GÜLXAR HƏSƏNOVA

Gülşən Ağadadaş qızı Qurbanova – aktrisa, film səsləndirən – (19 dekabr 1950, Bakı – 17 noyabr 2006, Bakı) – Azərbaycan aktrisası. Azərbaycan Respublikasının xalq artisti (1998).

Gülşən Qurbanova Ə. Hüseynzadə adına Azərbaycan Mədəniyyət və İncəsənət İnstitutunu bitirmişdir (1974). Həmin ildən Gənc Tamaşaçılar Teatrında çıxış edirdi.

Rolları: Mərcan ("Mənim nəğməkar bibim", Ə.Əylisli), Eyzəngül ("Şirinbala bal yığır", S.Qədirzadə), Çiçək ("Ana laylası", İ.Coşqun), Nabat ("Tamahkar", S.S.Axundov), Şahnaz ("Şəhərli oğlan", Q.Rəsulov), Almagül ("Fudzi dağında qonaqlıq", Ç.Aytmatov), Gülarə ("Məhəbbət novellası", Ş.Xurşud və Ə.Hacıyev), Nera ("Zəncirlənmiş Prometey", C.Məmmədov), Gülnaz ("Pul dəlisi", Ə.Orucoğlu), ana ("Bala bəla sözündəndir", Ə.Əmirli) və s. Kinoda, televiziya tamaşalarında çıxış etmişdir.

Azərbaycanın xalq artisti Gülşən Ağadadaş qızı Qurbanova 17 noyabr 2006-cı ildə Bakı şəhərində vəfat etmişdir.

<< Geri