LEYLA BƏDİRBƏYLİ

Leyla Bədirbəyli — SSRİ (1946) və Azərbaycan SSR (1972) Dövlət Mükafatları Laureatı. Azərbaycan SSR xalq artisti (1959).

Leyla Bədirbəyli 8 yanvar 1920-ci ildə Bakıda dünyaya göz açıb. Anası Bikə xanım Şəmkir də Musa xanın qızı, atası Ağalar bəy isə həmin bölgənin kənd bəylərindən olub. 1918-ci ildə bacıları ilə birlikdə Gəncəyə, oradan isə Bakıya qaçırılan Bikə xanımın o zaman 12-13 yaşı vardı.

Leyla uşaqlığını İçərişəhərdəki evlərində keçirmişdir. Anası Bikə xanım Əli Bayramov klubuna-qadınların dərnəyinə gedirdi. Qızını da özü ilə aparırdı. Leylanın incəsənət ə marağı da o vaxtdan yaranmağa başlayır.

Leyla Bədirbəyli 1937-ci ildə 16 yaşı olarkən ailə həyatı qurub. Lakin bu ailənin ömrü cəmi 1-2 il olub. 1942-ci ildə isə Kamil Aslanova ərə gedir. 1947-ci ildə ilk qız övladı-Lalə dünyaya gəlir. 1964-cü ildə isə ikinci qızları-Bikə olur.

Gözəlliyi dillər əzbəri olan böyük sənətkarımız Leyla Bədirbəylinin həyat yoldaşı Kamil Aslanov xarici ölkələrin birində yol qəzasına uğrayır. Yağışlı havada maşın sürüşür və çevrilir. Ərini ürəkdən sevən Leyla Bədirbəyli üçün bu itkiyə dözmək çətin olur. Ancaq bu, bəs etmirmiş kimi, dərdinin üstünə bir dərd də əlavə olunur. Heç bir il keçməmiş böyük qızı Laləni Kukla Teatrının qarşısında maşın vurur. Bu iki faciədən sonra aktrisa için-için əriməyə başlayır.

1999-cu il noyabrın 23-də Leyla Bədirbəyli vəfat edir.

Yaradıcılıq fəaliyyəti

Leyla Bədirbəyli beş il Azərbaycan Dövlət Filarmoniyasında solist işləyib.  Şəxsən Leyla üçün rəqslər səhnələşdirilirdi.  "Toy" və Əlibaba Məmmədovun "Bir dənəsən, bir dənə" rəqsləri məhz onun üçün nəzərdə tutulmuşdu. Filarmoniyada çalışdığı illərdə "Ayna", "Bakının işıqları" filmlərində çəkilir.  1941-ci ildə isə o, Azərbaycan Dövlət Akademik Dram Teatrına dəvət edilir. İlk tamaşası Rəsul Rzanın "Vəfa"sı olur. Səhnəyə gələn gündən həmişə baş rollar yaradıb. İşinə çox ciddi münasibət bəsləyərdi. Tamaşaya iki saat əvvəl gələrmiş. Cəfər Cabbarlının "Solğun çiçəklər" əsərində Saranı çox təsirli yaratmışdı. Tamaşa bitəndən sonra bütün aktyorlar səhnəyə çıxar, tamaşaçılar qarşısında baş əyərdilər. Leyla Bədirbəyli heç vaxt bu rolu yaradanda tamaşadan sonra səhnəyə çıxmazdı. "Mən tamaşaçının qəlbində təsiri poza bilmərəm. Axı Sara ölür. Mən necə təzədən səhnəyə çıxa bilərəm".

1945-cü ildə "Arşın mal alan" filmi çəkilməyə başlayir. Leyla Üzeyir Hacıbəyovun dəvəti və təşəbbüsü ilə filmə çəkilib.

Dahi bəstəkar Üzeyir Hacıbəyli Leyla Bədirbəylini ilk dəfə filarmoniyada görmüşdü. Qızın zahiri gözəlliyi, plastikliyi diqqətini çəkmişdi. 1938-ci ildə Moskvada Azərbaycan mədəniyyət günləri keçirilirdi. Nümayəndə heyətinə Üzeyir Hacıbəyli rəhbərlik edirdi. Dahi bəstəkar Leyla Bədirbəylini də bu səfərə dəvət etmişdi. Azərbaycan nümayəndə heyətinin Moskvadakı çıxışları çox böyük uğurla qarşılandı. Konsertlərin birində Stalin də iştirak edib. O, Leyla Bədirbəylini görəndə heyrətə gəlib. Kim olduğunu soruşub. Azərbaycanın cavan bir rəqqasəsi olduğunu və filarmoniyada çalışdığını öyrəndikdən sonra heyranlığını dilə gətirib: "Tı krasavitsa Azerbaydjana". Leyla Bədirbəyli həqiqətən qənirsiz bir gözəlliyə malik idi.

Düz 33 il bu sənət məbədinin səhnəsində bir-birindən fərqli qadın obrazları yaradıb. Leyla xanım milli teatrımızın səhnəsində yaratdığı Sara ("Solğun çiçəklər"), Almaz ("Almaz"), Solmaz ("Od gəlini"), Şəlalə ("Yalan"), Dezdemona ("Otello"), Liza ("Canlı meyit") və s. kimi obrazları ilə mədəniyyət tariximizin qızıl səhifələrini yazıb. Möhsün Sənani ilə Leyla Bədirbəylinin tərəf-müqabil olduğu "Göz həkimi" (İslam Səfərli) tamaşası görənlərin yaddaşında pozulmaz naxışlar salıb. Gözəllər gözəlinin yaratdığı Nərminə öz şirin ləhcəsi, mehribanlığı, canalan təbəssümü ilə özündən sonra doğulan Nərminələrin hamısından seçildi.

 

Teatr sahəsində rolları

Dezdemona (Otello, U. Şekspir)

Nərminə (Göz həkimi, İ. Səfərli)

Almaz (Almaz, C. Cabbarlı)

Solmaz (Od gəlini, C. Cabbarlı)

Liza (Canlı Meyit, L. Tolstoy)

Fəxrəndə (Mahnı dağlarda qaldı, İ. Əfəndiyev)

 

Filmoqrafiya

Arşın mal alan (film, 1945)-Gülçöhrə

Asif, Vasif, Ağasif (film, 1983)

Aygün (film, 1960)

Azərbaycan kinosu-80 (film, 1996)

Beş dəqiqəlik konsert (film, 1941)

Bizim küçə (film, 1961)

Bizim küçənin oğlanları (film, 1973)

Böyük ömrün anları (film, 2006)

Çarvadarların izi ilə (film, 1974)

Dəcəl dəstə (film, 1937)

Dəli Kür (film, 1969)

Dərviş Parisi partladır (film, 1976)

Ənvər Həsənov. Yeddi oğuldan biri (film, 2007)

Fətəli xan (film, 1947)

Gəmi saatının sirri (film, 1983)

Gənc qadının kişisi (film, 1988)

Gilas ağacı (film, 1972)

Görüş (film, 1955)

Günlərin bir günü (kinoalmanax, 1976)

Hər şey olduğu kimi. Beşinci film. Rəşid Behbudov (film, 2000)

İntizar (film, 1970)

Kişi sözü (film, 1987)

Kölgələr sürünür (film, 1958)

Koroğlu (film, 1960)

Qanlı zəmi (film, 1985)

Qəzəlxan (film, 1991)

Maestro Niyazi (film, 2007)

Mən ki gözəl deyildim (film, 1968)

Mən mahnı qoşuram (film, 1979)

Müqəddəs oda yanaram (film, 1991)

Nağılların Dərbəndi (film, 2006)

Nehrəmli qız (film, 2002)

O dünyadan salam (film, 1992)

Onun böyük ürəyi (film, 1958)

Prima (film, 1992)

Sevil (film, 1970)

Səbuhi (film, 1941)-Tubu

Səhər (veriliş, 1995)

Sovqat (film, 1942)

Tələ (film, 1990)

Tikdim ki, izim qala (film, 1997)

Üzeyir ömrü (film, 1981)

Vulkana doğru (film, 1977)

 

<< Geri