E L E K T R O N   M Ə L U M A T   B A Z A S I

 

Əbdürrəhim bəy Haqverdiyev

(1870-1933)

Əbdürrəhim bəy Haqverdiyev 1870-ci il mayın 17-də Azərbaycanın Şuşa şəhəri Yaxınlığında olan Ağbulaq kəndində doğuluşdur. İbtidai təhsili 1880-ci ildə Şuşada Yusif bəyin müvəqqəti yay məktəbində, sonra Şuşa realnı məktəbində almışdır(1881-1890). Tiflis realnı məktəbini bitirəndən sonra Peterburq Yol Mühəndisləri İnstitutunda təhsil almışdır (1891-1899). Onda ədəbiyyata güclü meyl oyanmışdır."Yeyərsən qaz ətini, görərsən ləzzətini" (1892) və "Dağılan tifaq" (1896) əsərlərini yazmışdır. "Dağılan tifaq' (1899) Peterburqda nəşr edilmişdir. Ali təhsil alıb Şuşaya qayıtmış. burada tamaşalar təşkil etmişdir. Burada ilk Hekayələrini ("Ata və oğul", "Ayin şahidliyi") yazıb İki Hekayət" adı ilə çap etdirmişdir 1905-ci il inqilabdan sonra Rusiya Dövlət Dumasına Gəncə quberniyasından nümayəndə seçilmiş, Peterburqa getmişdir(Azərbaycanın Birinci Diplomatların Sıralarda hesab olunur). Burada dövlət kitabxanasında yeni əsərinə (Ağa Məhəmməd şah Qaçar) materiallar toplamışdır."Leyli və Məcnun" operası 1908-ci il yanvarın 12-də tamaşaya qoyulduğu zaman ilk Azərbaycan dirijoru kimi xor və orkestri idarə etmişdir. "Ceyranəli", "Xortdan". "həkimi-nuni-səqir". "Laqlaqı". "Mozalan", "Süpürkəsaqqal" və s imzalarla "Molla Nəsrəddin" jurnalında hekayə. felyeton çap etdirmişdir Həştərxanda Yaşadığı müddət şəhərin mədəni-ictimai həyatında ciddi çalışmışdır(1910). Sonra Ağdama köçüb orada yaşamışdır.(1911-1915). Tiflisdə "Şəhərlər ittifaqının Qafqaz şöbəsi xəbərləri" aylıq məcmuənin müdiri olmuş (1916-1917), fevral inqilabından sonra Tiflis İcraiyyə Komitəsinə və onun mərkəzi şurasına üzv seçilmişdir(1917). Həmin ilin martında Borçalı qəzasına müvəkkil təyin olunmuşdur (1918) Azərbaycanda Sovet Hakimiyyəti qurulduqdan sonda dövlət teatrlarına müfəttiş təyin olunmuşdur. Bədii tərcümə ilə ardıcıl məşğul olmuşdur Rus, erməni və Qərbi Avropa ədəbiyyatından bir sıra qiymətli tərcümələr etmişdir onun əsərləri SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur.

Əbdürrəhim bəy Haqverdiyev 1933-cü il dekabrın 11-də Bakıda vəfat etmiş, Fəxri xiyabanda dəfn olunmuşdur.

 

<< Geri

 
 
Azərbaycan Milli Kitabxanasэ Elektron Məlumat Bazası Milli Kitabxana tərəfindən hazırlanmışdır