ZƏRNİGAR AĞAKİŞİYEVA |
Zərnigar Ağakişiyeva - Azərbaycan aktrisası, Azərbaycan Respublikasının xalq artisti. Zərnigar Fəti qızı Ağakişiyeva Quba rayonunun Rustov kəndində doğulub. O, 1972-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyoru" fakültəsini bitirib. Təhsilini tamamlayandan sonra, bir müddət Tədris teatrında aktrisa kimi çalışan Z.Ağakişiyeva, rejissor Əşrəf Quliyevin dəvəti ilə Azərbaycan Akademik Milli Dram Teatrında ilk tamaşası 19 may 1973-cü ildə göstərilən A.Ostrovskinin "Müdriklər" dramında Mamayeva rolunu oynayıb. 1974-cü ildən isə Akademik Milli Dram Teatrının aktyor heyətinə aktrisa kimi qəbul olunub. Zərnigar Ağakişiyeva yaradıcılığının xarakterik xüsusiyyətlərinə görə realist aktyor məktəbinin poetika göstəricilərinə daha uyğundur. Yaratdığı obrazlar tamaşaçılar tərəfindən həmişə maraqla qarşılanmışdır:
kimi janr etibarı ilə rəngarəng olan obrazlar teatr salnaməsində özünəməxsus yer tutur. Zərnigar Ağakişiyeva Azərbaycan Dövlət televiziyasının hazırladığı teletamaşalarda və "Azərbaycanfilm" in istehsal etdiyi bir çox filmlərdə çəkilmişdir. Filmlərdə əsas, ikinci dərəcəli, epizodik rollara çəkilmişdir. Zərnigar Fəti qızı Ağakişiyeva 1982-ci ildə Əməkdar Artist, 2000-ci ildə isə Xalq Artisti fəxri adlarına layiq görülmüşdür. Prezident təqaüdçüsüdür. Filmoqrafiya
777 ¹-li iş (film, 1992) (tammetrajlı bədii film) Ağ atlı oğlan (film, 1995)(tammetrajlı bədii film)-filmi səsləndirən: Mirvari nənə (Sədayə Mustafayeva) Atayevlər ailəsi (film) Bağ mövsümü (film, 1985) Balaca çoban (film, 1985) Bəyaz həyat (film, 2003) Bizim qəribə taleyimiz (film, 2005) Burulğan (film, 1986) Dantenin yubileyi (film, 1978) De ki, məni sevirsən! (film, 1977) Divar (film, 1991) Fədailər (film, 1986) Fransız (film, 1995) Güllələnmə təxirə salınır!... (film, 2003) Hər şey yaxşılığa doğru (film, 1997) İşarəni dənizdən gözləyin (film, 1986) Kişilər (film, 1984) Köhnə bərə (film, 1984) Köhnə Dəbli Komediya (tv tamaşa) Kökdən düşmüş piano (film, 1982) Qafqaz (film, 2007) Qara "Volqa" (film, 1994) Qəm pəncərəsi (film, 1986) Qız qalası (film, 2000) Mehmanxana sahibəsi (film, 1978) Mezozoy əhvalatı (film, 1976) Mən sənin dayınam (film, 2001) Min birinci söz (film, 1997) Nə gözəldir bu dünya... (film, 1999) Odla qol-boyun (film, 2002) Onun bəlalı sevgisi (film, 1980) Ordan-burdan (film, 1987) Ölsəm... bağışla (film, 1989) Ötən ilin son gecəsi (film, 1978) Özgə ömür (film, 1987) Özgə vaxt (film, 1996) Park (film, 1984) Sarı gəlin (film, 1998) Sarıköynəklə Valehin Nağılı (film) Şeytan göz qabağında (film, 1987) Təhminə (film, 1993) "Yapon" və yaponiyalı (film, 1990) Yaramaz (film, 1988) Yarasa (film, 1995) Yol əhvalatı (film, 1980) Yuxu (film, 2001) Zirzəmi (film, 1990)
|