ŞƏMSİ BƏDƏLBƏYLİ |
Şəmsi Bədəl bəy oğlu Bədəlbəyli (1911-1986) - azərbaycanlı aktyor, Azərbaycanın xalq artisti. Şəmsi Bədəlbəyli 23 fevral 1911-ci ildə Şuşada anadan olub. Dövlət Konservatoriyasında (1927-1932) təhsil alıb. Azərbaycan Dövlət Dram Teatrında rejissor assistenti və rejissor (1932-1942), Musiqili Komediya Teatrında bədii rəhbər və direktor (1943-1949, 1956-1961, 1963-1974), Filarmoniyanın bədii rəhbəri və direktoru olub (1974-1976). 1976-cı ildən Teatr Cəmiyyətinin sədri olub. Dram teatrında "Ölülər", Îpera və Balet Teatrında "Kîrîğlu", "Əsli və Kərəm", "Sevilya bərbəri", Musiqili Kîmediya Teatrında "Gözün aydın", "Durna", "Arşın mal alan", "Hicran" əsərlərinə quruluş verib. 1957-ci ildə Türkmənistan Îpera və Balet Teatrında "Kîrîğlu" îperasını tamaşaya qîyulub. Xalq artisti (1964) Şəmsi Bədəlbəyli 23 may 1986-cı ildə vəfat edib. Filmoqrafiya O qızı tapın (film, 1970) Axırıncı aşırım (film, 1971)(tammetrajlı bədii film)-rol: Şabanzadə Xatirələr sahili (film, 1972) Ömrün Səhifələri (1974) Tikdim ki, izim qala. III film (film, 1998) Hər şey olduğu kimi. Beşinci film. Rəşid Behbudov (film, 2000) Maestro Niyazi (film, 2007) |