FATMA QƏDRİ

Fatma Qədri — Azərbaycan teatr aktrisası, Azərbaycanda ilk professional teatr təhsili görmüş qadın-aktrisa. Azərbaycanın xalq artisti

Milli səhnəmizin ilk peşakar aktrisalarından olan yüksək səhnə mədəniyyəti örnək sayılan, zəngin dünyagörüşlü, geniş mütaliəli ziyalı, ciddi xarakterli misilsiz ifaçısı Fatma xanım Qədir qızı 14 aprel 1907-ci ildə Qərbi Rusiyanın Odessa şəhərində doğulub. Rusca təhsil alıb və yeniyetmə yaşlarından ailəsi Bakıya köçən Fatma xanım Azərbaycan Pedaqoji İnistutunu bitirib. Həmçinin Azərbaycan Teatr Texnikomunun ilk buraxılışında aktyor diplomu alıb (1923-1926).

1933-ci ildən etibarən Gəncə şəhərində işini davam etdirib. 1935-ci ilin payızından etibarən ömrünün sonunadək Milli Dram Teatrında işləyib.

<< Geri