RAMİZ MƏLİKOV |
Məlikov Ramiz Ağarza oğlu (Ramiz Məlik) — Aktyor, rejissor, Azərbaycanın xalq artisti. Ramiz Məlikov 4 avqust 1943-cü ildə Bakıda doğulub. 1963-cü ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Rza Təhmasibdən, Tofiq Kazımovdan, Məlik Dadaşovdan dərs alıb. 1967-ci ildə Akademik Milli Dram Teatrının truppasına aktyor götürülüb. Aktyorluq etməklə yanaşı, Əkrəm Əylislinin "Yastı təpə" (quruluşçu rejissor Tofiq Kazımov), Leonard Frankın "Yad adam" (quruluşçu rejissor Oruc Qurbanov), İlyas Əfəndiyevin "Xurşidbanu Natəvan" (quruluşçu rejissor Mərahim Fərzəlibəyov) və s. pyeslərinin tamaşaya hazırlanmasında rejissor və rejissor assistenti kimi çalışıb. Demək olar ki, hər yeni mövsümdə aktyor yeni-yeni rollar oynayıb:
Ramiz Məlik Azərbaycan Dövlət Televiziyasının hazırladığı Ənvər Məmmədxanlının "Şərqin şəhəri" (Bəhruz), Əlibala Hacızadənin "İnanmırsansa…"(Adil) , Nəriman Həsənzadənin "Kimin sualı var?" (Ədalət) və s.əsərlərin tamaşalarında oynayıb. 1984-ci ildə Ramiz Məlik Respublika Dövlət mükafatına layiq görülüb.1982-ci ildə Azərbaycan Respublikasının Əməkdar Artisti, 1998-ci ildə isə Xalq Artisti fəxri adları ilə təltif olunub, Prezident təqaüdçüsüdür. Filmoqrafiya
1001-ci qastrol (film, 1974) (tammetrajlı bədii film) Ad günü (film, 1977) (tammetrajlı bədii film)-rol: Əlinin dostu Axırıncı aşırım (film, 1971)(tammetrajlı bədii film)-filmi səsləndirən: Bəylər (Əbdül Mahmudov) Araqarışdıran (film, 1987) Aşkarsızlıq şəraitində... (film, 1986) Atillanın atlıları (film, 2002) Babək (film, 1979) Bakıda küləklər əsir (film, 1974) Bəyaz həyat (film, 2003) Bir anın həqiqəti (film, 2003) Bir cənub şəhərində (film, 1969) Bircəciyim (film, 1986) Cəza (film, 1986) Dağıdılmış körpülər (film, 1996) Dağlarda döyüş (film, 1967) Dəfn edilməmiş ölülər (film, 1988) Divar (film, 1991) Doğma sahillər (film, 1989) Ən vacib müsahibə (film, 1971) Gözlə məni (film, 1980) Günahsız Abdulla (film, 1984) Günaydın, mələyim! (film, 2008) Hökm (film, 1994) İnanmırsansa... – Adil İstanbul reysi (film, 2010) İstintaq (film, 1979) İstintaq davam edir (film, 1966) İşarəni dənizdən gözləyin (film, 1986) Kimin Sualı var? Qanun naminə (film, 1968) Qapalı orbit (film, 1984) Qara gölün cəngavərləri (film, 1984) Qaraca qız (film, 1966)(film, kinoalmanax) Qatır Məmməd (film, 1974) Qəm pəncərəsi (film, 1986) Qəzəlxan (film, 1991) Qu quşunun məhəbbəti (1995) Qüdsi (film, 2007) Mahmud və Məryəm Məhkumlar (film, 2007) Mən ki gözəl deyildim (film, 1968) Nəsimi (film, 1973) O qızı tapın (film, 1970) Od içində (film, 1978) Ömrün İlk Saatı (1973) Özgə ömür (film, 1987) Park (film, 1984) Sevinc buxtası (film, 1977) Səmt küləyi (film, 1973) Son döyüş (film, 1996) Şahid qız (film, 1990) Şeytan göz qabağında (film, 1987) Şərqin Səhəri (Bəhruz) Taleyin qisməti beləymiş (film, 1996) Təkcə adanı özünlə apara bilməzsən... (film, 1980) Tütək səsi (film, 1975) Ulduz (film, 1964) Ümid (film, 1995) Yaramaz (film, 1988) Yeddi oğul istərəm... (film, 1970)
|