RAMİZ HƏSƏNOĞLU

Mirzəyev Ramiz Həsənağa oğlu (Ramiz Həsənoğlu) — əməkdar incəsənət xadimi, Azərbaycanın xalq artisti, tanınmış teatr, kino və televiziya rejissoru.

Ramiz Həsənoğlu 1946-cı ildə İrəvan şəhərində dünyaya göz açıb. Anası Azərbaycan milli teatr sənətində bənzərsiz ifa qabiliyyəti olan, əməkdar artist Ətayə Əliyeva, atası əməkdar mədəniyyət işçisi Həsənağa Mirzəyevdir. 1948-ci ildə ermənilərin yenidən azğınlaşmasından sonra İrəvan teatrının kollektivi qonşu Azərbaycana üz tutur. 2 yaşlı R.Həsənoğlu valideynləri ilə birlikdə Gəncə şəhərinə köçür. 1956-cı ildə Bakıya gəlirlər. Ramiz 1965-ci ildə orta məktəbi bitirib Azərbaycan Dövlət Teatr İnstitutunun mədəni-maarif fakültəsinin qiyabi şöbəsinə qəbul olunur. 1966-cı ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində rejissor köməkçisi işləməyə başlayır. Ağaəli Dadaşov, Rauf Kazımovski, Arif Babayev kimi görkəmli sənətkarlardan bu sənətin sirlərini öyrənir.

4 noyabr 2006-cı ildə Azərbaycan televiziyası və radiosunun inkişafındakı xidmətlərinə görə Mirzəyev Ramiz Həsənağa oğluna Azərbaycan Respublikasının “Xalq artisti” fəxri adı verilmişdir

Anarın pyesləri əsasında "Mən, sən, o və telefon", "Dindirir əsr bizi", "Ötən ilin son gecəsi" teletamaşalarını ekranlaşdırır. Bu dövrdə sənət uğurları ilə yanaşı, təhsilini də davam etdirir. 1973-cü ildə müsabiqə yolu ilə qəbul olunduğu Sankt-Peterburq Dövlət Teatrı, Musiqi və Kinematoqrafiya Akademiyasını 1978-ci ildə uğurla başa vurur.

R.Həsənoğlu Hamlet Xanızadənin, Həsən Əblucun, Yaşar Nurinin rol aldıqları "Qatarda" televiziya tamaşasından sonra daha artıq populyarlıq qazanır. Onun quruluş verdiyi teletamaşalar sırasında ən uğurlu alınanlardan biri də Hüseyn Cavidin eyniadlı əsəri əsasında ekranlaşdırdığı "Topal Teymur"dur. "Günahsız Abdulla" və ilk Azərbaycan telemüzikli "Ordan-burdan" ona daha geniş şöhrət gətirir. Məşhur, bənzərsiz "Ac həriflər" televiziya tamaşası Ramiz Həsənoğlunun yaradıcılığından qırmızı xətt kimi keçir. Tamaşa "Humay" mükafatına layiq görülmüşdür.

R.Həsənoğlu 200-dən artıq müxtəlif səpkili bədii, sənədli, musiqili proqramlara quruluş verib. O, eyni zamanda Musiqili Komediya Teatrında "Məzəli əhvalat" və Milli Akademik Dram Teatrında "Brüsseldən məktublar" tamaşalarına da quruluş vermişdir. Rüstəm İbrahimbəyovun ssenarisi əsasında çəkdiyi "Ailə" bədii filmi 2000-ci ildə Moskvada keçirilən Avrasiya festivalının baş mükafatına layiq görülmüşdür. 2007-ci ildə Anarın ssenarisi əsasında "Cavid ömrü" bədii, tammetrajlı film çəkmişdir.

1993-cü ildən bu günə kimi Azərbaycan televiziyasında "Sabah" eksperimental yaradıcılıq emalatxanasına rəhbərlik edir.

Azərbaycan Kinematoqrafçılar Birliyi İdarə Heyətinin və Azərbaycan Kinorejissorlar Gildiyası bürosunun üzvüdür.

Filmoqrafiya

Onuncu planet (Rejissor) - 1968

Gülər (Rejissor) - 1968

Firuzə (Rejissor) - 1969

Tanatos mehmanxanası (Rejissor) - 1969

Bir parça həyat (Rejissor) - 1969

Parlaq tale (Rejissor) - 1972, Sənədli film

Günəşlə görüşənlər (Rejissor) - 1973

Son gecə (Rejissor) - 1974

Gecə müsahibi (Rejissor) - 1975

Oğulla görüş (Rejissor) - 1975

Günəşin bacısı (Rejissor) - 1975

Bizim müasir qadınlar (Rejissor) - 1976, Qısametrajlı sənədli televiziya filmi

Dindirir əsr bizi (Rejissor) - 1976

Səməd Vurğun (Rejissor) - 1976, Sənədli film

Ötən ilin son gecəsi (Rejissor) - 1978, Televiziya tamaşası

Müsabiqə (Rejissor) - 1978

Bir payız axşamı (Rejissor) - 1978

Üç eskiz (Rejissor) - 1978, Sənədli film

Yollar görüşəndə... (Rejissor) - 1979, Qısametrajlı musiqili televiziya tamaşası

Sumqayıt (Rejissor) - 1979, Sənədli film

Qatarda (Rejissor) - 1981, Tammetrajlı musiqili film

Ömrün yolları (Rejissor) - 1982, Tammetrajlı televiziya tamaşası

Kökdən düşmüş piano (Bədii rəhbər) - 1982, Tammetrajlı televiziya tamaşası

Evləri köndələn yar (Rejissor) - 1982, Tammetrajlı film-tamaşa

Topal Teymur (Rejissor) - 1983

Günahsız Abdulla (Rejissor) - 1984, Tammetrajlı televiziya tamaşası

Ordan-burdan (Rejissor) - 1987

Yaşıl eynəkli adam (Rejissor) - 1987

Qonşu qonşu olsa... (Rejissor) - 1989, Tammetrajlı televiziya film-tamaşası

Kamança (Rejissor) - 1993

Ac həriflər (Ssenari müəllifi) - 1993, Tammetrajlı bədii televiziya filmi

Ağ dünya (Prodüser) - 1995

Bala – başa bəla! (Prodüser) - 1995, Tammetrajlı televiziya film-tamaşası

Qayalarda qalan səs (Prodüser) - 1995Ş, Tammetrajlı film-tamaşa

Ömürdən uzun gecə (Prodüser) - 1996, Tammetrajlı bədii televiziya filmi

Yarımştat (Prodüser) - 1996, Tammetrajlı bədii televiziya film-tamaşası

Fatehlərin divanı (Rejissor) - 1997, Çoxseriyalı bədii televiziya filmi

Min birinci söz (Rejissor) - 1997, Qısametrajlı sənədli-bədii televiziya filmi

Yurd yeri  (Prodüser) - 1997, Tammetrajlı bədii televiziya filmi

Ailə (Rejissor) - 1998, tammetrajlı bədii film

Nigarançılıq (Prodüser) - 1998, Tammetrajlı televiziya film-tamaşası

Xoşbəxt adam (Rejissor) - 1999, Sənədli film

Yaşıl eynəkli adam-2 (Prodüser) - 1999, Tammetrajlı bədii televiziya filmi

Dirsə xanın oğlu Buğacın boyu (Rejissor) - 2000, Tammetrajlı bədii televiziya filmi

Nekroloq (Prodüser) - 2001, Tammetrajlı bədii televiziya filmi

Salur Qazanın evi talandığı boy (Prodüser) - 2001, Tammetrajlı bədii televiziya filmi

Ömür ağacı (Rejissor) - 2002, Sənədli film

Yaşıl eynəkli adam-3 (Prodüser) - 2002, Tammetrajlı bədii televiziya filmi

Dəvətnamə (Prodüser) - 2003, Tammetrajlı bədii televiziya filmi

Yumurta (Rejissor) - 2003, Tammetrajlı televiziya film-tamaşası

Bəylik dərsi (Prodüser) - 2007, Tammetrajlı bədii televiziya filmi

Cavid ömrü (Rejissor) - 2007, Tammetrajlı bədii film

Anarın anları (Rejissor) - 2008, Tammetrajlı sənədli televiziya filmi

Evləri göydələn yar (Prodüser) - 2010, Tammetrajlı bədii televiziya filmi

Mürafiə vəkillərinin hekayəti (Ssenari müəllifi) - 2011, Tammetrajlı televiziya tamaşası

Sübhün səfiri (Rejissor) - 2012, Tammetrajlı bədii film

Yaşadan, yaşayan Yaşar (Filmdə iştirak edən) - 2012, Tammetrajlı sənədli televiziya filmi

 

<< Geri