HACI İSMAYILOV |
İsmayılov Hacı Məcid oğlu (22 yanvar 1944) – Azərbaycan aktyoru, Respublikanın Dövlət mükafatı laureatı, Prezident təqaüdçüsüdür, Azərbaycanın Xalq artistidir (2000). Hacı İsmayılov 22 yanvar 1944-cü ildə Bakıda doğulub. 1963-cü ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Sumqayıt Dövlət Dram Teatrına Hacı İsmayılov aktyor işləməyə dəvət alıb və 1968-ci il sentyabr ayının 2-də gənc truppaya daxil oldu. Bu teatrda M.F. Axundovun "Müsyö Jordan və dərviş Məstəlişah" komediyası göstərildi və H. İsmayılov məharətlə dərviş Məstəlişah rolunu ifa etmişdi. Bundan sonra C. Patrikin "Qəribə missis Səvic" dramında Ceffi, A.Papayanın "Bəli, dünya dəyişib" komediyasında Səməndər, C.Cabbarlının "Sevil" pyesinin tamaşasında Məmmədəli bəy rolunda çıxış edib. 1970-ci il fevral ayının 16-dan Akademik Milli Dram Teatrında çalışır. Elə ilk gündən H.Cavidin "Xəyyam" faciəsindəki İkinci qulam roluna daxil edilib. Hacı İsmayılov yaradıcılığının xarakterik sənətkarlıq xüsusiyyətlərinə görə realist aktyor məktəbinin poetika göstəricilərinə daha uyğundur. Akademik teatrda oynadığı əllidən çox rolun böyük bir qismi məhz həmin üslubun estetik səciyyələrinə uyğundur. Ailəlidir, iki övladı və iki nəvəsi var. Həmin cəhət aktyorun 1970-ci ildən üzü bəri illərin ardıcıllığı ilə verilən oynadığı rolların xarakteristikasında da özünün ifadə və mahiyyət təcəssümünü tapıb:
Məşhur kino və teatr aktyoru Hacı İsmayılov bu iki doğma sənətdə qazandığı nailiyyətlərə görə 17 may 1989-cu ildə Azərbaycan Respublikasının Əməkdar Artisti və 19 dekabr 2000-ci ildə Xalq Artisti fəxri adları ilə təltif olunub. Prezident təqaüdçüsüdür. Aktyor "Azərbaycanfilm" kinostudiyasında ilk dəfə "Ad günü" filmində Mustafa rolunda çəkilib, bu rolla böyük uğur qazanıb və Respublikanın Dövlət mükafatı laureatı adına layiq görülüb (1980) Filmoqrafiya 777 ¹-li iş (film, 1992) (tammetrajlı bədii film) Ad günü (film, 1977) (tammetrajlı bədii film)-rol: Mustafa Ağ atlı oğlan (film, 1995)(tammetrajlı bədii film)-filmi səsləndirən: Şahin (Elxan Quliyev) Ağasadıq Gəraybəyli (film, 1974) Axırıncı aşırım (film, 1971)(tammetrajlı bədii film)-rol: kəndli; filmi səsləndirən: kəndli Alman klinikasına şəxsi səfər (film, 1988)(tammetrajlı bədii film)-səsləndirən: Kulçitski (Aleksandr Arjilovski) Anın quruluşu (film, 1980) Arayış (film, 1986) Arvadım mənim, uşaqlarım mənim (film, 1978) Aşkarsızlıq şəraitində... (film, 1986) Atamın sənəti (film, 1980) Atayevlər ailəsi (film) Babamızın babasının babası (film, 1981) Bağlı qapı (film, 1981) Belə də olur (film, 1988) Belə lazımdır (film, 1982) Bəxtəvər (film, 1984) Bəyin oğurlanması (film, 1986) Bir anın həqiqəti (film, 2003) Bizim qəribə taleyimiz (film, 2005) Dantenin yubileyi (film, 1978) Dundukley (film, 1986) Evin kişisi (film, 1978) Əlvida, cənub şəhəri (film, 2006) Fatehlərin divanı (film, 1997) Fəryad (film, 1993) Fövqəladə hadisə (film, 1982) Gedərsən bizə... (film, 1990) Gethagetdə (film, 1983) Gözlə məni (film, 1980) Güllələnmə təxirə salınır!... (film, 2003) Güzgü (film, 1990)(II) Həm ziyarət, həm ticarət... (film, 1995) İşarəni dənizdən gözləyin (film, 1986) İşgüzar səfər (film, 1982) Kişilər (film, 1984) Qara gölün cəngavərləri (film, 1984) "Qayınana" əməliyyatı (film, 1999) Qəzəlxan (film, 1991) Qonşu qonşu olsa... (film, 1989) Məhəllə (film, 2003) Mənim ağ şəhərim (film, 1994) Məsələ ¹ 777 (1980) Məsələ yerdə deyil... (film, 1985) Məşədi İbad-94 (film, 2005)-Duxu satan Min birinci söz (film, 1997) Musiqili xaş (film, 1984) Nakəs (film, 1991) Nekroloq (film, 2001) Nigarançılıq (film, 1998) Ordan-burdan (film, 1987)-qoçu Gülbala Otel otağı (film, 1998) Ölsəm... bağışla (film, 1989) Özgə ömür (film, 1987) Pərdə arxasında (film, 1987) Rənglərdə yaşayan kino (veriliş, 2009) Rəngli yuxu (film, 1982) Sahilsiz gecə (film, 1989) Sarı gəlin (film, 1998) Səhər (veriliş, 1995) Sürəyya (film, 1987) Şeytan göz qabağında (film, 1987) Təxribat (film, 1990) Ulduz (film, 1964) Yad qızı (film, 1990) Yaramaz (film, 1988)-Hacı Yaşadan, yaşayan Yaşar (film, 2012) Yaşıl eynəkli adam (film, 1987)-Qafar Yaşıl eynəkli adam-2 (film, 1999)-Qafar Yaşıl eynəkli adam-3 (film, 2002)-Qafar Yay gününün xəzan yarpaqları (film, 1986) Yeni evlənənlər (film, 1983) Yol Əhvalatı (1980) Yumurta (film, 2003)
|