AĞAXAN SALMANLI

Ağaxan Əli oğlu Salmanlı — Azərbaycan teatr və kino aktyoru və film səsləndirən, "Qızıl dərviş" mükafatı laureatı, Azərbaycanın xalq artisti (2005).
Ağaxan Əli oğlu Salmanlı 29 oktyabr 1941-ci ildə Suraxanıda anadan olub. İlk sənət təhsilini Suraxanıda fəhlə gənclər dram dərnəyində, daha sonra Teatr İnstitutunun dram-kino aktyorluğu fakültəsində təhsil alıb (1960-1964). Peşəkar səhnə fəaliyyətinə Gənc Tamaşaçılar Teatrında Seyfəddin Dağlının “Bahar oğlu” əsəri əsasında Cəfər Cabbarlı rolu ilə başlayıb. Bir neçə Mozalan kinojurnalında çəkilib. Əməkdar artist (1978), xalq artistidir (2005). 9 may 2012-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.

<< Geri