AZƏRPAŞA NEMƏTOV |
Azərpaşa
Nemətov Gənc Tamaşaçılar Teatrında fəaliyyət göstərmiş, yüzdən artıq
tamaşaya quruluş vermiş, ad-san qazanmış rejissor Zəfər Nemətovun
ailəsində dünyaya göz açıb. Uşaq çağlarından musiqiyə güclü duyumu,
marağı olub. Valideynləri onu Bülbül adına orta musiqi məktəbinə
aparıblar. Sonra Azərbaycan Dövlət Konservatoriyasında, dünya şöhrətli
bəstəkar Qara Qarayevin sinfində təhsil alıb. Tələbəlik illərində
mahnılar da bəstələyib, amma gözlənilmədən qənaətini dəyişib. 1965-ci
ildə Teatr İnstitutunun rejissorluq fakültəsinə daxil olub. Məşhur
rejissor Mehdi Məmmədovun kursunu bitirərək iki il sonra onun yanında
assistent-müəllim işləyib. Diplom işi "Qardaşım klarnet çalır"" (A.Aleksin,
Robert Rojdestvenski və Oleq Feltsman) Gənc Tamaşaçılar Teatrının rus
bölməsində göstərilib. 1972-ci ildə GTT-də əvvəl rejissor assistenti,
sonra quruluşçu rejissor işləyib. 1974-1977-ci illərdə Sankt-Peterburq
teatrında. 1977-ci ildə Bakıya qayıdaraq GTT-də rejissor və baş rejissor
(1983-1990) işləyib.
|