RAFİQ ƏZİMOV

Rafiq Əşrəf oğlu Əzimov (06.02.1938, Bakı) – Azərbaycan aktyoru, Azərbaycanın xalq artisti.

Əzimov Rafiq Əşrəf oğlu 6 fevral 1938-ci ildə Bakıda anadan olub.

1958-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram bədii kino aktyorluğu fakültəsinə daxil olub. İxtisas təhsilini görkəmli rejissor, xalq artisti Məhərrəm Haşımovdan alıb. 1962-ci ildə ali savadlı aktyor diplomu alıb və həmin il sentyabr ayının 10-da Akademik Milli Dram Teatrının truppasına qəbul olunub. O, qırx ildən çoxdur ki, fasiləsiz olaraq bu teatrın səhnəsində çalışır.

Teatrda çalışan aktyor uzun illər Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Mədəniyyət Evinin nəzdindəki “Damğa” teatrının rəhbəri olub. Burada məsxərə, məzhəkə, səhnə felyetonu, qəzet-publisistika janrında kiçikhəcmli, satirik tamaşalar hazırlayıb. Eyni zamanda Şıxəli Qurbanovun “Sənsiz”, İlyas Əfəndiyevin “Məhv olmuş gündəliklər”, Nahid Hacızadənin “Məhəbbət yaşadır” dramlarına səhnə quruluşu verib.

Rafiq Əzimov Azərbaycan Dövlət Televiziyasında “Ömrün kino səhifələri” silsilə verilişlərinin aparıcısı olub. “Lider” televiziyasında Seyid Əzim Şirvani haqqında “Aləmdə qalan səs”, “Mirzə Ələkbər Sabir”, “Aşıq Molla Cümə”, “Səməd Mənsur”, Abbasqulu ağa Bakıxanov barədə “Sonuncu orden” telefilmlərində aparıcı rollarına çəkilib.

Rafıq Əzimov əsasən epizod rollar ifa etsə də, hər təzə teatr mövsümündə repertuarda daha çox məşğul olan aktyorlardan sayılır. Tələbə vaxtı Akademik teatrın tamaşalarının kütləvi səhnələrində oynayan aktyor kollektivə üzv olanda əvvəlcə repertuardakı hazır tamaşalara əlavə ifaçı kimi daxil edıldi. İlk müstəqil rolu Kalandarionu (“Dəlilər”) 14 iyun 1963-cü ildə oynadı.

  • Kalendario. “Dəlilər” (“Valensiya dəliləri”), Lope de Veqa.

  • Beşinci aktyor və Marsello. “Sevimli roller”, Sabit Rəhman.

  • Mirzə Hüseyn. “Toy”, Sabit Rəhman.

  • Filon. “Antoni və Kleopatra”, Vilyam Şekspir.

  • Əhməd. “Köç”, Cavad Fəhmi Başqut.

  • Anton. “Şeyx Sənan”, Hüseyn Cavid.

  • Arşaq, Vəzir və Vidadi. “Vaqif”, Səməd Vurğun.

  • Sərkis. “Hacı Qara”, Mirzə Fətəli Axundzadə.

  • Doktor Ninkoviç. “Nazirin xanımı”, Branislav Nuşiç.

  • Paj. “Orlean qızı”, Fridrix Şiller.

  • Zəki. “Yalan”, Sabit Rəhman.

  • Dursun. “Oqtay Eloğlu”, Cəfər Cabbarlı.

  • Xristo. “Falçı”, Stefan Kostof.

  • Kəblə Fətulla və Müəllim Mirzə Hüseyn. “Ölülər”, Cəlil Məmmədquluzadə.

  • Caynaq. “Ana torpağı”, Çingiz Aytmatov.

  • Artist Pərviz. “Görünməmiş toy”, Qriqori Qorin və Arka Arkanov.

  • Sinqayevski. “Tufanlı il”, Aleksey Kapler.

  • Kristi Dacen. “Şeytanın şagirdi”, Bernard Şou.

  • Rozenkarans Pnkarans. “Hamlet”, Vilyam Şekspir.

  • Üçüncü əcinnə. “Pəri cadu”, Əbdürrəhim bəy Haqverdıyev.

  • Birinci tələbə. “Xəyyam”, Hüseyn Cavid.

  • Rəhman. “Mahnı dağlarda qaldı”, Ilyas Əfəndıyev.

  • Frans Fok. “Xırs quldurbasan”, Mirzə Fətəli Axundzadə.

  • Batler. “Qızü”, Yucin ONil.

  • Sərhəd pozan. “Darıxma, ana!”, Nodar Dumbadze.

  • Mirzə Cavad. “Aydın”, Cəfər Cabbarlı. Bu rolu iki quruluşda oynayıb.

  • Müəllim. “Adsız ulduz”, Mixail Sebastian.

  • Lakey. “Şöhrət və ya unudulmuş adam”, Nazim Hikmət.

  • Güloğlan. “İnsan”, Səməd Vurğun.

  • Tufan. “Səks-səda”, Nəbi Xəzri.

  • Şişkin. “Maşınlar”, Maksim Qorki.

  • Mərcan. “Qılınc və qələm”, Məmməd Səid Ordubadinin eyniadlı romanı

  • əsasında Tofıq Kazımovun işləməsi.

  • Dudko Zaxar. “Daşqın”, Anatoli Safronov.

  • Həmzad Qurban. “Dəli yığıncağı”, Cəlil Məmmədquluzadə.

  • Əhmədcan. “Qəribə oğlan”, İlyas Əfəndiyev.

  • Müsyö Jordan. “Müsyö Jordan və dərviş Məstəlişah”, Mirzə Fətəli Axundzadə.

  • Boraçio. “Heç nədən hay-küy”, Vilyam Şekspir.

  • Fənd Bağır. “Adamın adamı”, Anar.

  • Karandışev. “Cehizsiz qız”, Aleksandr Ostrovski.

  • Müəzzin. “Karıxmış sultan”, Taufiq əl Hakimi.

  • Doktor Mahmud. “Səhra yuxuları”, Anar.

  • Həkim. “Maqbet”, Vilyam Şekspir.

  • Mozalan. “Sizi deyib gəlmişəm...”, Anar.

  • Kıçik zabit. “İblis”, Hüseyn Cavid.

  • Mirzə Qoşunəli. “Bəxtsiz cavan”, Əbdürrəhim bəy Haqverdiyev.

  • Qasım. “Nişanlı qız”, Sabit Rəhman.

  • Cıgatay. “Məhəbbət yaşadır”, Nahid Hacızadə.

  • Amerıka yazıçısı. “Biganələr oteli”, Rüstəm İbrahimbəyov.

  • Medvedev. “Həyatın dibində”, Maksim Qorki.

  • Axill. “Böyük Romul”, Fridrix Dürrenmatt.

  • Ağayı Möhtəşəm. “Şeyx Məhəmməd Xiyabani”, İlyas Əfəndiyev.

  • Fliç. “Üç quruşluq opera”, Bertolt Brext və Kurt Vayl.

  • Anaşkin. “Sevgililərin cəhənnəmdə vüsalı”, İlyas Əfəndiyev.

  • İvanov. “Tufandan əvvəl”, Arif Süleymanov.

  • Rəhmanzadə. “Bizim qəribə taleyimiz”, İlyas Əfəndiyev.

  • Aleksandr Petroviç. “Qızıl teşt”, Seyran Səxavət.

  • Behbud bəy. “Tənha iydə ağacı”, İlyas Əfəndiyev.

  • Rüstəm bəy. “Anamın kitabı”, Cəlil Məmmədquluzadə.

  • Şeyx Pir Sultan. “Min illərin işığı”, Kamil Abdullayev.

  • Qəni müəllim. “Gecə döyülən qapılar”, Nəbi Xəzri.

  • Qaraqoyunlu əmi. “Ağqoyunlular və Qaraqoyunlular”, Əli Əmirli.

  • Hersoq Albani. “Kral Lir”, Vilyam Şekspir.

  • Mubi Tərxan. “Özümüzü kəsən qılınc”, (“Göytürklər”) Bəxtiyar Vahabzadə.

  • Qoca. “Sokratı anma gecəsi” (“Eşşək dərisi üzərində məhkəmə”), Çingiz Aytmatov və Muxtar Şahanov.

  • Ixtiyar. “Burla xatun”, Nəbi Xəzri.

  • Kişi. “Hərdən mənə mələk də deyirlər....”, Kamal Abdulla.

  • Şeyx. “Ulduz, yaxud Ədirnə fəthi”, Cəfər Cabbarlı.

  • Vəzir. “Fərhad və Şirin”, Səməd Vurğun.

  • İbn Tahir. “Dar ağacı”, Bəxtiyar Vahabzadə.

  • Naşir. “Kəllə”, Nazim Hikmət.

 

 

Əbdürrəhim bəy Haqverdiyev. “Hərənin öz payı...”, Xeyrəddin Qoca. Teatr aktyoru olan Rafiq Əzimov eyni zamanda “Azərbaycanfılm” kinostudiyasında “Yeddi oğul istərəm” (Şahsuvar), “Xatirələr sahili” (Vəli), “Qızıl qaz” (Gündüz), “Ömrün ilk günü” (Sadıq), “1001 -ci qastrol” (Arxadan vurulan zərbə” (Müstəntiq Hüseynov), “Bu gözəl... gözəl... gözəl... dünya” (Arif), “Şəhərlı biçinçilər” (“Vulkana doğru gedirəm”. Cabbarlı), “Babək” (Saray şairi), “Ad günü” (Səlim), “Lenfılm”də “Mənim əziz atam” (Əli dayı) fılmlərinə çəkilib.

Azərbaycan Dövlət Televiziyasında hazırlanan Süleyman Saninin “Dibdat bəy” (Dibdat bəy), İslam Səfərlinin “Göz həkimi” (İvanov), Üzeyir bəy Hacıbəyovun felyetonları əsasında “Ordan-burdan” (İsmayıl) teletamaşalarında oynayıb.

Aktyorluq sənətində qazandığı nailiyyətlərə görə Rafiq Əşrəf oğlu Kazımov 1 dekabr 1982-ci ildə Azərbaycan Respublıkasının əməkdar artisti və 28 oktyabr 2000-ci ildə xalq artisti fəxrı adına layiq görülüb.

 

<< Geri