İLHAM ƏSGƏROV

Əsgərov İlham Təvəkkül oğlu - Azərbaycan aktyoru, Prezident təqaüdçüsüdür, Azərbaycanın Xalq artistidir (2006).

İlham Əsgərov 3 sentyabr 1958-ci ildə anadan olub. 1982-ci ildən Akademik Milli Dram Teatrının aktyorudur. İstedadlı aktyor İ.Əsgərov Akademik teatrın ən populyar tamaşalarında iştirak edib.

Onun yaradıcılığının başlıca estetik mahiyyətini aşağıdakı rollar təşkil edir:

  • Mirzə İbrahimov "Közərən ocaqlar" Əli,

  • Hüseyn Cavid "İblis" Ərəb,

  • Nəriman Həsənzadə "Atabəylər" Əbubəkir,

  • Bəxtiyar Vahabzadə "Fəryad" Loğman və Əmir,

  • Bəxtiyar Vahabzadə "Dar ağacı" Sabutay,

  • Bəxtiyar Vahabzadə "Rəqabət" Nadir,

  • İlyas Əfəndiyev "Büllur sarayda" Həbib,

  • İlyas Əfəndiyev "Mahnı dağlarda qaldı" Nicat,

  • İlyas Əfəndiyev "Sevgililərin cəhənnəmdə vüsalı" Anaşkin,

  • İlyas Əfəndiyev "Tənha iydə ağacı" Doktor Altay,

  • İlyas Əfəndiyev "Hökmdar və qızı" Məhəmməd xan,

  • Uilyam Şekspir "Kral Lir" Fransa kralı,

  • Hidayət Orucov "Bu dünyanın adamları" Nemət Səmədzadə,

  • Süleyman Sani Axundov "Eşq və intiqam" Piri baba,

  • Əli Əmirli "Mesenat" N.Nərimanov.

İ.Əsgərov Azərbaycan dövlət radiosunun məşhur "Bulaq" verilişinin aparıcılarından biridir.

Azərbaycan Dövlət Televiziyasında:

  • Uilyam Şekspirin "İki veronalı" (Valentin)

  • İlyas Əfəndiyevin "Sarıköynəklə Valehin nağılı" (Valeh),

  • Aslan Qəhrəmanovun "Səndən xəbərsiz" (Fərrux),

  • Mar Bayciyevin "Ər və arvad" (Əziz),

  • Bəxtiyar Vahabzadənin "Kimdir haqlı?" Fikrət,

  • Mövlud Süleymanlının "Fatehlərin divanı" (Bilgə xaqan)

və s. teletamaşalarında müxtəlif xarakterli obrazlara səhnə ömrü verib.

İlham Təvəkkül oğlu Əsgərov 28 oktyabr 2000-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti,15 may 2006-cı ildə Xalq Artisti fəxri adlarına layiq görülüb. 9 may 2012-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.

Filmoqrafiya

Aşıq Məhəmməd Sadaxlı (film, 2003)

Biz qayıdacağıq (film, 2007)

Biz qayıdacağıq (veriliş, 2007) (II)

Böyük ömrün anları (film, 2006)

Böyük ömrün davamı (film, 2007)

Cavad xan (film, 2009)

Cavid ömrü (film, 2007)

Doğma sahillər (film, 1989)

Dönüş (film, 1999)

Düma ömrünün qırx günü (film, 2002)

Ər və Arvad (Əziz)

Fatehlərin divanı (film, 1997)

Güllələnmiş heykəllər (film, 2002)

Günahsız Abdulla (film, 1984)

Həsrətli gözlərin rəsmi (film, 2003)

Xilaskar. I film (film, 2003)

Xilaskar. II film (film, 2003)

Xilaskar. III Film (film)

Xüsusi vəziyyət (film, 1986)

İki Veronalı (Valentin)

Kimdir Haqlı? Fikrət

Qara "Volqa" (film, 1994)

Qəmbər Hüseynli (film, 2007)

Qəzəlxan (film, 1991)

Məhəbbət oratoriyası (film, 2003)

Mən sənin dayınam (film, 2001)

Mətbuat fədaisi (film, 2007)

Tərsinə çevrilən dünya (2011)

Sabaha inamla. I film (film, 2001)

Sabaha inamla. II film (film, 2001)

Sabaha inamla. III film (film, 2002)

Sarıköynəklə Valehin Nağılı (film)

Səndən xəbərsiz (film, 1985)

Sübhün səfiri (film, 2012)

Şair haqqında ballada. Tofiq Bayram (film, 2005)

Yük (film, 1995)

Zirvəyə doğru (film, 2007)

 

<< Geri