Səməd Vurğunun Poeziya Evi Qazax rayonunun Yuxarı Salahlı
kəndində yerləşir. 1975-ci ildə Bakıda «Sovet ədəbiyyatı günləri»ndə
ölkənin ədəbi ictimayətinin iştirakı ilə «Səməd Vurğunun ev-muzeyi»nin
təntənəli açılışı olmuş və bir il sonra, 1976-cı ildə şairin doğma kəndi
Yuxarı Salahlıda ev-muzeyinin filialı – «Səməd Vurğunun poeziya evi»
yaradılmışdır. 17 noyabr 1976-cı ildə S.Vurğunun anadan olmasının 70
illiyi ilə əlaqədar açılmışdır. Poeziya evində S.Vurğunun həyat və
yaradıcılığını əks etdirən eksponatlar nümayiş etdirilir. Poeziya evi
yerli əhəmiyyətli monumental və xatirə abidələri siyahısına daxildir. |