MÜXLIS CƏNIZADƏ |
Müxlis Cənizadə 26 noyabr 1928-ci ildə Bakıda anadan olub. Azərbaycan Dövlət Teatr Texnikumunu və Dövlət Teatr İnstitutunu bitirib (Kazım Ziyanın kursu). 1953-1963-cü illərdə Azərbaycan Dövlət Akademik Dram Teatrında çalışıb. Müxlis Cənizadə dövrünün teatr və kino aktyoru, təkrarsız bədii qiraət ustası, səhnə danışığı müəllimi, rejissor kimi tanınıb. 1961-ci ildən ömrünün sonunadək Dövlət Teatr İnstitutunda dərs deyib. Teatr İnstitutunun Tədris Teatrında “Təbilçi qız”, “Aydın”, “Qaraçılar”, “Üləmalar” və s. tamaşalara quruluş verib. Azərbaycan Radiosunun “Qızıl fond”unda və Dövlət Səsyazma Fondunda Müxlis Cənizadənin ifasında bədii qiraət nümunələri saxlanılır. SSRİ kinematoqrafçılarının istehsalı olan “Sonuncu qum təpəsi” (Ïîñëåäíèé äþéì, Lenfilm / Rusiya, 1958, rejissor: Teodor Vulfoviç, Nikita Kurixin), “Namus uğrunda” (Èç-çà ÷åñòè, rejissor: Artaşes Ayrtyan, Ermənistanfilm, 1956) filmlərində çəkilib. Azərbaycan SSR-ın əməkdar artisti (1960). Müxlis Cənizadə 1972-ci ildə ağır xəstəlikdən vəfat edib. Filmoqrafiya Bakının işıqları (film, 1950) Bəxtiyar (film, 1955) Bir məhəllədən iki nəfər (film, 1957) Bir qalanın sirri (film, 1959) Bizim küçə (film, 1961) Dəli Kür (film, 1969) Əhməd haradadır? (film, 1963) Ən vacib müsahibə (film, 1971) Ənvər Həsənov. Yeddi oğuldan biri (film, 2007) Əsl dost (film, 1959) Fətəli xan (film, 1947) Görüş (film, 1955) Xatirələr sahili (film, 1972) İstintaq davam edir (film, 1966) İyirmialtılar (film, 1966) "Kazbek" qutusu (film, 1958) Qızmar günəş altında (film, 1957) Leyli və Məcnun (film, 1961) O olmasın, bu olsun (film, 1956) Onu bağışlamaq olarmı? (film, 1959) Rənglərdə yaşayan kino (veriliş, 2009) Sehrli xalat (film, 1964) Səhər (film, 1960) Sonuncu qarış (film, 1958) (Lenfilm) Torpaq. Dəniz. Od. Səma (film, 1967) Ulduz (film, 1964) Ulduzlar sönmür (film, 1971) Yenilməz batalyon (film, 1965) |