Ünvan:
AZ1000,Bakı,Səbail,Xaqani,15
Telefon:
(+994 12) 493-00-63 (кассы),
Website:
http://www.rusdrama-az.com
Email:
rdt@azdata.net
Səməd Vurğun
adına Dövlət Rus Dram teatrı
Teatr 1920-ci ildə Bakı Azad Tənqid-Təbliğ Teatrı adı altında
yaradılmış,1923-cü ildən Bakı İşçi Teatrı adı ilə fəaliyyət
göstərmişdir. 1937-ci ildən isə Azərbaycan Dövlət Rus Dram Teatrı
adlanır. 1956-cı ildə teatra istedadlı şairimiz Səməd Vurğunun adı
verilmişdir. Teatrın keçdiyi yaradıcılıq yolunda əlvan və zəngin
repertuarı olmuşdur.Teatrın repertuarını şərti olaraq üç bölümə ayırmaq
olar: Dünya klassiklərinin məşhur əsərlərinin tamaşaları; rus
klassiklərinin pyeslərinin tamaşaları; çağdaş dünya və rus
dramaturqlarının müasir mövzulu dram əsərlərinin tamaşaları;
Azərbaycanın klassik və müasir sənətkarlarının pyeslərinin tamaşaları.
Azərbaycan müəlliflərindən Mirzə Fətəli Axundzadənin "Xırs quldurbasan"
və "Lənkəran xanının vəziri", Hüseyn Cavidin "Şeyx Sənan”, Cəfər
Cabbarlının "Aydın", "Sevil" və "1905-ci ildə", Səməd Vurğun "Vaqif",
"Fərhad və Şirin" və "Xanlar", İlyas Əfəndiyevin "Sən həmişə mənimləsən"
İmran Qasımovun "Xəzər üzərində şəfəqlər" və "Ömür elə qısadır ki..."
kimi səhnə əsərləri tamaşaya qoyulmuş və uğur qazanmışdır.Rus
müəlliflərindən Konstantin Trenyov "Lyubov Yarovaya", Vladimir Kirşonun
"Çörək" və "Küləklər şəhəri", Maksim Qorkinin "Ana", Nikolay Poqodinin
"Mənim dostum" və "Sürət" və sair tamaşaları teatrın yaradıcılığında
xüsusi yer tutmuşdur.
|