F.Zöhrabov
1939-cü il iyul ayının 16-da Bakı şəhərində anadan olmuşdur.
F.Zöhrabov 1957-1960-cı illərdə Azərbaycan Dövlət Musiqili Komediya
Teatrında rəqqas kimi fəaliyyət göstərmişdir. 1963-1968-ci illərdə o,
Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsində təhsil
almışdır.
İnstitututu bitirdikdən sonra, həmin təhsil ocağında "Aktyor sənəti"
kafedrasında müəllim kimi fəaliyyətə başlamışdır. 1965-1972-ci illlərdə
F.Zöhrabov Bakı Pioner və Məktəblilər Parkının direktoru işləmişdir.
1972-1975-ci illərdə o, Aktyor evinin direktoru, 1975-1977-ci illərdə
Səyyahçılar və ekskursiya bürosunun direktoru işləmişdir.
1968-1985-ci illərdə F.Zöhrabov İncəsənət İnstitutunda aktyor sənətindən
dərs demişdir.
1985-88-ci illərdə o, Dağıstan Dövlət Ləzgi Musiqili Dram Teatrına dəvət
olunmuş və orada 4 il baş rejissor vəzifəsində çalışmışdır. Bu dövrdə
rejissor A.P.Çexovun "Elçilik", A.Şirvanzadənin "Nakam qız",
Q.Lezqinsovun "Dağlar oğlu", N.Hikmətin "Bayramın birinci günü",
Ü.Hacıbəyovun "O olmasın, bu olsun" və s. dramaturqların əsərlərinə
quruluş vermişdir.
1988-ci ildən F.Zöhrabov Tədris Teatrının direktoru və İncəsənət
Universitetinin "Musiqili teatr" kafedrasının dossenti olmuşdur.
1999-cu ildən sənətçi Azərbaycan Dövlət Musiqili Komediya Teatrında
quruluşçu rejissor kimi fəaliyyətini davam etdirir.
Burada F.Zöhrabov "Dəli dünya", "Bankir adaxlı", "Məhəbbət oyunu", "Talelər
qovuşanda", "Aldın payını, çağır dayını" və s. kimi bir-birindən maraqlı
tamaşalar hazırlamışdır.
5 iyun, 2009-cu ildə Bakıda ürək çatışmazlığından vəfat etmişdir.
|