|
Səməd Yusif oğlu Vəkilov 21 mart 1906-cı ildə Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olmuşdur. |
|
1913-1918 |
-
Yuxarı Salahlı kəndində “Zemskaya şkola” adlanan beşsinifli
rus-tatar məktəbində təhsil alıb. |
|
1918 |
Ailəsi Qazax şəhərinə köçmüşdür.
|
|
Gürcüstanın Qori şəhərində yerləşən Zaqaf-qaziya Müəllimlər Seminariyasının Qazax şəhərinə köçürülən tatar (Azərbaycan) şöbəsinə daxil olub |
|
1920 |
Lenin komsomolu sıralarına qəbul edilib |
1923 |
Göyçə mahalının Basarkeçər rayonunun Qaraqoyunlu kəndində
yaşayıb, orada müəllimlik edib |
|
1924 |
Qazax Pedaqoji Texnikumunu bitirmişdir; |
|
Qazax rayonunun II Şıxlı kənd ibtidai məktəbinə müəllim təyin
edilib |
|
1925 |
Qazaxın Köçəsgər
kənd ibtidai məktəbində müdir işləyib. |
|
1926-1928 |
Quba rayonunda
müəllimlik edib. |
|
1928 |
Gəncədə nəşrə
başlayan “Qızıl Gəncə” jurnalında şeirlərini “Vurğun Səməd”
imzası ilə çap etdirib. |
|
1928-1929 |
Gəncədə orta məktəbdə və partiya məktəbində müəllim işləyib. |
|
1929-1931 |
İkinci Moskva Dövlət Universitetinin Ədəbiyyat və dil şöbəsində
təhsil alıb |
|
1930 |
“Şairin andı” adlı ilk şeirlər kitabı çap olunub |
|
1931 |
Moskvadan Bakıya
qayıdaraq, Azərbaycan Dövlət Pedaqoji İnstitutunda buraxılış
imtahanlarını verib ali təhsil haqqında diplom alıb; |
|
“Komsomol poeması”nı yazıb |
|
1931-1934 |
Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun dil və ədəbiyyat
şöbəsi üzrə, sonra Azərbaycan Pedaqoji İnstitutunun ədəbiyyat
ixtisası üzrə aspiranturasına daxil olub |
|
1932 |
“Fanar” adlı ikinci şeirlər kitabı çap olunub |
|
1934 |
Xavər xanımla ailə həyatı qurub; |
|
“Könül dəftəri” adlı üçüncü kitabı çap edilib; |
|
13 iyunda Azərbaycan Yazıçılarının birinci qurultayında
Azərbaycan Yazıçılar İttifaqının məsul katibi seçilib; |
|
SSRİ Yazıçılar İttifaqının I qurultayında iştirak edib.
Qurultayda SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinə üzv seçilib; |
|
Azərbaycan ədəbiyyatının incilərindən sayılan “Azərbaycan”
şeirini yazıb |
|
1935 |
Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinə üzv seçilib |
|
1936 |
“Lenin ordeni” ilə təltif olunub |
|
1937 |
A.S.Puşkinin “Yevgeni Onegin” poemasını Azərbaycan dilinə
müvəffəqiyyətlə tərcümə edib və Ümumittifaq Puşkin
Komitəsi tərəfindən “Puşkin
medalı” ilə təltif olunub; |
|
Şota Rustavelinin “Pələng dərisi geymiş pəhləvan” poemasının bir
hissəsini Azərbaycan dilinə tərcümə etdiyi üçün Gürcüstan
Mərkəzi İcraiyyə Komitəsinin Fəxri Fərmanı ilə təltif edilib |
|
1938 |
“Vaqif” tarixi dramını bitirib; |
|
5 oktyabrda M.Əzizbəyov adına Azərbaycan Dram Teatrında “Vaqif”
dramının ilk tamaşası olub; |
|
Azərbaycan SSR I çağırış Ali Sovetinə deputat seçilib. |
|
1939 |
“Şərəf nişanı” ordeni ilə təltif edilib |
|
1940-1942 |
Nizami Gəncəvinin “Leyli və Məcnun” poemasını Azərbaycan dilinə
tərcümə ed |
|
1941 |
“Vaqif” dramına görə SSRİ Dövlət mükafatına (Stalin mükafatı)
layiq görülüb |
|
1941-1948 |
Azərbaycan Sovet Yazıçıları İttifaqı İdarə Heyətinin sədri olub |
|
1942 |
“Fərhad və Şirin” pyesinə görə ikinci dəfə Dövlət mükafatı
(Stalin mükafatı) alıb |
|
1943 |
“Azərbaycan SSR
Əməkdar incəsənət xadimi”fəxri adına layiq görülüb; |
|
ABŞ-da keçirilən müharibə əleyhinə
yazılmış ən dəyərli əsərlər müsabiqəsində “Ananın öyüdü” şeiri
yüksək qiymətləndirilib və dünya ədəbiyyatında bu mövzuda
yazılan ən qiymətli 20 əsərdən biri kimi Nyu-Yorkda çap edilib;
|
|
Təşəbbüsü ilə Füzuli adına Ziyalılar evi yaradılıb; |
|
Bakıda yaradılan İranla Mədəni Əlaqələr Cəmiyyətinin rəhbəri
seçilib |
|
1945 |
Azərbaycan SSR
Elmlər Akademiyasının həqiqi üzvü - akademik seçilib; |
|
Xalq şairi Süleyman Rüstəmlə birlikdə Azərbaycanın SSR Dövlət
himninin mətnini (musiqisı Üzeyir Hacıbəylinindir) yazıb; |
|
“İnsan” mənzun pyesi Azərbaycan Dövlət Dram Teatrında tamaşaya
qoyulub |
|
1946 |
“Qızıl Əmək Bayrağı” ordeni ilə təltif edilib; |
|
SSRİ Ali Sovetinə (II çağırış) deputat seçilib. |
|
1947 |
SSRİ Ali Sovetinin deputatları heyətində Londonda olub; |
|
“Vaqif” dramı
Berlin teatrında səhnəyə qoyulub. |
|
1948 |
Polşanın Bratislav şəhərində sülhü müdafiə edən mədəniyyət
xadimlərinin Ümum-dünya konqresində iştirak edib; |
|
“Seçilmiş əsərləri” Moskvada rus dilində çap olunub |
|
1949 |
“Əsərləri” Moskvada rus dilində çap olunub |
|
1950 |
Qusar rayonundakı “Qırmızı əkinçi” kolxozunun seçiciləri
tərəfindən SSRİ Ali Sovetinə (III çağırış) deputat seçilib |
|
1950-1951 |
“Aygün” poemasını yazıb. |
|
1951 |
Bolqar-sovet Dostluğu Cəmiyyətinin xətti ilə
Bolqarıstanda olub |
|
1954 |
Azərbaycan SSR
Elmlər Akademiyası prezidentinin müavinin seçilib; |
|
Sovet Yazıçılarının II Ümumittifaq qurultayında Sovet poeziyası
haqqında əlavə məruzə ilə çıxış edib; |
|
Quba seçki dairəsindən SSRİ Ali Sovetinə (IV çağırış) deputat
seçilib; |
|
3 cilddə “Seçilmiş əsərləri” cap olunub |
|
1954-1955 |
Üçcildlik “Seçilmiş əsərləri” çap olunub |
|
1955 |
SSRİ nümayəndə heyətinin tərkibində
Vyetnamda
olub |
|
1956 |
Yanvarın 23-də
Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin “Xalq şairi” fəxri
adı təsis edilir. İlk dəfə Səməd Vurğun bu ada layiq görülüb; |
|
İkinci dəfə “Lenin ordeni” ilə təltif edilib; |
|
12 mayda anadan olmasının 50 illik yubileyi geniş qeyd edilib; |
|
S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti Elmi Şurasında
filoloji elmləri fəxri doktoru seçilib; |
|
27 mayda uzun sürən xəstəlikdən sonra Bakı şəhərində vəfat edib,
Fəxri Xiyabanda dəfn olunub. |
|
1960 |
Nizami adına Ədəbiyyat və Dil İnstitutu tərəfindən 6 cildlik
“Əsərləri” çap olunmuşdur |
|
1961 |
Bakıda abidəsinin açılışı olub |
|
1966 |
Anadan olmasının 60 illik
yubileyi geniş qeyd edilib; |
|
Fəxri Xiyabanda qəbirüstü
abidəsinin açılışı olub. |
|
1969 |
“Vaqif” dramının 800-cü tamaşası
göstərilib |
|
1970 |
“Komsomol” poeması əsasında
“Yeddi oğul istərəm” bədii filmi çəkilib |
|
1975 |
Bakıda, Sovet ədəbiyyatı günlərində ölkənin ədəbi
ictimaiyyətinin iştirakı ilə
ev-muzeyinin təntənəli açılışı olub |
|
1976 |
Anadan olmasının 70 illik
yubileyi qeyd olu-nub; |
|
Doğma kəndi Yuxarı Salahlıda
ev-muzeyinin filialı – “Səməd Vurğunun poeziya evi” yaradılıb. |
|
1986 |
Anadan olmasının 80 illiyinin
keçirilməsi haqqında Azərbaycan KP MK qərar verib |
|
1996 |
Azərbaycan Respublikası
Prezidenti Heydər Əliyev Xalq şairi Səməd Vurğunun 90 illik
yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb. |
|
2006 |
100 illik yubileyinin
keçirilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin Sərəncamına əsasən şairin yubileyi Azərbaycanda və dost
ölkələrdə geniş şəkildə qeyd olunub; |
|
Ukrayna Respublikasının Kiyev
şəhərində şairin adını daşıyan kitabxananın qarşısında
heykəlinin açılışı olub. |
|
2012 |
Prezident İlham Əliyev Ağstafada
yenidən qurulmuş Səməd Vurğun adına mədəniyyət və istirahət
parkının açılışında iştirak edib. |
|
2016 |
Anadan olmasının 110 illik
yubileyi qeyd edilmişdir. |