Vəfa Nüsrət qızı Fətullayeva (25.08.1945, Bakı - 21.05.1987, Bakı) -
Məşhur Azərbaycan sovet aktrisası, Azərbaycan SSR-ın əməkdar artisti
(1982), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1984).
Vəfa Fətullayeva 25 avqust 1945-ci ildə Bakıda anadan olub. İncəsənət
İnstitutunun rejissorluq fakültəsinə daxil olan Vəfa Fətullayeva
Məhərrəm Haşımovun kursuna düşür. Bir müddət öz xarici görkəmini
nəzarətsiz buraxdığından Vəfa birdən-birə kökəlir. Bu, Məhərrəm
Haşımovun da diqqətindən yayınmır. Və bir gün dərslərin birində "Qız,
sən yaman kökəlirsən, bunun axırı hara gedəcək?" deyir.
Yarızarafat-yarıciddi deyilmiş bu sözlər Vəfanın onsuz da tükdən asılı
olan seçiminin taleyini təyin edir. O, bir müddət dərsə gəlmir. Və
günlərin birində məlum olur ki, Vəfa bu dəfə heç kimlə məsləhətləşmədən
fakültəsini dəyişib... Keçib teatrşünaslığa. [1]
Vəfa Fətullayeva 1970-ci ildən Azərbaycan Dövlət Dram Teatrında çalışıb.
Yaradıcılığının çiçəklənən dövründə ağır xəstəliyə düçar olan əməkdar
artist 21 may 1987-ci ildə - 42 yaşında vəfat edib. Vəfa Fətullayevnın
atası Azərbaycan teatr sənətinin ilk tərtibatçı-rəssamı, xalq rəssamı
Nüsrət Fətullayev, anası SSRİ Xalq Artisti, aktrisa Hökumə Qurbanova,
əmisi aktyor Fateh Fətullayev, əmisi oğlu musiqişünas Hafiz
Fətullayevdir.
Rolları
Gülgəz ("Mahnı dağlarda qaldı", İ.Əfəndiyev),
Şirin ("Məhəbbət əfsanəsi", N.Hikmət),
Tənzilə ("Sən yanmasan", N.Xəzri),
Şərəfnisə ("Müsyö Jordan və dərviş Məstəli şah", M.F.Axundov),
Beatrice ("Heç nədən hay-küy", U.Şekspir),
Bənövşə ("Kəndçi qızı", M.İbrahimov),
Zeynəb ("Sizi deyib gəlmişəm", Anar) və s.
Çəkildiyi televiziya tamaşaları: "Göz həkimi", "Alov", "Atayevlər ailəsi"
və s.
Filmoqrafiya
Alov
Atayevlər ailəsi (film)
Bizim qəribə taleyimiz (film, 2005)
Firəngiz (film, 1975)
Göz həkimi (film, 1985)
Min birinci söz (film, 1997) |