E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 

 

Ünvan: AZ1005,Bakı,Səbail,Tərlan Əliyarbəyov,6

Telefon: (+994 12) 493-56-52

Website: http://www.samadvurgun.com

 Email: vurgunmuseum@mail.ru
 

Səməd Vurğunun ev-muzeyi Azərbaycanda yazıçı və bəstəkarların xatirəsini əbədiləşdirmək üçün yaradılmış ilk memorial muzeydir. XIX əsrdə inşa edilmiş yaşayış binasının 3-cü mərtəbəsində altı otaqlı mənzildə yerləşir. Şair ömrünün son illərini bu mənzildə yaşamış, gərgin yaradıcılıq və ictimai fəaliyyətlə məşğul olmuşdur. Respublika hökumətinin qərarı ilə 1974-cü ildə təşkil edilən ev-muzeyinin 1975-ci il oktyabrın 6-da təntənəli açılışı olmuşdur. Ötən müddətdə muzeyin fondu xeyli zənginləşmiş, yeni ekspozisiya bölmələri yaradılmış, şairin həyat və yaradıcılığı ilə bağlı araşdırmalar aparılmışdır. Şairə aid eksponatların toplanması işi muzeyin fəaliyyətinin əsasını təşkil edir. Hazırda muzeylərdəki eksponatların sayı 13000-dən artıqdır. Muzeydəki üç otaq - şairin iş otağı, qonaq və yataq otaqları onun sağlığında olduğu kimi qorunub saxlanılır. Digər üç otaqda isə şairin həyat və yaradıcılığını, ictimai fəaliyyətini, xatirəsini əks etdirən ekspozisiya yaradılmışdır. Muzeyin fəaliyyət dairəsi genişdir. Kütləvi işlərlə yanaşı ildə iki dəfə, martın 21-də və mayın 27-də şairin “Xatirə günləri” keçirilir. Burada həmçinin ədəbi hadisələrə, şairin qələm dostlarının yubileylərinə, tarixi günlərə həsr olunmuş toplantıların keçirilməsi də ənənəvi xarakter almışdır. 2011-ci il dekabrın 13-də Prezident İlham Əliyev Xalq Şairi Səməd Vurğunun ev-muzeyinin əsaslı təmiri haqqında Sərəncam imzalamışdır.

<< Geri