İSMAYIL DAĞISTANLI |
Hacıyev İsmayıl Yusif oğlu (İsmayıl Dağıstanlı) — aktyor. Dövlət mükafatları laureatı, SSRİ Xalq artisti. İsmayıl Dağıstanlı 6 yanvar 1907-ci ildə Qax rayonunun Zərnə kəndində dîğulub. Səhnə fəaliyyətinə 1925-ci ildə Nuxa (Şəki) mərkəzi fəhlə-kəndli klubu nəzdindəki dram cəmiyyətində başlayıb. Bakı Teatr Texnikumunda təhsil alıb (1926-1930). 1927-ci ildən eyni zamanda təcrübəçi aktyor kimi Dram Teatrının səhnəsində kütləvi səhnələrdə çıxış edib. 1930-cu ildən fasilələrlə Dram Teatrında, İrəvan Dram Teatrında (1936-37) işləyib, Dərbənddə təşkil etdiyi Azərbaycan teatrının rejissoru və aktyoru olub (1932-1933). 1938-ci ildən Azərbaycan Milli Dram Teatrının səhnəsində klassik obrazlar silsiləsi yaradıb. Azərbaycan səhnəsində V.İ.Lenin rollarının ilk ifaçısı kimi məşhurlaşıb. Sənətdə qazandığı uğurlarına görə respublikanın əməkdar artisti, xalq artisti fəxri adlarınına layiq görülüb. Ənvər Məmmədxanlının "Şərqin səhəri" pyesinin tamaşasındakı Kirov roluna görə 1948-ci ildə Stalin mükafatı, İlyas Əfəndiyevin "Mahnı dağlarda qaldı" dramındakı Böyük bəy rolu üçün 1972-ci ildə respublika Dövlət mükafatı ilə təltif olunub. Ömrünün sîn illərində Azərbaycan İncəsənət İnstitutunda kafedra müdiri vəzifəsində çalışıb. Bir neçə aktyor və teatr haqqında kitabları nəşr olunub. SSRİ (1948) və Azərbaycan (1972) dövlət mükafatları laureatı, xalq artisti, SSRİ xalq artisti (1974) İsmayıl Dağıstanlı 1 aprel 1980-ci ildə vəfat edib.
Filmoqrafiya
Abbas Mirzə Şərifzadə (film)(qısametrajlı sənədli film)(Aztv)(filmdə iştirak edən) Ağasadıq Gəraybəyli (film, 1974) Axşam konserti (film, 1948) Böyük dayaq (film, 1962) Koroğlu (film, 1960) Kölgələr sürünür (film, 1958)-Zahidov Qara daşlar (film, 1956) Qatır Məmməd (film, 1974) Rənglərdə yaşayan kino (veriliş, 2009) Səbuhi (film, 1941) Sovet pəhləvanı (film, 1942) Sualtı qayıq "T-9" (film, 1943)
|