şöhrətidir yerin insanı.


Vətən! Namus da, vicdan da

Yaranmış şanlı hüsnündən!

Vətən qoynunda bəslənmiş

əməllər, arzular, şəksiz.

Vətənsiz, yurdsuz insanlar

Yaşar aləmdə məsləksiz!


Bülbülün vətəni ellər bağıdır.


İnsandır zövq alan axar sulardan,

Əlilə qurduğu min bir bahardan.


İnsandır ayıran xeyiri şərdən.


İnsanlıq böyükdür əzəldən bəri.

Vətəndən ayrılsa, qocalar insan.


İnsan öz canını tərk edə bilməz.


Nə qədər doğmadır burda hər nəfəs,

Bir də hər insanın, hər şeyin adı,

Bir ovuc torpağı göyə dəyişməz

Bir həyat şairi, bir yer övladı…


Dağları çapmağa yaranmış insan!


Hər insan qəlbinin öz aləmi var.


Hər insan ömrünün bir kitabı var.


Fərhad kimi dağlar çapır bizim insan.


Zaman yaşa dolur, insan ağıla!


Hər millətin öz taleyi,

Hər torpağın öz nəfəsi.


Şəxsi taleyini duymayan bir kəs

Başqa bir tale də yarada bilməz.


Bir gücdə olsa da bütün insanlar,

Hər kəsin öz eşqi, öz arzusu var…


Qanla yoğrulmuş əzəldən insan!


Dəhşətlər törədir insanın əli…


Dünyanı quran da, yıxan da əldir.


İnsan yaratmışdır bizi təbiət.


Budur əvvəlcədən verdiyim qərar:

Vətəndaş deyildir söz uyduranlar!


İnsan nəfəsilə qızdıqca şəhər,

Əriyir göydəki sıx-sıx dumanlar.


Boş sözdür, «dünyanı heçdən yaradan» -

Bütün cənnətləri quracaq insan…


Şərabın nəşəsi bir anlıq olur,

Əbədi qalansa insanlıq olur…


Demə ki, bir ətsən, bir də ki, qansan,

Qüdrətin böyükdür, çünki insansan.


Ayırmaq olarmı candan ürəyi.


Ömürlük yol yoldaşıdır,

doğrudan da, bizə adət,

Vərdişlərin övladıdır

ömür adlı bu səadət


Əzəl gündən insan oğlu

əkdiyini harda biçsə,

Ömrü-günü alovların

qucağında belə keçsə,

Sərin bahar nəsimi tək

udur vətən havasını;

Kim dəyişər yer üzünə

öz yurdunu yuvasını?!


Belədir insan,

Bir yandan uçurur, bir yandan qurur,

Həm ləkə yaradır, həm zinət vurur…


Hər kim öz əlilə bircə şitil də

Basırsa anamız qara torpağa,

O şitil bir ağac olur bir ildə,

İnsana hörmətlə qalxır ayağa…


Qonaq da köçəri bir quşa bənzər,

Yalnız ev sahibi uçan deyildir.


Öz evini yıxar yalnız insanın özü.


Camalın dünyadır, qucağın cənnət!


Dünya karvan yaranmışsa,

İnsan oğlu bir sarbandır.

Bəşər qəlbi göyə sığmaz,

onun fikri bir ümmandır.


Bəşərsiz kainat bir viranədir.


Bildim, insan kimi böyük bir qüdrət

Hələ yaratmamış bizim təbiət.


Səməndər adlı bir quşdur,

Alovlardan doğulmuşdur…

Ölər ayrılsa odlardan

Vətənsiz böylədir insan!


İnsan var ki, şöhrət verər insanlığa.


Böyük səadətdir vaxtı gələndə,

Vətənin eşqilə vətəndə ölmək!


Yüz illər keçsə də unutmaz ürək

Vətənin ilkini, andın ilkini...

İnsan nəfəsilə sevinir bahar,

İnsan günəş ilə gəzir qol - qola.


İnsan gücündədir xeyir-bərəkət!


Öz sadiq oğlunu torpaq unutmaz…

Elə zənn etmə ki, qayalar daşdır!

Ana övladını yad kimi tutmaz,

Bu daş da, qaya da qəlbə sirdaşdır…


Mən yaranmamışam göylər övladı,

Əzəl şöhrətimdir torpağın adı...


Ömrə pəncərədir hər qəlbin gözü,

Heyrandır insana insanın özü.


Başqasının sözlərilə

bəzənsən də doyunca

Müqəddəsdir hər isanın

öz nəfəsi, öz səsi…


Xəyallar nə qədər şirin olsa da,

İnsanın nəfəsi xoşdur dünyada…


Zindanı, zənciri sevməmiş insan.


Ömrün boyu yaşasan da

yavan çörəklə,

Başqasının şöhrətini düşünmə bir an!..


Bəşərdir torpağın, göyün təməli,

Bəşərsiz günəş də yerə alçalır.

Könüldür sənətin ölməz əməli,

Hər simin üstündə bir aləm çalır.


Vətən eşqi insanlığın

bir əbədi sevdasıdır!


Dünya binasını qurandan bəri,

Hüsnünə şöhrətdir insan əlləri!


Deyir laylasında bizim analar

Ölərmi yurdunu sevən sənətkar?!


İnsan, deyirlər ki, çiy süd əməndir…

Utansın dünyada qədir bilməyən!..


Torpağa düşməsin havayı bir dən, -

Çörək bol olarsa, basılmaz Vətən!


Xeyr, yumulmamış zamanın gözü,

Xeyirxah yaranmış dövranın əli.

Boğa bilməmişdir gecə gündüzü

İnsan yer üzünə şöhrət gələli.


Sən ana torpağı qarış-qarış gəz,

Hər daşın altında bir göhvər axtar.

Eşqinə, qəlbinə yad ola bilməz

Vətən sevgisiylə yanan sənətkar…


Vətən torpağında bitən gülşənin

Yarpağı saralıb, çiçəyi solmaz.


Vətənsiz də insan olan insan kimi

yaşayarmı?


Bizdə təbiətə zülm edənlərin

Nə insan duyğusu, nə də haqqı var!


Səyyar kitab öz yurduna gəlməlidir-

Bu torpağın tələbidir, əməlidir!


Əzəldən böyükdür insanın adı,

Yorulmaq bilməmiş əqlin qanadı.

Gör insan əlinin nə qüdrəti var,

Dönür gülşən olur min xarabazar.


Azadlıq əzəldən odlar ölkəsi,

Azadlıq neyidir hər qəlbin səsi…


Əzəldən saf olur insan fitrəti.


Şərəf bir ziynətdir insan oğluna!


Bir aysa ,bir ilsə ömrü artıran

Böyük qəhrəmandır, aqil bir insan.


Düşdü qılınc kimi ortadan Araz…

Fəqət yaman günün ömrü çox olmaz.


Hər torpağın öz eşqi var,

hər millətin öz adı!


Nələr yaratmadı əlilə insan?


Müqəddəsdir əzəl gündən

elin haqqı, elin varı.


Yurdunu atana dünya dar olsun!


Şeirimiz, sözümüz, elmimiz də var,

Arif yaşamışdır bizim babalar.

Lakin xoş olsa da söz ilə sənət,

Böyük sərkərdələr yetirən millət

Yalnız qalibiyyət çələngi taxar,

Gələcək günlərə vüqarla baxar.

 


 

Bəzən tanrıya da ağ olur insan..


Dahilər yaradan ey böyük ana,

Şeirimin hər sözü alqışdır sana!


Hər ananın ürəyində

Min aslanın qüvvəti var!


Ananın qəlbinə toxunmaq olmaz,

Ana nəfəsindən çiçək də solmaz.

İnsanlıq süd əmmiş ana döşündən,

Soyuq bir məzardır anasız Vətən.


Ana müqəddəsdir, ana doğmadır,

Ən böyük məhəbbət yalnız ondadır.

Yoxsa da dünyanın ucu-bucağı,

Hər yerdə istidir ana qucağı.


Acından ölsə də bizim analar,

Yenə dağdan böyük ürəkləri var.


Ana nəfəsinin özgə dadı var!


Ana südü getməz bada!


Silkinib çıxmasa qadın mətbəxdən

Nə azad ana var, nə azad Vətən!


Əzəldən böyükdür ananın qəlbi.


Hər gəraylı pərdəsində min ananın qəlbi var,

Hər şikəstəm övladıdır bir müqəddəs diləyin.


Ana vüqarilə fəxr edər vətən,

Xəyanət görmərik onun əlindən.


Övlad həsrətinə tablamaz ürək.


Bir ana ürəyi dağ qalasıdır!


Dünya bir evdirsə, övlad işıqdır,

Oğul arxadırsa, qız yaraşıqdır…


Bu qoca dünyada bir adət də var:

Qadın olan yerdə ədalət də var!..


Bir evdən kəsilsə qadın ayağı,

Yetimlər qəlbinə qaranlıq çökər.

Soyuyar havası, sönər ocağı,

Divarlar ağlayıb, göz yaşı tökər...


Qadın əllərilə hər ev, hər ocaq

Ətirlər qoxuyub, gül-çiçək açar.

Həyatın nəfəsi qadındır ancaq,

Bağlı qapıları o əllər açar.


Qız olur ananın yaxın köməyi,

Qıza çox bağlıdır ana varlığı.


Heç kəsin balası öz atasına,

Ya öz anasına həsrət qalmasın…


Bizim qızlar öz andını,

öz eşqini gec unudur.


Qadın mərhəməti, qadın insafı

Qadın inadından heç də az olmaz…


İnsanın canından şirindir övlad.


Analar dərdsiz olmaz!


Dünya binasını qurandan bəri,

De, hansı dahinin xəyal şəhpəri

Ucala bilmişdir barı bir kərə

Ana qəlbindəki sonsuz göylərə?


Ana səbri böyük olar…


İşıq məhv olarsa ana gözündən

Gülməz ki, dünyada övladın üzü!


Ana övladını yad kimi tutmaz…


Analara təsəllidir dar gündə övlad.


Əsrimiz nə qədər böyük olsa da,

Çoxları möhtacdır bir təmiz ada.


Gözəllikdir ziynət verən hər bahara.


Ucalıqda qanad çalar arzular kimi

Ürəyi də, vicdanı da təmiz olanlar…

Həyat dəniz kimi təmizlik sevər,

Sahilə çıxarar zir-zibilləri.


Təmizlik insana bir vəzifədir.


Gözəlliksiz bir sənətin nə duyğusu, nə canı var.


Mən doğanda göy üzünə,

qaçıb gedir qaranlıqlar,

Gözəlliklə ekiz olan

bir qüvvətim, qüdrətim var.


Gözəl görünməzmi buludsuz bir ay?


Çirkin yaranmışlar çox vaxt dərdlənər…

Gözəllik eşqindən yaranmış səhər!


İşıqdır zülməti əridən qüdrət.


Mümkünmü günəşdən nur oğurlamaq?

Günəş manat kimi cibə sığarmı?


İşıq yolda göz yorulmaz.


Sanma ki, məqsədim boş yaraşıqdır,

Cahanda ən böyük qüvvət işıqdır.


Ancaq, bu dünyanın öz qanunu var:

Xəyanət nə qədər pərdələnsə də,

Onu (zülmət olub göydən yerə ensə də)

Günəşin qüdrəti yenə parçalar!


Özün öz hüsnünü tapsan –

ölüb getsən də sən varsan!


Düşmənidir işığın

əzəldən hər qaranlıq…


Qaydadır ki, günəşə

yarasalar göz yumar,

Məsəldir «əbləh köpək

qaysavadan pay umar».


Günəşi örtsə də qara buludlar,

Yenə günəş adlı bir qüdrəti var.


Ehtiyatsız bir gözəli

qara yellər tez soldular.


Mənasız gözəllik xatirdə qalmaz.


Əzəldən günəşin aşiqiyəm mən,

Onun qucağında qızınır Vətən.


Adın şərəflidir sənin, ey qadın!

Dahilər anası çağrılır adın.


Günəş batmaz ilk səhərdə…


Günəşin üzünü bulud alsa da,

Göydə bir anlığa gün qaralsa da

Yenə işığını ondan alacaq.

İnsan da, torpaq da, hava da, suda da.


Haqqa keşik çəkir hər təmiz ürək.


Üzük qaşla, arvad ərlə tanınar.


Aclıq gözəlliyə olmasın əngəl.


Min bir xəbər verir dünyadan bizə

Üstünü toz almış qalın kitablar.

Solğun görünsə də gözlərimizə,

Hər batan günəşin öz aləmi var…


Bizim böyük dünyamız da

gözəlliklər dünyasıdır,

Hər könülün sığıncağı

bir məhəbbət dəryasıdır!


Tutqun üfüqlərdə açılmaz sabah.


Günün şəfəqləri yayılar düzə,

Çünki təslim olur gecə gündüzə.


Günəş bir qüvvədir, yandıqca sönməz

«Tarixin təkəri geriyə dönməz» .


Qoca qartal dağ başında

qərar tutub hər səhər,

Uçurduğu çolpaları

bu qaydayla seyr edər.


Südü təmiz olur bizim analar…


İşıq güclənəndə çaşar qarovlar…


Günəşdən gizlənən yarasalardır…


Gözəlin heç kəsə yoxdur minnəti!..


Vəfasız olurmuş ögey analar…


Ağıl çox olandə sifət bürüşür…

Qadının üzüsə hər zaman gərək…

Parlasın gül kimi gülümsəyərək…


Doğrudan qeyimdir qadına ziynət,

Zərif yaratmışdır bizi təbiət…

Başda olmasa da ağıldan əsər,

Ət- qan əsiridir bütün kişilər.

 

 

Əzəldən hüdudu yoxdur kamalın…


Dünyada qalacaq yalnız yaradan!


Hər kiçik sözün də öz dünyası var,

Yarımçıq olsa da, mənasız olmaz…


Tonlardan ağırdır sözün nəfəsi.


Yalnız şeirin dili belə danışar,

Onun hikmətində allah gücü var.


Məncə, düşünməkçün yaranır hər baş,

Ağıldır insana ən böyük sirdaş.


Kamalla yaranır hər böyük əsər.


Baş ayaq olanda çox fikirləşər…

Fikirdən qocalar dünyada bəşər.


Kimdə ağıl varsa, bilinər dərhal.


Daha mənzillidir şeirin gülləsi.


Dünya binasını qurandan bəri

Öyrənmək dalınca getmişdir bəşər.

Sudan dürr çıxarmış, daşdan da gövhər!

Lakin öyrənməyi ar bilən bir şəxs

Dünyada mərifət qazana bilməz.


Düşünən beyinlər yaşayacaqdır!


Könül duyduğuna bilmədən uyur…


Mənə ilham verən bu saf təbiət,

Deyir dünyada qalacaq sənət!


Şüur açarıdır bütün xilqətin.


Aqil olan son sözünü qabaqca deməz…


Sənətin eşqilə gülsə sənətkar

Tükənməz ilhamı, tükənməz sözü,

Məhəbbət yaranmış sənətin gözü.


Bir dünyada hər ürəyin min baharı var,

Əql evinin nə divarı, nə hasarı var…


Yarış meydanıdır əzəldən aləm,

Görüm büdrəməsin sürdüyümüz at…

Bir ölməz şöhrətdir cahanda qələm,

Qələmlə qurulur ən böyük büsat!


Qəhrəmanlıq qanad verər

şeirin, sözün qüvvətinə.


Hər duyan ürəyin öz büsatı var.


Mən indi bildim ki, xeyli ağırdır

Dünyanı düşünən bir şair olmaq!


Ürəksiz deyilən sözlər saxtadır.


Böyük yaranmışdır əzəldən insan,

Məhəbbət adlanır şirin neməti.

Eşqin meyvəsidir hər yeni dastan,

Duyanlar yaradır şeiri, sənəti.


Bir əsər yaranır hər düşüncədən,

Hər qəlb vurğusunun öz mənası var.


Bir arzunun övladıdır hər kiçik əsər,

Düşünürəm. Dilə gəlir qəlbimdə bir səs.

Deyir: - Şair! Xoş olsa da bu düşüncələr,

Bir kainat bir ürəyə sığışa bilməz.


Ölməz bu gözəl aləmə idrakla gələnlər,

Məna evinin sirrini vicdanla bilənlər.


Eyni xəritələr, eyni şəkillər,

Xəyala açmayır yeni bir səhər.


Bacaran insanın gözü dar olmaz.


Ürəkdir ən böyük sənət əsəri…


Yerdəki hər soyuq daş parçasından

Bir saray yaradır sənətkar insan.


Ah, ürək duyduqca bu səhnələri,

Adətim olmuşdur alışıb yanmaq.

Yanğına düşmüşdür könlüm şəhəri,

Böyük bir dərd imiş şair yaranmaq!


Hər məclisə yaraşıqdır

gözəl kəlam, gözəl şeir.


Musiqi daşları gətirir dilə,

Ram olur səsinə vəhşilər belə…


Bu gün də zövq alır hər duyan insan

Böyük Bethovenin simfoniyasından.


Musiqi can verir ruha əzəldən,

Musiqi qəlb alır min bir gözəldən.

Xəyalı oxşayan hər təranəsi

Bir şair qəlbidir, bir canan səsi.


Fikri, qəlbi dayazların

xəyalatı dayaz olar,

Əsərinin mənası da

özü kimi bir az olar.

Böyük təbiətlər yaranır az-az,

Hər yerdə, hər zaman inci tapılmaz…


Ellərə güvənib yazsa sənətkar,

İlham xəzinəsi tükənməz olar.


Torpağa bağlıdır rəssam nəfəsi.


Şeir bir nəğmədir, gözəllik çəmən.


Ağıl ummayıram boş kötüklərdən…


Hər dühanın öz günəşi bir nur saçar.

Az danışıb, çox iş görür yaradanlar.


Kor-korana bir zəhmətdən

Tez yorular başla bədən.


Lakin məqsəd dünyasına

Açıq gözlə baxan ərlər,

Ömrün bütün mənasına

Şölə saçıb, şəfəq verər.


Ötdükcə sənətin, şeirin avazı,

Köksün qəfəsinə sığmayır ürək…


Əzəldən belədir sözün hünəri:

O daşa dil verir torpağa qanad…

Onunla ucalır xəyal şəhpəri,

Önündə diz çökür bütün kainat.


Oxucum! Belədir aqil babalar,

Bir dastan yaradır ikicə sözlə;

Bu kamal dünyası gülər bir üzlə

Nəsildən-nəsilə keçir yadigar…


İnsan əli yüz dil verir neyə, kamana.


Günəşin də mövqeyinə idrak enməyir?


Ballı pətəklərə bənzər beynimiz –

İçində boş qalmış bir çox şanalar.


Şeirsiz bir cahan xarabazardır.


Yaradan əllərin hüququ birdir.


Sözün qəlbində gizlənmiş

bütün dahilərin eşqi,

Sözün qəlbində sakindir

göyün eşqi, yerin eşqi.

Sözün şənində şöhrət var,

bu məna qəflətən solmaz.

Çiçəksiz, sözsüz, insansız,

səadətsiz bahar olmaz!


İnsan övladının asiman qədər

Ulduzu sayrışan bir lisanı var…

Bu möhtəşəm kitab, möhtəşəm əsər

Hər sözün başında bir aləm açar…


Bir mələk olsa da ağılsız bəşər,

Yüz illik hörmətdən bir günlük düşər!


Hər duyan könüldə bir iztirab var.


Həqiqəti idrak ilə kəşf edənlər

Yaranmışdır insanın son ziynəti.


Elmin böyük qudrətilə silahlanan

Bir ordu da sərkərdə də basılmazdır.


Bu dünyada min il ömür sürsə insan

İdrak üçün, kamal üçün yenə azdır.


Oxşadıqca duyğuları bahar küləyi,

Hər pərdədə söhbət açır insan ürəyi


Ucalsa da insan fikri, insan kəlamı,

Qanad çalar bir müəyyən nöqtəyə qədər…


Əhli-haldan dəm vuran kəs

əhli-hal olsun gərək!


Zəhməti güldürən sənət olacaq.


Ağrıyan başların bəlaları var.


Böyük fikirlərlə məşğuldur aləm,

Bəşərin ölməyən dühaları var!..


Cahana hər gələn bir əsər qoyur.


Şirin söhbətlə, ülfətlə

dalar sevdaya həmdəmlər,

Mehriban, isti bir sözlə

ücar dərdlər, keçər qəmlər…


Meyvəsiz xəyallar ömür gödəldir.


Boyaqsız, rəngsiz, əmmasız

olan söz daima haqdır.

Sözün keçməzsə bir yerdə

böyüklük sadə susmaqdır.


Qananlar məclisindən keç ki,

feyz al sözlə söhbətdən.

Fəqət qanmazlar ağzında

düşər Loğman da qiymətdən.


Bilirəm söz nədir, məhəbbət nədir,

Könülsüz bir həyat bir viranədir…


Bizdə şeir qədər böyükdür hünər,

Hər kiçik şairin bir hörməti var.

Hər alın tərilə yazılmış əsər

Bizim qəlbimizdə qalır yadigar...


Utansın günəşin rəngindən bir az,

Axşam qaranlığı bəstələyən saz.


Məqsədim olmamış nə şöhrət, nə şan,

Məncə yaratmağa yaranmış insan.


Duyub yaşayanlar nə bəxtiyardır.


Nəşəni də, qüssəni də duymayanlar

Arsız-arsız can gəzdirər bu dünyada,

Gözəl ömrü hırıltıyla verər bada.


Qocalmamış bu dünyada min il belə

Sənətini məhəbbətlə yaşadanlar.


Bu dünyada macərasız

ürəyi daş olanlardır.


Könül duyduğunu xəyal şeyr edər.


Duyanlar daima xoşbəxt olarmış!


Ağılsız köpəklər ulduza hürər.


Qanadsız bir böcək üçmaz,

sürünmək qurda adətdir.

Kamal səyyar doğulmuşdur,

xəyal sevdası nemətdir…

Xəyalsız fikrin övladı

səfildir, daima acdır,

Həqiqət bir günəşdirsə,

xəyalla eşqə möhtacdır!


Ölməz böyük dili şeirin, sənətin…


Sözü eşidirəm canlı səs kimi.


Həqiqətin övladıdır şeirlə sənət.


Çox şirin olsa da xəyal neməti,

Axırda çox olur qəmi, möhnəti.


Xəyaldır dünyada ən böyük əsər.


Xəyal qanad verir qəlbə, vicdana.


Xəyal daşları da gətirir cana.


Belədir… yerlərdən doğan bir sənət

Göylərə xəyalsız ujalmamışdır!


Dərdin dərmanını xəyalda axtar…


Ümid təsəllidir xəyala ancaq.


Könül bir kitab ki, mənası qat-qat,

Təsliməm deməyən bir qüvvəti var.


Şərik oldum mən idrakın nəsihətinə.

Yer qaldırır hər şeiri də, hər nəğməni də...


Tör-töküntü yığınlardan sənətkar olmaz!


Sənət ayırmayır sənətkarları…


Öz sənət eşqini dəyişməz insan.


Ürək də sinəmdə dil açıb deyir,

Qəhrəman ölərsə, şair sevinməz.

Yalnız səadətlə ucalar şeir…

Nə var bu aləmdə həyata əvəz!..


Müqəddəs əməllər torpağa dönməz.


Ağac da dünyada duyğusuz deyil,

O da nemət verir çalışanlara.


Bahardır beşiyi şeirin, sənətin!

Yerində sayandan sənətkar olmaz.


Bir arzunun övladıdır hər kiçik əsər.


İnsanın qəlbində əsrlər boyu

Özünə yer tutub, yurd salan duyğu

Əmrlə insanın çıxmaz canından.


Həqiqət qılıncdan daha sərt kəsər

Dildimiz belədir bizi müxtəsər.


Böyük səadətdir şairə, dostlar, -

Adi bir bədəndə min bir can olmaq…


Hökmünü indidən verir istiqbal:

Hünərsiz sənətin şəni ucalmaz.


Çörək basan, duz itirən

Bir şairin üzü gəlməz.


Şairə dərd açan davasız qalmaz.


Hər xəyalın min oylağı vardır dünyada.


Hər böyük dühanın xəzinəsindən

Sadə bir inci də dövlətdir bizə.


Günün batmağını duymayır insan.


Axtana dünyada hər haqqı bulur.


Sözün eşqilə, qəlbilə

yaşar aləmdə dastanlar,

Sözün səyyar xəyalilə

gəzər dünyanı insanlar.


Nahaq söz od vurar qəlbə,

fəqət haqq söz keçər daşdan.

Ucuz söz qan qaraldar ki,

küsərsən dostla sirdaşdan.


Sən sənət eşqilə vəcdə gələndə,

Bir səməndar kimi odlara qalan.

Qoy bir el məsəli düzəldim mən də:

Dağ olmaq istəsən, dağa arxalan!


Polad kimi, odda bişib

bir mərmiyə dönsə ürək,

Sözün hökmü meydan sürər

uzaq vuran mərmilər tək.


Sığmaz idraka bu dünya evinin sirrləri,

Varlığın hüsni-əzəldən nə böyük qüdrəti var.


Qulaq as, nə deyir, gör, qərinələr,

Qulaq as bir daha könül mülkünə.

Ürəksiz yaranan hansı bir əsər

Yadigar qalmışdır sabahkı günə?


Qəlbin açılmamış sirrləri var,

Yerlər də, göylər də ona tanışdır.

Hər kiçik zərrədə bir ümman axtar,

Hər pərdə üstündə dünya danışdır.


Hər incə pərdənin öz aləmi var,

Bəzən nəşəsi var, bəzən qəmi var.


Könül duyduğunu, xatirə saxlar.


Səliqə sevən də bir sənətkardır.


Hər gülün, çiçəyin bir sirri vardır.


Ovcunun könülsüz atdığı güllə

Ya torpaq sovurar, ya gözdən itər.

Hər kimi dindirsən soyuq bir dillə

Baxıb yadlar kimi yanından ötər…


Bir yandan bağlayan, bir yandan açar.


Qızılı udsa da qara torpaqlar,

Yenə qiymətini özündə saxlar…


İlham sənət rübabıdır,

sim istəyir bizdən o saz …

O bir dövlət quşudur ki,

hər eyvana uçub qonmaz.


Bir həyatdır eşidilən hər bir avaz.


Hər səyyahın öz dinləmək qaydası var.


Həqiqət olmasa, söz əfsanədir.


Atüstü olsa da, qısa bir söhbət

Dönür unudulmaz bir xatirəyə.


Ölməz sənətkarın, sənətin adı.

 


Tarixlər zövq alır yaradan əldən.


Hər duyan ürəkdə min bir arzu var.


Yaşamaz eşqsiz, ruhsuz sənətkar,

Onun varlığı da quru sümükdür;

Onun nə kölgəsi, nə meyvəsi var,

Həyatın boynunda bir artıq yükdür…


Bu yerlərin zinətidir ayın, günün camalı,

Bir dəryadır dünya görmüş ataların kamalı.


Çox danışıb, az yazanlar

unudulur bu dünyada.


Zəncirə bağlanıb qalsa da ürək,

İdrak səltənəti sürünməyəcək…


Kitabsız bir ömrün nə mənası var?


Söz əsər eləməz qəlbi pozğuna…


Hər şey təbiətdə min şəkil alır,

Lakin hər qətrənin mənası qalır…


Sözdən qızarmaz ki, bozarmış üzlər…


Nəşəli keçsədə, hər bir əyləncə,

Ayıq baş hər şeydən ucadır, məncə…


Cahanda hər dərdə dərman tapıla.


Məhəbbət qüvvətlə yaşamaz qoşa,

Eşqə atılan ox tez çıxar boşa.

Əzəldən dünyada bir qanun da var:

Ürəyə hökm etmək ürəklə olar!..


Kimin sinəsində böyüksə ürək,

Onun məhəbbəti qalib gələcək!


Məncə məhəbbətsiz bir həyat boşdur…

Odur ki, sevgi də, hicran da xoşdur!


Məhəbbət böyükdür əzəldən bəri,

Həyat aşiqidir eşqi bilənlər.

Anar həsrət ilə keçən günləri

Sevib yaşayanlar, sevib ölənlər.


Tarix sevənləri gözündə saxlar.


Qəlbi var, hissi var hər məhəbbətin,

Qaralmaz ulduzu əbədiyyətin!..


Məhəbbətsiz yaşayana

bu dünyada insan demə!


Məhəbbət dediyin təbiətdədir,

Təbiət özü də məhəbbətdədir.


Ey könul beşiyi-böyük məhəbbət!

Sənin də qədrini bilməyənlər var.

Varlığı daş kimi, kəsək kimi sərt.

Bir insan eşqilə gülməyənlər var.


Yaşamaq sadə bir sevgi deyildir!


Məhəbbət hər zaman ötən bir quşdur.


Unutmaz aləmdə sevən sevəni.


Bir də… İlham verir mənə məhəbbət,

Onun meyvəsidir bu iş, bu sənət.


Məhəbbətə hasar çəkməz

nə ayrılıq, nə də zaman…


Doyarmı eşqindən sadiq bir ürək!


Ölməz qəhramanlıq, ölməz məhəbbət!


Hər duyan ürəyin bir eşqi vardır.


Məhəbbət dünyada keçsə bayağı,

Ondan tez kəsilər qəlbin ayağı.


Nə qədər şirindir qəlbə məhəbbət-

Ömrün mənasıdır bu əziz nemət.


Nə çoxdur gördüyüm qoca dünyada

Söz verib, söz alıb, söz unudanlar.

Görəsən vicdanı salırmı yada

Eşqin mənasını ucuz tutanlar?!


Elə ki, məhəbbət cavabsız qalır,

Ürək bulud kimi dolub boşalır.


Sevgi oyun deyil, ürək oyuncaq.


Oxuyan ürəkdir bir məhəbbətlə


Məhəbbət şərəfdir insan oğluna.


İnsana yaraşır yalnız məhəbbət.


Kim bilməyir bu aləmdə nədir intizar?

Ürək üzər, can əridər nigarançılıq.

Bir ürəkdə qıfıllanıb qalsa arzular

Şamlar kimi şölə çəkib yanar apaçıq.


«Məhəbbət» sözü var bizim lisanda,

O, dağlardan axan bir şəffaf sudur.

Yaşını bilməyir onun zaman da,

Bəlkə də insanın ilk arzusudur!


Məhəbbət! Ömrü sevdasız

yaşatmaq bir cinayətdir!

Gözəllik! Canlı bir sənət,

əzəldən ömrə zinətdir!


Yalan yaraşmayır gül dodaqlara…


Gözəllikdir zinyət verən hər bahara.


Eşqsiz yaşayan donuq bir insan

İçini qurd yemiş boş bir ağacdır.

Əsrlər dolanır, dəyişir zaman,

Məhəbət əbədi bir ehtiyacdır.

 

 

 


Qafil! Dolanma gəl eşqdən kənar,

Ən böyük musiqi canan səsidir.

Eşqin şirin-şirin şərbətləri var,

Ömür məhəbbətin ilk meyvəsidir.


Eşqin rüşeymi var canlı varlıqda,

Ondan mayalanır uşağın qanı.

Məhəbbət olmayan bir məzarlıqda

Qurd kimi parçalar insan insanı.


Dünyada ilk eşqi, ilk məhəbbəti

Uçanlar yenə də xoşbəxt olarmı?


Çox zaman almır sevən sevəni.


Vaxtsız qovlamayın siz məhəbbəti,

Ürək sərinlədir eşqin şərbəti.

Məhəbbət yaranmış ən böyük əsər,

Nə qədər bədbəxtdir sevilməyənlər.


Mənim də oylağım dağdır, dərədir,

Könlüm gözəlliyə bir pəncərədir.

Dünyanın sirrini görürəm ordan…

Bir parça sümükdür sevdasız insan.


Məhəbbətdir bu dünyanın

tükənilməz böyük varı.


Daşa dönsün bu dünyada

məhəbbəti ujuz tutan.


Bu dünyada bir məhəbbət,

bir etibar ölməyəcək!


Nə xoşbəxtdir bu aləmdə

sevən ürəklər!

Məhəbbətin meyvəsidir

müqəddəs insan!

Saf arzular, saf əməllər

təmiz diləklər

Yaranmışdır məhəbbətin

ilk mənasından…


Elin qüdrətilə yaşayan ərlər

Eşqin hünərilə murada çatdı.


Eşqdən yaranmış bu gözəl aləm.


Məhəbbət özü də canlı həyatdır,

Onun varlığını yaşayan duyur.


Ölməz məhəbbətin səsi cahanda!


Hicran göz yaşına bir bəhanədir.


… Hər vüsalda ayrılıq da var.


Yalnız məhəbbətlə insan ucalar,

Eşqsiz bir ürək vaxtsız qocalar.


Sevməyi bacaran qadir bir ürək

Bir sevilməzsə də, bir seviləcək…


Məhəbbətin nə ilki, nə sonu var.


Sevgi bu yerlərdə deyildir yaşaq;

Gözəldir sevişib murada çatmaq.


Hər intizar acısının

bir şirnisi var!..


Saqiya! Dustağam zindan görməmiş.

Vüsalın dadı yox, hijran görməmiş.


Həyatın qəlbidir hər saf məhəbbət,

Eşqin ürək yaxan hicranı da var!


Məhəbbət işində qüvvət yaramaz.


Hər könül nəğməsi sevdasız olmaz.


Sən ona diqqətlə bir də qulaq as!

Deyir bir qanunu xatirinə sal:

Odlar içində də yanıb qaralmaz,

Məhəbbət, sədaqət, həqiqət, kamal!..


Uğursuz bir eşqin (keçsə də illər)

Sönüb kül olacaq odları tez-gec…


Məncə, öz eşqinə sadiq bir ürək

İllər həsrətilə oda yansa da,

Bir qığılcım kimi alışıb sönməz…

Yalqızlıq qəm ilə alovlansa da,

Eşqindən soyuyub, sözündən dönməz…


İlki kimi şirin gecə

hər eşqin sonu.


Vətən mülkü məhəbbətlə

çıxacaqdır ilk bahara.

 


İntizar olanda vaxt ağır gedir.


Ağlamaz sənətlə gülən məhəbbət!


Ölüm sevinməsin qoy!..

ömrünü vermir bada

El qədrini canından

daha əziz bilənlər.

Şirin bir xatirə tək

qalacaqdır dünyada

Sevərək yaşayanlar,

sevilərək ölənlər…


Qanlar qardaşlığı olan ölkədə

Dünya od tutsa da, ölməz məhəbbət.


Bəzən cilvələnən nazlı bir pəri

Şəhla gözlərini süzdüyü zaman

Cənnəti alıram mən bu dünyadan.


Həyatın nə yaman günləri vardır.

Həyat çoxlarına bir intizardır.


Hər isti yanaqda bir odlu ülkər,

Hər gözün, baxışın bir şəfqəti var…


Gözəlliyə qarşı məhəbbət də var.


Görünür yapışmaz sınan bir ürək.


Həyat aşiqini unutmaz həyat.


Bu ilahi intizarda min vüsal var,

Bəxtiyardır məhəbbətlə yaşayanlar!


Eşqdə acizlik və dəlilik var!


Ayrılıq hökmünü verəndən bəri,

Mümkünmü dayanmaq keçən günləri?!


Hicran günlərinin ömrü az olar.

Qaydadır, boranlı,qarlı qışların

Sonunda çiçəkli, güllü yaz olar.


Hər qoca çinarın öz vüqarı var.

Hər aşiq qəlbinin bir nigarı var…


Qoy eşqin odunu duyan hər vicdan

Nə iztirab çəksin, nə də ki, hicran.


Daima yüksələn böyük bir hünər

Özündən aşağı əyilə bilməz…


Hünərsiz millətin yurdu

Günəşsiz bir qaranlıqdır.


Hünərlə atılır hər zülmün daşı.


Hünər meydanında yaranmışdır

qəhrəmanlıq.


Mərd anadan süd əmmişlər mərd olar.


Əbədiyyə t - bu dünyada göstərilən

hünərdir.


Qartal öz gücünü duyar yuvada,

Uçub çövlan edər sonra havada.


Pələng nərə çəkər hücumdan qabaq,

Bir an da bir yerdə dayanmayaraq.


Sahili qorxutmaz hər kiçik ləpə.


Qoca tarix ilham almış

mərd əllərin yazısından.


Gülər üzlü igidlərə

tarix olur böyük ana.


Dolmuş ürək boşalmasa

can yanğısı sakit olmaz.


Qanlar ilə yazılmışdır

hər azadlıq dastanı…

Təbiətin ana qəlbi

qul doğmamış insanı!


Qəhraman ölərsə bayraq sallanar.


Min il gəlib keçsə belə,

ölüm yoxdur qəhrəmana.


Bizdən bu dünyada hünər qalacaq!


Nə gözəldir igid olmaq,

mərd yaşamaq bu dünyada.

Axar çaylar quruyaraq,

dənizlər də getsə bada.

Ölüb getməz tarixlərdən

göstərilən böyük hünər,

O hünəri öz alnına

ulduzlarlda yazar göylər.


Mərd oğula halal eylər

öz südünü mərd ana.


Oğul, harda dara düşsən

arxalan hünərinə,

Sən ölümü bir an belə

gətirmə gözlərinə.


Qəfəsdə bağlanıb qalarmı hünər?


Üfüqdə qaraltı görünən zaman

Gərək şaşırmasın yerində insan.


Hünərli yaradır şöhrəti insan.


Qəhramanlar ömür sürər

qəlbi təmiz, hissi təmiz.


Öz yerində olsun gərək

igidin yar-yarağı


Atalar demişkən ağıllı mərddir,

Özü su olsa da, daş kimi sərtdir.


Köpəklər hürməklə karvan dayanmaz.


Xəstə bir gözəldir hünərsiz əməl…


İndi qulaq verin mənə, igidlər,

Meydanda sınanır kimdədir hünər.


Dünya yaranmamış ötərgi bir səs,

Günəş qaranlıqla yaşaya bilməz…


Gözə çox görünməz hər böyük hünər.


Burda ağıllı bir sözün yeridir:

Daşda çiçək açar insan hünəri.


Bəzən görürsən ki, yaxşı bir hünər

Gizlənir insanın öz varlığında.

Döyüşsüz, jəbhəsiz keçəndə illər

Qılınc da paslanır yatdığı qında…


Dalğının qüvvəti dənizdə coşar…

Elsiz igidlik də bir əfsanədir,

Hər ürək bir bədən içində yaşar…


İnsan fikri səyyar olar,

bir yerdə durmaz.

Yer oğlunun zinyətidir,

məncə, bu nemət.

Tısbağalar şahin kimi

çolpa uçurmaz;

Öküzlərdə nə qanad var,

nə də ki, sürət!..


Həyatın əzəldən bir qanunu var:

İşsiz hünər yoxdur, hünərsiz də iş.

Dəmir də, polad da iş üstə parlar,

Ən böyük ilhamdır zəhmətə vərdiş.


Qayaları dəlib keçər yığışan

bir su…

Qılınjdan da kəskin olur bir ipək

bəzən,

Təbiətin qəhrəmanlıq sifətidir bu.


Başından əssə də min acı külək,

Dayanmaz sinəndə çırpınan ürək!


İgid doğan bir ananın

nə dərdi var, möhnəti var.


Günəş bir boy göstərənə

qaranlığın ölməyi var


Düşmənə baş əyən arvaddır, arvad,

İgidə lazımdır bir tüfəng, bir at.


Qorxub çəkinməmək ölümdən, qandan

Gözlənir adətən hər qəhrəmandan!


Günəş çökməmişdir qaranlığa diz.


Namərdlik eyləməz halal süd əmən.


Bəzən dilsiz bir vüqarla

qılınc çəkir qəhrəmanlıq

Qarşısında boyun büküb

səcdə qılır bütün aləm…


Aydınlığın bulağından

mərd oğullar içəcək.


Zülmət oynasa da bir an göylərdə,

Tutulmaz günəşin üzünə pərdə.

Kəmənd də atılmaz axar sulara,

Həqiqət çəkilməz boğazdan dara.


Yalnız zəfər yaraşmışdır

insan şəninə.


Yalnız bir hünərin nə mənası var?

Arxasız aslan da tez məğlub olar.


Unutmaz tarixin böyük günləri,

Dünyaya mərd gəlib, mərd gedənləri.


Daldan güllə atmaq hünər deyildir.


Cəsarət yaşadır həyatı yenə.


Ehtiyac qul eylər qəhrəmanı da.


Dağlara rast gələn axar sular da,

Qəzəblə qışqırır hər ilk baharda.


Ellər sevəcəkdir öz mərd oğlunu.


İgidlər dostluğa vəfasız olmaz.


Gör nələr törədir dünyada hünər,

Həyata zinyətdir hər böyük əsər.


İgid döyüş meydanında

silahını yerə qoymaz.


Mərd oğullar dilə gəlib,

qızanda meydan,

Şahın şiri quyruq qısar

tülkülər kimi...


Sən sadəcə vəhşət kimi baxma buna,

Günah varsa şərəfi də qeyrətdədir…

Hər zamanın bir hökmü var öz oğluna:

Baş əyməmək, basılmamaq fitrətdədir!


Fırtınalar, qasırğalar coşan zamanda

Bir gəmiçi öz ağlını itirsə əgər,

Gəmisi də, lap özü də məhv olub gedər.


Qurbağa səsindən qulaq kar olmaz.


Mərd oğlullar ayaqlamaz

and içdiyi duz- çörəyi.


Hücumdan qalmasın bir nəfər belə,

Hər damcı qüvvədir bir daşqın selə…


Tünlükdən çəkinər, qorxar canavar.


Şirlər kimi çox çıxmışam

yanğınların arasından;

İgid igid ola bilməz

qan axmamış yarasından.


Gələcək eşqilə yanan bir ürək

Ağlın fəzasında balü pər açar…

İstiqbal idrakla şəfəqlənəcək,

Hər tilsimli yolu bir hünər açar.


İradə möhkəmdir topdan, tüfəngdən.


İradədir bu dünyanın tanrısı yalnız.


İnsanın hünəri bir xəzinədir.

Nə qədər xərcləsən dünyada onu,

O da vaxt kimidir-görünməz sonu!

Lakin bu hünərin qədrini bilmək

Hər hünər əhlinə borc olsun gərək!


Qanı qan çoşdurar, şiddəti şiddət.


Hücumlar, üsyanlar, sərt toqquşmalar

Ayırır insanı öz ürəyindən…


Dünyada tez qızan tez də soyuyar.


Qüvvəti çox olar birləşən elin.


Böyükdür zəfərin çarpan ürəyi.


Hər sözü-söhbəti başından yekə

«Alim» adamların gözünə düz bax!

Namuslu oğlunu sevən bir ölkə

Gələcək günlərdən utanmayacaq!..


Əsrlər dolaşıq gəlib keçsə də,

Tarix unutmayır mərd oğulları.


Qurdu tanıyarlar qurd baxışından.


Örtülü düşmən daha qorxuludur.


Deyirəm dünyada mübarizəsiz

İnsanın ömründən qalmazdı bir iz…


Yarış meydanıdır bu çöl, bu yamac,

İnsan həyatının qəhrəmanıdır!


Ölüm qorxur cəsarətdən,

həyatın şəni qüdrətdir;

Təvəkküllə keçən ömrün

nəsibi qəmlə möhnətdir.


Cəbhələr ayrılır, bil ki, əzəldən,

Xatalar baş verir hər vuran əldən…


Bu dünyada insan olan

İçər suyu bir bulaqdan.


Düşəndə dar günə insan darılmaz.


Nankor olmaz bu dünyada qədirbilən.


Hər böyük zəfərdə dastan oxunur.


Bəzən açılmadan solur min hünər.


Hər duyan ürəyin öz büsatı var

Zamanı hünərlə alqışlayarlar.


Namərddir çəkinən ölümdən, qandan!


Böyükdür insanın eşqi, hünəri.


Günəş doğmaz dustaq olan

bir torpağın qüdrətindən.


Dedim tora yaxın durmaz

Ovçu görmüş ürkək maral.


Dənizdə tufanlar qopduğu anda,

Dalğalar qudurub, coşan zamanda

Gəmiçi özünü itirsə əgər,

Tufanlar içində qərq olub gedər.


Usta gəmiçilər tufanda belə,

Sükanı düz tutar öz əllərilə.

Hay-haray qoparıb, çox əl-qol atmaz,

Gəmisi də batmaz, özü də batmaz.


Hünərdir ömrə ilk zinət,

onun hüsnündə məna var,

Qılınclar, nizələr haqdan,

hünərdən şövq alıb parlar!


Hünərlə hər zaman, hər an

həqiqət nuru yanmışdır,

Bütün zəncirlərin hökmü

hünərlə parçalanmışdır!


Hünərlə hər zaman, hər an

həqiqət nuru yanmışdır

Bütün zəncirlərin hökmü

hünərlə parçalanmışdır!


Hünər dünyası azaddır –

fəzalardan aşır qartal.


Səfasız bir xəyalatdır

hünərsiz bir həqiqət də,

Hünərsizlik itaətsə,

rəzalətdir itaət də!..


Həqiqət güvənir yalnız qüvvətə.


 

Zaman bizə bir anadır,

Biz zamanın övladıyıq!


Məncə ölüm yaraşmayır

həyat üçün yaranmışa.


Cahanda hər hökmü bir zaman verir,

Dünən dövran sürən bu gün can verir.


Zamanın dərdini zaman unudur.


Cahan daimdir, ömür amanat,

Əldən ələ keçir vəfasız həyat.


Meyvəni vaxtında tökür ağaclar.


Cahanda hər könül yüksəliş arar,

Varlığın nə ilki, nə axırı var…


Dünyada hər şeyin öz məqamı var.


Yaxından anlansan həyatı əgər,

Daşlar atılanda meyvə kal düşər.


Hər dövranın öz sevdası, öz əməli,

Hər daşın da, kəsəyin də adı vardır…


Həyatın sonuymuş bir solğun çiçək,

Açmadı ağlayan üzləri fələk.


Ömür dedikləri bir karvan yolu,

Nə canlar gedərək, nə canlar gəlir.


İnsanlar gələcək, gedəcək bir-bir,

Sular məcrasını dəyişəcəkdir.


Ömür bir quş kimi uçacaq əldən.


Matəm qaytarmamış öləni geri.


Dolansan dünyanI sən qarşı-qarış,

Tarix bir meydandır, ömür bir yarış.


Ömür dedikləri sorsalar nədir? –

Xətləri qarışıq bir xəritədir.


Sanma ki, qorxuncdur ölüm daima,

Onda da gizlənir bir canlı məna.


Kainat qurğusu, canlı bir əsər…

Bəşər yaşadıqca yaşamaq istər!


Ömürdən nə keçsə bir yadigardır.


Gedən gəlməz bu dünyada,

Öz ömrünü vermə bada.


Həyat yaranmışdır ölümlə qoşa.


Həyat böyük bir dastandır,

əzbərləməz bir insan…


Çatılmış varlığın alnı…

fələklər min xəyal eylər.

Baxıb heyrətlə hər insan

zamandan bir sual eylər...


Ömür dedikləri dalğalı bir su,

Vardır əziyyəti, vardır qayğısı.

O bəzən insanı büküb əyildir,

Çarpışıb yaşamaq asan deyildir.


Həyatın da, ölümündə öz növbəsi var.


Batıb getmiş hər axşamın,

Hər qaralıb sönmüş şamın

öz hüsnü var, adı vardır…


Daima qısqanan ürkək bir həyat,

Məncə, bu dünyada bir quru səsdir!


Hər qərarı, hökmü verən zaman olur.


Nə qansız həyat var, nə həyatsız qan.


Cahanda ən gözəl, məncə, həyatdır,

Bil ki, hər əməlim bir kainatdır.


Ömür rövnəq tapır könül güləndə,

İnsanın qədrini insan biləndə.


Ən böyük dəhşətdir, ən böyük zülüm,

Hər vaxtsız doğuluş, hər vaxtsız ölüm.


Vaxtsız saralanda, solanda çiçək,

Bu qanunsuz işə ağrıyı r ürək.


Böyük bir nemətdir məncə yaşamaq,

Həyat yurdsuzlara qəfəsdir ancaq.


Üç yüz il yaşarkən ala qarğalar,

İnsanın nə gödək bir həyatı var.


Sadədil olmağın nəsibi budur,

Vaxtsız ölənləri tarix unudur…


Dəyişir fəsillər, dəyişir rüzgar,

Hər günün öz hökmü, öz yazısı var…


Ölüm yaşadarmı canlı həyatı?


Bəzən bir anlığa geciksə insan,

Çıxmaz ömrü boyu fırtınalardan…


Nə qədər sevsək də idealları,

Məncə həyatdadır ömrün baharı…


Ölümdü cahanda dilsiz itaət.


Həyat dediyimiz o gözəl məna,

Tale dediyimiz müqəddəs dünya

Yaranır insanın arzularından,

Hər təmiz vicdanın ilk baharından.


Ölüm də şərəfli həyatla gülür.


Qışda gec açılır, gecikir səhər.


Ölüm iblisə layiqdir,

həyatdır ən şirin nemət,

Qaranlıqdan uzaqlaş ki,

işıqdır ən böyük zinyət.


Hələ yaranmamış həyata əvəz,

Həyatın qədrini düşünün barı!

Dünya naz götürüb yaşada bilməz

Onunla gizlənpaç oynayanları.


Ömrü boyu od içindən keçsə də insan,

Yenə sənin bu dünyadan üzün dönməyir!


Həyat müjdəsidir hər doğan səhər,

Bir anlıq səadət – bir qərinədir…


Yalandır həyatı nəşədə duymaq,

Yalandır həyata nəşədən uymaq!


Hər kürənin bir yeri var bu kainatda,

Öz yerində dövrə vurar öz məhvərilə.


Həyat doğrudan da çox qəribədir,

Nə əvvəli vardır, nə də ki, sonu,

Hələ kəşf etməmiş dahilər onu!


Göyləri çulğayan o qara bulut

Bir ölüm gətirir, bir sonsuz sükut…


Yaşamaq şirindir deyir hər zaman;

Yaşamaq eşqilə yaradır insan!


Deyirlər ki, can şirindir.

Qara gündə də.

İnsan oğlu bir ağ günə ümid bəsləyir

Bəzən ölüm ayağında, can üstündə də

Yer oğlu öz köməyinə göyü səsləyir.


Sən insan oğlunun taleyinə bax!..

Ona göz dağıdır yerdə yaşamaq.


Ömür dedikləri dalğalı bir su…

Acdır insanların fikri, duyğusu.


Hər insan oğlunu çörək yaşadır.


Yalnız ağılsızlar dərk etməz bunu,

Düşünməz ölümün nə olduğunu.


Bəşər yaşadıqca min bir zülümlə,

Xəyal mayak olmuş zülmət gecəyə.

Məhəbbət hicranla, həyat ölümlə

Vuruşmuş daima pəncə-pəncəyə.


Həyat bir dastana bənzər əzəldən,

Oxunar aləmdə o varaq-varaq.


Ölüm bir iblisdir, həyat bir mələk!

Varlığı izləyir heçlik kölgə tək…


Əzəldən insanlar bizim dünyada

Nə qoca yaranır, nə də ki, qarı.

Ancaq ömrü boyu arsız olsa da,

Qocaldır insanı ömrün yolları.


Dünyada da beylədir əzəldən bəri –

O sevir zamanla yol gedənləri…


Dünən bu gün üçün yadigardır.


Tarixdə tarixi yaradan durur.


Tarix yaxşılığı, yaxşı salamlar!


Bəzən xəyalımda uçur buludlar,

Bir qətrə böyüyüb bir dəniz olur.

Dünyanın ölməyən bir qanunu var,

Bir yandan boşalır, bir yandan dolur.


Ürək qan dağıdır cana əməllə.

Yer susuz yaşamaz, insan çörəksiz…


Kim bilir, neçədir dünyanın yaşı,

Tarixin nə qədər yazısı vardır.

Hər saxsı parçası, hər məzar daşı

Nəsildən-nəsilə bir yadigardır.


Bir qanun uydurdu hər gəlib gedən,

Min pərdə tutuldu al səhərlərə.


Fəqət, tarix əyə bilməz

cəlladlara öz başını

Qoca dünya tez qucaqlar

öz ədalət qardaşını.


Həyatı yaşadır çalışan əllər.


Həyatın sonuymuş bir solğun çiçək,

Qəmləri öldürən qəm olsun gərək.


Hər qışın sonunda gülür bir bahar.


Yoxsa gedir karvanımız

aya sarı, günə sarı,

Tarix durub gözləməyir

öz yerində sayanları.


Əzəldən belədir: geriyə dönməz

Atılan bir güllə, uçan bir xəyal.


Səbəbsiz deyildir nə ölüm, nə qan,

Nə sevda, fırtına, nə dağda duman:

Bütün fəlakəti yaradır «insan».


Zaman-zaman min büsatlı dünyaya dəyər –

Səssiz keçən bir axşamın qulaq dincliyi!


Yaxşısa da hər muraddan doyub yarımaq,

Bəzən ömrü gödək olur gözəl vaxtların.


Azad qəlbə çətindir ömrün əsarət çağı.


Hər qəlbə tac verən bir fəzilətdir.


Hər tərəfdə ölüm, hər tərəfdə qan,

Yaxşı adamlar da küsür həyatdan.


Keçinin əcəli yetişən zaman,

Çoban çomağına sürtünər heyvan.


Gəncliyin günəşi saralan deyil.


Bir meyvə yetirir ildə hər fəsil…


Adam qocaldıqca çox acgöz olur.

Bir cavan görəndə ürək köz olur…


Qanadlı bir quşdur fürsət əzəldən,

Qaçar, buraxmayın siz onu əldən!


Canım, nə cəhənnəm, nə cənnət vardır,

Bunlar da bir cürə uydurmalardır…


… gün batana rəngi saralar!


Daima dərd çəkib xəyala getsə,

İnsan möhnətinə tablamaz ürək…


İnsan oğlu səadətlə ömür sürəndə

Bir an kimi gəlib keçər onun hər günü.

Ya intizar, ya ayrılıq, ya dərd görəndə

Bir il sanar bir anın da gödək ömrünü…


Bəzən yaşa dönür gözlərimdə qəm.


Bəzən şadlıqdan da ağlayır insan!


Gec yatıb, gec durar dərdi olanlar.


Bu fani dünyanın kefi, ləzzəti

Axırda yaradır könül möhnəti…


Dünya cənnət olsa, dərd unudulmaz.


Qaydadır, dünyadan yaxşı gedəndə

Dost dəsmal götürər, düşmən açılar.


Əzəldən həyanda xoş keçsə ruzgar,

Orda yuva salır insan arzusu!


Sətirlər yığılıb bir dastan olur,

Şitillər yayılıb bir orman olur.


Hüdudu var hər ağrının, hər işgəncənin.


Vicdan dedikləri bir həqiqətdir –

Beşiyi, məzarı, əbədiyyətdir…


Əyilməz vicdanın böyük heykəli…


Yalan danışanda vicdan da olmaz.


Hər eşmə bığ qoyub, papaq geyəndən

Kişilik gözləmə bu dünyada sən.


Kişinin sözüylə işi bir olar.


Məncə, nə olsa da, bu gündən belə,

Vicdan azadlığı lazımdır elə…


Tüfənk yaraşmayır namussuzlara!..


Yenə də insana yaraşır ilqar.


Düz ilqar da insanlara

bir səadətdir.


Sənin dövlətinə göz dikən alçaq,

Yalnız öz ömrünə qəbir qazacaq!


Cəlladda qan olmaz, oğruda vicdan.


Lakin təbiətin öz qanunu var,

Meyvəni vaxtında tökür ağaclar.

Aldada bilməmiş dünyanın varı

Bir məsləq eşqiylə yaşayanları!


Doğmalar dar gündə yad ola bilməz!..


Meylini saldığın sadə bir daş da,

Bəzən ömrün boyu yadında qalır.

Ülfətin oğludur dost da, sirdaş da,

İnsana isnişib insan ucalır.


Dostluğu dar gündə unutmaz könül.


Saxta insanların qəlbindkini

Sadə baxışlarla yoxlamaq olmaz.


Dünya dedikləri yarış meydanı –

Qaçanlar baxmayır yıxılanlara.

Göyün şöhrətidir yerin insanı,

Sözünü çeynəməz çəkilsə dara!


Batan deyil haqqın sözü.


Qızıl gül ayrılsa öz budağından,

Ürək ayrı düşsə can otağından,

Nə bir söz yaranar, nə də ki, sənət,

Nə həyat sevinər, nə də məhəbbət!


El ilqarı eldə qalır.


Nə mənsəb qalacaq, nə dünya malı,

Kişinin şöhrəti namusdur…


El sazını, el sözünü

yüz il keçsə el haraylar!


Nə gözəldir bu dünyada

həqiqətin mənzərəsi.


Düşməndir arada söz gəzdirənlər,

Bəzən iblis kimi qəlbə girənlər.

Düşməndir boşboğaz dolaşan hər kəs,

Ağzı avaradan dost ola bilməz.


Belə deyirlərki, səndə «hünər» var…

Bacaran insanın gözü dar olmaz.

Yaxşı söyləmişdir bizim atalar:

«Müxənnət adamda düz ilqar olmaz!»


İlandan, iblisdən aşna, yar olmaz!


İnsan ömrü cavan qalar etibarı görəndə.


Ürəkdir insana ən yaxşı sirdaş.


Düşmən can desə, düşməndir yenə…


Bu dünyanın xəritəsi bir rəngdə deyil,

Hər surətin öz nəqşi var bir əzəl gündən.

Qoca palıd əyilmədən yaşayır yüz il,

Qopanda da vüqar ilə qopur kökündən!


Hər düşmən gözündə neçə hiylə var,

Onları duyduqca iyrənir ürək…


Dostluğun töhfəsi bir çöp olsa da

Anlayan bilər ki, mənası nədir?


Sürünün axsağı arxada qalar,

Ya çoban öldürər, ya qurd parçalar.


Yanıb od olsa da,

külə dönməz arzular.


Hər vuruş yol açır bir qurtuluşa…


Bir üsyanla doğacaqdır

azadlığın dan ildızı.


Böyük bir aləmdir hər kiçik əməl.


Qılıncdır, qılıncdır haqqa yol acan,

Qılıncdır ağzından şəfəqlər sacan

Qılınc öldürəcək hər cahangiri.


Bəzən yıxılanı, sadə bir hörmət

Qolundan yapışıb qaldırır göyə.


Azadlıq aşiqi oldusa adım,

Özüm bir gün belə azad olmadım.


Ömür rövnəq tapır könür güləndə.


Mehriban, lütfkar, doğma bir səs də

Bəzən ordu kimi yol açır bizə…

Ən ağır vaxtlarda bir xoş nəfəs də,

Dağ boyda güc verir ürəyimizə.


Kim istəməz yıxılanın dayağı olmaq?

Kim sevinməz bir xeyirxah ömür sürəndə?


Hər məktub yazılır bir niyyət üçün.


Könlümün incə bir kəmənçəsi var,

Ona toxunmasın o soyuq əllər.

Mənim sarayımdır yüksək əməllər.


Səadət nə dövlət, nə də var olur,

Sevib-sevilənlər bəxtiyar olur.


Ancaq tez ölsə də, yaxşı adamlar,

Onlardan yaxşılıq qalır yadigar.


Yaxşılıq çıxmayır dünyada yaddan.


Axar çaylar, göy çəmənlər

yada düşür yenə bir-bir,

Ağır gündə xoş xatirə

insan üçün təsəllidir…


Dünyada ac qalır tər tökməyənlər.

Onların ömrü də tez gedir bada,

Hər kəs əkdiyini biçər dünyada.


Müftə yaranmayır torpaqdan çörək…


Dostlar bəllidir ki, qoca dünyada

Heç kimin zəhməti getməyir bada.

 

 


Budur gözəl səhər, budur piyalə,

Ətri qızıl güldür, rəngi də lalə.

Qafil… qədrini bil gözəl gəncliyin,

Odur qanad verən zövgə, xəyalə…


Gəncliyi eşq ilə keçirsən əgər,

Həyatın hər dəmi dünyaya dəyər.

Şüur hakim olan hər bir məclisə

Tanrı səcdə qılıb mələk baş əyər.


Göydən buz töksə də ömrün rüzgarı,

Sönməz cəbhələrdə yaranan ülfət.


Bu düzdür, birləşsə qılıncla kamal,

Bu qanlı günləri görməz istiqbal.


Bir yerə toplaşsa bütün qüvvələr.

Qüvvətin üstünə min qüvvət gələr.


Ürək öz sirrini saxlasa əgər,

Nə dost peşman olar, nə düşmən gülər.


Vəfalı bir dost ki, ayrıla dostdan,

Cana leşkər çəkər qəm qəmin üstdən.


İnsanlıq eşqilə düşünən bir baş,

Yaranmış yerlərə, göylərə sirdaş.


Bu gün bir süngüdür əlimdə qələm.


Dolan bulud boşalacaq! –

Bu hökmüdür təbiətin!


İki qılınc bir qına sığmaz.


Yolçular yolda da rahat gecələr.


Yerində vurulan hər bir şapalaq,

Bir top gülləsindən daha güclüdür.


Qılınclar toqquşub iş görən zaman

Neylər dediyiniz quru bir vicdan?


Axırı puç olur dövlətin, varın.


Dar meydanda aslanın zəncirlənər əl-ayağı,

Qələmlərin qüdrətilə çiçəklənməz sənət bağı.


Hər bir budaq neçə meyvə yetirmişdir.


Hər batan axşamın bir adı vardır…


Ömür dedikləri – qızıldan bir taxt

Olsa da, axırı puçdur, inanın!


Təbibsiz, davasız xəstə neyləsin?


Bəzən ehtiyatsız, kiçik bir xata

Böyük faciələr yaradır demək!


Hər rəqəmdə bir həyatın səhnəsi var.


Yerin nemətinə yeraltı dardır…


Dənizdən bir dalğa düşsə quruya,

Bir çuxur yer qazıb dönər quyuya.


Bir məsəl qalmışdır ata-babadan:

Uçarda turacdı, qaçarda ceyran.


Bu dünya belədir, dərs olsun bizə,

Səbr ilə yaranar hər böyük zəfər…


Barı yüz addımlıq bir mənzil isə

Başa vurmamışdır iradəsizlər…


Bütün məsləkləri bir məslək boğar.


Sonradan qövr eylər əski yaralar…


Səsimə səs versin məni duyanlar!

Hər elin, hər günün öz adəti var.


Hər ürəyin bir alovu,

hər ocağın odu varmış…


Yaxşılığın qabağında

Qudurmasın insan gərək.


Nə bədbəxtdir göz yumanlar

təbiətin vergisinə.


Bir söz çıxmasa da dodaqlarından…

Bəzən şadlıqdan da ağlayır insan.


Əgər mənliyini sevməsə insan,

Ömrün bu dünyada mənası bir daş…

Bəlkə də bir tozdur… onu küləklər

İstədiyi səmtə atıb sürüklər.


Qulaq ver sözümə ellər, obalar!

Mərhəmət, iltifat ürəkdən keçər…

Nə böyük hikmətlə demiş babalar:

Hər şey öz suyunu ürəkdən içər!


Ürəksiz əkilən yerlər saralar,

Şitillər boy atıb bağça-bağ olmaz.

Hər evi, qapını boran, qar alar,

İşıqlı, istili bir ocaq olmaz.


Hər baxışdan günəş parlar.


Bir işıq zərrəsi, qaydadır bu da,

Günəşdən yol açır gözlərimizə.

Alimlər deyir ki, bir damla su da,

Böyük bir dənizi şərh edir bizə.


Səhnəsiz də olur bəzən oyunlar.


Nədir gözəllərdə bu pərdə, bu rəng?


Dözə bilməz insan oğlu

Bu gön soyan qanunlara!


Sığmaz könül, sığmaz ürək

Dörd divarlı bir otağa…


Bir ürəyi iki yerə

Cəllad kimi bölmək olmaz.


Öz halını düşünmə tez,

xalqın üçün külüng vur,

Qeyrətsizi, xudpəsəndi

tarix haqlı unudur.


Bu şair könlümün bir şüarı var:

Ölsün yurdumuza xain çıxanlar!


Yeridir, bir məsəl desəm yadigar,

Deməsəm, ürəyim sıxılacaqdır.

Birinci addımla lovğalananlar,

İkinci addımda yıxılacaqdır.


Tarix göstərir ki, qəlbi qaralar,

Hər yerdə, hər şeydə fənalıq arar.


Xudpəsəndlik çoxlarını yıxır, ey insan!

Bu dərd ilə tez qocalır bəzən ürəklər.

Dağ olsan da sən dağlara arxalanmasan,

Parça-parça sovuracaq səni küləklər!..


Bu dünya beş gündür beşi də qara,

Dünya qalmamışdır ulu xanlara.


Bəşər bir-birinə zülm edir nədən?

Yüz qanun uydurur hər gəlib gedən…


Kimin qanunu düzdürsə,

onun hökmündə qüdrət var…


İki allah yaşadıqca

qurumaz qan dənizi…


Doydurmaz insanı nə qanun, nə din.


El içində, doğrudan da, gözəlcə bir

məsəl var:

«Qurbağalar fil olmaqçın şişər,

şişər partlayar…»


Bu dünyadan payı yoxdur

bu qeyrətsiz paxılların.


Mil salınar əyri baxan gözlərə.


Siyasət arxadır şah ordusuna!


Bütün şayiələr bir siyasətdir.


Hər addım başında bir siyasət var.


Qurddan olan qurd olar.


Silahsız bir qıza qılınc qaldırmaq

Şahlıq şöhrətinə ləkədir ancaq!


İşıq cinayəti örtüb basdırmaz.


İldən uzun keçir sürgündə hər gün.


… gec dəyişir hökmünü adət.


Deyinməsin dargözlülər, bilir insan

Paxıllıq da bir qurdudur rəzalətin!

Bilir dünya, bilir tarix, bilir zaman –

Həsəd olmuş ilk anası xəyanətin!


Bil ki, səbrin övladıdır hər böyük qərar.

Ədalətli qanunların hökmü çox yaşar.

 

 


Böyük söz olmasın, bəzən insanlar

Kor olub, göz yumur səadətinə.

Qəlbində yurd salır qara bir azar,

Qudurub xor baxır öz sənətinə.


O insan donunda qocaman iblis,

Anlamaz cahanda nə vicdan, nə hiss.


Ucaldı göylərə şanlı saraylar,

Düşünməz nərədə viranələr var.


Bu xan bir ilanmış, saray yuvası,

Zəhrimar qoxuyur onun havası.


Şahim, sevinməz ki, qəfəsdəki quş.


Bil ki, balıq qədər qanın soyuqdur.


Xəyalım dolaşdı bütün dünyanı…

Nəyə qıymamışdır əli insanın !


Babaların taleyi tək

qaranlıqdır yerin dibi.


Toyuq banlayanda başı kəsilər.


Varaqla tarixi, keçmişlərə bax,

Qəlbsiz izdivacdan xəyanət doğar.

Rəyasət, ehtiras düşgünü, ancaq,

Doğma balasını əlilə boğar!


El içində bir məsəl də

bunu deyir müxtəsər:

Nə ölüyə pay göstərər,

nə diriyə hay verər.


Qüvvətə güvənər aciz olanlar.


Özünü şah kimi göstərsə əgər,

Şaha da şahanə cavab verərlər.


Döyüş meydanında doğruluq olmaz!


Xalq razı qalmasa bir hökmdardan,

Hakimi qurd kimi didəcək zaman.


Min mələk uçsa da gülümsəyərək.

Gərək yumşalmasın cəbhədə ürək!


Xalq ayılan zaman haqqını anlar…


Qaçağı öldürər xəyanət əli.

 

<< Geri